1. “Maliyyə” elminin yaranması və inkişafı.
Azərbaycanda maliyyə elminin yaranması və inkşafına dair nəzəri baxışlar
Plan
1. Maliyyə nədir ?
2. Maliyyə kursunun öyrənilməsi.
3. Azərbaycanda maliyyə elminin yaranması və nəzəri baxışlar.
Maliyyə - mərkəzləşdirilmiş və qeyri – mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının formalaşdırılması bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlərdir.
Mərkəzləşdirilmiş fond dövlət büdcəsi və büdcədənkənar fondları özündə birləşdirir. Qeyri – mərkəzləşdirilmiş fondlar isə amortizasiya və əmək haqqı fondlarını özündə birləşdirir. Maliyyə anlayışı pul və əmtəə - öul münasibətləri ilə qırılmaz sürətdə əlaqədardır. Maliyyə bazarı münasibətlərinin tərkib hissəsi olmaqla dövlətin iqtisadi siyasətinin reallaşdırılmasının ən mühüm alətidir. Ona görə də bu sahənin mütəxəssisləri maliyyənin mahiyyəti və funksiyalarını daha yaxşı bilməli dövlət və müəssisələrdə maliyyə resurslarının formalaşması bölüşdürülməsi və istifadəsinin xüsusiyyətlərindən baş çıxarmalıdır. Ali və orta iqtisad təhsili müəssisələrində maliyyə fənnlərinin xüsusən baza tədris fənninin maliyyənin öyrənilməsi nəzərdə tutulur. Bazar münasibətləri strukturlarında maliyyə həllledici rol oynayır. Maliyyə maliyyyə münasibətlərinin öyrənilməsində müxtəlif üsul və qaydalardan istifadə edir onlar aşağıdakılardır:
Maliyyə kursunun öyrənilməsində Azərbaycan Respublikasının Konstitutsiyasında və maliyyə iqtisadi münasibətlər sahəsində hakimiyyət orqanlarının qanun və qərarla habelə digər normativ sənədlərdən istifadə edilir. Maliyyə münasibətlərinin yaranması və inkişaf faizinə fərdi yanaşmalar mövcuddur. Bir qrup iqtisadçılar maliyyə münasibətlərinin yaranmasını əmtəə - pul münasibətləri və dövlətin meydana gəlməsi ilə əlaqələndirirlər. Bu yanaşmaya görə ilk maliyyə münasibətləri 13 – 15 ci əsrlərdə İtaliyanın Florensiya, Venesiya və s. kimi şəhərlərində həyata keçirirlər. Quldarlar tərəfindən vətəndaşların əmlakının götürülməsi feodolizm dövründəki natural ödəmələr bizim ölkəmizin tarixində pul tədavülünün dağılması hesabına ictimai münasibətlərin naturallaşması vı s. lər qətiyyən natural şəkildə maliyyə əlaqələrinin mümkünlüyünü sübut etmir. Bilirik ki, geniş təkrar istehsalın 4 mərhələsi var:
istehsal
bölgü
mübadilə
istehlak
Hər bir mərhələnin özünə məxsus aləti və obyekti var. İnsanlar həmin alətlər vasitəsilə obyektə təsir edir. Və həmin mərhələləri həyata keçirirlər.
Maliyyə münasibətlərinin yaranması özünü həmişə pul vəsaitlərinin hərəkəti şəklində təzahür edir.
1 ci və 4 cü prosesdə pul vəsaitlərinin olmaması həmin mərhələlər də maliyyə münasibətlərinin olmadığını sübut edir. Pul vəsaitlərinin hərəkəti ancaaq 2 ci və 3 cü mərhələdə baş verir. 2 ci mərhələdə pul formasında dəyərinhərəkəti əmtəələrin hərəkətindən asılı olmadan baş verir. 3 cü mərhələdə isə bölüşdürülən dəyər (pul formasında) əmtəə ilə dəyişdirilir yəni alqı – satqı baş verir. Maliyyə elminin müstəqil bir elm sahəsi kimi meydana gəlib inkişaf etməsi onu göstərir ki, o hələ zamanlarda mövcud olmuş, öyrənilmiş və tədris edilməyə başlamışdır.
Maliyyənin meydana gəlməsinin öyrənilməsi üçün qədim İran dövlətinin maliyyə - pul sisteminin təhlili böyük əhəmiyyət kəsb edir. Qədim İran dövlətini maliyyə fəaliyyətinin öyrənilməsi üçün Firdovsinin “Şahnamə” əsəri xüsusi tədqiqat obyektidir.
Azərbaycanda maliyyə elminin yaranması - Azərbaycan mütəfəkkiri N.Tusi ilə bağlı olmuşdur. Nəsrəddin Tusiyə görə dövlətin və hökmdarın gəlirləri və xərcləri ədalətli sağlam qanunlar əsasında tərtib edilmişdir. 19 – cu əsrin II ci yarısında Azərbaycanın iqtisadi fikri Axundov, Zərdabi, Vəzirov və başqa mütəfəkkirlərin adı ilə bağlıdır. Onlar öz əsərlərində əmtəə - pul münasibətləri iqtisadi kateqoriya və anlayışlardan ( əmtəə, dəyər, əmək, pul, qiymət, bazar, tələb, təklif, mənfəət və s.) geniş istifadə etmişlər. 20 ci əsrin 50 60 cı illərində Azərbaycanda iqtisadi fikir inkşafında ölkə iqtisadçılarının böyük xidmətləri olmuşdur. Həmin əsrin 70 80 cı illərində Azərbaycanda iqtisad elmi və fikrin inkşafında mühüm mərhələ həyata keçirilmişdir. 20 ci əsrin son 10 illiyində ölkəmizin qarşılaşdığı ağır iqtisadi – siyasi durum inzibati amirlik sisteminin dağılması ilə nəticələnmişdir. 1991 ci ildə Azərbaycan Respublikası 70 ildən artıq bir dövrü əhatə edən bu iqtisadi sistemdən imtina etmiş və bazar iqtisadiyyatın akeçməyi öz qarşısına məqsəd qoymuşdur. Bu dövrü hər birinin öz xüsusiyyəti olan 3 mərhələyə bölmək olar;
ci mərhələ 1991 – 1994 cü illəri əhatə edir
ci mərhələ 1995 – 2000 ci illəri əhatə edir
cü mərhələ 2001 ci ildən hal – hazırki dövrə - dək
Beləliklə müstəqil Azərbaycan Respublikasının maliyyə münasibətləri problemlərinin təədqiqi bir sıra elmi nəzəri və praktiki əhəmiyyətli nəticələr çıxarmağa imkan verir yəni:
müstəqillik dövründə Respublikamızda maliyyə büdcə münasibətləri tamamilə yeniləndi;
Müxtəlif növ vergilər və rüsumlar dövlət büdcəsinin əsas mədaxil mənbəyinə çevrildi;
Dövlət büdcəsinin kəsri get – gedə azaldı;
Kredit bank sistemi geniş şəbəkə formasında yaradıldı və s.
Dostları ilə paylaş: |