Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 192,08 Kb.
Pdf görüntüsü
tarix25.11.2016
ölçüsü192,08 Kb.
#74

Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Gündəlik ictimai-siyasi qəzet

qapısı

Qəzet 1921-ci

ildən çıxır

Sayı: 120 (20.774)

2 iyul 2013-cü il, çərşənbə axşamı

    İsti yay günlərində muxtar respublika əha-

lisinin  istirahətinin  səmərəli  təşkili  və  sağ-

lamlığının qorunması diqqət mərkəzin də sax-

lanılır,  mövcud  təbii  imkanlardan  geniş

istifadə edilir. Bu məqsədlə su anbarların  da

yaradılan çimərliklər xüsusi əhəmiyyət daşıyır. 

    İyunun  29-da  Naxçıvan  Muxtar  Res-

publikası Ali Məclisinin Sədri Vasif Talıbov

Uzunoba Su Anbarındakı çimərlik zonasına

gəlmiş,  burada  yaradılan  şəraitlə  tanış

olmuşdur.

    Naxçıvan  Muxtar  Respublikasının  föv-

qəladə  hallar  naziri,  general-mayor  Şamı

Abdullayev məlumat vermişdir ki, çimərlik

zonasının ərazisi 1,5 hektardır. Qumlu sahil

xəttinin  uzunluğu  550,  eni  isə  60  metrdir.

Böyüklər  və  uşaqlar  üçün  nəzərdə  tutulan

çimərlik  iki  hissədən  ibarətdir.  Böyüklərin

istirahəti üçün ayrılan sahənin su hissəsinin

dərinliyi 4, eni isə 50 metrdir. Suyun üzərində

çimərlik sərhədinin qurtardığını bildirən qa-

dağanedici nişanlar qoyulmuşdur.

    Çimərlik  ərazisində  insanların  istirahət

etməsi  üçün lazımi şərait yaradılmışdır. Əra-

ziyə günlüklər qoyulmuş, paltardəyişmə yer-

ləri, futbol və voleybol meydançaları, eləcə

də  avtomobil  dayanacağı  yaradılmış,  icti-

mai-iaşə xidməti təşkil olunmuşdur. Həmçinin

burada  su  idman  növləri  ilə  məşğul  olmaq

üçün də lazımi şərait vardır.

    Naxçıvan Muxtar Respublikası Fövqəla -

də  Hallar  Nazirliyinin  Dövlət  Sularda  Xi -

lasetmə Xidmətinin şəxsi heyəti əyani şəkil -

də  axtarış-xilasetmə  tədbirlərini  nümayiş

etdirmişdir.

    Qeyd olunmuşdur ki, çimərlikdə insanların

təhlükəsizliyi və sağlamlığı da nəzərə alın-

mışdır. Burada 2 müşahidə qülləsi, ilkin tibbi

yardım məntəqəsi yaradılmış, xəbərdaredici

və  məlumatlandırıcı  lövhələr  vurulmuşdur.

Naxçıvan  Muxtar  Respublikası  Fövqəladə

Hallar  Nazirliyinin  dalğıc  geyimləri  və  lə-

vazimatları  ilə  təchiz  olunmuş  xilasedici

qrupu ərazidə xidmət göstərir.

    Ali Məclisin Sədri mövsüm ərzində aidiy -

yəti  qurumlar  tərəfindən  çimərlikdə  suyun

təmizliyinin nəzarətdə saxlanılması və təh-

lükəsizlik qaydalarına əməl edilməsi barədə

tapşırıqlar vermişdir.



Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Naxçıvanda çimərlik istifadəyə verilmişdir

    Təbiətin  qorunmasında,  yeni  yaşıllıq  zolaqlarına  qulluq  göstərilməsində  iməciliklərin

mühüm əhəmiyyəti vardır. Ona görə də muxtar respublikada iməciliklər mütəmadi olaraq

davam  etdirilir,  isti  və  quraq  aylarda  da  təbiətin  mühafizəsinə  ciddi  diqqət  yetirilir,  ona

qayğı ilə yanaşılır.

    İyunun 29-da muxtar respublikada keçirilən növbəti iməciliklərdə ictimaiyyətin nü-

mayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri iştirak etmiş, yaşıllıq zolaqlarına

və meyvə bağlarına qulluq göstərilmişdir.

    Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin,  Nazirlər  Kabinetinin,  Naxçıvan

Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər

Nazirliyinin kollektivləri “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinin

ətrafındakı 2,5 hektarlıq meyvə bağında keçirilən iməcilikdə iştirak etmişlər. 

    Ötən  iməciliklər  zamanı  ərazidə  müxtəlif  meyvə  tingləri  əkilmişdir.  Vaxtlı-vaxtında

qulluq göstərildiyindən ağaclar bara dolmuşdur. İməcilik iştirakçıları ağaclara aqrotexniki

qulluq göstərmiş, suvarma işləri aparmışlar.

    Naxçıvan  Muxtar  Respublikası Ali  Məclisinin  Sədri  Vasif  Talıbov  iməcilikdə  iştirak

etmişdir.

   Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci

bəndini rəhbər tutaraq qərara alıram:

   Vüqar Səyyad oğlu Babayev Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə

İdarəsinin rəisi təyin edilsin.

   

Naxçıvan Muxtar Respublikası 

  

Ali Məclisinin Sədri 

Vasif TALIBOV

  

Naxçıvan şəhəri, 1 iyul 2013-cü il

V.S.Babayevin Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla 

İş üzrə İdarəsinin rəisi təyin edilməsi haqqında 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 

Sərəncamı

Naxçıvanda keçirilən növbəti iməcilikdə yaşıllıqlara qulluq göstərilmişdir

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev iyulun 1-də ABŞ müdafiə

nazirinin  Rusiya,  Ukrayna  və Avrasiya

üzrə  müşaviri  xanım  Evelin  Farkasın

başçılıq etdiyi nümayəndə heyətini qəbul

etmişdir.

*    *    *

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev iyulun 1-də İsveçrə Kon-

federasiyası Federal Parlamentinin Kan-

tonlar Şurasının sədri Filippo Lombardinin

başçılıq etdiyi nümayəndə heyətini qəbul

etmişdir.



Rəsmi xronika

    Azərbaycan  Respublikası  Prezidentinin  2013-cü  il  1  iyul

tarixli  Sərəncamı  ilə  Naxçıvan  Muxtar  Respublikası  daxili

işlər nazirinin müavini



   

Səbuhi Məhərrəm oğlu Novruzova 

  polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.

    Azərbaycan  Respublikası  Prezidentinin  2013-cü  il  1  iyul

tarixli  digər  Sərəncamı  ilə  cinayətkarlığa  qarşı  mübarizədə,

ictimai  asayişin  qorunmasında  və  xüsusi  tapşırıqların  yerinə

yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası

Daxili  İşlər  Nazirliyinin  bir  qrup  əməkdaşı  təltif  edilmişdir.

Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Daxili

İşlər Nazirliyinin əməkdaşları da vardır.

    

“Vətən uğrunda” medalı ilə:

    


Ağayev Aydın Cəlil oğlu – polis mayoru

    


Məmmədov İlham Qüdrət oğlu – polis mayoru 

2

    Dünən Naxçıvanda stomatoloq-

ların “Dental innovasiyalar”  möv-

zusunda VII elmi-praktik simpozi -

umu keçirilmişdir. 

    Naxçıvan  Muxtar  Respublikası

Səhiyyə  Nazirliyi  və  Azərbaycan

İmplantoloq İctimai Birliyinin birgə

təşkilatçılığı ilə keçirilən elmi-prak-

tik simpoziumun iştirakçıları əvvəlcə

ulu öndər Heydər Əliyevin abidəsi

önünə gül dəstələri düzmüş, Heydər

Əliyev Muzeyində olmuşlar. 

    Akademik Zərifə Əliyeva adına

Naxçıvan  Şəhər  Poliklinikasında

keçirilən tədbiri giriş sözü ilə açan

Naxçıvan Muxtar Respublikasının

səhiyyə  naziri  Niyazi  Novruzov

Naxçıvan Muxtar Respublikası Ali

Məclisi  Sədrinin  təbrik  və  salam-

larını simpozium iştirakçılarına çat-

dırmışdır. Nazir muxtar respublikada

stomatologiyanın inkişafı üçün gö-

rülən  işlərdən,  bu  sahədə  maddi-

texniki  bazanın  möhkəmləndiril-

məsindən, infrastrukturun yaradıl-

masından, yüksək ixtisaslı kadrların

yetişdirilməsi istiqamətində görülən

işlərdən danışmışdır. Son illər Nax-

çıvanda  tibbin  bütün  sahələrində

olduğu  kimi,  stomatologiya  sahə-

sində də müsbət irəliləyişlərin, əsaslı

keyfiyyət dəyişikliklərinin baş ver-

diyini diqqətə çatdıran Niyazi Nov-

ruzov demişdir ki, Naxçıvanda Sto-

matoloji Mərkəzin yaradılması, özəl

stomatoloji  kabi-

netlərin  sayının

artması  eyni  za-

manda sivil rəqa-

bətə,  keyfiyyətli

xidmətə  zəmin

yaradır. Son illər-

də tibbin bütün sa-

hələrində  özünü

göstərən  müasir-

ləşmə stomatolo-

giya sahəsində də

müşahidə olunur.

Stomatoloq həkimlər dünyadakı ən

son yenilikləri öyrənərək tətbiq et-

məyə,  yeni  cihazlar,  stomatoloji

qurğu  və  alətləri  tez  bir  zamanda

əldə  etməyə  çalışırlar.  Dünya  el-

mindəki qabaqcıl təcrübənin Nax-

çıvan Muxtar Respublikası Stoma-

toloji Mərkəzində tətbiqi isə muxtar

respublikada stomatologiyanın sü-

rətli inkişafının göstəricisidir. 

    Ankara Universiteti Diş həkimliyi

fakültəsinin  Endodontiya  bölməsi

üzrə  mütəxəssisi,  Türk  və  Avropa

Endodontiya  dərnəklərinin  üzvü,

professor-doktor Badə Sonat, Azər-

baycan İmplantoloq İctimai Birliyinin

sədri, tibb üzrə fəlsəfə doktoru Cabbar

Həsənov çıxış edərək simpoziumun

təşkilinə  və  yaradılan  şəraitə  görə

öz minnətdarlıqlarını bildirmişlər. 

    Naxçıvan  Muxtar  Respublikası

Stomatoloji Mərkəzinin baş həkimi

Səkinə  Məmmədovanın,  İmplant–

Dent Klinikasının ortodont həkimi

Teymur  Məmmədovun,  estetik  və

restovrativ diş həkimi, Azərbaycan

İmplantoloq İctimai Birliyinin üzvü

Rövşən  Məmmədovun,  İmplant-

Dent Naxçıvan Klinikasının rəhbəri

Rauf  Cəfərovun  stomatologiyanın

müxtəlif problemləri ətrafında mə-

ruzələrində  dünya  praktikasındakı

son yeniliklərdən söhbət açılmışdır.

    Bütövlükdə  stomatologiya  sa-

həsində  təcrübəli  mütəxəssislərin,

alimlərin, həkimlərin iştirak etdiyi

simpozium  məhsuldar  keçməklə

faydalı nəticələrlə yadda qalmışdır.

Burada  stomatologiyanın  dünəni,

bu günü və ən son nailiyyətləri ilə

bağlı geniş fikir mübadiləsi aparıl-

mışdır. Bakıdan və Ankaradan gəl-

miş mütəxəssislər Naxçıvanda fəa-

liyyət  göstərən  stomatoloqları  bu

sahədəki  elmi  yeniliklərlə,  tətbiq

olunan ən son texnologiyalarla tanış

etmişlər. Tədbirdə Naxçıvanda sto-

matologiyanın vəziyyəti də ətraflı

təhlil edilmiş, bir sıra maraqlı tövsiyə

və təkliflər səsləndirilmişdir. 

       Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin 

mətbuat xidməti

Mağara tədqiqatçıları üçün

füsunkar mehmanxana

    Azərbaycanın ayrılmaz bir par-

çası  olan  Naxçıvan  sakinlərinin

yerli  mağaralardan  əldə  etdikləri

duz  təkcə  dadına  görə  deyil,  həm

də  nadir  bərpaetmə  xüsusiyyətinə

görə də fərqlənir. Yerli sakinlər bu

duzdan artrit xəstəliyinə tutulmamaq

üçün istifadə edirlər, habelə astma

və  başqa  tənəffüs  yolu  xəstəliklə-

rindən sağalmaq üçün hər cür təc-

hizatı  olan  mağaralarda  günlərlə

müalicə alırlar.

    Bu mağaraların ən yaxşı təchiz

olunmuşu  və  məşhuru  Naxçıvan

şəhərindən  miniklə  15  dəqiqəlik

məsafədə  yerləşən  Duzdağdadır.

300 metrlik tunel duzla elə zəngindir

ki,  sənə  elə  gəlir  ki,  toxunanda

ovulacaq. Duzdağ onunla bağlı əf-

sanələr və horizontal quruluşun ya-

ratdığı giriş sərbəstliyi ilə tanınır.

O həm də son dərəcə yaxşı təchiz

olunmuşdur.  Boş  zallar  mərmər

çərçivələrlə  bəzədilmiş  və  taxta

çarpayılar duz divarları içərisində

yerləşdirilmişdir.

    Tunelin doqquz bölümündə 300

çarpayıdan ibarət otaqlar otel lə-

vazimatları və müasir avadanlıq-

larla  təmin  olunmuşdur.  Hər  kəs

tam müalicə üçün əvvəlcədən si-

fariş  verə  bilər.  İnsanların  əksə-

riyyəti buraya 5 və ya 6 günlüyə

gəlirlər, lakin 20 və ya daha artıq

günlüyə  gələn  ağır  xəstələr  həm

də həkimlər tərəfindən təyin olun-

muş  terapiya  müalicəsindən  də

keçə bilərlər.

    Zəngin tarixi keçmişlə müasirliyi

və rahatlığı özündə birləşdirən Duz-

dağ  dünyanın  heç  bir  yerində  ol-

mayan qəribə və inanılmaz xoş ov-

qat  yaradır.  Komaya  bənzər  kabi-

nələrlə ayrılmış mağaraları gəzərkən

insanlar sanki bunların həqiqət ol-

duğuna  inanmırlar.  Bu  yer  müali-

cəxanadan  çox  “Ulduz  keçidinə”

bənzəyir. Ən təəccüblüsü isə müalicə

qiymətlərinin  əlverişli  olmasıdır:

hər kabinənin qiyməti 40-55 dollar

arasındadır. Bir tərəfdən Naxçıvan

dağlarının, digər tərəfdən Araz ça-

yının  xoş  mənzərələri  ilə  tamam-

lanmış  bu  heyranedici  gözəlliyə

baxmağa dəyər.

    Naxçıvanlıların  tarixən  bu  ma-

ğaraların  və  onun  ətrafındakı  tor-

paqların  müalicəvi  gücünə  dərin

inamlarına şübhə etmək çətindir. 2000

kvadratmillik  ərazidə  sərt  dağlarla

əhatə olunmuş bu diyar 1990-cı ildən

blokada nəticəsində Ermənistan və

İran arasında qalaraq Azərbaycanla

ərazi əlaqəsini itirmişdir. Buradakı

torpağın  altında  və  üstündə  xeyli

sərvət vardır.

ABŞ-da nəşr olunan “Men's” jurnalı

ən çox sağlamlıq, səhiyyə, turizm, ekoloji

təmiz  mühit  mövzularını  əhatə  edən

nəşrdir.

Jurnalda dərc olunmuş “Mağara təd-

qiqatçıları üçün füsunkar mehmanxana”

(müəllif  Mark  Hey)  məqaləsinin  tərcü-

məsini təqdim edirik.

    Ölkənin  ictimai-siyasi  sabitlik

şəraitində inkişafında, dövlətçiliyin

cinayətkar qəsdlərdən qorunmasında,

asayişin mühafizəsində daxili işlər

orqanlarının mühüm xidmətləri var-

dır. Fəaliyyəti dövründə Azərbaycan

polisi daim öz peşəkarlıq səviyyəsini

yüksəldərək çətin və şərəfli yol keç-

miş, tarixin sınaqlarından ləyaqətlə

çıxaraq mütəşəkkil və mübariz bir

quruma çevrilmişdir. İctimai-siyasi

quruluşdan və şəraitdən asılı olma-

yaraq, ölkəmizin bütün inkişaf mər-

hələlərində  polis  istər  daxili  cina-

yətkarlara, istərsə də əhalinin əmin-

amanlığı üçün təhlükə törədən digər

qüvvələrə  qarşı  əzmlə  mübarizə

aparmış, əsl fədakarlıq və peşəkarlıq

nümunələri göstərmişdir. Azərbaycan

müstəqillik qazandıqdan sonra daxili

işlər  orqanlarının  şəxsi  heyətinin

üzərinə daha böyük məsuliyyət düş-

müşdür.  Azərbaycan  polisi  bir  tə-

rəfdən milli müdafiə funksiyalarını

yerinə yetirərək ərazi bütövlüyümüz

uğrunda erməni qəsbkarlarına qarşı

ağır döyüşlərdə iştirak etmiş, digər

tərəfdən isə dövlətçiliyimiz əleyhinə

yönəldilmiş  cinayətkar  qəsdlərin

aradan qaldırılmasında mühüm xid-

mətlər göstərmişdir.

    Azərbaycanda bu sahənin inkişafı

ümummilli  lider  Heydər  Əliyevin

adı  ilə  bağlıdır.  Ulu  öndər  polis

əməkdaşları qarşısında mühüm və-

zifələr müəyyənləşdirərək demişdir:

“Polis  peşəsi  ağır  peşədir.  O,  bir

tərəfdən yüksək vətəndaşlıq məsu-

liyyəti, cəsarət, şəxsi mətanət, ikinci

tərəfdən bilik, dərrakə, elm, təhsil

və təcrübə tələb edir. Cinayətkarlığın

qarşısının alınması, dövlətin yarat-

dığı bütün imkanlardan respublika

vətəndaşlarının bəhrələnməsi üçün

dinc şəraitin təmin edilməsi, asayişin

və  qanunçuluğun  möhkəmləndi-

rilməsi  naminə  polis  daim  öz  pe-

şəkar səviyyəsini yüksəltməli, gün-

dəlik  işini  müasir  tələblərə,  bey-

nəlxalq  təcrübəyə  və  normalara

uyğun qurmalıdır”.

    Müstəqillik illərində ümummilli

liderimizin rəhbərliyi ilə daxili işlər

orqanlarının  maddi-texniki  bazası

xeyli  möhkəmləndirilmiş,  xalqa,

vəzifə borcuna sədaqətli kadrların

irəli çəkilməsinə, əməkdaşların və-

tənpərvərlik, milli-mənəvi dəyərlər

əsasında təlim-tərbiyəsinə, peşəkar -

lığının yüksəldilməsinə xüsusi diqqət

yetirilmişdir.  Ölkəmizdə  sabitlik

bərqərar  edilmiş,  cinayətkarlığın

artan dinamikasının qarşısı alınmış,

kriminogen durum tam nəzarətə gö-

türülmüş, mütəşəkkil cinayətkarlığın,

sabitlik üçün təhlükə doğuran zərərli

meyillərin və qanunsuz silahlı birləş-

mələrin qarşısı alınmışdır. Dahi şəx-

siyyətin  1994-cü il  avqustun  9-da

imzaladığı  “Cinayətkarlığa  qarşı

mübarizənin  gücləndirilməsi,  qa-

nunçuluğun  və  hüquq  qaydasının

möhkəmləndirilməsi tədbirləri haq-

qında”  Fərman  mütəşəkkil  cina -

yətkarlıqla  mübarizənin  təşkilati-

hüquqi bazasının, bu sahədə gələcək

uğurların əsasını qoymuşdur. Bun-

dan sonra ölkəmizdə cinayətkarlığa

qarşı mübarizədə, ictimai qaydanın

və ictimai təhlükəsizliyin təminində,

daxili sabitliyin yaradılması sahə-

sində qanunla müəyyən edilmiş və-

zifələrin icrasına başlanılmışdır. Bu

sahənin  qanunvericilik  bazasının

təkmilləşdirilməsi  sonrakı  dövrdə

də  davam  etdirilmiş,  “Polis  haq-

qında”, “Əməliyyat-axtarış fəaliyyəti

haqqında” qanunlar, Daxili işlər or-

qanlarında xidmətkeçmə haqqında

Əsasnamə qəbul edilmişdir.

    Bu gün Prezident İlham Əliyev

tərəfindən  daxili  işlər  orqanlarına

hərtərəfli diqqət və qayğı göstərilir,

ölkəmizdə  sabitliyin  və  asayişin

qorunması istiqamətində ardıcıl təd-

birlər görülür. Dövlət başçısının tə-

şəbbüsü ilə 2004-cü ildə qəbul olun-

muş “Azərbaycan Respublikasında

polis orqanlarının fəaliyyətinin tək-

milləşdirilməsinə dair Dövlət Pro -

qramı” müasir dövrün tələbinə uy-

ğun islahatların aparılmasında, mad-

di-texniki bazanın və şəxsi heyətin

sosial müdafiəsinin gücləndirilmə-

sində mühüm əhəmiyyətə malik ol-

muşdur. Dövlət Proqramına uyğun

olaraq, vətəndaşların məruz qaldığı

hüquqazidd  əməllərə  qarşı  təxirə-

salınmaz  operativ  tədbirlərin  gö-

rülməsi, eləcə də ictimaiyyətlə əla-

qələrin daha effektli təşkili məqsə-

dilə “102”, “Təhlükəsiz şəhər” və

“Qaynar  xətt”  xidmətləri  yaradıl-

mışdır.  Daxili  işlər  orqanlarının

ölkə mizin  müstəqilliyinin  qorun-

ması,  insanların  təhlükəsizliyinin

təmin olunmasındakı rolunu yüksək

qiymətləndirən  Prezident  İlham

Əliyev demişdir: “Azərbaycan po-

lisinin  çox  böyük  və  şərəfli  yolu

var. Bu yol Azərbaycan dövlətçili-

yinin yoludur. Bu gün Azərbaycan

polisi öz vəzifə borcunu ləyaqətlə

icra edir, Azərbaycanın hərtərəfli

inkişafında  öz  rolunu  oynayır.

Azərbaycanda ictimai asayişin qo-

runmasında, sabitliyin saxlanma-

sında çox önəmli rol oynayır”.

    Naxçıvan  Muxtar  Respublika-

sında da daxili işlər orqanları hər-

tərəfli qayğı ilə əhatə olunmuşdur.

Bu gün fəxrlə demək olar ki, Nax-

çıvan polisi yüksək peşəkarlığa ma-

likdir. Muxtar respublikanın daxili

işlər orqanlarında qarşıya qoyulan

məqsədlərə  nail  olmaq,  vətəndaş-

larımızın etimadını qazanmaq üçün

yeni iş metodları tətbiq edilir, hü-

quqazidd əməllərin qarşısının alın-

masında və ictimai təhlükəsizliyin

təmin edilməsində vətəndaş cəmiy-

yəti ilə əlaqələr möhkəmləndirilir.

Şəxsi  heyətin  peşə  hazırlığı,  milli

dəyərlərə sadiqlik ruhunda tərbiyə

olunması,  əhalinin  müxtəlif  təbə-

qələri və kütləvi informasiya vasi-

tələri ilə əlaqələrin genişləndirilməsi

istiqamətində  də  zəruri  tədbirlər

həyata keçirilir.

    Muxtar  respublikamızda  bütün

sahələrdə  əldə  olunan  inkişaf  və

tərəqqi, aparılan çoxşaxəli quruculuq

işləri digər sahələrlə yanaşı, polis or-

qanlarını da əhatə etmişdir. 1995-ci

ildən ötən müddət ərzində Naxçıvan

Muxtar  Respublikası  daxili  işlər

orqanlarının maddi-texniki bazasının

ən  müasir  səviyyəyə  çatdırılması

istiqamətində mühüm tədbirlər hə-

yata keçirilmiş, Naxçıvan Muxtar

Respublikası Daxili İşlər Nazirli-

yinin  inzibati  binası  da  daxil  ol-

maqla  bütün  ərazi,  xətt  polis  or-

qanlarının inzibati binaları yenidən

qurulmuş,  ən  müasir  xidməti  av-

tomobillər verilmişdir. Əməkdaş-

ların sosial-məişət problemlərinin

həlli də dövlət qayğısından kənarda

qalmamışdır.

    Polis  insanların  həyatını,  sağ-

lamlığını,  hüquq  və  azadlıqlarını,

dövlətin, fiziki və hüquqi şəxslərin

qanuni mənafelərini və mülkiyyətini

qoruyur.  Son  17  ildə  muxtar  res-

publikada  hüquq-mühafizə  orqan-

larının  maddi-texniki  bazasının

möhkəm ləndirilməsinin, onlara yük-

sək səviyyədə xidməti şəraitin ya-

radılmasının və profilaktik tədbirlərə

üstünlük  verilməsinin  nəticəsidir

ki, cinayətkarlıq halları minimuma

endirilmişdir.  Naxçıvan  polisinin

cinayətkarlığa və digər hüquqpoz-

malara  qarşı  mübarizə  sahəsində

əldə etdiyi uğurlar yüksək qiymət-

ləndirilmiş, onlarla əməkdaş orden

və medallara, Azərbaycan Respub-

likasının və Naxçıvan Muxtar Res-

publikasının  fəxri  adlarına  layiq

görülmüşdür.

Sabitliyin vw ictimai asayişin keşiyindw

Polis Azərbaycan dövləti-

nin, xalqımızın keşiyində duran mübariz bir orqandır.

N

axçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin  polis  or-

qanlarına göstərdiyi yüksək diqqət və qayğı əməkdaşların pe-

şəkarlıq səviyyəsinin yüksəlməsinə, qanunçuluğun və daxili təhlükəsizliyin

möhkəmlənməsinə,  asayişin  mühafizəsi  sahəsində  qarşıya  qoyulmuş

tapşırıqların  uğurla  yerinə  yetirilməsinə  səbəb  olmuşdur.  Naxçıvan

polisi  bundan  sonra  da  yaradılan  şəraitdən  səmərəli  istifadə  edərək

göstərilən etimadı doğruldacaq, dövlətçiliyin qorunması, asayişin təmin

edilməsində qüvvə və bacarığını əsirgəməyəcəkdir.

                              



Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin

mətbuat xidməti

2 iyul Azərbaycan Polisi Günüdür

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli

Fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Na-

zirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün –

2 iyul “Azərbaycan Polisi Günü” elan olunmuşdur.

Füsunkar Duzdağ

3

    Uzunmüddətli  taxıl  anbarı  hər

biri 3 min ton tutumu olan 6 bun-

kerdən ibarətdir ki, burada da ABŞ

istehsalı olan yüksək texniki göstə-

ricilərə malik müasir texnoloji ava-

danlıqlar quraşdırılmışdır. Həmçinin

burada işçilərə normal iş şəraiti ya-

radılmış, 8 iş otağı, yeməkxana, la-

boratoriya və digər yardımçı otaq-

lardan ibarət inzibati bina tikilib is-

tifadəyə verilmişdir. Müəssisə strateji

əhəmiyyət  daşıdığından  burada  il-

dırımötürücü  qurğu  və  yanğından

mühafizə  sistemi  quraşdırılmışdır.

Həyata keçirilən ardıcıl və məqsəd-

yönlü tədbirlərin nəticəsidir ki, torpaq

mülkiyyətçilərinin istehsal etdiyi ta-

xılın alıcı sarıdan heç bir problemi

yoxdur. Muxtar respublikada taxıl-

çılıqla  məşğul  olan  sahibkarlardan

buğdanın hər kiloqramı 30, qarğıda -

lının hər kiloqramı isə 35 qəpikdən

alınır. Bu,  taxılçılığa olan marağın

daha da artmasına səbəb olur. Taxıl

ehtiyatı anbarında mövsümə hazır-

lıqla  əlaqədar  kompleks  tədbirlər

həyata keçirilmiş, havalandırma sis-

temində,  ayrı-ayrı  anbarlarda  cari

təmir işləri aparılmış, rəqəmsal tərəzi

mütəxəssislər tərəfindən yoxlanılmış,

laboratoriyaya  baxış  keçirilmişdir.   

    Muxtar respublikada strateji əhə-

miyyətli məhsula olan tələbatın daxili

imkanlar  hesabına  ödənilməsi  isti-

qamətində həyata keçirilən tədbirlər

öz  bəhrəsini  vermiş,  2013-cü  ilin

məhsulu üçün taxıl əkini keçirilmiş

35 min 324 hektar sahədə bol məhsul

yetişdirilmişdir.  Ayrı-ayrı  rayon-

lardan gətirilən sarı kəhrəba “Nax-

çıvan 


Muxtar  Respublikası  Taxıl

Məmulatları  Sənaye  Kompleksi”

MMC-də  laborator analizdən keçi-

rildikdən sonra 60 tonluq rəqəmsal

tərəzidə çəkilərək qəbul olunur. To-

xumluq  və  istehsal  üçün  nəzərdə

tutulan taxıl, təyinatı üzrə ayrı-ayrı

anbarlara təhvil verilir. Taxılçılıqla

məşğul olan sahibkarlardan Xaləddin

Zeynalov,  Ramiz  Şükürov,  Zürab

Mehdiyev qeyd etdilər ki, təsərrüfat

suyuna olan tələbat vaxtında ödənilir,

torpaq mülkiyyətçilərinə güzəştli şərt-

lərlə kreditlər və lizinq yolu ilə müasir

kənd  təsərrüfatı  texnikaları  verilir,

“Naxçıvan Aqrolizinq” ASC-nin ra-

yon bazalarında aqrotexniki xidmət

sarıdan köməkliklər göstərilir. Həm-

çinin kənd təsərrüfatı məhsulları is-

tehsalçılarına sərf etdikləri yanacaq

və motor yağlarına görə dövlət tə-

rəfindən  hər  hektar  sahə  üçün  40

manat və hər hektar sahə üçün tələb

olunan mineral gübrələr verilir. 

    Taxılın əkilib-becərilməsi ilə ya-

naşı,  məhsulun  vaxtında  toplanıl-

masına və münasib qiymətə “Nax-

çıvan 


Muxtar  Respublikası Taxıl

Məmulatları  Sənaye  Kompleksi”

Məhdud Məsuliyyətli Cəmiyyətinə

təhvil verilməsinə də əlverişli şərait

yaradılmışdır. Sahibkarlar yaradılan

şəraitə, göstərilən dövlət qayğısına

görə  minnətdarlıqlarını  bildirdilər. 

    Strateji əhəmiyyətli məhsulun tə-

darük  olunub  yüksək  keyfiyyətlə

saxlanılması  istiqamətində  həyata

keçirilən ardıcıl və məqsədyönlü təd-

birlər cari ildə də uğurla davam et-

dirilmiş,  “Gəmiqaya  Holdinq”  Şir-

kətlər İttifaqının “Naxçıvan  

Muxtar

Respublikası Taxıl Məmulatları Sə-



naye Kompleksi” Məhdud Məsuliy-

yətli Cəmiyyətində hər birinin tutumu

3  min  ton  olan  daha  3  ədəd  uzun-

müddətli taxıl ehtiyatı anbarının in-

şasına başlanılmışdır. İnşaat işlərinə

“Gəmiqaya” MMC-nin təcrübəli in-

şaatçıları və mütəxəssisləri cəlb olun-

muşlar. Hazır da hər 3 anbarın özü-

lündə beton işləri başa çatdırılmışdır.

Müasir layihə əsasında inşa olunan

taxıl  ehtiyatı  anbarlarının  vaxtında

istifadəyə  verilməsi  üçün  mövcud

imkanlardan səmərəli istifadə edilir. 



Kərəm HƏSƏNOV



N

axçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 sentyabr

2008-ci  il  tarixli  Sərəncamla  təsdiq  etdiyi  “2008-2015-ci

illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları

ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq, muxtar

respublikamızda  ardıcıl  və  məqsədyönlü  tədbirlər  həyata  keçirilir.

Muxtar  respublikamızda  taxılçılığın  inkişafı,  istehsalın  artırılması

belə məhsulların saxlanılması üçün anbarların qurulması zərurətini

yaratmış, 2009-cu ilin iyul ayında “Naxçıvan Muxtar Respublikası

Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiy-

yətində 18 min ton tutuma malik uzunmüddətli və 20 min ton tutuma

malik qısamüddətli taxıl ehtiyatı anbarları istifadəyə verilmişdir. 

R

R

edaksiyadan  muxtar

respublikamızda  taxıl

biçininin gedişi ilə bağlı reportaj

hazırlamaq tapşırığı alanda ilk

olaraq  hansı  bölgəyə  getməyi

soruşdum. Bildirdilər ki, Kənd

Təsərrüfatı Nazirliyinin əmək-

daşları  ilə  Kəngərli  rayonuna

gedirsiniz. 

    Redaksiyadan  çıxanda  saat  10

radələri idi. Nazirliyin əməkdaşı Xa-

liq  Abbasov  bildirdi  ki,  vaxtında

çatacağıq.  Çox  tez  getməyin  xeyri

yoxdur. Çünki səhər çağlarında zə-

milərə şeh gəldiyindən biçinə baş-

lamaq olmaz. Ona görə mexaniza-

torlar  gecə  saatlarında  da  məhsul

tədarük edirlər. Səhər saat 11-ə qədər

kombaynlara texniki baxış keçirilir

ki, işin qızğın çağında dayanma hal-

ları baş verməsin. 

    Nazirliyin digər əməkdaşı Zərrab

Əfəndiyev söhbətə qoşulur:

    – Bu il muxtar respublika üzrə

100-dən artıq kombaynın gücündən

istifadə  olunacaq.  Onların  hamısı

texniki baxışdan keçirilib, nasazları

işlək  vəziyyətə  gətirilib.  Lazım

olan ehtiyat hissələri əldə olunub.

Kifayət qədər yanacaq ehtiyatı ya-

radılıb.  Taxılın  sahələrdən  daşın-

ması üçün texnikalar ayrılıb. Məq-

səd isə ondan ibarətdir ki, mövsüm

uğurla və optimal müddətdə başa

çatdırılsın. 

    – Bəs  Kəngərli  rayonunda  və-

ziyyət necədir? Sahələrə neçə kom-

bayn çıxarılıb? 

    – Hələlik  12  kombayn.  Ehtiyac

olarsa, “Naxçıvan Aqrolizinq” Açıq

Səhmdar Cəmiyyətindən əlavə kom-

baynlar gətiriləcək ki, məhsul itkisinə

yol  verilməsin.  Torpaq  mülkiyyət-

çilərinin minbir zəhmətlə hasilə gə-

tirdikləri məhsul vaxtında toplanılsın. 

    Başımız  söhbətə  qarışdığından

biçin aparılan sahəyə nə vaxt çat-

dığımızı bilmirik. Öyrənirik ki, bu-

rada Böyükdüz və Xok kəndlərinin

torpaq mülkiyyətçilərinin yetişdir-

dikləri məhsul toplanılır. Xok kənd

sakini Xaləddin Zeynalov 50 hektar

sahədə taxıl əkib. Onun 30 hektarı

arpadır. Böyük heyvandarlıq təsər-

rüfatı var. Ona görə də arpa əkininə

daha çox maraq göstərir. Rayonda

birinci olaraq o, arpa sahəsində bi-

çini  başa  çatdırıb.  Kənd  sakinləri

Rəhim Qəmbərov 18, İsrail Məm-

mədov 10 hektar sahədən məhsul

götürüblər. Deyirlər ki, çəkdikləri

zəhmət  hədər  getməyib.  Bu  işdə

dövlətin  qayğısından  da  razılıq

edirlər. 

    Zəmisini biçdirən Hüseyn Allah-

verdiyevə  yaxınlaşırıq.  Salamlaşıb

hal-əhval  tuturuq.  Onun  dedikləri:

    – Şükür  Allaha.  Sahələrdə  bol

məhsul yetişib. Yığıb-yığışdırmaqla

qurtaran deyil. Düzdür, yağışlar bir

qədər  işimizi  yubatdı,  biçinə  gec

başladıq. Ancaq itki yoxdur. 

    – Nə qədər taxıl əkmisiniz?

    – 1,3 hektar sahəyə toxum səp-

mişəm. Son illər muxtar respublikada

yaradılmış toxumçuluq təsərrüfatları

biz taxılçıların əlindən yaxşıca tutur.

Özümüz  də  bəzən  bu  işlə  məşğul

oluruq. Əkin vaxtı da bilirik ki, tor-

pağa  necə  toxum  səpmişik.  Neçə

illər əvvəl əlimizə keçən toxumdan

istifadə edirdik. Çəkdiyimiz zəhmət

də hədər gedirdi.

    – Bəs aqrotexniki tədbirləri necə

aparmısınız?

    – Aqrotexniki tədbirləri vaxtında

aparmasaydım, belə bol məhsul ye-

tişməzdi.  Onu  da  deyim  ki,  məh-

suldarlığın artırılmasında gübrələrdən

düzgün istifadə başlıca rol oynayır.

Bu sahədə də narazılığımız yoxdur.

Dövlət tərəfindən gübrə verilib, hər

hektar  taxıl  sahəsi  üçün  müəyyən

edilmiş yardımı da almışıq. Texnika

üçün  müraciət  etməyə  isə  ehtiyac

qalmayıb.  Mütəxəssislər  sahələrə

baxdıqdan sonra biçinə başlamışıq.

Çalışırıq ki, biçin kampaniyası ye-

kunlaşan kimi sahələrdən saman və

küləşi  yığışdıraq.  Çünki  gələn  ilin

əkini  üçün  şum  qaldırmağı  da  yu-

batmaq olmaz. 

    Zəmilərin kənarında növbə göz-

ləyən  Məmmədhüseyn  Məmməd -

ovun,  Mirbağır  Seyidovun  razılıq

dolu  söhbətlərini  dinləyirik.  Onlar

da  deyirlər  ki,  bu  il  də  sahələrdə

bol  məhsul  yetişib.  Əlavə  edirlər

ki, Kəngərli torpaqları münbit tor-

paqlardır.  Bu  torpaqlarda  yüksək

keyfiyyətli taxıl yetişdirmək heç də

çətin məsələ deyil. Son illər bu sa-

hənin  inkişafına  göstərilən  dövlət

qayğısı onları daha da ruhlandırıb.

Rayonun  taxılçılıqla  məşğul  olan

torpaq  mülkiyyətçiləri  zəhmətdən

qorxan  deyillər.  Mövcud  şəraitdən

səmərəli istifadə edirlər. 

    Biçinin gedişinə nəzarət edən ra-

yon  İcra  Hakimiyyəti  başçısının

aqrar  məsələlər  üzrə  müavini  Rza

Məmmədovla da həmsöhbət olduq.

