1. Həzm qastritin diaqnostikasının əsasını nə təşkil edir?
A) Selikli qişanın bioptatının histoloji müayinəsi
B) Kliniki məlumatların kompleksi
C) Rentgenoloji müayinə
D) Endoskopik müayinə
E) Mədənin sekretor funksiyasının tədqiqi
2. Xroniki qastrit zamanı mədənin selikli qişasının tam normallaşmasını əldə etmək olur:
A) Qeyd edilən heç bir vasitə ilə
B) Antasidlərlə müalicə
C) Qastrit əleyhinə pəhrizlə
D) Xlorid turşusunun tədbiqi vasitəsi ilə
E) Xolinolitik vasitələr ilə
3. Mədə dispepsiyasına hansı aid deyil?
A) Meteorizm
B) Aeroqastriya
C) İştahanın dəyişməsi, ürəkbulanma, qusma
D) Aerofagiya
E) Mədənin dolğunluğu hissi
4. Bağırsaq dispepsiyasına hansı aid deyil?
A) Aerofagiya
B) Meteorizm
C) Qəbizlik
D) İshal
E) Bağırsaq sancısı
5. Xora xəstəliyi ağrıları nə ilə xarakterizə edilmir?
A) Daimiliklə
B) Fəsilliklə
C) Bütün variantlar səhvdir
D) Tipik lokalizasiya ilə
E) Qida qəbulu ilə əlaqəli olması
6. Xora nəticəsində əmələ gələn qanaxmalara hansı əlamət aid deyil:
A) Müsbət Baos simptomu
B) Kollaptoid vəziyyət
C) Melena
D) Kofe rəngli qusuntu
E) Müsbət Gregerson reaksiyası
7. Xora Perforasiyasının xarakterik əlamətinə hansı aiddir?
A) Epiqastriyada kəskin qılınc ağrısı
B) Hiperxolesterinemiya
C) Öskürək
D) Tənginəfəslik
E) Hipersalivasiya
8. Xora maliqnizasiya xarakterik əlamətinə hansı aid deyil?
A) Hipersentzia
B) Arıqlama
C) Periodik ağrıların daimi ağrılarla əvəz olunması
D) İştəhanın azalması, qidaya qarşı ikrah hissi
E) Lax yumurta ilə gəyirmə
9. Mədənin pilorik hissəsinin stenozunda hansı əlamət müşahidə edilmir?
A) Melena
B) Lax yumurta iyi ilə gəyirmə
C) Baxış zamanı mədənin peristaltik hərəkətləri
D) Şıppıltı küyü
E) Qusuntu kütlələrində qarşıda qəbul edilmiş qida qalıqlarının səhər qaytarılması
10. Hansı preparat xora xəstəliyinin müalicəsində sitoprotektiv təsirə malikdir?
A) Sukralfat
AİLƏ TƏBABƏTİ TESTLƏR. MPF V KURS. AZ SEKTOR.
B) Platiffilin
C) Aktovegin
D) Vikosal
E) Solkaseril
11. Hansı preporat proton pompası inhibatorlarının nümayəndəsidir?
A) Pantoprazol
B) De-nol
C) Sukralfat
D) Mezim
E) Etodolok
12. Mədə xorasının müalicəsi üçün istifadə edilən hansı preparat –bismut preparatıdır?
A) De-nol
B) Omepazol
C) Almagel
D) Maaloks
E) Bütün sadalananlar
13. Mədənin xora xəstəliyi ilə mədə xərçəngi arasındakı differensial diaqnostikada vacib
olan nədir?
A) Qastroduodenoskopiya və biopsiya
B) Bütün sadalananlar doğrudur
C) Rentgeneloji müayinə
D) Mədə şirəsinin müayinəsi
E) Qanın ümümi və biokimyəvi analizi
14. Mədənin xora xəstəliyi daha çox əmələ gəlir?
A) 40 yaşdan sonra
B) Istənilən vaxt
C) 5 yaşa qədər
D) 70-80 yaş arası
E) Doğru cavab yoxdur
15. Xroniki enteritin əmələ gəlməsinin səbəbi deyildir:
A) Daxil olan radiyasiyanın təsiri
B) Uzunmüddətli qəbizlik
C) Anadangəlmə ferment defisiti
D) Alimentar pozğunluq
E) Düzgün variant yoxdur
16. Xroniki enteritdə hansı qrup preparatdan istifadə etmək məsləhət deyil?
A) Antibiotiklər
B) Fermentlər
C) Vitaminlər
D) Probiotiklər
E) Prebiotiklər
17. Xroniki kolit üçün xarakterikdir:
A) Ağır gedişdə B
12
-defisitli anemiyanın inkişafı mümkündür
B) Şəkərli diabet inkişaf edir
C) Qida qəbulundan sonra mədə ağrıları
D) Qanda kreatinin artması
E) Başgicəllənmə
18. Xroniki kolit üçün hansı növ ağrılar xarakterikdir?
A) Defakasiyadan sonra azalan qarnın aşağı şöbələrində baş qaldıran tutma şəkilli və küt ağrılar
B) Epiqastral ağrılar
C) Sağ qabırğa altında ağrılar
D) Dğş qəfəsi arxası ağrılar
E) Ayaqlara iradiyasiya edən anus ətrafında ağrılar
19. Xroniki kolit üçün xarakterik əlamətlər hansıdır?
A) Qəbizlik, yalançı defakasiya çağırışları (tenezm)
B) Arıqlama, disfaqiya
C) Qusma, hipersalivasiya
D) Yüksək hərarət
E) Sürətli tərləmə
20. Poliklinika həkimi tərəfindən əmək qabiliyyətinin itirilməsi vərəqəsi verilir:
A) İşləyən xəstələrə
B) Təqaüddə olan xəstələrə
C) Alkoqol xəstələrinə
D) Hamilə qadınlara
E) Işləməyən xəstələrə
21. Poliklinikanın sahə həkiminə əmək qabiliyyətinin itirilməsi vərəqini sərbəst verməyə
haqqı var:
A) 3+3 gün, yəni 6 gün
B) 7 gün
C) 10 gün
D) 1 ay
E) 1+10 gün, yəni 11 gün
22. Şəhər poliklinikasında xəstələrin müvəqqəti əmək qabiliyyətinin itirilməsinin nəzarəti
üçün (6 aya qədər) hansı komissiya təşkil olunur?
A) Həkim-məsləhət komissiyası
B) Baş həkim şəxsən
C) Şöbə müdirlərinin komissiyası
D) Müalicə işləri üzrə baş həkim müavinin komissiyası
E) Heç bir variant doğru deyil
23. Xəstələrin daimi əmək qabiliyyətinin itirilməsinin nəzarəti üçün (6aydan çox)
Respublikamızda hansı komissiya təşkil olunub?
A) Tibbi –sosial ekspert komissiyası
B) Baş təşkil etdiyi komissiya
C) Həkim-məsləhət komissiyası
D) Rayon-səhiyyə şöbəsinin komissiyası
E) Səhiyyə nazirinin başçılığı altında komissiya
24. Səhiyyənin əsas və ilkin strukturu hansıdır?
A) Polikilnika
B) Xəstəxana
C) Elmi-tədqiqat institutu
D) Sanator-kurort müalicə
E) Diaqnostik mərkəz
25. Xırda bronxların selikli qişasının zədələnməsi ilə müşayiət olunan xroniki bronxitin
aparıcı simptomu hansıdır?
A) Təngnəfəslik
B) Bəlğəmli öskürək
C) Güclü üzücü quru öskürək
D) Dodağın selikli qişasının sianozu
E) Lekositoz və EÇS nin artması
26. Ambulator şəraitdə bronxospazmolitik prepartaların ən asan yeridilmə metodu
hansıdır?
