* * *
Øß Ã
Ð
Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım
mənim qibləgahımdır
Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti
Gündəlik ictimai-siyasi qəzet
qapısı
Qəzet 1921-ci
ildən çıxır
Sayı: 41 (21.702)
26 fevral 2017-ci il, bazar
www.serqqapisi.az
Qiyməti 20 qəpik
Azərbaycanın Qars şəhərindəki
Baş Konsulluğu Xocalı soyqırı-
mının iyirmi beşinci ildönümünün
keçirilməsinə dair Tədbirlər Pla-
nına əsasən ilk tədbiri Baş Kon-
sulluğun xidmət ərazisi olan İqdır
vilayətində həyata keçirib.
Tədbir Azərbaycanın Qars şə-
hərindəki Baş Konsulluğu ilə Tür-
kiyə-Azərbaycan Dostluq Dərnək-
ləri Federasiyası (TADDEF) və İq-
dır Azərbaycan Evi Dərnəyinin
(İAED) birgə təşkilatçılığı əsasında
keçirilib.
Təşkil edilən tədbirdə Azərbay-
canın Qars Baş konsulu Nuru Qu-
liyev, İqdır vali vəkili Bilgehan
Karanfil, İqdır vilayəti baş proku-
roru Sedat Turan, Daxili İşlər İda-
rəsinin müdiri Orxan Çevik, alay
komandiri Qəhrəmən Dikmən,
Azərbaycanın Qars Baş Konsullu-
ğunun diplomatik heyəti, protokol
üzvləri və iş adamları, qeyri-hö-
kumət təşkilatları nümayəndələri
Heydər Əliyev Fən Liseyi idarəçi-
ləri, şagirdləri, dərnək başçıları və
iqdırlılar iştirak ediblər.
Əvvəlcə Xocalı şəhidlərinin ru-
huna “Qurani-Kərim”dən ayələr
oxunub.
Sonra Azərbaycan və Türkiyənin
Dövlət himnləri səsləndirilib.
Azərbaycan Respublikasının
Qarsdakı Baş konsulu Nuru Quliyev,
Türkiyə-Azərbaycan Dostluq Dər-
nəkləri Federasiyası (TADDEF) və
İAED-in sədri Sərdar Ünsalın çı-
xışları dinlənilib.
Xocalı soyqırımının səbəb,
məqsəd və nəticələrindən bəhs
edən çıxışçılar XX əsr boyu erməni
millətçilərinin təşkilatçılığı ilə bu
toplumdan düzəldilən silahlı dəs-
tələrin xalqımıza qarşı törətdikləri
ağır cinayətlərdən və bu aman-
sızlığın davamı olan Xocalı soy-
qırımının dünyada tanıdılması pro-
sesi barədə iştirakçılara ümumi
məlumat veriblər.
Baş konsul Nuru Quliyev diqqətə
çatdırıb ki, Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın
təşəbbüsü ilə “Xocalıya ədalət!”
beynəlxalq məlumatlandırma kam-
paniyası çərçivəsində davam edən
proseslər ermənilərin xalqımıza
qarşı törətdikləri cinayətlərin ma-
hiyyətini ifşa edir.
Tədbirin sonunda Xocalıya həsr
edilmiş şeir müsabiqəsi olub. Ke-
çirilən şeir müsabiqəsinin qaliblərinə
hədiyyələr verilib.
İqdırda Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə
həsr olunmuş mərasim keçirilib
Fevralın 25-də Naxçıvan şəhərinin Dövlət
Bayrağı Meydanındakı Xatirə kompleksində
Xocalı soyqırımının iyirmi beşinci ildönümü
ilə əlaqədar tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri Vasif Talıbov abidə önünə
gül qoymuş, Xocalı soyqırımı qurbanlarının
xatirəsini dərin ehtiramla yad etmişdir.
Nazirlik, komitə, idarə, müəssisə və təş-
kilatların rəhbərləri, hərbi hissələrin koman-
dirləri, ictimaiyyətin nümayəndələri də abidə
önünə gül qoymuşlar.
Sonra Xocalı soyqırımı qurbanlarının xa-
tirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış
edərək demişdir: Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 2017-ci il
24 yanvar tarixli Sərəncamına əsasən ölkə-
mizin hər yerində Xocalı soyqırımının iyirmi
beşinci ildönümü qeyd olunur. Xalqımızın
məruz qaldığı Xocalı soyqırımı iyirmi beş
il bundan əvvəl Azərbaycanın Xocalı şəhə-
rində baş verdi. Həmin gün əliyalın Xocalı
sakinləri erməni hərbi birləşmələrinə qarşı
qeyri-bərabər döyüşdə əsl vətənpərvər kimi
vuruşmuş, düşmən qarşısında mətin dayan-
mış, xalqımızın əyilməzlik salnaməsinə
şərəfli səhifələr yazmışlar.
Ali Məclisin Sədri demişdir: Dinc əhali-
yə – qocalara, qadınlara və uşaqlara qarşı
Xocalı soyqırımını törətməkdə düşmənin
məqsədi nə idi? Niyə məhz Xocalı hədəf
alınmışdı? Məqsəd – bir tərəfdən Qarabağın
dağlıq hissəsində azərbaycanlılardan ibarət
olan strateji əhəmiyyətli məntəqəni zəbt et-
mək, amansız işgəncə metodları ilə Azər-
baycan xalqının gözünü qorxutmaq, mübarizə
əzmini qırmaq və bu yolla Azərbaycanın
digər torpaqlarını da işğal etmək idisə, digər
tərəfdən bu ərazilərin Azərbaycan türklərinə
məxsus olduğunu sübut edən qədim abidələri
tarixdən birdəfəlik silmək idi. Təsadüfi deyil
ki, Xocalı şəhəri işğal olunandan dərhal
sonra onun ətrafında xalqımıza məxsus tarixi
abidələr, Xocalı-Gədəbəy mədəniyyətinin
qalıqları, Son Tunc və Erkən Dəmir dövrü
mədəniyyətinə aid Xocalı kurqanları, siklop
tikililər, dünyanın ən qədim məzarlıqlarından
sayılan Xocalı qəbiristanlığı xüsusi texnika
ilə dağıdılaraq məhv edilmişdir.
Qeyd olunmuşdur ki, Xocalı soyqırımının
baş verməsinin digər bir səbəbi isə 1992-ci
ildə öz vətəndaşlarının təhlükəsizliyini və
müdafiəsini təmin etməyə borclu olan ha-
kimiyyət dairələrinin və müxalifət qüvvə-
lərinin xalqın taleyinə tam biganəlik nümayiş
etdirmələri və hakimiyyət uğrunda apardıqları
mübarizə idi. Həmin dövrdə Naxçıvan Mux-
tar Respublikası Ali Məclisinin Sədri işləyən
ümummilli liderimiz Heydər Əliyev ilk dəfə
olaraq xüsusi bəyanat verərək Xocalı soy-
qırımını törədənləri kəskin ittiham etmiş,
Xocalı şəhidlərinin xatirəsi Naxçıvanda anıl-
mış və ümummilli liderimizin 1993-cü ildə
Azərbaycanda yenidən siyasi hakimiyyətə
qayıdışından sonra isə Xocalı soyqırımına
dövlət səviyyəsində hüquqi-siyasi qiymət
verilmişdir.
Ali Məclisin Sədri demişdir: Bu gün
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqı-
rımının tanıdılması, erməni millətçiliyinin
beynəlxalq miqyasda ifşası sahəsində sistemli
iş aparılır. Heydər Əliyev Fondunun təşəb-
büsü ilə “Xocalıya ədalət” beynəlxalq in-
formasiya və təşviqat kampaniyası çərçivə-
sində vətəndaş cəmiyyəti institutları, gənclər
təşkilatları və xaricdə yaşayan azərbaycanlılar
ardıcıl və səmərəli fəaliyyət göstərirlər. Hər
il soyqırım günü dünyanın müxtəlif ölkələ-
rində Xocalı qurbanlarının xatirəsi anılır,
tədbirlər keçirilir, erməni vəhşiliklərini əks
etdirən materiallar nümayiş etdirilir.
Ali Məclisin Sədri bir daha Xocalı şə-
hidlərinin xatirəsini dərin ehtiramla yad
etmiş, çıxışını Azərbaycan xalqının ümum-
milli lideri Heydər Əliyevin fikirləri ilə
tamamlamışdır: “Bu faciə xalqımızın,
vətəndaşlarımızın öz Vətəninə, torpağına,
millətinə sadiqliyinin nümunəsidir. Xocalıda
şəhid olanlar, həlak olanlar Azərbaycan
Respublikasının ərazi bütövlüyü uğrunda
mübarizədə, Azərbaycanın müstəqilliyi uğ-
runda mübarizədə şəhid olublar, özlərini
qurban veriblər. Onların şəhidliyi gələcək
nəsillərimiz üçün qəhrəmanlıq nümunəsi
olacaq və onların xatirəsi qəlbimizdə əbədi
yaşayacaqdır”.
Həmin gün muxtar respublikanın rayon-
larında da Xocalı soyqırımının 25-ci ildö-
nümü ilə bağlı tədbirlər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
Xocalı soyqırımı qurbanlarının xatirəsi
yad edilmişdir
Azərbaycanın Qars şəhərin-
dəki Baş Konsulluğu Xocalı soy-
qırımının iyirmi beşinci ildönü-
münün keçirilməsinə dair Təd-
birlər Planına əsasən ikinci təd-
biri Baş Konsulluğun xidmət
ərazisi olan İqdır vilayətində
həyata keçirib.
Tədbir Azərbaycanın Qars şə-
hərindəki Baş Konsulluğu ilə İq-
dır-Azərbaycan Dil, Tarix və Mə-
dəniyyət Həmrəyliyini Yaşatma və
Dəstəkləmə Dərnəyinin bir gə təş-
kilatçılığı əsasında həyata keçirilib.
İqdır Mədəniyyət Mərkəzində
təşkil olunan tədbirdə Azərbaycanın
Qarsdakı Baş konsulu Nuru Quliyev,
İqdır vali vəkili Bilgehan Karanfil,
İqdır vilayəti baş prokuroru Sedat
Turan, Daxili İşlər İdarəsinin müdiri
Orxan Çevik, alay komandiri Qəh-
rəmən Dikmən, AMEA Naxçıvan
Bölməsinin şöbə müdiri, AMEA-nın
müxbir üzvü Vəli Baxşəliyev, Ər-
zurum Atatürk Universitetinin pro-
fessoru Kerem Karabulut və həmin
universitetin dosenti Mevlut Yüksəl,
o cümlədən Azərbaycanın Qars şə-
hərindəki Baş Konsulluğunun dip-
lomatik heyəti, protokol üzvləri və
iş adamları, qeyri-hökumət təşki-
latları nümayəndələri, Heydər
Əliyev Fənn Liseyi idarəçiləri,
şagirdləri, dərnək başçıları və iq-
dırlılar iştirak ediblər.
Əvvəlcə Xocalı şəhidlərinin ru-
huna “Qurani-Kərim”dən ayələr
oxunub.
Sonra Azərbaycan və Türkiyənin
Dövlət himnləri səsləndirilib.
Azərbaycan Respublikasının
Qarsdakı Baş konsulu Nuru Quli -
yevin, İqdır-Azərbaycan Dil, Tarix
və Mədəniyyət Həmrəyliyini Ya-
şatma və Dəstəkləmə Dərnəyinin
sədri Ziya Zakir Acarın, AMEA-nın
müxbir üzvü Vəli Baxşəliyevin,
Ərzurum Atatürk Universitetinin
professoru Kerem Karabulutun və
həmin universitetin dosenti Mevlut
Yüksəlin çıxışları olub.
XX əsrin sonunda təcavüzkar
Ermənistan tərəfinin Azərbaycana
qarşı ortaya atdığı əsassız ərazi
iddialarından yaranmış Dağlıq Qa-
rabağ problemi əsasında törədilən
Xocalı soyqırımını təkcə Azərbay-
can xalqına qarşı deyil, bütün bə-
şəriyyətə qarşı yönəldilmiş insanlıq
cinayəti olduğunu ifadə edən çı-
xışçılar əminliklə bildiriblər ki,
bütün sahələr üzrə inkişaf edən
və qüdrətlənən Azərbaycan dövləti
bu cinayəti törədənləri beynəlxalq
ədalət məhkəməsi qarşısında cavab
verməyə məcbur edəcəkdir. Diq-
qətə çatdırılıb ki, ilk dəfə ümum-
milli lider Heydər Əliyevin təşəb-
büsü ilə 1994-cü ildə soyqırımı
kimi tanıdılan Xocalı hadisəsinin
bütün dünya birliyi tərəfindən soy-
qırımı aktı kimi tanıdılmasına nail
olmaq Azərbaycan xalqının bey-
nəlxalq hüquq tərəfindən tanınan
haqqıdır.
Xocalı soyqırımı – 25
2
Xocalı soyqırımı qurbanlarının xatirəsi muxtar respublikamızın
bütün rayonlarında anılıb
Şərur şəhərindəki “Bahar”
kinoteatrında Xocalı soyqırı-
mına həsr olunmuş anım təd-
birinin iştirakçıları əvvəlcə ki-
noteatrın foyesində təşkil edil-
miş sərgidə Xocalıda baş verən
qanlı faciələri əks etdirən fo-
toşəkillər, rəsm əsərləri, qəzet
və jurnal materialları, kitablar,
eyni zamanda məktəblilərin bu
mövzuda çəkdikləri rəsm əsər-
ləri ilə tanış olublar.
Aparıcılar Xocalıda həyata ke-
çirilmiş soyqırımı, həmçinin ermə-
nilər tərəfindən xalqımıza qarşı 200
ildən artıq bir müddətdə dəfələrlə
törədilmiş qırğınlar barədə məlumat
veriblər. Qeyd olunub ki, iyirmi
beş il bundan əvvəl bəşəriyyət daha
bir erməni vandallığının şahidi olub.
İyirmi beş ildir ki, dünyanın hər
tərəfində sülhsevər insanlar bu fa-
ciənin soyqırımı kimi tanınmasını
tələb edir, erməni vəhşiliyinin növ-
bəti və dəhşətli nəticələrinin soy-
qırımı aktı kimi qəbul edilməsini
istəyir.
Bildirilib ki, azğınlaşmış erməni
silahlı birləşmələrinin, eləcə də on-
lara açıq-aşkar havadarlıq edənlərin
bu soyqırımı aktını törətməkdə məq-
sədi Azərbaycan xalqının mübarizə
əzmini qırmaq və onu bütünlüklə
məhv etmək idi. Lakin düşmənin
niyyətləri baş tutmadı, dövlətimiz
və dövlətçiliyimiz möhkəmləndi,
iqtisadiyyatımız dirçəldi, qüdrətli
və sarsılmaz milli ordu yaradıldı.
Bu gün xalqımız tam əmindir ki,
ölkə Prezidentinin apardığı qətiyyətli
siyasət nəticəsində işğal olunmuş
torpaqlarımız tezliklə azad ediləcək,
məkrli düşmən öz layiqli cəzasını
alacaqdır.
Vurğulanıb ki, Xocalı soyqırımı
barədə həqiqətlərin dünya ictima-
iyyətinə çatdırılması istiqamətində
bu gün ardıcıl iş aparılır. Bunun
nəticəsidir ki, artıq bir çox ölkələrdə
ermənilərin soydaşlarımıza qarşı
törətdikləri soyqırımı siyasəti qəti
şəkildə pislənilib və bu, qəbul edil-
miş rəsmi sənədlərdə öz əksini
tapıb. Heydər Əliyev Fondu tərə-
findən təsis edilən “Xocalıya ədalət”
Beynəlxalq İnformasiya və Təşviqat
Kampaniyası da bu istiqamətdə
xeyli iş görüb.
2012-ci il fevral ayının 2-də
Meksika Senatının qəbul etdiyi qə-
rarda Xocalıda 1992-ci ildə baş
vermiş faciə soyqırımı adlandırılıb,
elə həmin il Pakistan Senatının Xa-
rici Əlaqələr Komitəsi Xocalı şə-
hərində mülki əhaliyə qarşı törə-
dilmiş soyqırımını pisləyən qətnamə
qəbul edib, Kolumbiya Parlamenti
Xocalı soyqırımını rəsmən tanıyıb.
Xocalı soyqırımının 25 illiyi ərə-
fəsində isə Şotlandiya Parlamenti
qanlı qırğına siyasi qiymət verilməsi
haqqında qətnamə qəbul edib.
Sonra “Xocalıda son gecə” adlı
sənədli film nümayiş etdirilib.
Tədbirdən sonra bir neçə Şərur
şəhər sakini ilə söhbət etdik. Əli
Abbasov bildirdi ki, bu xalqın
Mübariz İbrahimov, Çingiz Qur-
banov kimi oğulları çoxdur. Ali
Baş Komandanın bircə tapşırığı
kifayətdir ki, əsli-kökü olmayan
ermənilər əzəli Azərbaycan tor-
paqlarından çıxarılsın. Dövlətimi-
zin bu istiqamətdə həyata keçirdiyi
tədbirləri hər bir azərbaycanlı dəs-
təkləyir və inanır ki, hər ötən gün
bizi Xocalıya qayıdacağımız günə
yaxınlaşdırır. O gün isə uzaqda
deyil.
Ordubad rayonunda da Xocalı
soyqırımının 25-ci ildönümü ilə əla-
qədar tədbir keçirilib.
Rayon Mədəniyyət Evində keçirilən
tədbirin iştirakçıları əvvəlcə faciənin il-
dönümü münasibətilə təşkil edilən sərgiyə
baxıblar.
Tədbirdə ermənilərin zaman-zaman
xalqımıza qarşı törətdikləri faciələr, bu
soyqırımlarla bağlı həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması üçün görülən
işlər barədə danışılıb. Aparıcılar bildiriblər
ki, hər il Azərbaycan xalqının qan yaddaşı
olan Xocalı faciəsinin ildönümü istər
respublikamızda, istərsə də onun hüdud-
larından kənarlarda geniş qeyd olunur,
faciə qurbanlarının xatirəsi yad edilir,
dünya ictimaiyyətinə ermənilərin əsl iç
üzü göstərilir.
Mərasimdə bu dəhşətli faciənin Azər-
baycan tarixində ən qanlı hadisələrdən
biri olduğu, dinc əhalinin xüsusi qəd-
darlıqla qətlə yetirildiyi, əsir götürülən
insanların isə dəhşətli işgəncələrə, zülm
və təhqirlərə məruz qaldıqları diqqətə
çatdırılıb. Ölkəmizin haqq səsinin eşi-
diləcəyinə, Xocalı qətliamının təqsirkar-
larının cəzalandırılacağına, Azərbaycan
xalqının işğal altındakı bütün torpaqlarını
yağı düşməndən tezliklə azad edəcəyinə,
əzəli torpaqlarımızdan didərgin düşmüş
həmvətənlərimizin öz ata-baba yurdlarına
qayıdacaqlarına və ölkəmizin ərazi bü-
tövlüyünün bərpa olunacağına əminlik
ifadə edilib.
Sonra mərasim iştirakçıları “Məhv
olmuş şəhər” sənədli filminə baxıblar.
Ermənilərin törətdikləri cinayətlərdən
bəhs olunan və Dağlıq Qarabağ müna-
qişəsinin reallıqlarını əks etdirən sənədli
film tamaşaçılar tərəfindən maraqla iz-
lənilib. Əsas süjet xəttinin uzun illər er-
mənilər tərəfindən azərbaycanlılara qarşı
törədilən soyqırımı siyasətinin tarixi xro-
nologiyasına həsr olunduğu filmdə erməni
vandalizminin son mərhələsi olan Dağlıq
Qarabağın işğalı zamanı onlar tərəfindən
törədilən vəhşiliklərdən bəhs edilir.
Tədbirdən sonra görüşüb həmsöhbət
olduğumuz Ordubad şəhər sakini Əkbər
Babazadə bildirdi ki, bu gün Azərbay-
canda ölkə başçısı cənab İlham Əliyev
tərəfindən ordumuzun daha da güclən-
dirilməsi istiqamətində məqsədyönlü təd-
birlər həyata keçirilir. Buna görə də,
inanırıq ki, erməni əsarətində olan Xocalı
yaxın vaxtlarda düşmən tapdağından
azad olunacaq, soydaşlarımız doğma ata-
baba yurdlarına qayıdacaqlar.
Ordubad rayonu
Sərgidə həmçinin faciənin
miqyasını özündə əks etdirən
çoxsaylı şəkillər, qəzet və kitablar
nümayiş etdirilib. İctimaiyyət
nümayəndələri ermənilərin və
onların havadarlarının azərbay-
canlılara qarşı həyata keçirdikləri
soyqırımı, deportasiya siyasətini
özündə əks etdirən stendlərə,
rayondakı tam orta məktəblərin
istedadlı şagirdlərinin rəsm əsər-
lərinə baxıblar.
Tədbirin aparıcısı bildirib ki,
erməni cəlladları tərəfindən xal-
qımıza qarşı törədilmiş Xocalı
soyqırımı aktının ildönümü hər
il Azərbaycanın hər yerində, elə-
cə də bir sıra dünya ölkələrində
dərin kədər və hüznlə qeyd olu-
nur, faciənin əsl günahkarları
lənətlənir. Azərbaycan xalqı Xo-
calı faciəsini heç zaman unut-
mayacaq və doğma Qarabağımızı
azad etməklə bütün şəhidləri-
mizin qisasını alacaqdır.
Bildirilib ki, ermənilər XIX-
XX əsrlərdə Azərbaycana qarşı
açıq ərazi iddiaları ilə çıxış edə-
rək bu məkrli niyyətlərini ger-
çəkləşdirmək üçün terror, soy-
qırımı və deportasiya siyasəti
yürüdüblər. 25 il əvvəl xalqımız
20-ci əsrin ən dəhşətli faciələ-
rindən olan Xocalı soyqırımına
məruz qalıb. Həmin müdhiş gün
yüzlərlə soydaşımız qəddarlıqla
qətlə yetirilib, şikəst edilib, iş-
gəncələrə məruz qalıb. Lakin
xalqımız öz azadlığı uğrunda
mübarizədən geri çəkilməyib,
əksinə, əsrlərlə arzusunda olduğu
müstəqillik yolunda mücadilədə
daha əzmkar olub.
Tədbirdən sonra söhbətləş-
diyimiz rayon sakini Möhsün
Həsənov dedi ki, Xocalı bir əsrdə
3 dəfə qırğınlara məruz qa-
lıb. 1905-ci ildə, 1918-ci
ildə yandırılıb, 1992-ci ildə
isə Xocalı daha dəhşətli fa-
ciəyə düçar olub. Çünki
mühüm strateji əhəmiyyət
daşıyan Xocalı ermənilərin
yolu üstündə böyük bir
maneə idi. Dağlıq Qarabağa
gedən həm avtomobil, həm
də dəmir yolunun üzərində
yerləşən Xocalı strateji dəh-
liz rolunu oynayırdı. Bu
ərazini zəbt etmədən Dağlıq
Qarabağa nəzarət etmək
qeyri-mümkün idi. Qarabağdakı
yeganə hava limanı da məhz
Xocalıda idi. Ermənilərin əsas
istəklərindən biri məhz buradakı
hava limanı vasitəsilə Ermənis-
tanla daha rahat əlaqə yaradıl-
masına nail olmaqdı. Buna görə
də Xocalının işğalı düşmən üçün
vacib amilə çevrilmişdi.
Rayonun digər sakini Allah-
verdi Allahverdiyev bildirdi ki,
2016-cı ilin aprelində həyata ke-
çirilən uğurlu hərbi əməliyyat
nəticəsində işğal altındakı tor-
paqlarımızın bir hissəsi azad
edildi. Bu, Azərbaycan Ordusu-
nun gücünü, qüdrətini düşmənə
bir daha göstərdi. Bu gün Azər-
baycan Respublikasının Prezi-
denti cənab İlham Əliyevin Co-
cuq Mərcanlı kəndinin bərpa
olunması ilə bağlı sərəncam im-
zalaması, orada başlanan qurucu -
luq işləri cəmiyyətimizdə böyük
ruh yüksəkliyi yaradıb. İnanırıq
ki, tezliklə işğala məruz qalmış
digər ərazilərimizdə də dinc əha-
linin öz doğma yurduna qayıt-
ması üçün yenidənqurma işlərinə
başlanılacaq.
Babək rayonu
Sərgidə rayon məktəblilərinin
Xocalı soyqırımı ilə bağlı çəkdikləri
rəsmlər də diqqəti cəlb edib. Mək-
təblilər bu soyqırımı faktına mü-
nasibətlərini rəsmləri ilə bildiriblər.
Tədbirdə vurğulanıb ki, erməni
millətçiləri Azərbaycan torpaqları
üzərində “böyük Ermənistan” ide-
yasını gerçəkləşdirmək üçün dəfə-
lərlə azərbaycanlılara qarşı terror,
kütləvi qırğın həyata keçiriblər.
Əsassız torpaq iddiaları üzərində
qurulan bu proseslərdə erməni fa-
şistləri öz havadarlarına arxalanıblar.
1992-ci il fevralın 26-da baş vermiş
Xocalı soyqırımı isə əsrlər boyu
azərbaycanlılara qarşı törədilmiş
soyqırımı siyasətinin davamı, erməni
qəddarlığının daha bir təzahürüdür.
Qeyd olunub ki, bu gün “Xoca-
lıya ədalət” beynəlxalq kampaniyası
çərçivəsində həyata keçirilən ardıcıl
və məqsədyönlü tədbirlər, beynəl-
xalq aləmə Azərbaycan həqiqətlə-
rinin çatdırılması istiqamətində atılan
uğurlu addımlar sayəsində bir sıra
dövlətlər Xocalı soyqırımını tanıyıb.
Anım tədbirində iştirak edən rayon
ictimaiyyətinin nümayəndələrindən
Məhəmməd Əliyev, Heydərəli Nov-
ruzov, Səyavuş Həsənov, Alıyar Qu-
liyev və başqaları bizimlə söhbətdə
bildirdilər ki, torpaqlarımızda məs-
kunlaşan, zaman-zaman ölkəmizə
qarşı torpaq iddiaları ilə çıxış edən,
soyqırımları törədən erməni daşnak-
larının tarix qarşısında, Azərbaycan
xalqı qarşısında cavab verəcəkləri
gün uzaqda deyil. Azərbaycan Res-
publikasının Prezidenti, Ali Baş
Komandan cənab İlham Əliyevin
apardığı uğurlu daxili və xarici siyasət,
Azərbaycan dövlətinin gündən-günə
artan beynəlxalq nüfuzu, işğal altında
olan torpaqlarımızı azad etməyə qadir
olan hərbi gücü və iqtisadi qüdrəti
bunu deməyə əsas verir.
Culfa rayonu
Şərur rayonu
Xocalı faciəsinin 25-ci ildönümü fevralın 25-də Babək ra-
yonunda da dərin hüzn və ehtiramla anılıb. Rayon ictimaiy-
yətinin nümayəndələri Mədəniyyət Evinə gələrək Uşaq Ya-
radıcılıq Mərkəzinin dərnək üzvlərinin Xocalıya həsr olunmuş,
ümumilikdə, 100-dən çox rəsm əsərinin nümayiş etdirildiyi
sərgiyə baxıblar.
Ardı 3-cü səhifədə
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Culfa rayonunda
keçirilən anım tədbirində rayon İcra Hakimiyyətinin, təhsil, mədəniyyət,
səhiyyə müəssisələrinin, digər qurumların kollektivləri, ictimaiyyətin
nümayəndələri Culfa şəhər 3 nömrəli tam orta məktəbdə faciənin
dəhşətlərini əks etdirən fotoşəkillərdən, qəzet, jurnal materiallarından,
tarixi faktların yer aldığı kitablardan ibarət sərgiyə baxıblar.
3
Avrasiya gündəliyi: Sizin fikrinizcə,
Xocalı soyqırımı dünya tarixində bəşəriyyə -
tə qarşı törədilmiş ən dəhşətli faciələrdən
biridirmi?
Peter Tase: Xocalı soyqırımı 25-26 fevral
1992-ci il tarixdə günahsız dinc azərbay-
canlılara qarşı etnik erməni silahlı qüvvələri
tərəfindən törədilmişdir. Bu silahlı hücumlar
613-dən çox dinc əhalinin (110 qadın və 65
uşaq daxil olmaqla) ölümünə səbəb oldu.
Bu faciə Dağlıq Qarabağ silahlı münaqişəsi
çərçivəsində bəşəriyyətə qarşı törədilmiş ən
böyük cinayətdir. Şübhəsiz ki, Xocalı soy-
qırımı qlobal səviyyədə müasir dövrün ən
dəhşətli faciə və soyqırımıdır. Beynəlxalq
insan hüquqları təşkilatları, Avropa Birliyi
Komissiyası və Avropa Parlamenti belə bir
amansız silahlı hücuma qarşı xüsusi qətnamə
qəbul edərək Xocalı faciəsinin 25-ci ildö-
nümünə sarsılmaz siyasi və humanitar dəstək
nümayiş etdirməlidir. Xocalı faciəsi XX
əsrin həqiqi Holokostunu (soyqırımı) təcəs-
süm etdirir.
Avropa Birliyi, ABŞ Konqresi, azad və
demokratik dünyanın institutları soyuq
müharibədən sonrakı dövrdə Avropa
və Asiyada baş vermiş bu qanlı fa-
ciənin ildönümündə bəyanatlar səs-
ləndirərək uzun müddətdən bəri bu
hadisələrdən əziyyət çəkmiş Azər-
baycan xalqına dəstək nümayiş et-
dirməlidirlər. Çox təəssüf ki, Xocalı
soyqırımını törədən erməni stereotipi
Cənubi Qafqazda regional iqtisadi
inkişafı ləngidir, Azərbaycan Respublikasının
suveren ərazilərinə və onun günahsız insan-
larına ziyan vurmaqda davam edir. Ermənistan
dünya səviyyəsində ən çox məcburi köçkünün
evlərindən didərgin düşməsinə səbəb olmuş
və suveren Azərbaycanın iyirmi faizdən artıq
ərazilərində Azərbaycan tarixşünaslığını, mə-
dəniyyətini və nadir arxeoloji xəzinələrini
məhv etməyə davam edir.
Avrasiya gündəliyi: Sizin fikrinizcə,
Amerika Birləşmiş Ştatlarının Konqresi
Xocalı soyqırımını tanımalıdırmı?
Peter Tase: Mən Birləşmiş Ştatların Kon-
qresi və Ağ Evin Xocalı soyqırımını tanımasını
tam dəstəkləyirəm. Yaxşı olar ki, bu ay Kon-
qresin birgə iclasında Azərbaycan Respubli-
kasının Prezidenti cənab İlham Əliyev nitq
söyləsin. Bu, Azərbaycan xalqı və sivil dün-
yanın bu dəhşətli Holokostdan sarsılması ba-
rədə dünya ictimaiyyətinin məlumatlılığını
artırmaq üçün yeganə imkandır.
Mən əminəm ki, Birləşmiş Ştatların
Nümayəndələr Palatası və Senatın üzvləri
Prezident İlham Əliyevin söylədiyi nitqi din-
ləyəcəklər və onların imkanları olacaq ki,
Azərbaycanın effektli dövlət siyasəti və dü-
şünülmüş xarici siyasəti ilə tanış olsunlar.
Xocalı soyqırımı müasir dövrdə baş vermiş
ən qanlı faciə kimi dünya tarixinə həkk olu-
nacaq və bizim hamımız belə bir faciəli
tarixi hadisənin bütün qitələrdə tanınması
istiqamətində daha aktiv iş aparmalıyıq.
Avrasiya gündəliyi: Minlərlə mədəni və
dini abidələr Azərbaycanın işğal olunmuş
ərazilərində məhv edilmişdir? Bu barədə nə
deyə bilərsiniz?
Peter Tase: Hər gün təmas xəttində, de-
mək olar ki, Ermənistan silahlı qüvvələrinin
törətdiyi silahlı təxribatları müşahidə edirik.
Digər bir başqa mədəni soyqırım isə Dağlıq
Qarabağ bölgəsi və ətrafındakı yeddi rayon
daxil olmaqla, Azərbaycanın suveren ərazi-
sinin iyirmi faizindən çoxunun Ermənistan
silahlı qüvvələrinin işğalı altında olmasıdır.
Qeyd etməliyəm ki, 20 ildən artıqdır, Ermə-
nistan silahlı qüvvələri beynəlxalq alimlər
üçün əhəmiyyət kəsb edən mindən artıq (bu
mədəni və dini abidələrin bir çoxu Əcəmi
Əbubəkr oğlu Naxçıvani memarlıq məktə-
binin üslubunda tikilib) mədəniyyət abidə-
lərini, dini abidələri yandırmış və tam məhv
etmişdir.
Ermənistan silahlı qüvvələri, həqiqətən,
alim və akademiklər üçün mühüm məlumatları
özündə əks etdirən nadir kitabların olduğu
çoxlu kitabxanaları məhv edib. Azərbaycan
Respublikası ərazisinin 20 faizində Ermənistan
silahlı qüvvələrinin törətdiyi dəhşətli işğal
və dağıntılarla üzləşmişdir, lakin hər bir bey-
nəlxalq qonaq Bakı şəhərinin mərkəzi park-
larından birinin yaxınlığında erməni kilsəsini
gördüyünə görə təəccüblənir.
Qafqazın mərkəzində iki tərəf arasında
münaqişənin baş verməsini müşahidə etmək
üzücü haldır. Bir tərəfdə mədəniyyətlər və
dinlərarası dialoq, demokratik təsisatlar və
insan hüquqlarını təbliğ edən Azərbaycan
Respublikası, digər tərəfdə isə korrupsiya,
daxili nizamsızlıq, yüksək cinayətkarlıq,
BMT qətnamələri və beynəlxalq normaları
pozaraq 20 faiz Azərbaycan torpaqlarını
işğal edən Ermənistan dövləti dayanır. Bun-
dan başqa, Yerevan 20 ildən artıqdır ki,
Azərbaycan Respublikasının suveren ərazisi
olan Naxçıvan Muxtar Respublikasına qarşı
iqtisadi blokada tətbiq edib. Dünya ictima-
iyyəti bilməlidir ki, Naxçıvan əhalisi ticarət
və digər sahələr bir tərəfə, Ermənistan tərə-
findən tətbiq edilmiş iqtisadi soyqırımdan
əziyyət çəkir.
Marquette Universitetinin siyasi təhlilçisi və beynəlxalq əlaqələr üzrə eksperti
Peter Tase ingilis dilində yayımlanan “Eurasiya Dairy” (Avrasiya gündəliyi) portalına
Xocalı soyqırımı haqqında müsahibə verib. Müsahibədə Peter Tase Xocalı həqiqətlə-
rindən, Azərbaycan xalqının məruz qaldığı soyqırımından söhbət açmaqla yanaşı,
həm də Naxçıvanın blokadada olmasına da münasibət bildirib. Həmin müsahibəni
oxuculara təqdim edirik.
Peter Tase: Xocalı soyqırımı qlobal səviyyədə müasir dövrün
ən dəhşətli faciə və soyqırımıdır
Sədərək rayonunda da Xocalı
soyqırımı qurbanları anılıb. Mərasim
iştirakçıları Sədərək Rayon İcra Ha-
kimiyyəti binasının foyesində təşkil
edilmiş sərgiyə baxıblar. Sərgidə
qanlı faciədən bəhs edən əsər və
məqalələr, faciənin dəhşətli mə-
qamlarını əks etdirən fotoşəkillər
və rayonun ümumtəhsil məktəbləri
şagirdlərinin əl işləri və rəsm əsərləri
nümayiş etdirilib.
Tədbirdə çıxış edən Sədərək kənd
1 nömrəli tam orta məktəbin müəllimi
Polad Rzayev qeyd edib ki, Xocalı
faciəsi bütün beynəlxalq hüquq nor-
malarına məhəl qoymayan Ermə-
nistan dövlətinin Dağlıq Qarabağı
özünə birləşdirmək üçün ən ağır ci-
nayət və vəhşiliyə hazır olduğunu
bir daha göstərdi. Dünya gördü ki,
XX əsrin faciəsi olan Xocalı soyqı-
rımı aqressiv və cinayətkar erməni
siyasətinin nəticəsidir. Bu faciə təkcə
Azərbaycan xalqına deyil, bütün in-
sanlığa, bəşəriyyətə qarşı yönəlmiş
ən ağır cinayətlərdən biridir.
Diqqətə çatdırılıb ki, Qarabağda
baş verən hadisələr zamanı Sədərək
rayonu da hücumlara məruz qalıb.
Mənfur erməni yaraqlıları 1990-
1993-cü illərdə Sədərəyə, ümumi-
likdə, 14 dəfə hücum ediblər. Həmin
ağır günlərdə 109 nəfər şəhidlik
zirvəsinə ucalıb. Sədərək bu bölgədə
doğulub boya-başa çatan və şəhidlik
zirvəsinə ucalan 52 vətənpərvərin
yurd yeridir. Ərazi bütövlüyümüz
uğrunda şəhid olan insanların xati-
rəsi Azərbaycanın alınmaz qalası
olan Sədərəkdə daim uca tutulur.
Xəbərlər şöbəsi
Sədərək rayonu
Tədbirdə bildirilib ki, 1992-ci il fevralın
25-dən 26-na keçən gecə ermənilər Xo-
calıda misligörünməmiş soyqırımı törə-
diblər. Mühasirədən çıxıb xilas olmağa
çalışan dinc sakinləri yollarda, meşələrdə
pusqu quraraq xüsusi amansızlıqla qətlə
yetiriblər. Xocalı soyqırımının şahidi
olmuş müxtəlif xarici ölkə jurnalistləri
onu bəşəriyyətin böyük fa-
ciəsi adlandırıblar. Bu faciə,
eyni zamanda ermənilər tə-
rəfindən müxtəlif dövrlərdə
xalqımıza qarşı törədilmiş
soyqırımı aktlarının davamı,
insanlığa yönəlmiş ən böyük
hərbi cinayətdir.
Bu gün müstəqil Azərbay-
can dövlətinin gündən-günə
inkişaf edib möhkəmlənməsi
və hərbi qüdrətini artırması
Xocalı soyqırımı kimi fa-
ciələrin bir daha baş vermə-
məsi üçün ən etibarlı təmi-
natdır. 25 il bundan əvvəl
düşmənlə əliyalın üz-üzə qa-
lan xalqımızın təhlükəsizli-
yini indi Cənubi Qafqazın
ən güclü ordusu sayılan
Azərbaycan Silahlı Qüvvələri qoruyur.
Azərbaycan Ordusunun işğal altında qalan
torpaqlarımızı azad etmək üçün bütün
imkanları vardır. Yaxın gələcəkdə ərazi
bütövlüyümüz təmin ediləcəkdir. Məhz
o zaman Xocalı şəhidlərinin və torpaq
uğrunda canını fəda edən bütün Vətən
övladlarının ruhu şad olacaqdır.
Kəngərli rayonu
Dünən Şahbuz rayonunda
da unudulmaz tarix kimi
xalqımızın qan yaddaşına
yazılmış Xocalı soyqırımı
qurbanlarının anım məra-
simi olub. Faciənin 25-ci
ildönümü ilə əlaqədar Şah-
buz şəhərində keçirilən təd-
birdə rayon ictimaiyyətinin
nümayəndələri, ziyalılar,
idarə, müəssisə kollektivləri
iştirak ediblər.
Şahbuz şəhərindəki “Araz”
kinoteatrının foyesində təşkil
olunmuş “Məhv edilmiş şə-
hər” adlı sərgiyə tamaşa edən
mərasim iştirakçıları şəhid-
lərin əziz xatirəsinə ehtiram
əlaməti olaraq bura tər qə-
rənfillər düzüblər. Mərasimin
aparıcıları bildiriblər ki, XX
əsrdə mənfur ermənilər öz
bədxah niyyətlərinə çatmaq
üçün dəfələrlə Azərbaycan
torpaqlarında böyük qırğınlar
törədib, öz işğalçılıq planlarını
həyata keçirməyə çalışıblar.
1992-ci il fevralın 25-dən 26-na
keçən gecə azğınlaşmış er-
məni quldur dəstələrinin və
onların havadarlarının Xoca-
lıda törətdiyi soyqırımı isə
tarixdə bənzəri olmayan bir
vəhşilikdir. Azərbaycanın Xo-
calı şəhərini yerlə yeksan edən
erməni terrorçuları bir gecədə
yüzlərlə dinc sakini qətlə ye-
tirib, evlərinə od vurub yan-
dırıblar. Təpədən-dırnağa kimi
silahlanmış erməni quldur
dəstələrinin qarşısına əliyalın
çıxaraq son damla qanlarına
kimi mübarizə aparan qəhrə-
man Xocalı şəhidlərinin xa-
tirəsini xalqımız həmişə uca
tutur.
Bildirilib ki, vaxt gələcək
ermənilər Azərbaycan xalqına
qarşı törətdikləri bütün cina-
yətlərə və soyqırımlarına görə
tarix qarşısında cavab verə-
cəklər. Bu gün Dağlıq Qarabağ
münaqişəsinin ədalətli həlli
uğrunda Azərbaycan dövlətinin
həyata keçirdiyi siyasət bütün
Azərbaycan xalqının iradəsini
əks etdirir.
Şahbuz rayonu
Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə
Kəngərli rayonunda anım mərasimi keçirilib. Rayon
ictimaiyyətinin nümayəndələri Xocalı soyqırımını
özündə əks etdirən əl işlərindən, fotoşəkillərdən,
rəsm əsərlərindən, qəzet, jurnal və kitablardan ibarət
sərgiyə baxıblar.
4
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar
“Silahlı münaqişələr zamanı uşaqlara qarşı zorakılıq”
mövzusunda yeddinci muxtar respublika inşa yazı, şeir
və rəsm müsabiqəsi keçirilib. Müsabiqəyə 20 inşa yazı,
50 rəsm əsəri təqdim olunub, 13 şeir bədii qiraət edilib.
Müsabiqənin
yekun tədbirində
Naxçıvan Mux-
tar Respublikası
Ailə, Qadın və
Uşaq Problem-
ləri üzrə Dövlət
Komitəsi sədri-
nin müavini Ay-
tən Məmməd -
ova, təhsil nazirinin müavini Əli Vəliyev, Yazıçılar Birliyinin
sədri Asim Əliyev, Rəssamlar Birliyinin üzvü Eldar
Zeynalov çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən
danışıblar. Qeyd olunub ki, Xocalı soyqırımı Azərbaycan
tarixinin qanlı səhifələrindən biridir. Bu gün respublikamız
bütün sülhsevər ölkələri insanlığa qarşı yönəlmiş bu faciəyə
hüquqi-siyasi qiymət verməyə səsləyir. Müsabiqədə iştirak
edən yeniyetmə və gənclər də çalışıblar ki, Xocalı həqi-
qətlərini, bu qətliamın səbəblərini və mahiyyətini inşa ya-
zılarda, rəsm nümunələrində, səsləndiriləcək şeirlərdə
göstərə bilsinlər.
“Silahlı münaqişələr zamanı uşaqlara qarşı zorakılıq”
mövzusunda yeddinci muxtar respublika şeir müsabiqəsində
Zəlimxan Yaqub, Qəzənfər Mənsimoğlu, Əli Rafiq, Şəhriyar
Allahyaroğlu, Vaqif Məmmədov, Hikmət Ziya, Pəri İs-
mayılova və digər şairlərin şeirləri şagirdlər tərəfindən
bədii qiraət edilib. Müsabiqədə Şərur rayon Püsyan kənd
tam orta məktəbinin 11-ci sinif şagirdi Əli Sadiqov 1-ci,
Ordubad rayon Əndəmic kənd tam orta məktəbinin 8-ci
sinif şagirdi Fatimə Hüseynli, Babək rayon Kərimbəyli
kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Bahar Mehrə-
liyeva 2-ci, Naxçıvan Qızlar Liseyinin 5-ci sinif şagirdi
Roza Süleymanlı, Naxçıvan şəhər 14 nömrəli tam orta
məktəbin 10-cu sinif şagirdi Anar Mikayılov 3-cü yerlərə
layiq görülüblər.
İnşa yazı müsabiqəsi üzrə Şərur rayon Aralıq kənd tam
orta məktəbinin 10-cu sinif şagirdi Fatma Kazımova 1-ci,
Kəngərli rayon Yurdçu kənd tam orta məktəbinin 10-cu
sinif şagirdi Sunay Abdullayeva 2-ci, Naxçıvan şəhər 8
nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Sərvət Tağıyev
3-cü yerləri tutublar.
Rəsm müsabiqəsində isə Ordubad Rayon Uşaq Yaradıcılıq
Mərkəzinin dərnək üzvü Çinar Hacıyev 1-ci, Naxçıvan
Qarnizonu tam orta məktəbinin 7-ci sinif şagirdi Bəhruz
Ələkbərli 2-ci, Naxçıvan Qızlar Liseyinin 8-ci sinif şagirdi
Adilə Babayeva 3-cü yerləri qazanıblar.
Müsabiqənin qalibləri diplomlarla təltif ediliblər.
Sonda isə Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisinə
baxış olub.
-
Fatma BABAYEVA
Xocalı soyqırımına həsr olunmuş
inşa yazı, şeir və rəsm müsabiqəsi
başa çatıb
Qeydiyyat №: 575
Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır
ØßÐÃqapısı
Ünvan: AZ-7000,
Naxçıvan şəhəri, “Təbriz” küçəsi 1.
Telefonlar: Məsul katib: 545-62-47
Şöbələr: 545-81-44, 545-51-18
Müxbirlər: 545-75-21, Faks: 544-52-52
E-mail: serqqapisi@nakhchivan.az
Nömrəyə məsul: Muxtar Məmmədov
Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnib və
Əcəmi NPB-də ofset üsulu ilə çap olunmuşdur.
Tiraj: 1000. Sifariş № 155
Baş redaktor:
TURAL SƏFƏROV
işğaldan
əvvəl
işğaldan
sonra
1 yanvar 1989-cu ilin məlumatına görə Xocalının əhalisi 20,9 min nəfər
olub.
Xocalı rayonu 1991-ci il noyabrın 26-da Yuxarı Qarabağın dağətəyi hissəsində
qədimdən azərbaycanlılar yaşayan Xocalı şəhəri və onun ətrafındakı torpaqların
hesabına yaradılıb. Sahəsi 93688 hektardır.
Xocalı rayonu əlverişli coğrafi mövqeyə, münbit torpaqlara malikdir. Dağlıq
ərazilərin dağətəyi zona ilə birləşdiyi yerdə məskən saldığına görə burada in-
sanların yaşayış şəraiti üçün tələb olunan münbit torpaqlar, su ehtiyatları
boldur. Dəniz səviyyəsindən 580 metr hündürlükdə yerləşir.
Xocalı rayonu Şuşa-Ağdam yolunun üstündədir. Xocalı ilə ölkəmizin paytaxtı
Bakı şəhəri arasında olan məsafə 375 kilometrdir.
Xocalı rayonu ərazisində Zərinbağ və Ağçay üzlük daşı yataqları, ehtiyatları
12 milyon 434 min ton olan qırmadaş və əhəng istehsalına yararlı əhəngdaşı
yatağı, kərpic istehsalına yararlı Xocalı gil yatağı, ehtiyatları 7 milyon 280
min kubmetr olan qum-çınqıl qarışığı yatağı, istismar ehtiyatları 9 min
kubmetr/gün olan yeraltı şirin su yatağı mövcuddur.
Xocalı rayonu ərazisindəki Bədərə çayı hövzəsində fıstıq-palıd meşələri
xüsusi olaraq qorunurdu.
Qarabağın tariximiz üçün böyük əhə-
miyyəti olan abidələrinin bir qrupu Xo-
calı şəhəri ətrafında yerləşir. Qədim
Xocalı ətrafında yerləşən abidələr Tunc
dövrünün bütün mərhələlərini izləməyə
imkan verir. Bu mədəniyyət abidələri
arasında Azərbaycanın Son Tunc və
Erkən Dəmir dövrü mədəniyyətinə aid
Xocalı kurqanlarının özünəməxsus yeri
vardır. Özünəməxsus xarakterik xüsu-
siyyətləri, xüsusilə tunc silahları və
başlıca olaraq boz rəngli keramika mə-
mulatı ilə fərqlənən bu mədəniyyətə
məxsus abidələr ilk dəfə Xocalı yaxın-
lığında, daha sonra isə Qarabağın böyük
bir hissəsində və Gədəbəydə aşkar olun-
muş, əsas yaşayış məntəqələrinin adına
görə Xocalı-Gədəbəy mədəniyyəti ad-
landırılmışdır. Hazırda müəyyən edil-
mişdir ki, Xocalı-Gədəbəy mədəniyyəti
Mərkəzi və Cənubi Qafqazın böyük bir
qismində geniş yayılmışdır. Aparılan
araşdırmalar zamanı bu mədəniyyətin
Naxçıvan ərazisində də yayıldığı müəy-
yən edilmişdir.
Xocalıdan başqa, Dağlıq Qarabağın
Axmaxı, Sırxavənd-Ballıqaya, Dovşanlı
və digər kəndlərində aşkar olunan Xo-
calı-Gədəbəy mədəniyyəti abidələri hələ
XIX əsrdən yabançı sərvət düşkünlərinin
diqqətini cəlb etmişdir. Onlar bu mədə-
niyyəti qazanc əldə etmək məqsədilə
dağıtmışlar. Hələ 1834-cü ildə Şuşaya
gələn Dyubua de Monpere Elenendorf
ətrafındakı abidələrdə qazıntı aparmışdır.
Daha sonra kapitalizmin inkişafı ilə
bağlı olaraq bir çox xarici şirkətlər
Azərbaycanın təbii sərvətlərinə maraq
göstərməyə başlamışdır. Simens şirkəti
1864-cü ildə Gədəbəy mis mədənlərini
aldıqdan sonra burada zavod inşa edil-
məyə başlanmış və zavodun inşası za-
manı Xocalı-Gədəbəy mədəniyyətinə
aid abidələr dağıdılmışdır. Gədəbəy mis
fabrikində elektrotexnik işləyən Valde-
mar Belk 350-dən artıq abidəni qazaraq
dağıtmışdır. İmperator arxeoloji komis-
siyası V.Belkin qazıntılarına qadağa
qoyduqdan sonra onu Emil Resler əvəz
etmiş və qarət olunmuş kolleksiyanın
böyük bir qismi qadağan olunmasına
baxmayaraq, Berlinə göndərilmişdir.
Məlum olmuşdur ki, bu qazıntılara isti-
qamət verən və onu maliyyələşdirən
Qafqaz mədəniyyət nümunələrinin kol-
leksioneri, Berlində yaşayan Rudolf
Virxov olmuşdur. Xocalı-Gədəbəy
mədəniyyətinin tədqiq edilməsində
Y.İ.Hummel, A.A.İvanovski, İ.M.Cə-
fərzadə, H.F.Cəfərov, M.Hüseynova,
Minkeviç-Mustafayeva və digər tədqi-
qatçıların xidmətləri olmuşdur.
Son illər bu maddi-mədəniyyət nü-
munələrinin tədqiqi ilə Nuridə Qədirova
məşğul olmağa başlamışdır. Onun Al-
maniyada və Rusiyada olan maddi-mə-
dəniyyət nümunələrini, o cümlədən arxiv
materiallarını araşdırması nəticəsində
müəyyən olmuşdur ki, alman mənşəli
“tədqiqatçı”ların Rudolf Virxov tərəfin-
dən maliyyələşdirilməsinin əsas səbəbi
onların hind-arilərin ana vətəninin ax-
tarılması istəyi ilə bağlı olmuşdur. Onlar
bununla da kifayətlənməyərək öz əsər-
lərində erməniləri hind-ari adlandırmış
və Qafqazın qədim mədəniyyətlərini on-
lara aid etmişlər. E.Reslerin yazdığı he-
sabatlarda da Xocalı-Gədəbəy mədəniy-
yətinin ermənilərə aid olduğu göstəril-
mişdir. Hələ bu harasıdır, 1985-ci ildə
Volfanq Naqel və Eva Ştromenqer Xo-
calı-Gədəbəy mədəniyyətinə aid mate-
rialların bir qismini “Qalakənd” kataloqu
adı ilə nəşr etdirmiş və bu mədəniyyətin
ermənilərə, abidələrin isə Ermənistana
aid olduğunu yazmışdır. Halbuki bu mə-
dəniyyətin ermənilərə heç bir aidiyyəti
yoxdur. Digər tərəfdən isə qeyd etmək
lazımdır ki, ermənilər tarixşünaslıqda
hind-ari mənşəli deyil, Ön Asiya mənşəli
adlandırılmışlar və Qafqazın yerli sa-
kinləri olmamışlar. Xocalı-Gədəbəy mə-
dəniyyətinə aid insan skeletlərinin araş-
dırılması isə onların min illər boyu bu
ərazidə məskunlaşan qədim tayfaların
sələfi olduğunu ortaya çıxarmışdır.
Araşdırmalar zamanı müəyyən edil-
mişdir ki, Xocalı-Gədəbəy mədəniyyəti
eradan əvvəl V-III minilliklərdə Azər-
baycanda formalaşan Kür-Araz mədə-
niyyətinin və ondan sonra burada möv-
cud olan Qarabağ mədəniyyətinin vari-
sidir. Bu mədəniyyətin etnik mənsu-
biyyəti ilə bağlı Azərbaycan tarixşü-
naslığında əsaslı bir fikir deyilməsə də,
tarixi faktların və yazılı mənbələrin
araşdırılması göstərir ki, Azərbaycanın
böyük bir qismində – Göyçə hövzəsi,
Qarabağ və Naxçıvanda məskunlaşan
bu tayfalar Şərqi Anadolu və Urmiya
hövzəsinədək irəliləmiş, Şərq tarixində
böyük rol oynamışlar.
Eradan əvvəl I minillikdə Urartu mixi
yazılarında Etiuni tayfa ittifaqının adı
xatırlanmışdır. Naxçıvan Muxtar Res-
publikası Ali Məclisi Sədrinin xüsusi
diqqət və qayğısı ilə nəşr olunan “Nax-
çıvan tarixi” çoxcildliyinin I cildində
deyilir: “Urartulular Etiuni tayfalarının
uzaq şimalda, Göyçə gölünün yaxınlı-
ğında yerləşdiyini xatırlasa da, qeyd
etmək lazımdır ki, bu tayfalar Naxçıvanın
qonşuluğunda yerləşən böyük tayfa birliyi
olmuşdur. Bu dövrdə Naxçıvanda Xo-
calı-Gədəbəy mədəniyyəti yayılmışdı.
Qeyd etmək lazımdır ki, Uti vilayətinin
lokallaşdırıldığı ərazi Xocalı-Gədəbəy
mədəniyyətinin yayıldığı ərazi ilə üst-
üstə düşür. Antik mənbələr bu tayfaların
yaşadığı ərazini Otena adı ilə xatırlamışdır.
Bu tayfalar vaxtilə Naxçıvandan və Xu-
dafərindən keçərək Azərbaycanın cənu-
bunda məskunlaşmışlar. Araşdırmalar
zamanı Oğlanqaladan Xocalı-Gədəbəy
mədəniyyətinə aid keramika məmulatı
da aşkar olunmuşdur”. Urartu hökmdarı
II Argiştinin Sisian yaxınlığında tapılmış
kitabəsində deyilir: “Mənim qarşıma
...Etiuni ölkəsinin çarı gəldi, ölkəsinin
vergisini mənə verdi...” Kitabənin mətni
Göyçə gölü hövzəsində yaşayan Etiuni
tayfa birliyinin Naxçıvan yaxınlığında
yerləşdiyinə işarə edir və bu konfedera-
siyanın böyük ərazini əhatə etdiyini təs-
diqləyir. Kitabənin mətni həmçinin Etiuni
konfederasiyasına daxil olan tayfaların
xərac verməklə işğaldan yaxa qurtardığını
göstərir.
Cənubi Qafqazın mərkəzində məs-
kunlaşan qəhrəman xalqımız uzun illər
qədim dünyanın güclü dövlətlərinə qarşı
mübarizə aparmış, onlara boyun əymə-
mişdir. Bu qədim və mübariz xalqın sə-
ləfləri olan xocalılılar da 1992-ci ilin
fevralında düşmənə müqavimət göstərmək
üçün hazır idilər. Onlar tarixboyu yad -
ellilərə boyun əyməmişdilər. Elə o gün
də, fevralın 25-dən 26-na keçən gecə
onlar düşmənə layiqli müqavimət gös-
tərdilər. Onlar şəhid oldular, amma ye-
nilmədilər, Vətəni qoyub qaçmadılar.
Vəli BAXŞƏLİYEV
AMEA-nın müxbir üzvü
Xocalı Azərbaycanın qədim mədəniyyət mərkəzidir
Qarabağ Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azər-
baycanın qədim abidələrindən biri olan Azıx mağarası da məhz elə bu
ərazidə yerləşir. Azıx mağarası və onun ətrafında aparılan araşdırmalar
Azərbaycanda insanların 2 milyon il bundan əvvəl məskunlaşdığını deməyə
imkan vermişdir. Qarabağ abidələri Azərbaycanın Daş dövrü və Tunc dövrü
mədəniyyətlərinin öyrənilməsi üçün əvəzsiz əhəmiyyətə malikdir.
Dostları ilə paylaş: |