1. Şəxs əvəzlikləri:
I -mən
You - sən; siz
He - o (kişi)
She - o (qadın)
It - o (cansız)
We - biz
They - onlar
Daha cümlənin mübtədası olurlar və xəbərdən əvvəl işlənirlər.
Məs, İ go to school. You are doctor. He/She goes to school. He/She is doctor.
2. Şəxs əvəzliklərinin obyekt forması:
me - mənə, məni
you - sənə, səni; sizə, sizi
her - ona, onu (qadın)
him - ona, onu (kişi)
It - ona, onu (cansız)
us - bizə, bizi
them - onlara, onları
Sözönlərindən və fellərdən sonra adətən obyekt hal işlənir:
They called us. (fel + obyekt hal)
The present is for you. (sözönü + obyekt hal)
3. Yiyəlik əvəzlikləri:
A) isimlə işlənənlər (asili)
my - mənim
your - sənin; sizin
her - onun (qadın)
his - onun (kişi)
Its - onun (cansız)
our - bizim
their - onların
Özlərindən sonra həmişə isim tələb edirlər.Tək halda işlənə bilməzlər.
B) isimsiz işlənənlər:(musteqil)
mine - mənimki
yours - səninki; sizinki
hers - onunku (qadın)
his - onunku (kişi)
Its - onunku (cansız)
ours - bizimki
theirs - onlarınkı
Mine is this
This is mine.
4. Qayıdış əvəzlikləri:
myself - özüm
yourself - özün
herself - özü (qadın)
himself - özü (kişi)
Itself - özü (cansız)
ourselves - özümüz
yourselves - özünüz
themselves - özləri
Bu əvəzliklər, əsasən, mübtədadan sonra və ya cümlənin sonunda işlənir:
I do my lessons myself
Mən dərslərimi özüm edirəm.
Mübtəda "you" olarsa, cümlədə yourself/yourselves işlənir.
Let's
ilə başlayan cümlələrdə qayıdış əvəzliyi ourselves olur. Çünki:
Let's = let us
Fellə başlayan cümlələr əmr cümlələridir və bu cür cümlələrdə yourself/yourselves işlənir. Çünki əmr cümlələri 2-ci şəxsə müraciətlə deyilir.
İşarə əvəzlikləri:
Tək: this, that
Cəm: these, those
Məsafəcə yaxında olan tək isimləri göstərən - this
Məsafəcə uzaqda olan tək isimləri göstərən - that
Məsafəcə yaxında olan cəm isimləri göstərən - these
Məsafəcə uzaqda olan cəm isimləri göstərən - those
Nümunələr:
this car - these cars
that car - those cars
Qarşılıq əvəzlikləri:
Each other - bir-birinə, bir-birini, bir-birində deməkdir. 2 şəxs və ya əşya arasında işlədilir. Cəm forması yoxdur. Yiyəlik halı 's - lə düzəlir.
Each others olmaz!❌
Each others' olmaz!❌
Each other's + isim olar✅
One another - bir-birilərinə, bir-birilərini deməkdir. 2-dən artıq əşya və ya şəxs arasında işlədilir. Cəm forması yoxdur. Yiyəlik halı 's - lə düzəlir.
One anothers olmaz!❌
One anothers’ olmaz!❌
One another's + isim olar✅
"One, Ones, One of" əvəzlikləri:
Təkrarlanma etməmək üçün istifadə olunurlar:
This/that/another/the other + one + tək xəbər
These/those/the other + ones
+ cəm xəbər
One - şəxs mənasında da işlənə bilir:
One can help you.
Bir nəfər sənə kömək edə bilər.
One of + cəm isim = tək fel
Dostları ilə paylaş: |