Mövzu 8. Fəal təlimin təşkilində istifadə olunan forma və üsullar.
Plan
1. Fəal təlim formaları.
2. Fəal təlim üsulları.
Fəal təlim metodları üzərində qurulan məşğələ ənənəvi məşğələlərdən fərqlənir. Bu məşğələlər uşaqların sərbəst şəraitdə fəaliyyət göstərməsinə imkan yaradır və bu zaman onlar özlərinin bütün bilik, bacarıq və istedadlarını nümayiş etdirə bilmək imkanı əldə edirlər. Fəal təlim məktəbəqədər yaşlı uşaqların inkişaf etdirilməsi üçün ən yaxşı texnologiyadır. Bu o deməkdir ki, uşaqlar təlim prosesində passiv deyil, konkret materiallarla və əhatəsində olan insanlarla fəal, qarşılıqlı ünsiyyətdə olurlar.
Fəal təlim metodlarından istifadə tədris prosesinin təşkilinə, tərbiyəçi-uşaq münasibətlərinə yeni məzmun gətirir, tərbiyəçi-uşaq münasibətlərinin dəyişdirilməsini, onlar arasında pedaqoji əməkdaşlığa, qarşılıqlı hörmətə, bir-birinin ləyaqətinə, hüquq və azadlıqlarına hörmət etməyə əsaslanan yeni münasibətlərin yaradılmasını təmin edir. Məktəbəqədər təhsil müəssisələrində fəal təlim metodlarları ilə aparılan məşğələlərin aşağıdakı ardıcıllıqla həyata keçirilməsi məqsədəuyğun hesab edilir: