Tapmaca Azərbaycan şifahi xalq ədəbiyyatının ən qədim və maraqlı janrlarından biridir. Bu janr uzun əsrlərdən bəri nəsildən-nəslo, ağızdan-ağza keçərək müxtəlif dəyişikliklərə uğramış, bəzən forma və məzmununu dəyişdirmiş, yeni məna, məzmun kəsb edərək bu günə qədər gəlib çıxmışdır.
Bir sıra mütəxəssislərin fikrincə, keçmiş dövrlərdə tapmacalar əsasən mifik səciyyə daşımışdır. Məsələn, yunan mifologiyasında Sfinksin adı ilə bağlı olan nağıllara görə, guya yüksək bir dağın zirvəsində əfsanəvi bir quş varmış. O, bir tapmaca deyərmiş, onu tapa bilməyəni məhv edərmiş. Tapmaca belədir: O nədir ki, səhər dörd, günorta iki, axşam üç ayaqlı olur? Nəhayət, məşhur Edip tapmacanın cavabını taparaq demişdi: O, insandır. Uşaq vaxtı əllərini yerə dirəyərək iməklədiyi üçün dörd ayaqlı, cavanlığında iki ayaqlı, qocalıqda isə, əlinə əsa aldığı üçün üç ayaqlı olur.
Çox maraqlıdır ki, Azərbaycanda da buna oxşar xeyli tapmaca vardır. Hazırda məlum olan beş variantdan ikisini aşağıda veririk:
1. O nədi ki, səhər dörd, 2. Əzəli dörd ayaqlı,
Günorta iki, Sonra iki ayaqlı,
Axşam üç ayaqlı. Aylar keçər, illər keçər,
Dolanar üç ayaqlı.
Azərbaycan şifahi xalq ədəbiyyatında geniş yayılmış belə bir əfsanə vardır: Bir kişi meşədə gedərkən şirə rast gəlir. Heyvan onu qovmağa başlayır. Kişi çox qaçır, nəhayət, bir uçuruma çatır. Orada bir ağac görür. Ağacın budağından yapışıb sallanmış halda qalır. Ətrafına baxıb görür ki, bir ağ siçanla qara siçan ağacın kökünü kəsir. Kişinin əlləri yorulur, yerə düşmək istəyir. Əyilib uçurumun dibinə baxdıqda, ağzını açıb onu udmaq istəyən nəhəng bir əjdahanı, yuxarıda - başının üstündə budaqlar arasında isə arı pətəyi görür. Belə bir vəziyyətdə əlini uzadıb barmağım bala batırmaq istəyir. Tapmaca formasına yaxın olan həmin əfsanənin mənası açılarkən məlum olur ki, şir əcəl, ağ və
qara siçan ömürdən gcdon gcco və gündüz, əjdaha qəbir, arı pətəyi iso dünya malıdır.
Həmin əfsanə hazırda Azərbaycanın bir çox yerlərində müxtəlif variantlarda yaşamaqdadır.
Qeyd etdiyimiz əfsanəyə “Kəlilə və Dimnə”dəl “Tacir əhvalatı” hekayəsində təsadüf olunur.
Qədim əfsanə və rəvayətlərin izlərini özündə saxlayan bir tapmaca haqqında da ötəri məlumat vermək istərdik:
Ağacda var bağırsaq Yel babanı çağırsaq,
Ağzın açıb ney çalar,
Süleymanı çağırsaq.
{Kaman)
Əfsanəyə görə, guya qartal bir heyvanın cəmdəyini parçalayaraq onun bağırsağını caynaqlarına alıb ağacın başına qaldırır. Bağırsaq budaqlara ilişib isti gün altında quruyub nazilir. Əsən şiddətli küləyin uğultusu və budaqların ona toxunması ahəngdar səslər çıxarır. Bu zaman yoldan keçən adam həmin səslərə aludə olur. Hadisənin səbəbini öyrəndikdən sonra qurumuş bağırsaqdan sim düzəldərək guya ilk musiqi alətini icad edir. Həmin əfsanə yuxarıdakı tapmacada öz izlərini saxlamışdır.
Tapmacalar heç də birdən-birə bu gün gördüyümüz şəkildə olmamışdır. Əvvəlcə onlar sadəcə danışıqdan ibarət olmuş, hər hansı hadisə, əşya və şairəni açıq, öz adı ilə deyil, dolayı şəkildə, metaforik yollarla ifadə etmişdir.
İnsanların belə bir danışıq fonnasından istifadə etməsinin başlıca səbəbləri var idi. Qədim insanlar təbiət hadisələri, səma cisimləri, vəhşi heyvanlar və sairə haqqında dərin məlumata malik olmadığından, onları sehrli bildiklərindən və qorxduqlarından, o şeylərin adlarını olduğu kimi deyil, ona oxşar adlarla, dolayı yollarla çəkirdilər. Onlar elə təsəvvür edirdilər ki, ov zamanı heyvanın və ya oxun adını çəksələr, heyvan onu başa düşər, qaçar, yaxud insana zərər vurar.
Belə danışıq tərzinə “Dədə Qorqud” dastanlarında da rast gəlirik:
“Qara qoç atları kişnoşdirən!
Ağca qoyun gördüyündə quyruq çırpıb qamçılayan.1
Qanlı quyruq üzüb çap-çap udan!
Avazı qaba köpoklorə qovğa salan!
Çaxmaqlıcana çobanları dünyo yüyürdon!”1
və s.
Bunların hamısının cavabı canavardır.
İbtidai insan təbiət qüvvə vo hadisələrinin, səma cisimlərinin “sirlərini” anlamadığına görə elə zənn edir ki, Ay, Günəş, ulduzlar, külək, ildırım, yağış, qar vo sairə insan kimi canlı və şüurludur, həm də onlar daha fövqəladə, sehrli varlıqlardır. İbtidai insanm bu görüşləri onun yaratdığı tapmacalarda bu vo digər şəkildə təzahür etməyə bilməzdi. İbtidai insanın oks etdirən tapmacalara indi do rast gəlmək mümkündür. Doğrudur, hazırda əlimizdə olan tapmacalar böyük dəyişikliklərə uğramış, məzmununu dönə-dönə dəyişmiş, şəkildən-şəklə düşmüş, hətta axırda uşaqların əyləncəsinə çevrilmişdir. Lakin buna baxmayaraq, orada ibtidai təfəkkürün izlərinə rast gəlmək mümkündür:
Burdan vurdum baltanı,
Ordan çıxdı qaltanı,
Anam bir oğlan doğdu.
Yerin, göyün soltanı.
(Ay və ya gün)
Eşiyə bir ağac düşüb,
No qolu var, nə budağı,
Bir quş gəldi, onu yedi,
No dili var, nə dodağı.
(Qar, Günəş)
Birinci tapmacada Ay vo ya günün insan kimi doğulub törəməsinə işarə edilirsə, ikincidə Günəşin quşa bənzədiyi aşkar olur vo bunlar yuxanda dediklərimizi təsdiq edir.
Animistik görüşlərlə bağlı olaraq küləyin canlı insan kimi təsvir edilməsinə də tapmacalarımızda nümunələr göstərmək mümkündür:
Ayağı yoxdur qaçır,
Qanadı yoxdur uçur.
(Külək)
Ayagmdan aldırmaz, Ağzına yüyən vurdurmaz.
Bir kilim var minbir naxışlı, (Yel)
Yel baba süpürər payızı-qışı.
(Yer)
İlk nəzərdə bu tapmacalarda bənzətmo ruhunun üstünlüyü hiss olunur. Lakin dorindon diqqət yetirildikdə bunun heç də belə olmadığı aydın olur. Külok bu və ya başqa şəkildə canlı bir varlıq kimi təsəvvür edilmişdir. Birinci tapmacada külok quşa, ikincidə heyvana, üçüncüdə iso yenə canlıya, bolko də insana bənzədilmişdir. Hətta “Yel baba” deyə çağırılan külək insan kimi göstərilmişdir. Küləyin canlı varlıq kimi təsəvvür olunmasına nağıl və əfsanələrimizdə do rast gəlirik. Məsələn, “Fatmanın nağılı”nda yumağı aparan küləyə Fatma “Yel baba” deyə müraciət edir, onunla insan kimi danışır.
Animistik vo totemistik görüşlərlə əlaqədar olaraq, qədim insanlarda guya heyvanların da insanın dilini, fikrini başa düşdüyü əqidəsi yaranırdı. Ona görə də ibtidai ovçu vuracağı heyvanın, quşun, silahın adını açıq şəkildə deməkdən çəkinmiş, onların adını gizli, yəni heyvanın başa düşə bilməyəcəyi bir dildə söyləyirmiş. Beləliklə, o, vuracağı ov heyvanını guya aldadırmış. İnsanlar nəinki ov heyvanları haqqında belə düşünürmüş, hətta elə zənn edirmişlər ki, meşənin, səhranın, suyun və şairənin do guya ecazkar görünməz sahibi varmış. Onları da müxtəlif yollarla aldatmaq lazım imiş. Beləliklə, ilk gizli-sirli danışıq dili əmələ gəlməyə başlayırdı ki, bu da tapmacalarda, cüzi do olsa, öz izlərini saxlamışdır.
Məşhur folklorşünas V.P.Anikin bu haqda yazır:
“Elm sübut etmişdir ki, mərasimlərlə əlaqədar olmasından başqa, tapmacaların ta qədim dövrlərdə inkişafı gizli nitqlə, heyvanların, balıqların, bitkilərin və müxtəlif əşyaların ilin müəyyən fəsillərində vo müəyyən şəraitdə bilavasitə düzgün adının çəkilmosinin qadağan edilməsi ilə əlaqodardır”1.
tapmacanın cavablarından razı qalıb gedir. Sonra qoca homin tapmacanın cavabını izah cdorok deyir: - Vozir yerdo dairə çəkməklə demək istəyirdi ki, Yer kürəsinə sahib olmaq istəyirik. Mən dairəni iki yerə bölüb dedim ki, onun yarısı bizimdir. Vəzir razı olmayıb yerə bir ovuc darı səpdi ki, yəni təklifimizə razı olmasanız, saysız-hesabsız qoşunla sizə hücum edərik. Mən xoruzu ortaya atmaqla dedim ki, bizdə elə pəhləvanlar var ki, onları buraxsaq, sizin bütün qoşununuzu bu darı kimi dənləyib qurtararlar. Vəzir sözümdən qəzəblənib yerə soğan atdı və demək istədi ki, onda ortaya acılıq, ədavət düşər. Mən də soğanı əzməklə dedim ki, acılıq düşəndə də vecimizə deyil.
Bunlardan başqa, bir də tapmacalardan ağlı yoxlamaq üçün, toy mərasimlərində müxtəlif tapşırıqları yerinə yetinnok, şahlığa keçmək və şairədə istifadə edirlərmiş ki, bunu xüsusən nağıllarda aydın şəkildə görmək mümkündür.
Tapmacalarda insanların cəmiyyət haqqındakı fikirləri, həyat təcrübəsi, təbiət üzərindəki müşahidələri, təsərrüfat, məişət mosəloləri və sairə bədii formada, obrazlı şəkildə ifadə edilmişdir. Belə bir zəngin xəzinəni isə xalq əsrlər boyu yaşadaraq gələcək nəslə təqdim etmişdir. Məhz buna görə də, əvvəllər tapmacalar məclis yaraşığı olmuş, qocalar onu gənclərə danışmış, onlar isə həvəslə yadda saxladıqlarını övladlarına öyrətmişlər. Qədim dövrlərdə gənc oğlan və qızlara çətin və dərin mənalı tapmacalar verərək onların həyat, ailə və məhəbbət, təsərrüfat, sonot haqqında bilik və vərdişlərini yoxlayardılar. Bu tapmacalara düzgün cavab verənlər istədikləri qızların rəğbətini qazanaraq, onlarla cvlonmək hüququna malik olurdular. Bu adət “İlyas”, “Daşdəmir”, “Padşah və qız”, “Yç bacı, üç qardaş”, “Üç şahzadə” kimi onlarca nağıl və dastanlarda öz bədii ifadəsini tapmışdır.
Vaxt ilə kitabın, teatr və kinonun, radionun nə olduğunu bilməyon xalq müxtəlif əyləncə vasitələri içərisində tapmacalardan da geniş istifadə etmişdi. Uzun qış gecələrində, müxtəlif bayramlarda və ya adi günlərdə evlərdə kürsü qurar, təndir başına yığışıb tapmacaya qulaq asardılar. Xalqı maraqlandıran, onların zövqünü oxşayan belə tapmacalarda yumoristik, alleqorik hadisə və ifadələrə, alliterasiya və şeriyyətə geniş yer verilərdi. Sonralar tapmaca söyləmək, onun cavabını tapmaq on mjaraqlı bir əyləncəyə çevrilərək getdikcə kütləvi xarakter almışdı.
Təbiətin sirlərinin səbəbini dərk edə bilməyən ibtidai insan, son- ralar onu öyrənməyə, gündəlik həyat hadisələri ilə əlaqələndirməyə çalışmışdır. Məlum olduğu kimi, meşədə, dağda, qayada çətin şəraitdə heyvanları, quşları ibtidai alətlərlə (daş, ağac, ox, tələ və s.) ovlamaq, meyvələr, yeməli otlar və sair axtannaq, sonrakı inkişaf mərhələlərində isə əkinçilik, maldarlıq, sənətkarlıq, ticarət və şairənin müvəffəqiyyəti təbiət hadisələrindən, yağış, qar, külək, Günəş, isti, soyuq və s. asılı idi. İbtidai insanın gündəlik həyat arzusu olan bu məsələlər onun tapmacalarında bu və ya digər şəkildə, ibtidai formada öz əksini tapmışdır.
Nağıllardan məlum olur ki, tapmacalar keçmiş dövlət quruluşunda da rol oynamışdır. Belə ki, bir feodal digəri ilə müharibə etməzdən qabaq ona bir neçə tapmaca göndərər, qarşı tərəf cavab verə bilmədikdə isə müharibə elan edilərmiş. Bunun nümunəsi “Dərzi şagirdi Əhməd”, “Daşdomir” və başqa nağıllarda aydın görünür.
Tapmacalar bəzən feodal müharibələri zamanı gizli diplomatik sirləri söyləmək vasitəsi də olmuşdur. Bu barədə prof. Y.M.Sokolov yazır: “Tapmacadan bəzi hallarda gizli diplomatik dil fomıalarından biri kimi istifadə olunması haqqında rus salnamələrində maraqlı məlumatlar vardır”1.
Tapmaca formasında olan və diplomatik xarakter daşıyan belə sorğulardan nağıl, dastan və rəvayətlərimizdə xeyli nümunələr tapmaq mümkündür. Bunun on yaxşı nümunəsinə “Padşah və vəzir” adlı nağılda təsadüf edilir. Bu münasibətlər orada belə təsvir olunur:
Günlərin birində bir padşah özünün vəzirini göndərib başqa padşahdan tələb edir ki, ya onun verəcəyi tapmacanın cavabını tapsın, ya da taxt-tacdan əl çəksin. Vəzir öz suallarını yerdə işarə ilə çəkib cavab istəyir. Heç kim onu tapa bilmir. Axırda bir ağıllı, dünyagörmüş qoca tapılır. O, gəlib vəzirə işarə edir ki, suallarını təkrar etsin. Vəzir əsa ilə yerdə bir dairə çəkir. Qoca dairəni əlindəki ağacla tən ortadan iki yerə bölür. Elçi vəziyyəti belə gördükdə cibindən bir ovuc darı çıxardıb dairənin ortasına səpir. Qoca bir xoruz gətirib dairənin içərisinə buraxır. Xoruz az bir vaxtda darıları yeyib qurtarır. Vəzir qəzəblənib ortaya soğan atır. Qoca kefini pozmadan bir yumruq vurub soğanı əzir. Vəzir
Məlum olduğu kimi, hor dövrün hadisələri ilə səsləşən, xalqın həyat və məişət tərzinə aid bir sıra tapmacalar yaranır. Bəzən onlar zaman keçdikcə dildən-dilə düşərək dəyişir, anlaşılması çətinlik törədən tapmacaya çevrilir. Ən mötəbər tədqiqatçılar belə onu anlamır və cavabını tapmaqda çətinlik çəkirlər. Lakin zaman keçdikcə o sözlərin qədim funksiyası, məzmunu araşdırıldıqda məlum olur ki, ilk baxışda mənasız görünən tapmacaların mənası vaxt ilə hamıya aydın imiş. Lakin orada işlənən əşya, hadisə və sairə adları öz dövründə hamıya məlum olmuş və zaman keçdikcə unudulmuş, yenisi ilə ovəz edilmişdir.
Onu xatırlamaq kifayətdir ki, hazırda şəhər məktəblərində oxuyan şagirdlərə “sacayaq”, “məfrəş”, “xurcun”, “sulu qəlyan” və sairə haqqında tapmaca söylədikdə, bu əşyaların nə demək olduğunu bilmirlər. Çünki elm vo texnika şəhər həyatından həmin əşyaları sıxışdıraraq aradan çıxarmış, yenisi ilə əvəz etmişdir.
Belə tapmacalar olduqca çoxdur. Bəzən elə bilinir ki, bu tapmacada ya söz düşmüş vo ya da təhrif olunmuşdur. Lakin dərin tədqiqat nəticəsində məlum olur ki, bu, öz dövrü üçün xalq məişətində böyük əhəmiyyəti olan on maraqlı vo mənalı tapmaca imiş. Odur ki, xalq məişətində yaşayan, lakin ilk baxışda forma vo məzmunu, cavabı aydın olmayan belə tapmacaları atmaq qətiyyən doğru olmaz. Orada bir sıra tibbi adlar, dərmanlar, vaxtı ilə yaşamış, indi isə nəsli kəsilmiş heyvan, quş, bitki, əşya və sairə adlan vardır ki, həmin sahənin mütəxəssisləri üçün bu adlar tədqiqat nəticəsində anlaşıqlı şəklə çevrilir.
Molum olduğu üzrə, çox da uzaq dövrlərin yaradıcılıq məhsulu olmayan “Kitabi-Dəde Qorqud” dastanında bir sıra ifadə və sözlər vardır ki, onların mənaları bu gün belo tədqiqatçı üçün anlaşılmaz qalmışdır. Tapmacaların yaranma tarixi isə çox uzaqlarla bağlı olduğundan, şübhəsiz, orada daha çox anlaşılmaz ifadəlorə təsadüf edilməlidir ki, bu da tamamilə qanunauyğundur.