Bildirdi ki, cari ildə Kəngərli rayo-

nunda  3869  hektar  sahədə  məhsul

yetişdirilib.  Biçin  kampaniyasına

iyun  ayının  16-dan  başlanılıb.  Bu

günədək  670  hektar  sahədə  biçin

aparılıb.  Məhsuldarlıq  hələlik  26

sentnerdir. 

     Sahədən  ayrılarkən  üst-başımız  toz-torpaq  içində  olsa  da,  üzümüz

gülürdü  desəm,  səmimiyyətimə  inanın.  Çünki  bu  gün  tədarük  edilən

məhsul  təkcə  torpaq  mülkiyyətçilərinin  deyil,  bizim  hamımızındır.  Bir

neçə  gündən  sonra  onu  süfrələrimizdə  görəcəyik.  Bu  gün  o  çörəyin  ətri

taxıl zəmilərindən gəlir.

İstehsal müəssisələri

    Naxçıvan Muxtar Respublika-

sında iqtisadi inkişafı sürətləndirən

mühüm amillərdən biri real sek-

tora kredit dəstəyidir. Muxtar res-

publikanın  sənaye,  tikinti,  kənd

təsərrüfatı,  nəqliyyat  və  rabitə,

ticarət,  xidmət  və  digər  sahələ-

rində  işlərin    genişləndirilməsi

üçün cari ilin ilk beş ayı ərzində

bank və qeyri-bank kredit təşki-

latları tərəfindən 20 milyon 207

min  manat  kredit  verilmişdir.

Mərkəzi Bankın Naxçıvan Muxtar

Respublikası İdarəsindən aldığı-

mız məlumata görə, verilmiş kre-

ditlər arasında öz xüsusi çəkisinə

görə  kommunal,  sosial  və  şəxsi

xidmətlərin  göstərilməsi  və  is-

tehlak  kreditləri  33,6  faizlə  ilk

sıranı tutur. İkinci yerdə isə 28,4

faiz göstərici ilə kənd təsərrüfatını

qeyd  etmək  olar.  Bunları  sırası

ilə  tikinti  və  maliyyə  fəaliyyəti

sahələrinə yönəldilən kreditlər iz-

ləyir. Ötən ildən başlayaraq ipo-

teka kreditlərində yaranan artım

bu il də davam etmiş, təkcə cari

ilin ilk beş ayı ərzində 330 min

manat ipoteka krediti verilmişdir

ki, bu da ötən ilin müvafiq döv-

ründən 13,8 faiz çoxdur. 



Ə.CABBAROV

   Naxçıvan şəhərinin Heydər

Əliyev prospektində bir neçə

obyektdə aparılan qurucu-

luq  işləri  davam  etdirilir.

Onlardan biri də 44 nömrəli

üçmərtəbəli yaşayış binası-

dır. 27 mənzilli binanın əsas-

lı  təmirinə  bu  ilin  aprel

ayından başlanılıb.

     Binanın eni 4 metr 70 san-

timetr artırılaraq 18 mənzil əla-

və olunub. İş icraçısı İlqar Fə-

rəcovun verdiyi məlumata görə,

hazırda binada qapı və pəncə-

rələr dəyişdirilir, üçüncü mər-

təbədə isə hörgü işləri gedir. 

    Binanın birinci mərtəbəsinə

üzlük  travertin  döşənib,  dam

örtüyünün vurulmasına başla-

nılıb.  “Gəmiqaya”  Məhdud

Məsuliyyətli Cəmiyyətinin in-

şaatçıları yaşayış binasını vax-

tında təhvil vermək üçün səylə

çalışırlar.

*   *   *

    Muxtar  respublikamızda

müxtəlif  təyinatlar  üzrə  apa-

rılan tikinti-quruculuq işlərin-

dən Əli abad qəsəbəsindəki 16

nömrəli tam orta məktəbə də

pay düşüb. “Gəmiqaya” Məh-

dud Məsuliyyətli Cəmiyyətinin

inşaatçıları tərəfindən aparılan

yenidənqurma işlərinə cari ilin

aprel  ayından  başlanılıb.  İş

icraçısı  Namiq  İsmayılovun

verdiyi  məlumata  görə,  869

şagird  yerlik  olacaq  məktəb

binasına  bir  mərtəbə  və  iki

korpus əlavə olunub. 

    Üç mərtəbədən ibarət ola-

caq  məktəb  binasının  birinci

mərtəbəsində müəllimlər otağı,

kitabxana  və  sinif  otaqları,

ikinci  mərtəbədə  fənn  kabi-

nələri və siniflər, elektron löv-

həli  sinif,  kompyuter  otağı,

üçüncü mərtəbədə isə 2 elek-

tron lövhəli sinif, 2 kompyuter

otağı  və  digər  sinif  otaqları

yerləşəcək. 

    Binanın zirzəmi hissəsində

isə qazanxana, 3 fənn labora-

toriyası, müəllim və şagirdlər

üçün  ayrı-ayrı  yeməkxanalar

olacaq. Hazırda yeni korpus-

larda  hörgü  və  suvaq  işləri

aparılır. Tikintidə təhlükəsiz -

lik  qaydalarına  ciddi  əməl

edilir.


Xəbərlər şöbəsi



Muxtar MƏMMƏDOV



4

İtmişdir

Əsgərov Əli Əsgər oğlunun adına olan Azərbaycan Respublikası vətəndaşının

şəxsiyyət vəsiqəsi itdiyindən etibarsız sayılır. 

*   *   *

Şərur rayonunun Məmmədsabir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə

aid möhür və ştamp itdiyindən etibarsız sayılır.



Həmyerlimiz Avropa çempionatından 

qızıl medalla qayıdıb

    Bu  günlərdə  Serbiyanın  Novi  Sad  şəhərində  məktəblilər  arasında

Avropa  çempionatı  keçirilmişdir.  13  ölkədən  250-dək  məktəblinin

qatıldığı  çempionatda  Azərbaycan  şahmatçıları  ilə  bərabər  mübarizə

aparan muxtar respublikamızın şahmatçısı Rauf Murtuzov uğurlu nəticə

əldə etmişdir. İsveçrə sistemi üzrə 9 turdan ibarət olmuş yarışda 11 yaşlı

oğlanlar arasında öz qüvvəsini sınayan Rauf Murtuzov 8.5 xalla qızıl

medal qazanmışdır.

    AMEA Naxçıvan Böl-

məsinin Tarix, Etnoqrafiya

və Arxeologiya İnstitutu-

nun Qədim dövr arxeolo-

giyası  şöbəsinin  böyük

elmi işçisi, tarix üzrə fəl-

səfə doktoru Toğrul Xəlil -

ovun  “Son  Tunc-Erkən

Dəmir  dövründə  Naxçı-

vanın  əkinçi-maldar  tay-

falarının mədəniyyəti” adlı yeni ki-

tabı “Elm və təhsil” nəşriyyatında

çapdan çıxıb. AMEA Naxçıvan Böl-

məsi  Rəyasət  Heyətinin  qərarı  ilə

çap olunan kitabın elmi redaktoru

AMEA-nın müxbir üzvü Vəli Bax-

şəliyev, rəyçiləri AMEA-nın müxbir

üzvü Vəli Əliyev və tarix üzrə fəl-

səfə  doktoru  Bəhlul  İbrahimlidir.

Naxçıvanın Son Tunc-Erkən Dəmir

dövrü mədəniyyətinin öyrənilməsinə

həsr olunmuş kitabda bəhs olunan

dövrə  aid  abidələrin  geniş  təhlili

verilib. Bu dövrdə Naxçıvan ərazi-

sində yaşayan insanların həyat tərzi,

məşğuliyyəti, dini-ideoloji görüşləri

haqqında maraqlı mə-

lumatlarla zəngin olan

kitab iki fəsildən iba-

rətdir. “Arxeoloji abi-

dələr” adlanan birinci

fəsildə oturaq və möv-

sümi  yaşayış  yerləri,

qalatipli yaşayış məs-

kənləri, qəbir abidələri

və qayaüstü təsvirlər-

dən bəhs olunur. Bu fəsildə Gəmi-

qaya qayaüstü təsvirləri, Yuxarı Gi-

lançay vadisindəki qaya təsvirləri,

Kolanı və Sarıdərə nekropollarındakı

təsvirlər  haqqında  verilən  məlu-

matlar xüsusilə maraq doğurur. 

    “Arxeoloji materialların təhlili”

adlanan  ikinci  fəsildə  isə  o  dövr

əhalisinin əmək alətləri, keramika

məmulatları, silahlar, bəzək əşyaları

haqqında  ətraflı  məlumat  verilib.

Kitabın  illüstrasiyalar  hissəsində

yaşayış yerlərinin sxemləri ilə ya-

naşı, aşkarlanan maddi-mədəniyyət

nümunələrinin şəkilləri də yer alıb. 

                     - 



Elnur KƏLBİZADƏ 

Naxçıvanın qədim dövr tarixindən bəhs edən 

yeni monoqrafiya çapdan çıxıb

Dama üzrə rayon birinciliyi

    Ordubad Rayon Uşaq-Gənclər Şahmat Məktəbində “Zərərli vərdişlərə

yox deyək, həmişə sağlam olaq” devizi altında dama üzrə rayon birinciliyi

keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin

tədbirlər planına uyğun olaraq təşkil edilən yarışda 25 idmançı mübarizə

aparmışdır. Olimpiya sistemi ilə keçirilən birincilikdə Simur Rzayev ən

yüksək  nəticəni  göstərmişdir.  Elnur  Məhərrəmov  ilə Aydın  İsmayılov

ikinci  və  üçüncü  yerləri  tutmuşlar.  Qalib  idmançılara  Ordubad  Rayon

Gənclər və İdman İdarəsinin diplomları verilmişdir.

Naxçıvan Muxtar Respublikası 

Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

    


Hörmətli redaksiya!

    2013-cü il mayın 22-dən 26-dək

Naxçıvan  Muxtar  Respublikasına

olan səfərimi xatırlayarkən demək

istəyirəm ki, mən unikal tarixi abi-

dələrdən, landşaftın müxtəlifliyindən

və Naxçıvandakı insanların qonaq-

pərvərliyindən təəccüblənmişəm. 

    Türkiyədən  sərhədi  keçdiyim

andan  Bakıya  səfər  etməyi  plan-

laşdırmışdım.  Ancaq  Naxçıvanda

gördüyüm  qonaqpərvərlik,  gözəl

mənzərələr məni bir neçə gün orada

qalmağa vadar etdi. 

 Bələdçim əvvəlcə məni Naxçıvan

şəhərinin tarixi abidələri olan əzə-

mətli Möminə xatın və Nuh türbə-

lərinə apardı. Möminə xatın türbəsi

öz dəqiq quruluşu və şəbəkə formalı

dekorasiyası ilə məni heyrətləndirdi.

Mən  yenidən  bərpa  olunmuş  Xan

Sarayına da baş çəkə bildim. Uzun

zamandan bəri xalçalara və qədim

İpək Yolu ərazisinin kilimlərinə ma-

raq göstərdiyim üçün Xalça Muzeyi

mənim  üçün  səyahətin  ən  zövqlü

məqamı  idi.  Naxçıvandakı  bütün

muzeylərə ödənişsiz səfər etdim və

çoxlu ətraflı məlumat verən dostcanlı

heyət tərəfindən qarşılandım. 

Mənim üçün, həqiqətən, inanıl-

maz  bir  müşahidə  Araz  çayı  bo-

yunca  Ordubada  asta  dəmir  yolu

səyahəti idi. Yaxınlaşdıqca Ordubad

təpələri rəngarəng qırışları olan dağ

yamaclarına  çevrilirdi.  Dağlarla

əhatələnmiş  tarixi  şəhər  olan  Or-

dubaddan çox təsirləndim. 

Növbəti  gün  Batabata  getdik.

Kiçik bir ərazidə müxtəlif iqlim və

landşaftın şahidi olmaq mənim üçün

möcüzəli idi. Biz yuxarı qalxdıqca

hava daha da sərinləşirdi. Batabat-

dakı bulağın suyu o qədər sərin idi

ki,  mən  əlimi  bir  neçə  saniyədən

çox həmin bulağın suyunda saxlaya

bilmədim. 

Digər bir heyrətamiz yer tənəffüs

yollarında  problem  olan  insanlar

üçün əvəzolunmaz təbii sağlamlıq

ocağı Duzdağ idi. 

Qədim kənd olan Qarabağlarda

çoxlu  meyvə  bağları  gördüm.

14-cü əsrdə tikilmiş abidəni də zi-

yarət etdim. 

Əlincə qalasını və Haçadağı unut-

maq  olmaz.  Çay  içmək  üçün  bizi

dağa yaxın olan evlərdən birinə dəvət

etdilər. Mən Naxçıvan əhalisinin bö-

yük qonaqpərvərliyini gördüm.

    Səfər etdiyim yerlərin hamısında

keçmişlə  müasirliyin  vəhdəti  açıq-

aydın görünürdü. Naxçıvanın kənd -

ləri, qəsəbələri şəhər görkəmindədir.

Naxçıvan şəhəri isə müasir Avropa

şəhərlərindən seçilmir. Sizin döv-

lətiniz  insanların  yaxşı  yaşayışı

üçün  hər  cür  şərait  yaradıb.  Belə

dövlətlə yalnız fəxr etmək olar. Ən

önəmli cəhətlərdən biri də Naxçı-

vanda insanların təhlükəsiz şəraitdə

yaşamasının  təmin  olunmasıdır.

Naxçıvanı  hər  bir  turist  üçün  də

ideal məkan kimi dəyərləndirirəm.

Muxtar  respublikanın  çoxlu  gəz-

məli-görməli yerləri, qədim tarixi

abidələri, müasir otelləri, restoran-

ları, rahat yolları vardır. Mən dost-

larıma  və  tanışlarıma  Naxçıvana

səyahət etməyi tövsiyə etmişəm.

Mənim üçün Naxçıvanda keçir-

diyim  vaxt  unudulmaz  idi  və

ümid  edirəm  ki,  bir  gün  ora  geri

qayıdacağam.



Liebervirt Daniela 

Almaniya vətəndaşı

Naxçıvan hər bir turist üçün ideal məkandır

  Son  illər  muxtar  respublikamızda  müasir  infrastrukturun  yara-

dılması,  turizmin  inkişafı  istiqamətində  böyük  işlər  görülmüşdür.

Nəticədə, artıq bir neçə ildir ki, muxtar respublikamıza il ərzində

300 mindən çox turist gəlməkdədir. Muxtar respublikamızın əsrarəngiz

təbiəti,  buradakı  inkişaf  turistlərdə  dərin  təəssürat  yaradır.  Bu

günlərdə  Almaniyadan  redaksiyamızın  elektron  ünvanına  həmin

təəssüratların  ifadəsi  olan  məktub  daxil  olmuşdur.  Bu  məktubun

maraqlı olacağını nəzərə alaraq oxucularımıza təqdim edirik.

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir

və onlar geri qaytarılmır

ØßÐÃqapısı

Ünvan: AZ-7000,

Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.

Telefonlar: Məsul katib: 545-62-47 

Şöbələr: 545-81-44, 545-51-18

Müxbirlər: 545-75-21, Faks: 544-52-52

E-mail: serqqapisi@nakhchivan.az

Nömrəyə məsul: Səbuhi Həsənov

Qəzet redaksiyanın kompyuter mərkəzində yığılıb, səhifələnib və

“Əcəmi” NPB-də ofset üsulu ilə çap olunmuşdur

.

Tiraj: 3940. Sifariş № 617

Baş redaktor:

TURAL SƏFƏROV

Allah rəhmət eləsin

Naxçıvan Dövlət Universitetinin 

Təbiətşünaslıq və kənd təsərrüfatı 

fakültəsinin dekanı Akif Mərdanlı və

dekan müavini Şəmil Mahmudov 

AMEA-nın vitse-prezidenti İsa 

Həbibbəyliyə, əzizi

FATİMƏ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və

dərin hüznlə başsağlığı verirlər.

Naxçıvan Muxtar Respublikası

Standartlaşdırma, Metrologiya və 

Patent üzrə Dövlət Komitəsinin kollektivi

komitənin sədri Malik Rzayevə və komi-

tənin əməkdaşı Ramiz Rzayevə, əzizləri



HİDAYƏTİN

vəfatından kədərləndiyini bildirir və dərin

hüznlə başsağlığı verir.

Naxçıvan Tibb Kollecinin direktoru 

İlhamə Mustafayeva və kollecin

kollektivi iş yoldaşları Tamella 

İbrahimovaya, qohumu

MEHDİ ŞƏRİFOVUN

vəfatından kədərləndiklərini bildirir və

dərin hüznlə başsağlığı verirlər.

Naxçıvan Tibb Kollecinin direktoru 

İlhamə Mustafayeva və kollecin 

kollektivi iş yoldaşları 



YAQUB MEHDİYEVİN

vəfatından kədərləndiklərini bildirir və

mərhumun ailəsinə dərin hüznlə 

başsağlığı verirlər.

Naxçıvan Muxtar Respublikası Dövlət

Sosial Müdafiə Fondunun kollektivi iş

yoldaşları Fərzi Seyidova, atası

MİRHÜSEYNİN

vəfatından kədərləndiyini bildirir və dərin

hüznlə başsağlığı verir.

Naxçıvan Dövlət Filarmoniyasının 

direktoru Elman Əliyev və 

filarmoniyanın kollektivi iş yoldaşları

İlqar Hüseynova, qayınatası

RƏHİM FƏRZƏLİYEVİN

vəfatından kədərləndiklərini bildirir və

dərin hüznlə başsağlığı verirlər.

     İkinci Azərbaycan Kənd İnvestisiya

Layihəsinin Naxçıvan Regional Əmə-

liyyatlar Ofisinin əhatə etdiyi Şərur ra-

yonunun  Xanlıqlar  icmasının  tender

komissiyası, icma qrupunun hazırladığı

“Elektrik sistemlərinin bərpası və ge-

nişləndirilməsi”  adlı  layihənin  icrası

məqsədilə keçirilən tenderdə iştirak et-

mək iddiasında olan bütün hüquqi və

fiziki şəxsləri əməkdaşlığa dəvət edir.

     Tender komissiyasına aşağıdakı sə-

nədlər təqdim olunmalıdır:

     * Maraq məktubu



     * Nizamnamə

     * Maddi-texniki və insani resurslar

barədə məlumat

     *  Son  üç  ildə  icra  etdikləri  işlər

haqqında məlumat

     * Maliyyə vəziyyəti barədə arayış

     Qeyd olunmuş sənədlər toplusunu

8 iyul 2013-cü il, saat 18

00

-ə kimi ten -



der  komissiyasına  təqdim  etmək

lazımdır.



Şərur rayonu, Xanlıqlar kəndi

tender komissiyası.

İcma qrupunun sədri: 

Adil Cabbarov 

Əlaqə telefonu: 542-85-32

Tender elanı

S/S

Taxıl məhsullarını tədarük edən 

müəssisənin adı

Müəssisənin ünvanı

Əlaqə telefonları

1.

“Naxçıvan Muxtar Respublikası



Taxıl Məmulatları Sənaye Kompleksi” MMC

Naxçıvan şəhəri,

Şəhriyar küçəsi 60

(036) 544-82-38, (070) 250-85-81,

(050) 314-85-57

2.

“Aqrotexservis” ASC



Şərur şəhəri,

K.Kərimov küçəsi

(051) 923-36-88, 

(070) 344-64-44

3.

“Məhsul-2000” kəndli fermer təsərrüfatı



Şərur şəhəri,

K.Kərimov küçəsi

(050) 390-93-48, 

(070) 390-93-48

4.

“Arpaçay” un dəyirmanı



Şərur rayonu,

Qarxun kəndi

(050) 314-28-76, (070) 314-28-76,

(051) 561-35-51, (060) 540-13-81

5.

“İlham” MMC, un dəyirmanı



Babək rayonu,

Sirab kəndi

(050) 210-11-81, 

(070) 220-11-81

6.

“Darıdağ” un dəyirmanı



Babək rayonu,

Hacıvar kəndi

(050) 342-34-03, (050) 342-52-35, 

(050) 354-74-03

7.

“Ruzi” Kiçik Müəssisəsi, un dəyirmanı



Babək rayonu,

Cəhri kəndi

(050) 218-08-06, 

(050) 363-00-02

8.

“Dəstə” un dəyirmanı



Ordubad rayonu,

Dəstə kəndi

(050) 662-91-79, 

(050) 587-30-12

9.

“Əylis” un dəyirmanı



Culfa rayonu,

Camaldın kəndi

(050) 678-29-47, (050) 312-69-98, 

(070) 312-69-98

10.

Qarabağlar “Asnı” un dəyirmanı



Kəngərli rayonu,

Qarabağlar kəndi

(050) 369-46-93, (070) 369-46-93, 

(070) 654-85-85



Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi

     Qeyd: İstehsalçılar öz məhsullarını müqavilə əsasında anbarlarda saxlaya bilərlər.

Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi

Elan 

    

Muxtar respublikada fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının istehsalçılarının nəzərinə çatdırılır ki, tələbatdan

artıq istehsal etdikləri meyvə və tərəvəz məhsulları soyuducu anbarlar tərəfindən satın alınır.

     Tədarük müəssisələri və soyuducu anbarların ünvanını və əlaqə telefonlarını bildiririk.



S/S

Hüquqi və fiziki şəxsin adı 

Tədarük ediləcək məhsulların –

Müəssisənin ünvanı Əlaqə nömrəsi

1.

Naxçıvan “Meyvə-Tərəvəz 



Məhsulları” MMC

adı

qiyməti

Naxçıvan şəhəri,

Ə.Qəmküsar küçəsi

(036) 554-05-57

(050) 516-45-61

(070) 366-45-61

Kartof I növ

30-35 qəpik

Kartof II növ

20-22 qəpik

Soğan I növ

25-30 qəpik

Alma (payız mövsü-

mündə yığılan)

45-55 qəpik

2.

Naxçıvan “Araz-3” MMC



Alma III növ

10 qəpik


Naxçıvan şəhəri,

Ə.Qəmküsar küçəsi

(050) 372-89-69

(036) 554-21-20

3.

“Gəmiqaya Holdinq” Şirkətlər



İttifaqının “Qida Məhsulları 

Sənaye Kompleksi” MMC

Ərik I növ

15 qəpik


Naxçıvan şəhəri,

N.Tusi küçəsi

(050) 391-69-23

(051) 831-85-85

(060) 540-28-95

II növ


12 qəpik

III növ


10 qəpik

Şaftalı I

növ

20 qəpik


II növ

15 qəpik


Alma III növ

10 qəpik


Gilənar

25 qəpik


Muxtar respublikada fəaliyyət göstərən kənd təsər-

rüfatı məhsullarının istehsalçılarının nəzərinə çatdırılır

ki, muxtar respublikada fəaliyyət göstərən taxıl emalı

müəssisələri tərəfindən aşağıda qeyd edilmiş qiymət-

lərlə tələbatdan artıq istehsal olunmuş buğda, arpa və

qarğıdalı məhsulları satın alınır:



Buğda – 30 qəpik

Arpa – 30 qəpik

Qarğıdalı – 35 qəpik

Məlumat üçün muxtar respublikada fəaliyyət gös-

tərən taxıl emalı müəssisələrinin ünvanı, əlaqə tele-

fonları və məhsulların tədarük qiymətləri nəzərinizə



çatdırılır.

Elan 

Yeni nəşrlər

Redaksiyanın elektron ünvanından

Yüklə 192,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin