Gürcüstanda Müstəqillik Günü qeyd olunub



Yüklə 3,1 Mb.
Pdf görüntüsü
səhifə5/5
tarix31.01.2017
ölçüsü3,1 Mb.
#7261
1   2   3   4   5

Mahmud Kamaloğlu

Zəlimxan Yaqubun “Dünya çiçək, insan oğlu 

arıdı” adlı kitabı işıq üzü görüb

Bu günlərdə xalq şairi Zəlimxan Yaqubun daha bir kitabı işıq üzü görüb.

Azərbaycan Yazıçılar Birliyindən bildiriblər ki, “Dünya çiçək, insan oğlu arıdı” adlanan kitabda şairin son iki ildə yazdığı və indiyədək 

çap olunmamış şeirləri ilə yanaşı “Dahiləri belə gördüm”, “Daş və tarix”, “Aşıq Veysəl dünyası”, “Turan sevgisi”, “Şuşa şikəstəsi” və “Ün” 

poemaları yer alıb.

“Şərq-Qərb” nəşriyyatında çap olunmuş kitabın nəşrə hazırlayanı və redaktoru Musa Nəbioğludur.

Xatırladaq ki, bu, Z.Yaqubun 2015-ci ildə nəşr olunmuş üçüncü şeirlər kitabıdır. Bundan əvvəl şairin “Qürbət düşüncələri” və “Mənə ümid kimi 

bax” kitabları, eyni zamanda, Musa Nəbioğlunun Zəlimxan Yaqub yaradıcılığına həsr etdiyi “Sözün Zəlimxan zirvəsi” adlı kitabı oxucuların 

ixtiyarına verilib. 



bakıda yeddi ulu ozan anıldı

Cəmiyyət

№08 (183) 29.05.2015

11

Mədəniyyət

№08 (183) 29.05.2015

10

Rustavi şəhərində Güllü Tomarovanın 

ilk kitabının təqdimatı keçirilib

 

Mayın 13-də Rustavi şəhərindəki azərbaycanlıların təhsil aldığı 18 nömrəli məktəbdə istedadlı şairə-jurnalist 



Güllü Tomarovanın "Beləcə qal, nolar, könlüm!" adlı ilk kitabının təqdimatı keçirilib. 

Tədbirdə Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirildikdən sonra Rustavidə anadan olan və 

Qarabağ döyüşləri zamanı şəhid olan Farid Babanlının və son günlər Batumidə baş verən faciədə həlak olan 

üç nəfər rustavili məktəblinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Güllü Tomarovanın Azərbaycan 

əsgəri Farid Babanlıya həsr etdiyi şeiri məktəb şagirdləri tərəfindən ifa edilib.

Tədbirdə  Azərbaycan  Yazıçılar  Birliyinin  Gür-

cüstan bölməsinin rəhbəri Rafiq Hümmət, Gürcüs-

tan  Aşıqlar  Birliyinin  sədri  Osman  Əhmədoğlu, 

filologiya üzrə fəlsəfə doktoru, professor Mahmud 

Kamaloğlu,  qocaman  jurnalist  Emin  Elsevər, 

Rustavi  Mədəniyyət  Mərkəzinin  sədri  Xaləddin 

Yolçuyev,  Gürcüstan  Azərbaycanlı  Jurnalistlər 

Birliyinin  sədri  Nizami  Məmmədzadə,  istedadlı 

şairə Səadət Buta, şeir-sənət adamlarından Tapdıq 

Yolçu,  Güləndam  Murad,  Şövkət  Dağlarqızı  və 

başqaları  təqdim  olunan  kitab  haqqında  fikir  və 

mülahizələrini  söyləyərək  şeirlərini  söyləyiblər. 

Tədbirdə şagirdlərin ifasında Güllü Tomarovanın 

Azərbaycan, vətən, torpaq, ana və Borçalı haqqında 

poeziya nümunələri səsləndirilib.

Tədbirin  sonunda  Borçalı  aşıqlarından  Şahbaz 

Göyçəoğlu,  Nargilə  Mehdiyeva,  Əfqan  Şamilov 

və  başqaları  aşıq  havalarını  ifa  ediblər.  Sonda  G. Tomarova  tədbir  iştirakçılarına  və  məktəb  kollektivinə 

təşəkkür edib, sonra Gürcüstan və Azərbaycan mətbuatında dərc olunan şeirlərini oxuyub.



“Gənclik”in ikinci dövrədəki uğurları 

Birinci dövrənin sonunda biz cədvəlin yüksək pilləsində özümüzə yer elədik. Bizə verilən fasilədən səmərəli 

istifadə etməyə çalışdıq. Havaların qeyri-sabit keçməsinə baxmayaraq biz şəhər parkından, maarif şöbəsinin 

qarşısındakı sıx basdırılmış şamlardan və parkın pillələrindən istifadə edərək iki həftəlik səmərəli məşqlər 

təşkil etdik. 

Bu  təlim-məşq  toplantısının  nəticəsi  olaraq  2-ci  dövrə  başlayan  kimi  biz  “Opiza”  (Tbilisi),  “İberiya” 

(Tbilisi), “Alqeti XXI” (Tbilisi), “Avaza” (Tbilisi), “Sxinvali” (Tbilisi), “Duşeti” (Kaspi), komandalarını öz 

meydançalarında məğlubiyyətə uğradaraq Marneuli futbolunun nəyə qadir olduğunu paytaxt mütəxəssislərinə, 

klublara və futbol məktəblərinə göstərdik. 

Çempionatın  qurtarmasına  5  tur  qalıb.  Hər  hansı  maneə  olmazsa,  Marneuli  futbolsevərlərini  sevin-

dirəcəyik. 

Biz bütün oyunları total və xətti futbol üzərində qurduq. Oyunları rəqibin zonasına keçirərək diaqonal, 

köndələn və qövsvari ötürmələrlə rəqibi çaş-baş salaraq ilk dəqiqələrdən rəqibi meydançanın mərkəzindən 

başlamağa məcbur eləyirdik. 

Mən qollar kralı haqqında danışmaq istəyirəm. Piriyev İlkinin hesabında 24 qol var. Ondan sonra 11 qolla 

“Rustavi – 2”nin oyunçusu gəlir. Elə bir oyun olmayıb ki, İlkin meydançanı qolsuz tərk eləsin. Ən çətin 

oyunda belə İlkin özünün yüksək texnikasından istifadə edərək qol vurub. 

Əhməd İsmayılov

Rusiyanın əfsanəvi balerinası Maya 

Plisetskaya vəfat edib

"Bolşoy Teatr"ın direktoru xəbər verir ki, Rusiya baletinin əfsanəsi Maya 

Plisetskaya 89 yaşında vəfat edib.

Vladimir Urin bildirir ki, balerina Almani-

yada infarktdan keçinib.

Rusiya  prezidenti  Vladimir  Putin  mər- 

humun  ailəsinə  və  yaxınlarına  başsağlığı 

verib.


Plisetskaya  "Bolşoy  Teatr"da  1943-cü 

ildən çalışırdı və 1960-cı ildə teatrın prima 

balerinası olmuşdu.

Onun  məşhur  rolları  “Sonalar  gölü”ndə 

Odette-Odile, “Yatmış gözəl”də Avrora və 

“Karmen”də Karmen idi.

Plisetskaya əri, bəstəkar Rodion Şedrinlə 

1991-ci ildən Almaniyaya köçmüşdü.



“Gürcüstan”-çılar 

Süleyman Əfəndinin 80 

illiyini qeyd etdilər 

Ömrünü  mətbuata  həsr  etmiş,  40  ildən  artıq  “Sovet  Gürcüstanı” 

(indiki  “Gürcüstan”)  qəzetinin  redaktoru  olmuş  tanınmış  jurnalist 

Süleyman  Əfəndinin  may  ayının  5-də  80  yaşı  tamam  oldu.  Onun 

qədirbilən  kollektivi  bu  yubileyi  onsuz  qeyd  etdilər.  Süleyman 

Mə-həmməd oğlunun nəşinin uyuduğu Marneulinin Kürtlər kəndindəki qəbiristanlıqda ucaldılmış abidəsi 

önünə  əklil  və  tər  çiçək  dəstləri  qoyan  kollektiv  üzvləri  onun  insani  keyfiyyətlərindən,  intəhasız  jurnal-

ist  təxəyyülündən,  idarəetmə  məharətindən  ehtiramla  söz  açdılar.  Gürcüstanda  azərbaycandilli  mətbuatın 

inkişafında  əvəzsiz  xidmətləri  olmuş,  əməyi  dövlət  və  xalq  tərəfindən  layiqli  qiymətini  almış  Süleyman 

Əfəndinin xatirəsinin yaddaşlardan silinməz olduğu dönə-dönə qeyd edildi... 

...Ehtiramla yad olunanlar əbədiyaşarlardır! 

“RegionPress” 

“Ömür hədər getməyib” 

Tbilisinin  “Ustari”  nəşriyyatında 

fədakar  maarif  fədaisi,  sabiq 

məktəb  direktoru,  filoloq,  əmək 

veteranı  Təhməz  Abbasovun 

“Ömür hədər getməyib” adlı kitabı 

işıq  üzü  görüb.  Kitaba  müəllifin 

müxtəlif  vaxtlarda  əsasən  “Re-

gionpress” qəzetində dərc olunmuş 

məqalələri,  şeirləri  və  müəllifə 

həsr edilmiş müxtəlif səpkili bədii 

mətnlər, məktublar daxil olunub. 

Nəşrin  ideya  verəni  və  ön  söz 

müəllifi  tanınmış  yazıçı-tərcüməçi 

Emin  Elsevər  (Mahmudov),  re-

daktorları Binnət Əlioğlu və Tapdıq 

Yolçudur. 

Ümid edirik ki, “gələcəyin memarı 

– müəllim” olan müəllifin bu kitabı 

kitabsevərlər  tərəfindən  rəğbətlə 

qarşılanacaq.     

“Haqqa sarı” 

“Bütün  Gürcüstan  Müsəlmanları 

İdarəsi”nin  (İdarənin  şeyxi  Hacı 

Ramin İgidovdur) nəşrə hazırladığı 

“Haqqa sarı” kitabı işıq üzü görüb. 

Kitabda  Gürcüstanda  yaşamış  və 

indinin  özündə  də  həyatda  olan 

şair  və  yazıçıların  Peyğəmbər  (s), 

Əhli-Beyt  və  din  xadimləri  barədə 

qələmə  aldıqları  şeir  və  hədislər 

çap  olunmuşdur.  Kitab  “Aşıqlar”, 

“El  şairləri”,  “Şairlərimiz”,  “Yazı-

çılar”,  “Dramaturgiyamız”  adlı 

bölmələrdən 

ibarətdir. 

Kitabı 


yazıçı-publisist  məşədi  Əli  Ab-

bas  tərtib  edib.  Redaktoru  məşədi 

Nizami  Məmmədzadə,  kompyuter 

tərtibatçısı Vüsalə Nəsibovadır.  

İlk  dəfədir  ki,  bu  səpgidə  nəşr 

olunan  kitabın  oxucular  tərəfindən 

rəğbətlə  qarşılanacağına  ümid  edi-

rik. 


“Mən bu elə bağlıyam” 

Gənc  yaşlarından  ədəbi  yara-

dıcılıqla  məşğul  olan  Nəsrəddin 

Kəpənəkçinin  müxtəlif  illərdə 

iki  kitabı  işıq  üzü  görüb.  “Mən 

bu  eldə  doğulmuşam”,  “Mən  bu 

elin oğluyam” kitabları onun oxu-

cularla  sərbəst  söhbətidir.  Poe-

ziya  pərəstişkarları,  yerli  yazar-

lar  onunla  “söhbətdən”  məmnun 

olmuşlar. 

Ümidvarıq  ki,  el  şairinin  say-

ca  üçüncü  kitabı  olan  “Mən 

bu  elə  bağlıyam”  kitabı  da 

tələbkar  oxucularımızın  zövqünü 

oxşayacaq,  ürəklərini  riqqətə  gə-

tirən  hiss  və  duyğuları  müəllifin 

misralarında tapacaqlar. 



Yeni nəşrlər

başsağlığı

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin kollektivi Azərbaycanın xalq 

şairi  Zəlimxan  Yaquba  əmisi 

Xalid alı  oğlu Yaqubovun

  vəfatından 

kədərləndiyini bildirir va mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. 

Allah rəhmət eləsin!  


Tanış olun: 

Seymur Kamran oğlu Qarayev – dünya çempionu

 

O, böyük idmana akrobatika ilə qədəm qoyub. 2 il məşğul olduqdan sonra 

tanınmış məşqçi Azər Məmmədovun rəhbərliyi ilə idmanın kinkboks növünə 

meyl salıb. Gərgin məşqlər öz bəhrəsini verib və 8 yaşında ikən ilk rəsmi 

görüşdən qalib ayrılıb. 

Daha sonra idman aləminə yaxşı tanış olan Kaxa Çkadua onun bir idmançı 

kimi  püxtələşməsi  üçün  əlindən  gələni  əsirgəməyib.  İndiyədək  müxtəlif 

beynəlxalq  turnirlərdə  əlbəyaxa  döyüşün  “K-1”  növü  üzrə  15  medal,  4 

kubok qazanıb, 21 diplomla mükafatlandırılıb. Ümummilli lider H.Əliyevin 

xatirəsinə həsr olunmuş son yarışlarda da birinciliyi əldən verməyib. 

Marneuli rayonundakı 2 saylı ümumi məktəbin 9-cu sinif şagirdi Seymur 

hələlik ən böyük uğurunu mayın 2-4-də İtaliyanın Verona şəhərində kink-

boksun  “K-1”  növü  üzrə  keçirilən  dünya  birinciliyində  qazandı.  Seymur 

qürurla dünya kubokuna sahib çıxdı. 

O, çox gəncdir. Parlaq gələcəyi isə onun əzmindən, iradəsindən və gecəli-

gündüzlü məşqlərindən asılıdır. 

Sənə  adımızı,  bayrağımızı  yüksəltmək  naminə  böyük  idmanda  uğurlar 

arzulayırıq, Seymur! 



“RegionPress”

Müəllim  dərs  zamanı  uşaqlara 

deyir:

-Pulu boş yerə xərcləməyin. Atanız 

onu alın təri ilə qazanır.

Bir uşaq deyir:

-Mənim  atam  alın  təri  ilə 

qazanmır.

-Bəs o pulu haradan alır?

-Buzxanada işləyir.

***

Bir uşaq mağazadan ayı oyuncaq 

alır və saxta pul verir.

Satıcı:

-Axı, bu pul saxtadı!

Uşaq:

-Guya bu ayı həqiqidi?

***

Bir  nəfər  çayda  çimmək  istəyir. 

Amma  batmaqdan  qorxur.  Körpü-

nün üstündə sərxoş biri oturubmuş.

Bu da soruşur:

- Ay qardaş, suda batmaram ki? 

Sərxoş deyir:

- Yox. 

O suya girir, batır, boğula-boğula 

deyir:

- Bəs, deyirdin su dərin deyil?

-  Eh,  nə  bilim,  bayaq  3  ördək 

üzürdü, su sinələrindən idi. 

Sərbəst səhifə

№08 (183) 29.05.2015

12

Şər qarışanda küçənin, 

bazarın, ağacın, gülün 

də rəngi qarışır.

buludxan Xəlilov

Region

Иътимаи гязет

P R E S S



azərbaycanlıların 

Mədəniyyət 

Mərkəzi

№08 (183)

29.05.2015

Гязет 2008-

ъи ил мартын 

15-дян чыхыр

 

 Azərbaycanlıların 



Mədəniyyət Mərkəzi   (АММ)

AMM-in sədri:

Fazil HƏSƏnOV

Qeydiyyat şəhadətnaməsi:

09.09.2004.     №43/5 z----9

  

Redaksiyanın ünvanı:

Marneuli şəhəri,   Çolokaşvili  küç. 3

İndeks: 3000   Tel.: (+995 357) 22 29 29

Faks:     (+995 357) 22 57 88

E-mail:   regionpress@yahoo.com

Qəzetimizi Facebook səhifəmizdə də oxuya 

bilərsiniz: 

https://www.facebook.com/regionpress.AMM



Редактор: 

Биннят ЯЛИоьЛУ

Məsul katib:

İbrahimxəlil 

Texniki redaktor:

Əkrəm QƏHRƏManOV

Kompyuter tərtibatçısı:

bahar MƏMMƏDOVa

  Fakta və ifadə olunan fikrə 

görə  məsuliyyəti müəlliflər daşıyır. 

Гязет пулсуз йайымланыр.



ТИРАж: 2000

Təsisçi:

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin kollektivi 

tanınmış şair-jurnalist Mədəd Coşquna qızı, məşhur 

jurnalist, BBC radiosunun prodüseri 



Sədaqət İsmayılovanın

 

vaxtsız vəfatından kədərləndiyini bildirir və mərhumun 



ailəsinə dərin hüznlə başsağlığı verir. 

Allah rəhmət eləsin! 



borçalının fəryadı

 

(Əzizim  Sədaqətin  vaxtsız  ölümü  münasibətilə  şair 

qardaşım Mədəd Coşquna) 

Mədəd Coşqun, çox sarsıldım

Qızınızın ölümündən. 

Mən özümə gəlməmişəm,

İnanın ki, həmin gündən. 

Kövrəlmişəm, dinəmmirəm,

Dinməyə də yoxdur halım. 

Allah səbrinizi versin,

Qardaş, sənin qadan alım! 

Bir ağacın pöhrəsiyik,

Sədaqət – mən, a can-ciyər!..

Mən dərdinə laqeyd qalsam,

İlhamım məndən inciyər...

Sədaqətə yas saxlayan,

Həm yaxını, həm yadıdı!..

Mayqa Mətin şeiri də,

Borçalının laylasıdı, 

Borçalının fəryadıdı!..



Mayqa Mətin

Pikassonun "Əlcəzairli 

qadınlar"ı 179 milyona 

satılıb

 

Nyu  Yorkda  Christie  hərracında  Pablo  Pikassonun 



"Əlcəzairli qadınlar" əsəri 179 milyon 365 min dollara 

satılıb. Hərracda bir neçə alıcı arasında kəskin mübarizə 

gedib.

Onların çoxu hərraca telefonla qatılıb.



İsti ocaq, isti qucaq!

Marneulidəki "Aversi" klinikasının doğum evi hər bir ailəyə 

körpə gülüşü, körpə sevinci bəxş edir. Körpələrimizin sağlam 

böyüməsi üçün kollektivimiz onlara yüksək səviyyədə qulluq 

edir və hər birinin qayğısına qalırlar.

Burada çalışan çox dəyərli və çox güvənli mean-ginekoloqlar, 

akuşer heyəti və tibb bacıları fəaliyyət göstərirlər.

"Aversi"  klinikasının  meneceri  Manan  Kapanadze,  baş 

həkim  Vaja  Baramidze,  baş  pediatr  Maya  Abaloidze  bizim 

gələcəyimiz olan körpələri diqqətdən kənarda qoymurlar, on-

lara xüsusi vaxt ayırırlar. 5 illik fəaliyyətimizin bəhrəsi isə göz qabağındadır. 

Qoy körpələrin gülüşü hamıya dərman olsun. Arzu edirik ki, bütün körpələrin yeri isti ocağımız, isti qucağımız olsun!



Sevda Əsgərova

İnsan başı başqa bədənə köçürüləcək

 

İnsan başının digər bədənə köçürülməsi ilk dəfə Rusiyada reallaşa bilər.

İtaliyalı neyrocərrah Sercio Kanavero hökumətdən razılıq aldığı təqdirdə, rusiyalı Valeri 

Spiridonovun başını digər insanın bədəninə 

köçürülməsi  əməliyyatını  keçirməyə  hazır-

dır.


Əməliyyatın  siyasi  əhəmiyyətini  vurğula-

yan  Kanavero  bir  insanın  başının  digərinin 

bədəninə  köçürülməsi  üzrə  ilk  əməliyyatın 

aparıldığı  ölkənin  adının  dünya  tarixinə  iri 

həriflərlə yazılacağını qeyd edib.

Neyrocərrah  əməliyyatın  texniki  təfər-

rüatları barədə danışarkən pasiyentin başının 

10-15 selsi dərəcəyədək soyudulacağını və bundan sonra onu 1 saat ərzində başqa bədənə 

“tikməyin”  vacib  olduğunu  bildirib.  Onun  sözlərinə  görə, Valerinin  başı  öz  bədənindən 

ayrılandan bir neçə saniyə sonra yeni bədənə qoyulacaq, qan damarları bir neçə dəqiqə 

ərzində  birləşdiriləcək,  beyinin  qan  dövranı  isə  təxminən  15  dəqiqə  ərzində  bərpa 

ediləcək.

Nadir  genetik  xəstəlikdən  əziyyət  çəkən  Valeri  Spiridonov  başın  köçürülməsi  üzrə 

əməliyyata razılıq verən ilk insandır. Xəstəlik nəticəsində onun əzələlərinin inkişafı dayanıb 

və səhhəti getdikcə ağırlaşmağa başlayıb. Bu səbəbdən də Valeri insan başını digər sağlam 

bədənə köçürməyə qadir olduğunu iddia edən Turin Universitetinin mütəxəssisi Sercio Ka-

naveroya müraciət etmək qərarına gəlib.

1 İyun  Uşaqların beynəlxalq 

Müdafiəsi günüdür

1950-ci  il  iyunun  1-də  BMT  Baş  Assambleyası 

tərəfindən  təşkil  olunan 

“Qadınların  Beynəlxalq 

Konfransı”nda  uşaq  hü-

quqlarının təmin edilməsi 

ilə bağlı təkliflər səslənib 

və elə həmin tədbirdə də 

1  iyun  tarixini  uşaqların 

beynəlxalq  müdafiəsinə 

həsr etmək qərara alınıb. 

Bundan sonra iyunun 1-i 

Uşaqların  Beynəlxalq 

Müdafiəsi Günü kimi tarixə düşüb. 

Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm 

və ayrılmaz hissələrindən biridir. Nəzərə alsaq ki, uşaqlar 

bizim  gələcəyimizdir  onların  müdafiəsinə  hamılıqla 

qoşulmaq bizim borcumuzdur. 



Tbilisidə Kamal abdullanın 

dram əsəri oynanılıb

Gürcüstan  paytax-

tında Mədəniyyət və 

Abidələrin  Müha-

fizəsi  Nazirliyinin 

dəstəyi  ilə  Azərbay-

can  yazıçısı  Kamal 

Abdullanın  "Hərdən 

mənə  mələk  də  de-

yirlər" adlı dram əsə-

ri oynanılıb.

Tamaşada  rolları 

Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan 

Dram  Teatrının  aktyorları  Binəli  Islamoglu,  Şeyla 

Cəfərova, Namiq Musayev, Leyla Qasımova və Vüqar 

Maşov ifa ediblər.

Qeyd edək ki, tamaşa Gürcüstan paytaxtındakı  Atoneli 

teatrında oynanılıb.



Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin