I. yeni nikaha daxil olan şƏxsləRƏ nikah güNÜ almaq üÇÜn lazim olan səNƏDLƏR



Yüklə 67,86 Kb.
Pdf görüntüsü
tarix28.04.2017
ölçüsü67,86 Kb.
#16088

 

NİKAHA DAXİL OLMAQ ÜÇÜN LAZIM OLAN SƏNƏDLƏR 



ONLARIN ALINMA PROSEDURALARI VƏ ORQANLARI 

 

I.

 

YENI  NIKAHA  DAXIL  OLAN  ŞƏXSLƏRƏ  NIKAH  GÜNÜ  ALMAQ  ÜÇÜN 

LAZIM OLAN SƏNƏDLƏR

1

 



 

A.

 

TİBBİ ARAYIŞ 

Tibbi arayışı hardan almalı?  

Nikaha daxil olmaq istəyən şəxslər ilk növbədə qeydiyyatda olduğu rayonlarda Səhiyyə 

Nazirliyi  tərəfindən  müəyyən  edilmiş  xəstəxanalarda  və  ya  poliklinikalarda  pulsuz 

nikah haqqında tibbi arayış sənədini almalıdırlar. Səhiyyə Nazirliyi tərəfindən müəyyən 

edilmiş  xəstəxanalar  və  ya  poliklinikalar  heç  bir  yerdə  elan  olunmadığından  bu 

məlumatı  sadəcə  qeydiyyatda  olduğunuz  rayonun  qeydiyyat  şöbələrindən  öyrənə 

bilərsiniz.  Tibbi  arayış  sənədini  həm  bəy,  həm  də  xanım  ikisi  bir  yerdə  qeydiyyatda 

olduğu rayonun müvafiq xəstəxana və ya poliklinikalarından və ya hərəsi ayrı-ayrılıqda 

qeydiyyatda olduğu rayonunun müvafiq xəstəxanalarından ala bilərlər. Məsələn, xanım 

Nəsimi rayonunda, bəy də Xətai rayonunda qeydiyyatdadırlarsa, ikisi bir yerdə Nəsimi 

rayonu  və  ya  ikisi  bir  yerdə  Xətai  rayonunda  müvafiq  xəstəxanalardan  və  ya 

poliklinikalarından  tibbi  arayış  sənədini  alabilərlər.  Həmçinin,  Nəsimi  rayonunda 

qeydiyyatda  olan  xanım  Nəsimi  rayonundan  və  Xətai  rayonunda  yaşayan  bəy  Xətai 

rayonun  müvafiq  xəstəxana  və  ya  poliklinikalarından  ayrı-ayrılıqda  tibbi  arayış 

sənədini  alabilərlər.  Xanım  Nəsimi  rayonu,  bəy  də  Xətai  rayonunda 

qeydiyyatdadırlarsa, onlar Yasamal rayonunda yerləşən müvafiq xəstəxanalardan və ya 

poliklinikalarından nikah haqqında tibbi arayış sənədi ala bilməzlər. Burda önəmli olan 

məsələ  odur  ki,  hər  iki  tərəf  sadəcə  qeydiyyatda  olduğu  rayonunun  müvafiq 

xəstəxanalarından və ya poliklinikalarından tibbi arayış sənədini ala bilər. 

Tibbi arayışı almaq üçün hansı sənədlər lazımdır? 

Təcrübələr göstərir ki, tibbi arayış almaq üçün müraciət edildiyi zaman lazım olan sənəd 

məsələsində  problemlər  ortaya  çıxır.  Bu  problemlər  şəxsiyyət  vəsiqəsinin  surəti 

məsələsidir. Qeydiyyatda olduğunuz xəstəxanalar və ya poliklinikaların daxilində və ya 

xaricində  sənədlərin  surətini  çıxartmaq  üçün  lazım  olan  texniki  avadanlıqların 

olmamağı  sizi  uzaq  məsafələrə  getməyə  məcbur  edir  və  bunun  sayəsində  vaxt  itirmiş 

olursunuz.  Bu  səbəbə  əsasən  müvafiq  xəstəxana  və  poliklinikalara  getdiyiniz  zaman 

şəxsiyyət vəsiqəsinin əslini və surətini özünüzlə bərabər götürün.  

Tibbi arayış hansı xəstəliklərə aiddir? 

Tibbi  arayış  üçün  müraciət  etdiyinizdə  qanunların  bizə  verdiyi  imkanlar  Azərbaycan 

Respublikasının  Nazirlər  Kabineti  tərəfindən  təsdiq  edilmiş  xəstəliklərin  siyahısı  üzrə 

                                                           

1

 Ədliyyə Nazirliyinin  elektron xidməti, 



http://85.132.96.196/WebForms/VVA_OFFICES.aspx

, 05.08.2015 



 

aparılan klinik və laboratoriya müayinələrindən, habelə tibbi-genetik, tibbi-psixoloji və 



ailənin  planlaşdırılması  məsələləri  üzrə  məsləhətlərin  verilməsindən  ibarətdir.

2

 Tibbi 



müayinə zamanı yoxlanışdan keçirilən xəstəliklər bunlardır:

3

  



1)

 

hemoqlobinopatiyalar: 



1.1.

 

böyük beta-talassemiya



1.2.

 

aralıq beta-talassemiya; 



1.3.

 

drepanotalassemiya; 



1.4.

 

oraqvari hüceyrəli anemiya; 



2)

 

İİV/QİÇS;    



3)

 

sifilis  



Təcrübələr göstərir ki, tibbi müayinə zamanı lazımi qaydada müayinə aparılmır. Buna 

misal olaraq deyə bilərik ki, heç bir qan analizi alınmadan tibbi arayış verilir.  Qanunda 

göstərilməsinə  baxmayaraq  tibbi-psixoloji  müayinə  də  aparılmır.  Tibbi  arayış  almaq 

üçün müraciət etdiyiniz  zaman qan analizi verməyi, tibbi-psixoloji müayinə olmağı və 

ailə  planlaşdırılması  haqqında məlumat almağı unutmayın.  Hər nə  qədər  qanunlarda 

göstərilməsə də, Hepatit  C xəstəliyini də yoxlatmağınız məsləhətdir.  

 

Tibbi arayışın verilmə və etibarlılıq müddəti nədir? 

Tibbi arayışın verilməsi müddəti nikaha daxil olmaq istəyən şəxslərin tibb müəssisəsinə 

müraciət  etdiyi  gündən  etibarən  2  (iki)  həftədən  çox  olmamalıdır.

4

 Tibbi  arayışın 



etibarlılıq  müddəti  1  (bir)  aydır.

5

 Tibbi  arayışın  müddətinin  məhdud  olmasına  görə 



diqqətli  olmaq  lazımdır.  Arayışın  vaxtı  keçdikdən  sonra  qeydiyyat  şöbəsindən  nikah 

üçün  tarix  alına  bilinməz.  Burda  diqqət  edilməli  məqam  nikah  üçün  qeydiyyatdan 

keçmə  tarixidir,  çünki,  tibbi  arayışın  müddəti  qeydiyyatdan  keçmə  tarixinə  qədər 

hesablanır. Qeydiyyatdan keçdikdən sonra tibbi arayışın müddəti keçsə də sizin nikah 

tarixinizə  heç  bir  təsiri  olmurTibbi  arayışı  aldıqdan  sonra  1(bir)  ay  keçməmiş  nikah 

üçün  qeydiyyat  şöbələrindən  və  ya  ASAN  xidmətlərdən  nikah  günü  almaq  üçün 

müraciət edin.   

B.

 

ŞƏXSİYYƏT VƏSİQƏSİ 

Nikah  üçün  lazım  olan  digər  sənəd  şəxsiyyət  vəsiqəsidir.  Şəxsiyyət  vəsiqəsinin 

etibarlılıq  müddətinə  də  diqqət  etmək  lazımdır.  Etibarlılıq  müddəti  keçmiş  şəxsiyyət 

vəsiqəsi  ilə  qeydiyyat  şöbəsinə  müraciət  etmək  olmur.  Şəxsiyyət  vəsiqəsinin  dəyişmə 

yaşları  25,  35  və  50  dir.  Bu  yaşlarda  nikaha  daxil  olmaq  istəyən  şəxslər  şəxsiyyət 

vəsiqələrinin etibarlılıq müddətinə diqqət etməlidirlər.  

C.

 

DÖVLƏT RUSUMU QƏBZİ  

Nikah  üçün  tələb  olunan  digər  sənəd,  dövlət  tərəfindən  rəsmi  rüsum  olaraq  təyin 

edilmiş 5  (beş)  manatlıq  qəbzdir. Siz bu qəbzi müvafiq qeydiyyat şöbəsinin hesabına 

                                                           

2

 Azərbaycan Respublikası Nazirlər kabinetinin 122 nömrəli qərarı 2  nömrəli əlavə, 28 aprel 2015, 



http://e-

qanun.az/framework/29986

, 05.08.2015.  

3

 Azərbaycan Respublikası Nazirlər kabinetinin 122 nömrəli qərarı 1 nömrəli əlavə, 28 aprel 2015 , 



http://e-

qanun.az/framework/29986

, 05.08.2015 

4

 Azərbaycan Respublikası Nazirlər kabinetinin 122 nömrəli qərarı 2  nömrəli əlavə 3.8. bəndi, 28 aprel 2015, 



http://e-

qanun.az/framework/29986

, 05.08.2015. 

5

 Azərbaycan Respublikası Nazirlər kabinetinin 122 nömrəli qərarı 2  nömrəli əlavə 3.9. bəndi, 28 aprel 2015, 



http://e-

qanun.az/framework/29986

, 05.08.2015. 


 

köçürməlisiniz.  Qeydiyyat  şöbələrində  sadəcə  Ədliyyə  Nazirliyinə  məxsus  elektron 



ödəmə  sistemləri  var  və  ödəmələr  sadəcə  hər  qeydiyyat  şöbəsinin  özündə  aparılır. 

Ödəmələr qeydiyyat şöbələrindən kənarda  hər hansı  bir bankda və ya elektron ödəmə 

nöqtələrində  aparıla  bilməz.  5  (beş)  manatlıq  ödəmə  ilə  bərabər  1  (bir)  manatlıq  əlavə 

mədaxil ödəmə edəcəksiniz. Yəni toplamda edecəyiniz ödəmə 6 (altı) manat olacaq.   



D.

 

YAZILI ƏRIZƏ FORMALARI 

Lazım olan digər sənəd yazılı ərizə formalarıdır. Bu ərizə formaları qeydiyyat şöbəsində 

sizə  təqdim  ediləcək.  Yazılı  ərizə  formalarını  doldurduqdan  sonra  nikah  üçün  lazım 

olan bütün sənədlər hazır olacaq.       

Sənədlər hazır olduqdan sonra bəy və gəlin və ya tərəflərdən bir nəfər nikah üçün təyin 

edilmiş  qeydiyyat  şöbələrinə  və  ya  ASAN  xidmət  mərkəzlərinə  sənədləri  aparıb  nikah 

üçün  gün  ala  bilərlər.  Müraciət  edib  nikah  gününü  təyin  etdikdən  sonra  ödəmiş 

olduğunuz  qəbzin  bir  nüsxəsi  sizdə  qalır.  Qəbz  nüsxəsinin  üstündə  sizin  nikah 

gününüzün  tarixi  qeyd  olunur.  Bundan  əlavə  olaraq  qeydiyyat  şöbələrindən  və  ya 

ASAN xidmət mərkəzlərindən nikah gününü göstərən buklet ala bilərsiniz. Bu iki sənəd 

sizin  nikah  tarixi  aldığınızı  göstərən  sənədlərdir.  Nikah  bağlanma  gününü  göstərən 



Buklet  istəyə  bağlı  verildiyindən  qeydiyyat  şöbələrindən  və  ya  ASAN  xidmət 

mərkəzlərindən bukletinizi və qəbzi almağı  unutmayın.  

      


II.

 

Ə

VVƏLLƏR  NIKAHDA  OLMUŞ  ŞƏXSLƏRIN  NIKAH  GÜNÜ  ALMAQ 

PROSEDURU 

Ə

vvəllər nikahda olmuş şəxslər yuxarıda qeyd olunan sənədlərdən əlavə olaraq nikahın 



pozulması  haqqında  şəhadətnaməni  (surətini)  və  ya  ərinin  (arvadının)  ölüm 

şəhadətnaməsini  (surətini),  yaxud  nikahın  etibarsız  sayılması  barədə  məhkəmənin 

qanuni  qüvvəyə  minmiş  qətnaməsini  və  ya  ondan  çıxarışını  qeydiyyat  şöbələrinə 

müraciət zamanı təqdim etməlidirlər.

6

  Təcrübələr göstərir ki, əvvəllər nikahda  olan və 



sonradan  boşanan  şəxslər  şəxsiyyət  vəsiqələrində  dəyişiklik  etmədən  qeydiyyat 

şöbələrinə  yenidən  evlenmək  üçün  müraciət  edirlər.  Bu  halda  müraciətiniz  qəbul 

olunmur.  Şəxsiyyət  vəsiqəsinin  arxa  tərəfində  göstərilən  ailə  vəziyyəti  bölməsinin 

müvafiq şəkildə dəyişdirilməsinə diqqət etmək lazımdır.  

 

III.

 

18 YAŞI TAMAMLANMAMIŞ ŞƏXSLƏRIN NIKAHA DAXIL OLMASI 

Yuxarıda göstərilən sənədlərdən əlavə olaraq nikah yaşına çatmayan şəxsin (nikah yaşı 

18 yaş müəyyən olunmuşdur) nikah yaşının azaldılmasına icazə verilməsi barədə rayon 

(şəhər)  İcra  Hakimiyyətinin  sərəncamı  lazımdır.

7

 Qeyd  etmək  lazımdır  ki  qanunlar 



sadəcə  üzrlü  səbəblər  olduqda,  nikaha  daxil  olmaq  istəyən  və  nikah  yaşına  çatmamış 

şəxslərin  yaşadıqları  ərazinin  müvafiq  icra  hakimiyyəti  orqanı  onların  xahişi  ilə  nikah 

yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

8

   



                                                           

6

 Ədliyyə Nazirliyi  elektron xidmət , 



http://85.132.96.196/WebForms/VVA_OFFICES.aspx

 , 05.08.2015 

7

 Ədliyyə Nazirliyi  elektron xidmət , 



http://85.132.96.196/WebForms/VVA_OFFICES.aspx

 , 05.08.2015 

8

  Azərbaycan Respublikası Ailə məcəlləsi , 3-cü fəsil maddə 10.2. , 



http://e-qanun.az/code/10

, 05.08.2015 



 

IV.



 

Ə

CNƏBILƏR 

VƏ 

YA 

AZƏRBAYCAN 

VƏTƏNDAŞLIĞI 

OLMAYAN 

ŞƏXSLƏRIN NIKAH GÜNÜ ALMAQ PROSEDURU 

Ə

cnəbilərin və ya Azərbaycan vətəndaşlığı olmayan şəxslərin nikaha daxil olması üçün 



yuxarıda  qeyd  olunan  sənədlərdən  əlavə  lazım  olan  sənəd  –  əcnəbilərin  və  ya 

vətəndaşlığı  olmayan şəxslərin  şəxsiyyətini təsdiq edən sənədlərdə subay olduğu qeyd 

olunduqda  və  ya  ailə  vəziyyəti  barədə  heç  bir  qeyd  olmadıqda,  onların  vətəndaşı 

olduğu və ya daimi yaşadığı ölkənin səlahiyyətli orqanları tərəfindən verilən və müvafiq 

qaydada  leqallaşdırılmış  ailə  vəziyyəti  haqqında  arayışdır.

9

 Əcnəbilərdən  tələb  olunan 



ailə  vəziyyəti  haqqında  arayış  onların  subaylıqlarını  sübut  edən  sənəddir.  O  halda  ki, 

ə

cnəbi vətəndaş əvvəllər evli olub və sonra evlilik bitib, bu zaman əcnəbi vətəndaş daimi 



yaşadığı  və  ya  vətəndaşı  olduğu  ölkədən  müvafiq  qaydada  hazırlanmış  ailə  vəziyyəti 

haqqında arayışı apostil sənədi ilə təsdiqlədib təqdim etməlidir. Evlilik əgər ölüm və ya 

boşanma səbəbi ilə bitibsə, bu iki halı sübut edəcək sənədləri müvafiq qaydada apostil 

sənədi  ilə  təsdiqlədib  müraciət  etməlidir.  Ayrıca  Azərbaycanda  qeydiyyatda  olduğu 

rayonlardan tibbi arayışı almalıdır. Miqrasiya şöbəsindən onlara verilmiş sənəd onların 

şəxsiyyətini  təsdiq  edən  bir  digər  sənəddir.  Əcnəbi  vətəndaşlar,  Azərbaycan 



vətəndaşlarından fərqli olaraq, nikah üçün müraciət etdikləri zaman onlara lazım olan 

sənədlər  tibbi  arayışdan  əlavə,  subaylıq  haqqında  arayış  və  miqrasiyadan  aldıqları 

bildiriş sənədidir. Əcnəbi vətəndaşlar üçün ən vacib məsələ daimi yaşdıqları ölkədən və 

ya  vətəndaşı  olduğu  ölkədən  aldıqları  sənədləri  lazımı  qaydada  apostil  sənədi  ilə 

təsdiqlətmələridir.  Əks  halda  onların  aldığı  sənədlər  Azərbaycanda  leqal  sənəd  kimi 

tanınmayacaq.   

 

V.

 

HƏBSDƏ OLAN ŞƏXSLƏRIN NIKAH PROSEDURU 

Həbsdə olan şəxslər üçün ayrı prosedur var; bunu müvafiq cəza çəkmə orqanları özləri 

yerinə yetirirlər. 

 

VI.



 

NIKAH GÜNÜ ALMAQ ÜÇÜN ELEKTRON MÜRACİƏT 

Ə

dliyyə  Nazirliyi  tərəfindən  istifadəyə  verilən  nikahın  elektron  qeydiyyatı  xidməti 

vasitəsilə  elektron  müraciət  formasını  dolduraraq  nikah  üçün  qeydiyyatdan  keçə 

bilərsiniz.  Amma  bildirmək  lazımdır  ki,  Ədliyyə  Nazirliyinin  elektron  xidməti  kifayət 

deyil. Birinci problem burdadır ki, bu elektron forması sadəcə yeni nikaha daxil olmaq 

istəyən şəxslər üçündür. İkincisi, siz elektron müraciət etsəniz də nikah üçün tam tarix 

ala bilmirsiniz. Prosesi tam bitirmək üçün təkrar qeydiyyat şöbələrinə sənədlərlə bərabər 

getməlisiniz. Əks halda sizin qeydiyyatınız tam təsdiqlənməyəcək.  

Ə

dliyyə  Nazirliyi  nikahın  elektron  xidmətində  bütün  nikah  bağlanma  orqanları 



mövcuddur.  Ədliyyə  Nazirliyi  nikahın  elektron  xidmətində  nikah  günü  almaq  üçün 

qeydiyyat  şöbələrini  və ASAN  xidmətləri  sərbəst  şəkildə seçə bilərsiniz. Əgər  ASAN 

                                                           

9

 Ədliyyə Nazirliyi  elektron xidmət , 



http://85.132.96.196/WebForms/VVA_OFFICES.aspx

 , 05.08.2015 



 

xidmət mərkəzlərinə nikah üçün elektron müracət edirsinizsə, o zaman siz ən gec 1 (bir) 



həftə keçməmiş sənədlərinizlə bərabər ASAN xidmətə getməlisiniz. Əgər siz qeydiyyat 

şöbələrinə  elektron  müracət  etmisinizsə,  o  zaman  nikah  gününə  qədər  sənədlərinizi 

təqdim  edə  bilərsiniz.  Monitorinq  zamanı  əldə  olunan  məlumata  əsasən  Ədliyyə 

Nazirliyinin elektron portalından sizin elektron poçtunuza gələn bildirişdə deyiləcək ki, 

nikah  gününə  bir  gün  qalmışa  qədər  müraciət  edə  bilərsiniz.  Bizim  sizə  tövsiyəmiz, 

elektron müraciəti etdikdən sonra 7 gün ərzində sənədlərlə bərabər qeydiyyat şöbələrinə 

və ya ASAN xidmət mərkəzlərinə müraciət edin. 

 

VII.

 

NIKAH BAĞLANMA GÜNÜ  

Nikah  bağlanma  günü  lazım  olan  sənədlər  –  şəxsiyyət  vəsiqəsi,  sizə  verilmiş  rəsmi 

rüsumun  ödənildiyini  göstərən  qəbzin  nüsxəsi  və  nikah  gününüzü  təsdiq  edən 

bukletdir.    Daha  öncədə  qeyd  etdiyimiz  kimi  bukletlər  sizin  istəyinizlə  ASAN  xidmət 

mərkəzlərində sizə verilir. Ayrıca nikah şahidlərinin özləri və onların şəxsiyyət vəsiqələri 

və  surətləri  lazım  olacaq.  Monitorinqlər  zamanı  əldə  edilmiş  təcrübə  göstərir  ki, 

qeydiyyat şöbələri və ASAN xidmət mərkəzləri şahidin lazım olmadığını bildirir. Bunun 

səbəbi  ASAN  xidmət  mərkəzlərində  və  ya  qeydiyyat  şöbələrində  işləyən  əməkdaşlar 

şahid  kimi  köməklik  göstərirlər.  Amma  bizim  sizə  tövsiyəmiz,  nikah  bağlamağa 

getdiyiniz gün şahidlərinizi özünüzlə aparmağı unutmayın.  

Nikah bağlanma günü lazım olan sənədlərin siyahısı  

1.

 



Nikaha daxil olan şəxslərin şəxsiyyət vəsiqələri və surətləri

2.

 



Dövlət rüsumunu göstərən qəbzin nüsxəsi; 

3.

 



Nikaha daxil olmaq istəyən şahidlərin şəxsiyyət vəsiqələri və surətləri; 

4.

 



Nikah tarixini göstərən Buklet  ( bukletlər  istəyə bağlı verilir). 

 

İstəyə bağlı olaraq nikah müqaviləsi də bağlanıla bilər. Nikah bağlanandan sonra və ya 



ə

vvəl  və  ya  nikah  bağlanan  gündə  nikah  müqaviləsi  bağlanıla  bilər.  Amma  nikah 

müqaviləsi nikah bağlanandan, yəni nikah üçün imza atıldıqdan sonra qüvvəyə minir. 

Nikah  müqaviləsi  notariatlarda  bağlanıla  bilər.  Nikah  müqaviləsi  Azərbaycan 

Respublikası  Ailə  məcəlləsində  maddə  38  və  39  da  göstərilib.

10

 Müvafiq  qeydiyyat 



şöbələrindən  nikaha  daxil  olan  zaman    Nikah  müqaviləsi  haqqında  məlumat  almağı 

unutmayın. 

 

VIII.

 

5 SAYLI ASAN XİDMƏT MƏRKƏZİ – tibbi arayış almaq, nikah günü təyin etmək və 

nikah bağlamaq üçün bir pəncərə

 

Siz  5  saylı  ASAN  xidmət  mərkəzində  nikah  üçün  qeydiyyatdan  keçib,  gün  təyin  edə 

bilərsiniz. Həmçinin  nikah üçün lazım olan tibbi arayış sənədini də 5 saylı asan xidmət 

mərkəzindən  ala  bilərsiniz.  5  saylı  ASAN  xidmət  mərkəzinə  həm  xanım,  həm  də  bəy 

şəxsiyyət vəsiqələri ilə yaxınlaşa bilər. Yaxınlaşdıqdan sonra siz tibbi arayış üçün lazım 

                                                           

10

   Azərbaycan Respublikası Ailə məcəlləsi , 8-ci fəsil , maddə 38-39, 



http://e-qanun.az/code/10

, 05.08.2015

 


 

olan  müayinələrdən  keçirsiniz  (yuxarıda  bu  müayinələr  haqqında  ətraflı  məlumat 



verilmişdir). Müayinədən keçdikdən sonra  tibbi arayış sənədini   5 iş günü ərzində ala 

bilərsiniz.  Tibbi  arayış  sənədini  aldıqdan  sonra  istəyinizə  görə  5  saylı  ASAN  xidmət 

mərkəzindən  və  ya  digər  ASAN  xidmət  mərkəzlərindən  nikah  üçün  gün  təyin  edə 

bilərsiniz.  Burada  önəmli  olan  məsələ  5  saylı  ASAN  xidmət  mərkəzindən  almış 

olduğunuz tibbi arayış sadəcə ASAN xidmət mərkəzlərində tanınan bir sənəddir. 5 saylı 

ASAN  xidmət  mərkəzindən  tibbi  arayış  aldıqdan  sonra  digər  qeydiyyat  şöbələrində 

nikah  üçün  qeydiyyatdan  keçmək  olmur.  Nəzərə  alsaq  ki,  siz  tibbi  arayış  sənədlərini 

başqa bir xəstəxana və ya poliklinikalardan almışınız, o zaman siz bütün ASAN xidmət 



mərkəzlərinə nikah üçün müraciət edə bilərsiniz. Sizə tövsiyəmiz 5 saylı ASAN xidmət 

mərkəzinə  yaxınlaşıb  orada  tibbi  arayışı  aldıqdan  sonra  5  saylı  ASAN  xidmət 

mərkəzində nikahınız üçün gün təyin edib nikahınızı bağlayasınız.  

 

 

Bu  sənəd  Şəffaflıq  Azərbaycanın  təşkilatının  könüllüsü  Elvin  Müzəffərli  tərəfindən 

tərtib olunmuşdur. 

 

Yüklə 67,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin