Gürcüstanda
Müstəqillik Günü qeyd olunub
Mayın 26-da Tbilisidə Gürcüstanın milli bayramı – Müstəqillik günü münasibətilə müxtəlif dövlət tədbirləri,
sərgilər, konsertlər keçirilib. Tbilisidə Müstəqillik Günü ilə bağlı təşkil olunan tədbirdə Gürcüstanın preziden-
ti Georgi Marqvelaşvili, baş nazir
İrakli Qaribaşvili, Gürcüstan par-
lamentinin sədri David Usupaşvili,
xarici ölkələrin Gürcüstanda ak-
kreditə olunmuş səfirləri iştirak
ediblər.
Gürcüstan prezidenti G. Mar-qve-
laşvili əlamətdar gün münasibətilə
xalqı təbrik edib. Tədbirdə hərbi
xidmətə çağırılan gənc əsgərlər
hərbi and içiblər. Sonra "Delta"
Dövlət Hərbi Elm Mərkəzinin
hərbi texnikası nümayiş etdirilib,
müxtəlif rəsm və kənd təsərrüfatı,
sənaye və ərzaq məhsullarının sər-
gisi keçirilib, “SU-25”, “L-39”
təyyarələri və “İpokez” helikop-
terləri Azadlıq Meydanında aviaşou
nümayiş etdiriblər.
Bayram günündə baş nazir İrakli
Qaribaşvili ailəsi ilə birgə Rustaveli
prospektində təşkil olunmuş sərgilərə baxıb, əhali ilə görüşərək onları Müstəqillik Günü bayramı münasibəti ilə
təbrik edib, uşaqlarla şəkil çəkdirib.
Səh.3-də
Səh.8-də
Səh.5-də
Səh.12-də
İbrahimxəlil
R
e g
i
o n
R
e g
i
o n
№08 (183) 29.05.2015
Гязет 2008-ъи ил мартын 15-дян чыхыр
“region presi” sazogadoebrivi gazeTi
Иътимаи гязет
P R E S S
www.amm.ge
Elxan Əsgərov
Təbrik edirik!
Elman Kələyev "Əməkdar
Jurnalist" adına layiq görülüb
Mayın 12-də Gürcüstanda nəşr olunan azərbaycandilli
"Gürcüstan" qəzetinin redaktor müavini Elman Hüseyn
oğlu Kələyev Gürcüstan jurnalistikasında uzunmüddətli
uğurlu fəaliyyətinə görə "Əməkdar Jurnalist" adına layiq
görülüb.
Elman Kələyev 1974-cu ildən indiyədək "Gürcüstan"
qəzetində müxtəlif vəzifələrdə çalışıb. O, Gürcüstan və
Azərbaycan mətbuatında, radio verilişlərində, Moskvada
nəşr olunan "Azərbaycan panoraması" qəzetində müxtəlif
səpgili yazılarla çıxış edib. 1978-ci ildən SSRI Jurnalistlər
İttifaqının, 1990-cı ildən isə Gürcüstan Jurnalistlər
İttifaqının üzvüdür. O, Gürcüstan prezidentinin 1997-ci il
16 oktyabr tarixli fərmanı ilə "Şərəf" medalına layiq görülüb.
Həmkarımızı ürəkdən təbrik edir və yeni-yeni uğurlar arzulayırıq!
RegionPress
"Əsgər atası" filminin rejissoru
Rezo Çxeidze vəfat edib
Gürcüstanın Mədəniyyət Nazirliyi xəbər verib ki, gürcü kinorejissoru, SSRİ xalq
artisti və Gürcüstanın xalq artisti Rezo Çxeidze 89 yaşında vəfat edib.
Çxeidzenin ən məşhur filmi 1964-cü ildə çəkilmiş "Əsgər atası"dır.
1956-cı ildə Çxeidze kinorejissor
Tengiz Abuladze ilə birgə çəkdiyi
"Maqdananın eşşəyi" filminə görə
Kann beynəlxalq kino festivalında
"Qızıl palma budağına" və Edinburq
beynəlxalq kino festivalının Birinci
mükafatında layiq görülüb.
Çxeidze həmçinin "Şitillər", "İsanın
qəbrindən şam", "Burada sübh ça-
ğıdır" kimi filmlərin müəllifidir.
Xatırladırıq ki, Revaz Çxeidze
1926-cı il dekabrın 8-də Kutaisi şəhərində, 1937-ci ildə güllələnmiş yazıçı və ictimai
xadim David Çxeidzenin ailəsində anadan olmuşdu.
Gürcüstan Olimpiya
Komitəsi:
Azərbaycanın
ilk Avropa
Oyunlarını
keçirməyə
tam haqqı var
Fikrət Mursaqulov-60
Dünyaya
ürəyi ilə
baxan şair
LİbERLanD
(referat əvəzi)
Tanış olun:
Seymur
Kamran oğlu
Qarayev –
dünya
çempionu
(Davamı səh. 2-də)
26 May - Gürcüstanın Müstəqillik Günü və 28 May - Azərbaycanın
Respublika Günü bayramları münasibətilə xalqlarımızı təbrik edir, on-
lara əmin-amanlıq, sarsılmaz dosluq və parlaq gələcək arzulayırıq!
Tbilisidə azərbaycan səfirliyi
Respublika Günü münasibətilə
Heydər Əliyevin büstünü ziyarət edib
Azərbaycanın Gürcüstandakı səfirliyi 28 May - Respublika Günü
münasibətilə Tbilisidə tədbir keçirib. Səfir Azər Hüseyn, səfirliyin
əməkdaşları, həmçinin Azərbaycanın Gürcüstandakı iş adamları,
gürcü və Azərbaycan ictimaiyyətinin nümayəndələri, jurnalistlər Re-
spublika Günü münasibətilə ümummilli lider Heydər Əliyevin büstü
önünə əklillər və gül-çiçək dəstələri qoyaraq ehtiramlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması barədə
28 may 1918-ci ildə Tbilisi şəhərindəki Qafqaz canişininin binasında
Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsi elan olunub.
Ölkəiçi
№08 (183) 29.05.2015
3
Gündəm
№08 (183) 29.05.2015
2
Gürcüstanın baş naziri İrakli
Qaribaşvili İlham Əliyevə
başsağlığı verib
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti
İlham Əliyevə başsağlığı verib.
Başsağlığında deyilir: "Bakıda
yaşayış binasında baş verən yan-
ğın nəticəsində çoxsaylı insanın,
o cümlədən uşaqların tələf olması
və onlarla adamın xəsarət alma-
sı barədə xəbər məni dərindən
sarsıtdı.
Kədərinizi bölüşür, Sizə, həlak
olanların ailələrinə və yaxınlarına
dərin hüznlə başsağlığı verir, bu qəmli günlərdə yanınızda olduğumu
bildirirəm".
“Gənc Liderlər Klubu” layihəsi
start götürdü
Tbilisi şəhərində “Gürcüstanın Azərbaycanlı Gənclərinin İnkişafı Akademiyasının”, Barışıq və Vətəndaş
bərabərliyi məsələləri üzrə Gürcüstanın Dövlət naziri Aparatının təşkilatçılığı ilə “Gənc Liderlər Klubu”
layihəsi start götürdü. Layihə Gənclər və İdman Nazirliyinin ”Gənclər siyasətinin gücləndirilməsi” proqramının
istiqamətlərindən biri olan “Gürcüstanda yaşayan milli azlıqların inteqrasiyasına dəstək proqramı” çərçivəsində
həyata keçirilir.
Barışıq və Vətəndaş bərabərliyi məsələləri üzrə Gürcüstanın Dövlət nazirinin Kvemo Kartli bölgəsi üzrə
nümayəndəsi Zaur Darğallı: “Gənc liderlər klubu” layihəsi tələbələrimizin müxtəlif sahələrdə məlumat
almalarına, gedən proseslərlə yaxından tanış olmağa yardımcı olacaq. Biz onlar üçün müxtəlif mühazirələr,
nazirlərlə, parlament sədri ilə görüşlər təşkil edirik. Bizim fikrimizcə, tələbələr çox önəmli qrupdu və onların
uğurlu inteqrasiya olmaları, əlaqələrinin genişlənməsi, inkişafı gələcəkdə bölgəmizin inkişafı üçün ən prioritet
məsələdir. Bu gün dövlətimiz tələbələrimizə öz dövlətlərində qalıb özlərini inkişaf etdirib cəmiyyətdə layiqli yer
tutmaları üçün lazım olan imkanları yaradır”.
Gürcüstanın Azərbaycanlı Gənclərinin İn-
kişafı Akademiyasının icraçı direktoru Mu-
rad Muradov: “Məqsədimiz Gürcüstanın ali
tədris müəssisələrinin milli azlıqlardan olan
tələbələrində vətəndaş şüurunun artırılması,
onların vətəndaş inteqrasiyası prosesinə və
ictimai işlərə aktiv və effektiv qoşulmalarını
təmin etmək, gürcü həmyaşıdları ilə ünsiyyət
qurmaqda kömək etmək, gənclərdə dövlətçilik
şüurunun və hisslərinin artırılmasını təmin
etməkdir. Eyni zamanda layihədə Gürcüstanın
müxtəlif ali tədris müəssisələrində təhsil alan
milliyyətcə gürcü tələbələr də iştirak edir.
Layihə 3 ay davam edəcək və onda başqa-
başqa etnik qruplardan olan 40 tələbə, həmçinin
“1+4” proqrami ilə təhsil alan abituriyentlər də
iştirak edəcək. Layihənin sonunda iştirakçılara diplomlar təqdim olunacaq”.
Layihə çərçivəsində mühazirələr, seminarlar, debatlar, dövlət və hökumət nümayəndələri ilə görüşlər və eyni
zamanda, dövlət idarələrinə və strateji obyektlərə tədris səfərləri təşkil olunacaq.
RegionPress
Marneuli bələdiyyəsində Sereteli-
norqiuli-böyük Muğanlı-II Kosalı
yolunun yenidənqurma işləri davam edir
Marneuli bələdiyyəsinin Sereteli-Norqiuli-Böyük Muğanlı-II Kosalı
yolunun yenidənqurma işləri davam edir. Layihə çərçivəsində 12 km-lik
yol hissəsinin təmiri/as-
faltlaşdırılması nəzərdə
tutulur.
Qeyd olunan yolun tə-
mir-bərpa işlərini Mar-
neuli bələdiyyəsinin sədri
Nəbi Abdullayev, Mar-
neulinin icra başçısı Me-
rab Topçişvili onun müa-
vini Teymuraz Beridze
gözdən keçiriblər. Yerli
rəhbərliyin nümayəndələ-
ri layihə çərçivəsində işlə
təmin olunmuş yerlilər ilə
də söhbət ediblər. Qeyd etmək lazımdır ki, yolun çəkilməsi prosesində
ümumən 120 nəfər işlə təmin olunub.
Sereteli-Norqiuli-Böyük Muğanlı-II Kosalı yolunun yenidənqurma
işlərini “Ktsia” MMC həyata keçirir. Yolun infrastruktur layihəsi 2015
ci ilin aprelində baş-
lanılıb və cari ilin
sentyabr ayında sona
çatacaq. Onun smeta
dəyəri 4 700 000 la-
rini təşkil edir.
Sözügedən layi-
hə nəqliyyat yolları
d e p a r t a m e n t i n i n
maliyyə dəstəyi ilə
həyata keçirilir.
Turac İbrahimova
Sonra axşam saatlarında Gürcüstanın Müstəqillik Günü ilə bağlı Cansuq Kaxidze adına Mədəniyyət
Mərkəzində bayram konserti təşkil olunub. Tədbirdə baş nazir İ. Qaribaşvili, sabiq baş nazir Bidzina İvanişvili,
Ümumgürcüstan patriarxı və katalikosu II İlya və hökumət üzvləri, xarici diplomatik korpusların nümayəndələri
iştirak ediblər.
Mayın 26-da saat 21 radələrində Gürcüstanın baş naziri İrakli Qaribaşvili Tbilisidəki Mtasminda parkında
Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirib. O, tədbirdəki çıxışında Müstəqillik Gününün tarixi
əhəmiyyətindən danışıb və Gürcüstanın demokratik yol ilə inkişaf etdiyini bildirib.
Tədbirdə Gürcüstan hökumətinin üzvləri, parlament və dipkorpus nümayəndələri, xarici ölkə səfirliklərinin
hərbi attaşeləri, ABŞ, Azərbaycan, Yaponiya və digər diplomatik korpus rəhbərləri iştirak ediblər. Tədbirdə
atəşfəşanlıq təşkil olunub.
***
Mayın 26-da azərbaycan-
lıların yığcam yaşadığı Mar-
neuli rayonunun mərkəzin-
də də geniş tədbirlər təşkil
olunub. Tədbirlərdə müha-
ribədən fragmentlər, mü-
haribə qəhrəmanlarının
rəsmləri, foto sərgi, "Mar-
neulini yaşıllaşdır!" aksiya-
sı cərcivəsində gül və tə-
rəvəz sərgisi, uşaqlar ücün
əyləncə proqramları, gür-cü
və Azərbaycan rəqsləri ifa
edilib, attraksionlar və sonda
yerli mügənnilər və məktəb
şagirdlərinin iştirakı ilə qala
konsert keçirilib.
Tədbirdə Kvemo Kartli
qubernatorunun müavini
Ramin İsmayılov, Mar-
neuli bələdiyyəsinin sədri
Nəbi Abdullayev, İcra
başçısı Merab Topçişvili,
onun müavini Kamandar
İsmayılov və Marneuli bə-
lədiyyəsinin digər rəhbər
şəxsləri də iştirak edərək
vətəndaşları müstəqillik
günü münasibəti ilə təbrik
etdilər.
n.Məmmədzadə
Ulu öndər Heydər Əliyevin xatirəsi
Gürcüstanda ehtiramla anılıb
Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, səfirliyin və kon-
sulluğun əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin, eləcə
də bu ölkədə fəaliyyət göstərən digər Azərbaycanın şirkətlərinin, Mar-
neulidəki Azərbaycanlıların Mədəniyyəti Mərkəzinin, “Borçalı İrəli”
İctimai Birliyinin, şəhər ictimaiyyətinin nümayəndələri, azərbaycanlı
tələbələr mayın 10-da Tbilisinin mərkəzindəki Heydər Əliyev parkına
gələrək Ulu Öndərin abidəsi önünə əklil qoyub, xatirəsini ehtiramla yad
ediblər.
Sonra tədbir iştirakçıları Rustavi şəhərinə gedərək Ümummilli Li-
derin xatirəsini ehtiramla yad ediblər. Ulu Öndərin adını daşıyan
parka toplaşanlar Heydər Əliyevin abidəsi önünə əklil və tər çiçəklər
düzüblər.
Gürcüstanda Müstəqillik Günü
qeyd olunub
(Əvvəli səh. 1-də)
Ölkəiçi
№08 (183) 29.05.2015
3
Gündəm
№08 (183) 29.05.2015
2
Dünya bankı Gürcüstana
120 mln. dollar ayırıb
Gürcüstan hökuməti ilə Dünya Bankı arasında iki müqavilə imzalanıb.
Müqaviləni Gürcüstan maliyyə naziri Nodar Xaduri ilə Dünya Bankının
Cənubi Qafqaz üzrə regional direktoru Henri Keral imzalayıblar.
Anlaşmaya əsasən, dövlət və özəl sektorlarda islahatların həyata keçirilməsi
üçünGürcüstana 120 milyon dollar ayrılıb. Vəsait Gürcüstan hökumətinə Av-
ropa Yenidənqurma və İnkişaf Bankının xətti ilə veriləcək.
Tədbirdə N. Xaduri, H. Keral, habelə Gürcüstan iqtisadiyyat və davamlı
inkişaf nazirinin müavini İrma Kavtaradze çıxış ediblər. Bildirilib ki, ayrılan
vəsait dövlətin maliyyə səmərəliliyinin təkmilləşdirilməsi, inklüziv siyasətin
səviyyəsinin yüksəldilməsi, dövlət institutlarının möhkəmləndirilməsi, büdcə
planlaşdırılması və dövlət xidmətinin formalaşdırılması üzərində nəzarət,
kapital bazarının inkişafı, biznes-mühit və özəl sektorun iqtisadi rəqabəti-
nin gücləndirilməsi və digər sahələrdə islahatların həyata keçirilməsinə
yönələcək.
Gürcüstanda etnik azlıqların mədəniyyət
nümunələrinin sərgisi açılıb
Gürcüstan paytaxtındakı Qafqaz Evində Dünya Mədəniyyətinin Rəngarəngliyi Gününə həsr olunmuş
sərginin açılışı olub.
Sərgi Tiflisdəki Mirzə Fətəli Axundov adına
Azərbaycan Mədəniyyəti Muzeyi ilə Gürcüstan
Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirli-
yi tərəfindən təşkil edilib.
Sərginin açılışında Gürcüstan mədəniyyət və
abidələrin mühafizəsi naziri Mixail Qiorqadze,
Gürcüstan barışıq və vətəndaş bərabərliyi
məsələləri üzrə dövlət naziri Paata Zakareişvili
və digər rəsmi şəxslər iştirak ediblər. Sərgidə
Gürcüstandayaşayan etnik azlıqlar sayılan
kistinlər, çeçenlər, osetinlər, azərbaycanlılar,
yezidi kürdlər, ermənilər, yəhudilər, çexlər,
almanlar və latviyalılar öz mədəniyyət
nümunələrini, xalça və musiqi alətlərini təqdim ediblər.
Tədbirdə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin rəhbərliyi adından nazir M.
Qiorqadzeyə Nizami Gəncəvinin gürcü dilinə tərcümə olunmuş "Leyli və Məcnun” poeması kitabı hədiyyə
edilib.
Yanacağın qiyməti yenə qalxdı
Qiymətlər yanacaqların hər növündə 2 tetridən 5 tetriyədək bahalaşdı. Lukoil-in rəhbəri Şalva
Mişveladze İPN-nə verdiyi müsahibəsində bildirib ki, yanacağın bahalaşma tendensiyası yenə davam
edəcək.
“Bizim şəbəkədə qiymətlər hər bir yanacaq növündə 5 tetri bahalaşdı. Bu bahalaşma tendensiyası yene
davam edir, hansı ki bizim biznes üçün heçdə yaxşı hal deyil”,- deyə Şavleq Mişveladze açıqlama verib.
Hal-hazırda “Lukoil”yanacaqdoldurma mərkəzində qiymətlər belədir: Euro Super 2.14 tetri, Premium
Avantgarde - 2.04 tetri, Euro Regular - 1.88 tetri, Euro Die-
sel- isə 2.04 tetridir.
27-dan “Gulf”-da da qiymətlər bahalaşıb, şirkətinin rəhbəri
Nino Gibladzenin verdiyi məlumata əsasən, qiymətlər hər
bir yanacaq növündə 2 tetridən 4 tetriyədək qalxıb.
”Gulf Georgia”-da hal-hazırda qiymətlər belədir, G-force
Premium- 2.09 tetri, G-force Euro Regular- 2.02 tetri, Reg-
ular 1.92 tetri, Euro Diesel - 1.91 tetri, G-force Euro Diesel-
isə 2.09 tetri təşkil edir.
”Rompetroleum” şirkətinin müştəriləri isə bu qiymətə
yanacaqdan istifadə edə bilərlər: Efix Super Euro - 2.18 tetri, Efix Euro Premium - 2.08 tetri , Euro regular
- 1.88 tetri, Efix Euro Diesel - 2.11tetri, Euro Diesel - 1.91 tetri.
“SOCAR Georgia petroleum” müştəriləri isə bu qiymətlərlə yanacaqdan istifadə edəcəklər :
Super 2.14 tetri, Nano Premium- 2.04 tetri , Euro regular- 1.93 tetri, Nano Regular- 1.90 tetri, Nano Die-
sel- 1.89 tetri, Euro diesel- isə 2.07 tetri təşkil edir.
Gürcüstan prezidenti azərbaycanlı
həmkarını Respublika Günü
münasibətilə təbrik edib
Gürcüstan prezidenti Georgi Marqvelaşvili azərbaycanlı həmkarı İlham Əliyevi Res-
publika Günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir: "Zati-aliləri, Sizi Respub-
lika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Azərbaycan xalqı öz dövlətçiliyinin qorunması
naminə çox sınaqlara sinə gərib və uğurlu,
sabit və müstəqil dövlətini yaradıb. Bu gün biz
aydın görürük ki, ölkəniz tərəqqi ilə irəliləyir.
Mən qətiyyətlə inanıram ki, sizin preziden-
tliyiniz dövründə biz gələcəkdə Azərbaycan
Respublikasının daha böyük uğurlarının və
inkişafının şahidi olacağıq. Ölkələrimiz arasında
sıx tarixi əlaqələri nəzərə alaraq, mən ümid edirəm ki, biz birlikdə gələcəkdə Gürcüstan
və Azərbaycan arasında ənənəvi dostluq münasibətlərini daha da dərinləşdirəcəyik. Bu
dostluğun xalqlarımızın rifahı naminə davam edəcəyinə əminəm.
Mən fürsətdən istifadə edib Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü daim
dəstəklədiyinizə görə Sizə bir daha təşəkkürümü bildirirəm.
Zati-aliləri, icazə verin, dost Azərbaycan xalqına dərin hörmət və ən xoş arzularımı
bildirim", deyə təbrikdə bildirilib.
İlham Əliyev Gürcüstan Prezidenti Georgi
Marqvelaşviliyə
təbrik məktubu
ünvanlayıb
Təbrikdə deyilir: "Gürcüstanın milli
bayramı – Müstəqillik günü münasibətilə
Sizi və bütün xalqınızı şəxsən öz adımdan
və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
Azərbaycan ilə Gürcüstanı dərin tarixi
kökləri olan çoxəsrlik dostluq və meh-
riban qonşuluq münasibətləri birləşdirir.
Əlamətdar haldır ki, istər ikitərəfli qay-
dada, istərsə də regional və beynəlxalq
qurumlar çərçivəsində qarşılıqlı etimad və
dəstəyə əsaslanan dövlətlərarası əməkdaşlıq münasibətlərimiz bütün sahələrdə dinamik inkişaf
edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Əminəm ki, həyata keçirdiyimiz irimiqyaslı iqtisadi layihələr xalqlarımızın rifahına,
ölkələrimizin tərəqqisinə, regionumuzda sabitlik və təhlükəsizliyin bərqərar olmasına mühüm
töhfələr verəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Gürcüstan
xalqına sülh və firavanlıq arzulayıram".
Gürcüstan Olimpiya Komitəsi:
Azərbaycanın ilk Avropa Oyunlarını
keçirməyə tam haqqı var
Bakıda keçiriləcək ilk Avropa Oyunlarının nəinki Azərbaycan, bütün region
üçün böyük əhəmiyyəti var. Bu barədə Gürcüstan Milli Olimpiya Komitəsinin
birinci vitse-prezidenti, Bakı-2015 Avro-
pa Oyunlarında Gürcüstan missiyasının
rəhbəri Elquca Berişvilli deyib.
E.Berişvilli bildirib ki, Azərbaycanın
ilk, tarixi Avropa Oyunlarını keçirməyə
tam haqqı var: "Ölkə idman sahəsinə
böyük diqqət göstərir, burada yaxşı
inkişaf etmiş idman infrastrukturu var,
azərbaycanlı idmançılar bütün yarış-
larda, o cümlədən ən vacib - Olimpiya
Oyunlarında uğurla çıxış edir”.
Onun sözlərinə görə, Azərbaycan Av-
ropa Oyunlarını yüksək səviyyədə keçirməyə hazırdır: “Ümid edirik ki, bizə
qonşu və dost olan Azərbaycanın təşkil edəcəyi Oyunlar yüksək qiymət ala-
caq. Bakıdakı Oyunlardan sonra Tbilisidə Avropa Yeniyetmələrinin Olimpi-
ya Festivalı keçiriləcək. Bu tədbir Bakıdakı tədbir səviyyəsində deyil, ancaq
festivalda iştirak etmək üçün 50 Avropa ölkəsindən Gürcüstana təşrif buyura-
caqlar. Beləliklə, regionumuz Avropa idman mərkəzinə çeviriləcək”.
E.Berişvilli, həmçinin Gürcüstanın yaxşı nəticələr göstərəcəyinə ümid etdi-
yini bildirib: “Avropa Oyunlarında 105 gürcü idmançı iştirak edəcək. Onların
arasında bizim ən güclü cüdoçu və güləşçilərimiz də olacaq".
azərbaycan Respublikası Dövlət neft Şirkətinin (SOCaR) Gürcüstanda karbamid zavodunun
tikintisi layihəsinin həyata keçirilməsinin dayandırılması neft bazarındakı proseslərlə bağlıdır
Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov deyib.
D.Məmmədov bildirib ki, bu layihənin reallaşdırılması özünümaliyyələşdirmə hesabına baş verməlidir: "Onun maliyyələşdirilməsi qismən sa-
hibkarlar, qismən də bank kreditləri hesabına həyata keçirilməlidir. Dünya bazarında neftin qiymətinin kəskin düşməsi SOCAR-ın ölkə daxilində
bəzi layihələrinin həyata keçirilməsini yubandırır. Bununla yanaşı, Gürcüstan bazarında vəziyyət bizimkindən tam fəqlənir, orada bazar olduqca
mürəkkəbdir".
Onun sözlərinə görə, dünyada karbamid məhsullarının qiyməti də kəskin ucuzlaşıb ki, bu da Gürcüstan üçün layihəni maliyyələşdirməyi
çətinləşdirdi: "Ölkə hökuməti layihənin reallaşdırılmasında maraqlıdır, çünki həmin layihə yeni iş yerlərinin açılmasını, yeni məhsulun istehsalını,
büdcəyə gəlirlərin daxil olmasını nəzərdə tutur. Bununla belə, SOCAR yalnız öz hesabına layihəni maliyyələşdirməyi planlaşdırmır. Biz müəyyən
hissəni artıq maliyyələşdirdik, lakin Gürcüstan tərəfindən maliyyələşdirmə bir qədər çətinləşdi ki, bu da layihənin reallaşdırılmasını dayandırdı".
Dostları ilə paylaş: |