A) İnhalyasion
B) Nebulayzer ilə
C) Parenteral
D) Peroral
E) Rektal
27. Bronxial astma tutması zamanı xəstələrin əsas ölüm səbəbi hansıdır?
A) Bronx mənfəzinin özülü sekretlə generalizə olunmuş tutulması
B) Generalizə olunmuş bronxospazm
C) Bronxların selikli qişasının generalizə olunmuş ödemi
D) Ağ ciyərlərin kəskin şişməsi
E) Ağ ciyər ödemi
28. Xroniki alkoqolizmdən əziyyət çəkən şəxslərdə pnevmoniyanın törədicisi çox vaxt hansı
olur?
A) Klebsiella
B) Streptokokk
C) Bağırsaq çöpü
D) Stafilokokk
E) Pnevmokokk
29. Pnevmoniyanın müalicəsində antibiotik seçərkən ilk növbədə nəyi nəzərə almaq
lazımdır?
A) Pnevmoniya törədicisinin xüsusiyyətini
B) Xəstəliyin müddətini
C) Yanaşı gedən xəstəliyi
D) Xəstəliyin zədələdiyi seqmenti
E) Antibakterial prepartaların keçirilməsinin individuallığını
30. Hansı xəstəlik üçün krepitasiya xarakterikdir?
A) Krupoz pnevmoniya
B) Kiçik qan dövranında durğunluq
C) Bronxial astma
D) Ağciyərlərin emfizeması
E) Ağciyərlərin absesi
31. Krupoz pnevmoniya üçün xarakterik olan perkutor səs hansıdır?
A) Küt
B) Küt timpanit
C) Metal
D) Timpanik
E) Qutu
32. Selikli-qanlı bəlğəm hansı xəstəliyin əlamətləri üçün xarakterikdir?
A) Ağciyərin bronxogen xərçəngi
B) Kəskin traxeobronxit
C) Ağciyər vərəmi
D) Bronxopnevmoniya
E) Xroniki bronxit
33. İrinli xoşa gəlməz iyi olan bəlğəm hansı xəstəlik üçün xarakterikdir?
A) Ağciyərin qanqrenası
B) Ağciyər xərçəngi
C) Bronxial astma
D) Bronxit
E) Krupoz pnevmoniya
34. Bəlğəmdə elastiki liflər hansı xəstəliklər zamanı aşkar edilir?
A) Ağciyər absesi
B) Ağciyər ürəyi
C) Bronxial astma
D) Xroniki bronxit
E) Krupoz pnevmoniya
35. Epidemioloji təhlükəliliyi daha çox olan vərəmin kliniki forması hansıdır?
A) Fibroz kavernoz ağ ciyər vərəmi
B) Vərəm meningiti
C) Ocaqlı vərəm
D) Tuberkuloma
E) İlkin vərəm kompleksi
36. Sağlam adamlarda qanda xolesterinin optimal konsentrasiyası hansıdır?
A) 5 mmol/l
B) 6 mmol/l
C) 6,2 mmol/l
D) 7,5 mmol/l
E) 7 mmol/l
37. Aşağıda göstərilən kliniki əlamətlərin hansı metabolik sindroma aiddir?
A) Abdominal piylənmə
B) Hipoqlikemiya
C) Aşağı ətraflarda ödem
D) Təngnəfəslik
E) Aritmiya
38. Gərginlik stenokardiyasının əmələ gəlməsinin əsas səbəbi nədir?
A) Koronar damarların 70% və daha çox aterosklerotik daralması
B) Dilyatasion kardiomiopatiya
C) Kəskin miokardit
D) Mitral qapağın prolapsı
E) Xroniki miokardit
39. Tac arteriyalarının aterosklerozunun ən informativ diaqnostik üsulu hansıdır?
A) Koronar angioqrafiya
B) Stress exo-kardioqrafiya
C) EKQ
D) EXO-kardioqrafiya
E) Ssintoqrafiya
40. Stabil stenokardiya zamanı ağrı sindromunun müddəti nə qədərdir?
A) 20 dəqiqəyədək
B) 35 dəqiqəyədək
C) 30 dəqiqəyədək
D) 40 dəqiqəyədək
E) 25 dəqiqəyədək
41. Kəskin koronar sindrom zamanı ağrı müşahidə edilərsə seçim preparatı?
A) Morfi
B) Analgin
C) Fentanil
D) Baralgin
E) Tramadol
42. Kəskin koronar sindrom zamanı v/d təkrar morfi yeridilməsi ağrını götürmürsə, daha
nə məsləhət görülür?
A) Beta blokatorlar vena daxilinə
B) Dihidropiridin kalsium antaqonistləri daxilə
C) Nitratlar per os
D) Nitratlar dil altına
E) Verapamilin venadaxili təyini
43. Trombolitik terapiyanın effektivliyinin laborator göstəricisi hansıdır?
A) Kardiospesifik fermentlərin qanda miqdarının sürətlə artması
B) Xolesterinin miqdarının qanda artması
C) Leykositozun azalması
D) Protrombin indeksinin azalması
E) EÇS azalması
44. Sinus bradikardiyası ilə müşayət olunan stenokardiyanın müalicəsində antianginal
preparatın seçimi?
A) Amlodipin
B) Metoprolol
C) Propranalol
D) Verapamil
E) Riboksin
45. Miokard infarktı zamanı ən informativ biokimyəvi marker hansıdır?
A) Troponin I
B) Mioqlobin
C) Laktatdehidrogenaza
D) Alanintransferaza
E) Kreatininfosfokinaza
46. Kardiogen şok olan xəstələrdə dopaminin infuziyasının maksimal sürəti nə qədərdir?
A) 20 mkq/kq/dəqiqə
B) 15 mkq/kq/dəqiqə
C) 25 mkq/kq/dəqiqə
D) 30 mkq/kq/dəqiqə
E) 7,5 mkq/kq/dəqiqə
47. Miokardın gizli işemiyası nə ilə xarakterizə olunur?
A) ST seqmentinin nəzərə çarpan depressiyası epizodları stenokardiya ağrıları ilə müşayət
olunmur
B) Fiziki yük sınağından sonra ST seqmentinin depressiyası qeyd edilmir
C) Ağrı sindromu aritmiya ilə müşayət edilir
D) Stenokardik tutma ST seqmentinin depressiyası ilə müşayət olunur
E) Ağrı sindromu ST seqmentinin elevasiyası ilə müşayət olunur
48. Arterial hipertenziya zamanı hansı əlamət ürəyin zədələnməsini göstərir?
A) Sol mədəciyin hipertrofiyası
B) Yuxarı sıxlıqlı lipoproteidlərin artması
C) Qanda triqliseridlərin miqdarının azalması
D) Şəkərsiz diabet
E) Şəkərli diabet
49. Arterial hipertenziyalı xəstələrin müalicəsi zamanı AT endirilməsinin məqsəd səviyyəsi
hansıdır?
A) 140/90 mm c.süt.-dan az
B) AT 160/90 mm c.s. kimi tədricən azalması
C) Diastolik AT 94 mm c.s. dək azalması
D) AT 10% azalması
E) Sistolik AT 150 mm c.s. kimi azalması
50. Abdominal piylənmənin meyarına hansı aiddir?
A) Kişilərin belinin dairəsi 102 sm-dən çox, qadınlarda – 88 sm-dən çox
B) Kişilərin belinin dairəsi 108 sm-dən az, qadınlarda 100 sm-dən az
C) Kişilərin belinin dairəsi 106 sm-dən az, qadınlarda – 80 sm-dən az
D) Kişilərin belinin dairəsi 107 sm-dən az, qadınlarda – 90 sm-dən az
E) Kişilərin belinin dairəsi 110 sm-dən az, qadınlarda – 94 sm-dən az
51. Periferik arteriyaların obliterə edici xəstəlikləri arterial hipertenziya ilə müşayət
olunarsa preparatlardan hansını istifadə etmək olmaz?
A) β-blokatorlar
B) α-adrenoblokatorlar
C) Nitratlar
D) Kalsium antaqonistləri
E) AÇF (Angiotenzini çevirən fermentin) inhibitorları
52. Arterial hipertenziya zamanı hansı əlamət böyrəklərin zədələnməsini göstərir?
A) Proteinuriya
B) Sidikdə duz kristallarının olması
C) Qanda protrombinin miqdarının 100%-dən çox olması
D) Sidikdə dəyişilməmiş eritrositlərin olması
E) Epiteluriya
53. Dilatasion kardiomiopatiyalı xəstələrdə ürək kameralarının hansı böyüyür?
A) Ürəyin bütün kameraları, əsasən sol mədəcik
B) Sol mədəcik
C) Sağ mədəcik, sol qulaqcıq
D) Sol mədəcik, sol qulaqcıq
E) Sağ mədəciyin dilatasiyası
54. Dilatasion kardiomiopatiya zamanı xarakterik kliniki mənzərə necədir?
A) Total ürək çatışmazlığı
B) Gərginlik stenokardiyası tutmaları
C) Yalnız sol mədəcik çatmazlığı
D) Yalnız sağ mədəcik çatışmazlığı
E) Yalnız ritm və keçiciriliyin pozulması
55. Dilatasion kardiomiopatiya zamanı seçim preparatı hansıdır?
A) AÇF (Angiotenzini çevirən fermentin) inhibitorları
B) Lipotrop preparatlar
C) Ca antaqonistləri
D) L- Karnitin
E) Preduktal MR
56. Hipertrofik kardiomiopatiyada mədəcik hipertrofiyasının forması hansıdır?
A) Mədəciklərarası çəpərin asimmetrik hipertrofiyası
B) Sağ mədəciyin asimmetirik hipertrofiyası
C) Sol mədəciyin konsentrik hipertrofiyası
D) Sağ və sol mədəciyin simmetirik hipertrofiyası
E) Miokardın apikal hipertrofiyası
57. Fibrinoz perikarditli xəstələrin obyektiv müayinəsinin nəticəsi hansıdır?
A) Perikardın sürtünmə küyü
B) Ürəyin tonlarının normal olması
C) Ürək tonlarının karlaşması
D) Ürəyin nisbi kütlüyünün hüdudlarının genişlənməsi
E) Ürəyin mütləq kütlüyünün hüdudlarının genişlənməsi
58. Ekssudativ perikardit zamanı obyektiv müayinənin nəticəsi hansıdır?
A) Ürəyin mütləq kütlüyünün hüdudlarının genişlənməsi
B) Güclənmiş zirvə vurğusu
C) Ürək tonlarının normal olması
D) Perikardın sürtünmə küyü
E) Ürək tonlarının güclənməsi
59. Eksudativ perikarditlərdə xarakterik EKQ mənzərə hansıdır?
A) Bir çox aparmalarda ST seqmentinin elevasiyası
B) Mədəcik komplekslərinin voltajının artması
C) His dəstəsi sol ayaqcığının blokadası
D) Bir çox aparmalarda ST seqmentinin depresiyası
E) Hiss dəstəsi sağ ayaqcığının blokadası
60. Hansı oynağın zədələnməsi podaqra üçün xarakterikdir?
A) I ayaqdarağı – palanqa oynağı
B) bud –çanaq oynağı
C) diz oynağı
D) V ayaqdarağı – falanqa oynağı
E) əl darağı – falanqa oynağı
61. Densitometiya nə üçün istifadə olunur
A) sümük sıxlığını təyin etmək üüçün
B) sümüklərdə boşluqları təyin etmək üüçün
C) sümüklərin anatomik dəyişikliklərini təyin etmək üüçün
D) sümüklərin arxitektonikasını müayinə etmək üüçün
E) sümüklərdə pataloji sınıqları təyin etmək üçün
62. Revmatik artralgiyanı hansı qrup pereparatlarla dayandırmaq olar?
A) qeyri-steroid iltihab əleyhinə pereparatlarla
B) aminoxinolon qrupu pereparatları ilə
C) sulfosalicillərlə
D) pensilin qrupu pereparatları ilə
E) AÇF (Angiotenzini çevirən fermentin)-ın inhibitorları ilə
63. Revmatizmin böyük göstəricilərinə nə aiddir:
A) kardit
B) düyünlü aritema
C) EGS-in artması
D) artralgiyalar
E) qızdırma
64. Revmatik poliartrit üçün hansı əlamətlər xarakterikdir?
A) revmatik prosesin fəallıq göstəricilərinin yüksək səviyyəsi
B) xırda oynaqların davamlı zədələnməsi
C) oynaqların ankilozu
D) rentgen müayinədə oynaq nahiyyələrində eroziyaların olması
E) poliartritin müalicəyə gec cavabı
65. Kəskin revmatik qızdırmanın ən çox inkişaf edən ağırlaşmalarına hansılar aiddir?
A) proqressivləşən ürək çatışmamazlığı, mitral qüsurun fonunda səyrici aritmiyanın inkişafı,
tromboemboliyalar
B) miokardit
C) arterial hipertenziya
D) kardiomiodistrofiya
E) kardiomiopatiya
66. Aşağıda qeyd edilən hansı homeopatik preparat artrozlarda göstərişdir?
A) traumel S
B) mulimen -S
C) limfomiozot
D) hepel
E) spigelon
67. Revmatizmin ikincili profilaktikası üçün tətbiq olunur,
A) bisilin
B) veroşpiron
C) ampisilin
D) suprastin
E) alloxol
68. Xəstəliklərin birincili tibbi profilaktika tədbirlərinə aiddir:
A) sadalanların hamısı
B) ətraf-mühitin yaxşılaşdırılması
C) residiv əleyhinə müalicə
D) sanator-kurort müalicəsi
E) əhalinin gigiyenik təlimatlandırılması
69. Ailə üzvlərinin sağlamlıq vəziyyətinin göstəricilərinə aşağıdakılardan hansı aiddir?
A) qeyd edilənlərin hamısı
B) şərait və həyat tərzi
C) genetik faktorlar
D) səhiyyə ocaqlarında göstərilən tibbi yardımın keyfiyyəti
E) ətraf mühitin vəziyyəti
70. İrsi enzimopatiyalara aiddir:
A) qeyd edilənlərin hamısı
B) qlüten xəstəliyi
C) amilaza yetişməzliyi
D) disaxarid yetməzliyi
E) laktozanın keçirməməzliyi
71. Kordiamin preparatının təsiri:
A) tənəffüs mərkəzinə stimuləedici təsir
B) damargenəldici təsir
C) hipotermik təsir
D) qıcolma əleyhinə təsir
E) analgetik təsir
72. Hal-hazırda terminal vəziyyətin aşağıdakı mərhələləri müşahidə edilir:
A) bütün sadalananlar
B) bioloji ölüm
C) klinik ölüm
D) predaqonal vəziyyət və aqoniya
E) sosial ölüm (beyin ölümü)
73. Predaqonal vəziyyətdə:
A) huş dumanlıdır
B) huş yoxdur
C) bütün variantlar mümkündür
D) huş aydındır
E) hiperaktivdir
74. Ürəyin dayanmasının əsas əlaməti hansıdır?
A) yuxu arteriyalarında nəbzin olmaması
B) klonik qıcolmalar
C) sərbəst tənəffüsün olmaması
D) genəlmiş bəbəklər
E) huşun olmaması
75. Pasientdə huşun itməsi zamanı ilkin olaraq nə yoxlanılır?
A) yuxu arteriyalarında nəbzin olması
B) tənəffüs yollarının keçiriciliyi
C) bilək arteriyasında nəbz
D) vətər refliksləri
E) göz bəbəklərinin işığa reaksiyası
76. Anamezdə yoda qarşı allergiyada əks-göstərişdir
A) kordaron (amiodaron)
B) verapamil (izoptin)
C) korinfar
D) bütün sadalananlar
E) obzidan
77. Pensilin yeridildikdə arterial təzyiqin kəskin enməsi zamanı istifadə edilir?
A) Adrenalin
B) Suprastin
C) İnsulin
D) Prozerin
E) Morfin
78. Anafilaktik şokun ildırımsürətlə forması xarakterizə olunur:?
A) Agonal tənəffüs, A/t-in kəskin enməsi, kəskin ürək çatmamazlığı simptomlarının 2-3 dəqiqə
ərzində inkişafı
B) Boğulma, istilikbasma, sapvari nəbz
C) Övrə, kvinke ödem, dəri qaşınması
D) Allegen yeridilməsi nəticəsində ürək və tənəffüsün anidən dayanması
E) Baş ağrıları, halsızlıq, tənginəfəslik, taxikardiya
79. Anafilaktik şokda göstərişdir?
A) Adrenalin v/d yeridilməsi, böyük dozada kartkosteraidlər, infusion terapiya antihistaminlər
B) v/d kalsium qlükonatın yeridilməsi və suprastin qəbulu
C) ə/d drenalin, kofein benzaat natrium və kordianın
D) v/d qlükokortikoidlər və bronxospaznu aradan qaldırmaq məqsədilə traxeyanın intubasiyası
E) v/d suprastin və kortikosferoid hormonların yeridilməsi
80. Yeməkdən sonra üfüqi vəziyyət alındıqda döş sümüyü arxasında ağrılar olarsa nədən
şübhələnmək olar?
A) Diafraqmanın qida borusu dəliyinin yırtığı
B) Pnevmotoraksdan
C) Xroniki xolesistitin kəskinləşməsi
D) Mədənin xroniki xəstəliyi
E) Mastopatiyadan
81. Nitroqliserin yeridilməsinə nisbi əks göstəriş:
A) Sadalananların hamısı
B) Beyndaxili təzyiqin artması
C) Hipovolemiya
D) Ağır oerfan stenoz
E) Hipotenziya
82. Şəkərli diabet xəstələri üçün seçim antihipertenzin preparat qrupu hansıdır?
A) A Ç F -inhibitorları
B) β - blokatorlar
C) Sidikqovucular
D) Ca – antoqonistləri
E) α-adrenoblokatorlar
83. Kəskin miokard infarktından ölüm faizi yüksəkdir:
A) İlk saatlarda
B) Bütün stadialarda bərabərdir
C) Mötədil artır
D) Bütün variantlar doğrudur
E) 3-cü sutkada
84. A/ təzyiqin tez endirilməsi üçün seçim preparat hansıdır?
A) Nifidipin
B) Atenolol
C) Vobenzin
D) Simvastatin
E) Enfilin
85. Ağırlaşmamış allergik övrənin müalicəsi üçün seçim preparat hansıdır:
A) Suprastin
B) Yerli hydrogen peroksid
C) Adrenalin
D) Qlükaqon
E) Korinfar
86. Antihistanin preparatlar anafilaksiyanın aşağıdakı hansı klinik variantda daha az
effektlidir:
A) Bronxospazm
B) Kvinke ödem
C) Övrə
D) Anafilaktik şok
E) Vazomotor rinit
87. Yoğun bağırsaq keçməməzliyinin tipik əlamətlərinə aiddir:
A) Bütün variantlar doğrudur
B) Tutmaşəkilli, təkrarlanan qarın ağrıları
C) Defakasiya aktı və qazların xaric olmasının yoxluğu
D) Təkrarlanan qusmalar
E) Heç bir variant doğru deyil
Dostları ilə paylaş: |