1. Durğu işarələrini yazmaqla cümlələri köçürün. Hansı sözlər böyük hərflə yazılmışdır?



Yüklə 16,34 Kb.
tarix06.10.2023
ölçüsü16,34 Kb.
#152576
növüYazı
Ə.Raminə. Az. dili. y.tap.


1. Durğu işarələrini yazmaqla cümlələri köçürün. Hansı sözlər böyük hərflə yazılmışdır?
Havalar isindi yaz gəldi zoğal alça ərik şaftalı çiçək açdı dağlarda meşədə bənövşə novruzgülü göründü qaranquşlar köçüb gəldi arılar ağacdan ağaca uçuşur hamıdan çox uşaqlar sevinirdilər bağlardan bağçalardan onların şən səsləri eşidilir
2. Verilmiş mətndə cümlələrin sərhədini müəyyən edin və uyğun durğu işarələrini yazıb köçürün.
Qaranlıq düşdü çoban yapıncısina bürünüb uzandı it sürünün başına dolandı o gecənin bir vaxtı qaraltı görüb hürdü çoban başını qaldırıb gördü ki heç bir şey olmayıb itə bir parça ət atıb yatdı


Hekayəni oxuyun. Verilmiş hissələra uyğun tapşıriqları yerinɔ yetirin
Ana quşun yuxusu
Ad( İsim) bildiran sözlərin altndan xətt çəkin.
Bir qaranquş evin eyvanında yuva qurmuşdu. Ovuc boyda qəşəng yuya idi. İçərisində də ətcəbalalar var idi. Gündüzlər yuvada ancaq balalar olard. Çünki anaları səhər tezdən gedər, çöldən-çəməndən balaları üçün yem daşıyardı. Hər dəfə gəlib gedəndə dincəlməz, tezcɔ qayıdardı.

Əlamət ( Sifət) bildirən sözlərin altından xətt çəkin.
Bir gün atcəbalalar civildəşə-civildəşə analarına dedilər:
-Anacan, sən yoruldun, axı bir oturub dincəlsənə!
Ana qaranquş gətirdiyi yemdən balalarına verə-verə:
-Eyb etməz. Siz məndən nigaran galmayın,-dedi və dönüb, balaları üçün yem dalınca uçdu.
Günlər beləcə keçirdi. Sari atcəbalalar tüklənib böyüyür, uçmaq üçün qanad gətirirdilər. Yuva get-gedə onlara darısqallhq edirdi.

Hərəkət( feil) bildirɔn sözlərin altından xətt çəkin.
Həmişə bir-birinin qoynuna girib, yatan balalar indi nə qədər sıxlaşsalar da, yuvaya siğmadılar. Ana qaranqus gah bu yana çəkilir, gah da o yanda dayanır, balalarının rahat yuxulamalarina çalışırdı. Qəribə idi ki, gecələr yuva elə bil böyüyür,balalarıin yeri genişlənirdi. Bu necə iş idi?
-Gəlin, bu sirri öyrənək – deyə balalar sözü bir yerə qoydular. O gecə hələ axşamdan yuxuları gəlsə də, balalar yatmadılar. Yuxuları gələndə ayaqları ilə gözlərinin altını, üstünü cırmaqlayırdılar ki, yuxular qaçsın. Yenə də yuxu onlara güc gəldi. Nə vaxt yatdıqlarını bilmədilər. Bir də gözlərini açanda gördülər səhər açılır. Hava təzə-təzə işıqlanır. Bəs anaları hanı?...
Tez yan-yörəyə boylandılar. Ana qaranquş teleqraf xəttinin üstündə yuxulamışdı.
Yüklə 16,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin