2(104)-247/2015
Qətnamə
Azərbaycan Respublikası adından
Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası
22 yanvar 2015-ci il Gəncə şəhəri
Sədrlik edən və məruzəçi hakim:Rüstəmov Əsədulla İbadulla oğlu
Hakimlər: Mehtiyev Fikrət Ədilşah oğlu və Rzaquliyev Şamil Qəhrəman
oğlundan ibarət tərkibdə
Əliyev Natiq İltifat oğlunun katibliyilə
Иддиачы “ZaminBank” ASC-nin cavabdeh Nəsibov Xəqani İbrahim
oğluna qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Qazax Rayon
Məhkəməsinin 06 noyabr 2014-cü il tarixli 2-1218 saylı qətnaməsindən
cavabdeh Nəsibov Xəqani İbrahim oğlu tərəfindən verilmiş apellyasiya
şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası
Müəyyən etdi:
Qazax Rayon Məhkəməsinin (hakim M.Allahverdiyev) 06 noyabr
2014-cü il tarixli 2-1218 saylı qətnaməsi ilə, iддиа тямин едилmiş, cavabdeh
Nəsibov Xəqani İbrahim oğlundan 2.124 (iki min bir yüz iyirmi dörd) manat
kredit borcunun və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun
alınaraq iddiaçı “ZaminBank” ASC-nin Qazax filialının xeyrinə ödənilməsi
qət edilmişdir.
İşin halları:
İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə bank arasında 13
iyun 2013-cü ildə 1302/38 saylı bağlamış kredit müqaviləsinə əsasən illik faiz
dərəcəsi 30 faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə 2500 (iki min beş yüz)
manat məbləğində kredit verilmişdir. Lakin, borcalan müqavilənin şərtlərini
pozaraq öhdəliyini ödəməkdən boyun qaçırmışdır. Ona görə də, birinci
instansiya məhkəməsunə iddia ərizəsi ilə müraciət edilərək, 2124 manat
məbləğində ödənilməmiş kredit borcunun ödənilməsi barədə məhkəmə əmrinin
qəbul edilməsini xahiş etmişdir.
2
Qazax Rayon Məhkəməsinin 26 sentyabr 2014-cü il tarixli məhkəmə
əmri ilə borclu Qazax rayonunun Xanlıqlar kəndində yaşayan Nəsibov Xəqani
İbrahim oğlundan “ZaminBank” ASC-nin Qazax filialının xeyrinə 2124 (iki
min yüz iyirmi dörd) manat kredit borcunun və dövlət büdcəsinə köçürülmüş
dövlət rüsumu hesabına 20 (iyirmi) manat pulun tutulmasına dair əmr
verilmişdir.
Cavabdeh Nəsibov Xəqani İbrahim oğlu məhkəmə əmrinə etiraz etmiş
və həmin məhkəmənin 17 oktyabr 2014-cü il tarixli qərardadı ilə etiraz təmin
edilmiş, kreditor “ZaminBank” ASC-nin Qazax filialının borclu Nəsibov
Xəqani İbrahim oğlundan borcun məcburi şəkildə ödənilməsinə dair mülki iş
üzrə Qazax Rayon Məhkəməsinin 26 sentyabr 2014-cü il tarixli 2-1218 saylı
məhkəmə əmri ləğv edilmiş və materialların iddia icraatına keçirilməsi qərara
alınmışdır.
Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə
qətnaməsi qəbul edilmişdir.
Qətnamədən cavabdeh Nəsibov Xəqani İbrahim oğlu apellyasiya şikayəti
verərək Qazax Rayon Məhkəməsinin 06 noyabr 2014-cü il tarixli 2-1218 saylı
qətnaməsinin ləğv və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini
xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı bank birinci
instansiyası məhkəməsinə müraciət etsə də, ödəniş dövriyyəsi barədə sənəd
təqdim etməmişdir. Bundan başqa birinci instansiya məhkəməsi qətnaməsində
əsas, faiz borcunu və dəbbə pulunu ayrı-ayrılıqda göstərməmişdir. Həmçinin
məhkəmə ona verilən kreditin 30 faizlə verilməsinə də diqqət yetirməmiş,
nəticədə şişirdilmiş faizin yaranması əsaslarını araşdırmamışdır. Birinci
instansiyası məhkəməsi işin bu kimi hallarına düzgün hüquqi qiymət verməmiş
nəticədə maddi və prosessual hüquq normalarını pozaraq qanunsuz və əsassız
qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş
etmişdir.
Apellyasiya şikayətinə dair izahatlar:
Apellyasiya məhkəməsinin iclasında iddiaçı “ZaminBank” ASC-nin
nümayəndəsi Mirzəyev Məzahim Süleyman oğlu apellyasiya şikayətinin təmin
edilməməsini və iş üzrə birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş
qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə
baxmayaraq cavabdeh Nəsibov Xəqani İbrahim oğlu məhkəmə iclasına
gəlməmiş və gəlməməsinin səbəbini bildirməmişdir. Apellyasiya kollegiyası işə
onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
3
Hüquqi məsələlər:
Apellyasiya kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları
üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək,
iddiaçının nümayəndəsinin izahatına hüquqi qiymət verib hesab edir ki,
apellyasiya şikayəti qismən təmin edilməli, bu iş üzrə Qazax Rayon
Məhkəməsinin 06 noyabr 2014-cü il tarixli 2-1218 saylı qətnaməsi cavabdeh
Nəsibov Xəqani İbrahim oğlundan 2.124 (iki min bir yüz iyirmi dörd) manat
kredit borcunun alınaraq iddiaçı “ZaminBank” ASC-nin Qazax filialının
xeyrinə ödənilməsi hissəsində dəyişdirilməli və cavabdeh Nəsibov Xəqani
İbrahim oğlundan 1269 (bir min iki yüz altmış doqquz) manat ясас боръ, 208
(iki yüz səkkiz) manat faiz borcu-цмумиликдя 2124 (iki min bir yüz iyirmi
dörd) manat məbləğində pulun və 20 (iyirmi) manat dövlət rüsumunun
тутулараг iddiaçı “ZaminBank” ASC-nin Qazax filialının xeyrinə ödənilməsi
barədə qətnamə çıxarılmalıdır.
Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə görə apellyasiya
instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə
təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası
məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və
prosessual hüquq normalarına riayət edilməsini yoxlayır.
Беля ки, işə əlavə edilmiş 13.06.2013-ъц ил тарихли 1302 сайлы кредит
мцгавилясинin təsdiq olunmuş surətindən эюрцнцр ки, тяряфляр арасында
баьланмыш мцгавиляйя ясасян ъавабдещя şəxsi biznesə istifadəsinə və iri
buynuzlu mal-qaranın alınması üçün иллик 30 фаизля 24 ай мцддятиня
цмумиликдя 2500 manat мябляьиндя кредит верилмишдир.
Иşdə олан «ZaminBank” Açıг Сящмдар Ъямиййятинин Qazax филиалынын
ъавaбдещ Nəsibov Xəqani İbrahim oьлуна цнванладыьы 17 iyun 2014-ъц ил
тарихли билдиришдян эюрцнцр ки, 13.06.2013-ъц ил таихдя баьланмыш мцгавиляйя
ясасян 275 manat мябляьиндя эеъикдирилмиш боръу вардыр вя эеъидирилмиш боръ
мябляьиня ялавя олараг ъяримя щесабланаъаьы вя бунунла баьлы мящкямяйя
мцраъият едиляъяйи ъавабдещин нязяриня чатдырылмышдыр.
Məhkəmə kollegiyasına təqdim edilmiş “ZaminBank” ASC-nin Qazax
filialının maliyyə arayışından görünür ki, Nəsibov Xəqani İbrahim oğlunun
1916 manat əsas borcu, 208 manat isə faiz borcu, ümumilikdə 2124 manat
borcu təşkil etmişdir.
Apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib
belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş
faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş,
iddianı qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Beləki iş materialları
ilə təsdiq olunur ki, cavabdeh Nəsibov Xəqani İbrahim оьлу ilə “ZaminBank”
ASC-nin Qazax filialı иля 13.06.2013-ъц ил тарихли kredit müqaviləsi
bağlanmışdır. Mцгавиляyə ясасян ъавабдещя иллик 30 фаизля, 24 ай мцддятиня
4
цмумиликдя 2500 manat мябляьиндя кредит верилмишдир. Lakin cavabdeh
krediti ödəməmiş və onun banka 1916 manat əsas borcu, 208 manat isə faiz
borcu, ümumilikdə 2124 manat боръу йаранмышдыр.
Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə
öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən
hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin
icrasını tələb etmək hüququ vardır.
Həmin Məcəllənin 442-ci maddяsinя яsasяn, юhdяliyin icra edilmяmяsi
dedikdя, onun pozulmasы vя ya lazыmыnca icra edilmяmяsi (vaxtыnda icra
edilmяmяsi, mallarda, iшlяrdя vя xidmяtlяrdя qцsurlarla vя ya юhdяliyin
mяzmunu ilя mцяyyяnlяшdirilmiш digяr шяrtlяri pozmaqla icra edilmяsi) baшa
dцшцlцr.
Həmin Məcəllənin 443.1-ъи маддясинин тялябиня эюря, ющдялийи иъра
етмяйян борълу кредитора дяймиш зярярин явязини юдямяйя борълудур.
Həmin Məcəllənin 445.1-ъи маддясиня эюря, иъраны эеъикдирмиш борълу
эеъикдирмя нятиъясиндя кредитора вурдуьу зяряр цчцн вя эеъикдирмя нятиъясиндя
тясадцфян баш вермиш иъра мцмкцнсцзлцйцнцн нятиъяляри цчцн кредитор
гаршысында мясулиййят дашыйыр.
Həmin Məcəllənin 445.2.1-ъи маддясиня ясасян, ющдялийин онун иърасы
цчцн мцяййянляшдирилмиш мцддятдя иъра едилмямяси борълунун иъраны
эеъикдирмяси сайылыр.
Həmin Məcəllənin 448.1-ci maddяsinя ясасян, яэяр бу Мяъялля иля вя
мцгавиля иля айры гайда мцяййянляшдирилмяйибся, borclu onun risk dairяsinя
daxil olan юhdяliklяrin icra edilmяdiyi bцtцn hallar цчцn cavabdehdir.
Yenə həmin Məcəllənin 739-cу maddяsinя яsasяn, borc mцqavilяsinя
gюrя, iшtirakчыlardan biri (borc verяn) pula vя ya digяr яvяz edilяn яшyalara
mцlkiyyяt hцququnu digяr iшtirakчыya (borc alana) keчиrmяyi юhdяsinя gюtцrцr,
digяr iшtirakчы (borc alan) isя aldыqlarыnы mцvafiq olaraq pul vя ya eyni
keyfiyyяtdя vя miqdarda olan eyni nюvlц яшyalar шяklindя borc verяnя
qaytarmaьы юhdяsinя gюtцrцr. Borc mцqavilяsinin predmeti hяr hansы pul
mяblяьi olduqda, o, kredit mцqavilяsi adlandыrыlыr.
Adıçəkilən Mяъяллянин 741-ci maddяsinя яsasяn, яgяr mцqavilяnin
iшtirakчыlarы borcun faizlяr ilя verilmяsini шяrtlяшdirяrsя, faizlяr mцvafiq surяtdя
bir ilin sonunda юdяnilmяli, borc bir il baшa чatanadяk qaytarыlmalыdыrsa,
borcun qaytarыlmasы ilя bir vaxtda юdяnilmяlidir.
Belə ki, yuxarıda sadalanan maddələrin məzmununa görə, borclu öz
üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə kreditor qarşısında tam
məsuliyyət daşıyır.
İş materiallarından görünür ki, borclu Nəsibov Xəqani İbrahim оьлу
banka olan borcunu vaxtında və axıra qədər ödəməmişdir. Ona görə də,
birinci instansiyası məhkəməsi cavabdehdən yaranmış əsas və faiz borcu
ərzədə qeyd edilən məbləğdə tutmuşdur.
Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticəni
qanuni və əsaslı hesab edir.
5
Lakin, kollegiya hesab edir ki, məhkəmə qətnamə qəbul edərkən
prosessual hüquq normalarının tələblərinə əməl etməmişdir. Belə ki,
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə
əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas
borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə,
alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
Buna baxmayaraq birinci instansiya məhkəməsi qətnmənin qət etdi
hissəsində yalnız cavabdehdən tutulan ümumi borcu göstərmişdir ki, bu da
yuxarıda əks olunan prosessual normalarının tələblərinə zidd olmuşdur. Ona
görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə razılaşaraq
apellyasiya şikayətinin qismən təmin edilməsi qənaətinə gəlir.
Apellyasiya şikayətinin faiz borcunun yüksək olması barədə dəlillərinə
münasibətdə kollegiya qeyd edir ki, cavabdeh özü könüllü olaraq kredit
müqaviləsi bağlamış və onda əks olunmuş faiz dərəcəsindən məlumatı olaraq
müqaviləni imzalamışdır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə
fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin
məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan,
lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı
andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
Göründüyü
kimi,
müqavilənin
şərtlərini
tərəflər
özləri
müəyyənləşdirirlər və bağlandığı andan onda qeyd edilən şərtlər tərəflər üçün
məcburi xarakter daşıyır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci
maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları
araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya məhkəməsi hər iki
tərəfin məhkəmə iclasında, sübutlar təqdim etmək imkanını təmin etməklə
onların təqdim etdikləri sübutlar əsasında işə baxaraq qətnamə qəbul etməyi
əsaslı və qanuni hesab edir.
Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin
və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələsinə əsasən qətnamə iş üzrə
müəyyn
edilmiş
həqiqi
hallara
və
tərəflərin
münasibətinə
uyğun
əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq
olunmuş sübutlarala əsaslandırılmalıdır.
Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiya
məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.
Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi
qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi mülki mübahisəni işin
faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin
etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi
qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə
düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə
6
təsdiq
olunmur.
Lakin,
birinci instansiya məhkəməsi cavabdehdən
tutulmalı olan məbləği ayrı-ayrılıqda göstərməmişdir. Ona görə də qətnamə
dəyişdirilməli və həmin məbləğlər ayrı-ayrılıqda göstərilməlidir.
Azərbaycan Respublikası MPM-in 382, 384, 392-393, 405-ci
maddələrini rəhbər tutub məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin.
İş üzrə Qazax Rayon Məhkəməsinin 06 noyabr 2014-cü il tarixli 2-1218
saylı qətnaməsi cavabdeh Nəsibov Xəqani İbrahim oğlundan 2.124 (iki min bir
yüz iyirmi dörd) manat kredit borcunun alınaraq iddiaçı “ZaminBank” ASC-
nin Qazax filialının xeyrinə ödənilməsi hissəsində dəyişdirilsin və cavabdeh
Nəsibov Xəqani İbrahim oğlundan 1.269 (bir min iki yüz altmış doqquz)
manat ясас боръ, 208 (iki yüz səkkiz) manat faiz borcu- цмумиликдя 2.124 (iki
min bir yüz iyirmi dörd) manat məbləğində pul və 20 (iyirmi) manat dövlət
rüsumu тутулараг iddiaçı “ZaminBank” ASC-nin Qazax filialının xeyrinə
юдянилsin.
Qətnamə şikayət verilməmişsə qəbul edildiyi andan 2 ay keçdikdən sonra
qanuni qüvvəyə minir.
Qətnamədən qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay
müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə
bilər.
Sədrlik edən: Əsədulla Rüstəmov
Hakimlər: Fikrət Mehtiyev
Şamil Rzaquliyev
İş
№
2(023)-1218/2014
Surət
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Q Ə T N A M Ə
QAZAX RAYON MƏHKƏMƏSİ
7
Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin
sədrliyi
Məhkəmə iclas katibi Pərvin Şakir oğlu Əhmədovun
katibliyi
İddiaçı “ZaminBank” ASC-nin Qazax filialının nümayəndəsi
Məzahim Süleyman oğlu Mirzəyevin və
Cavabdeh Xəqani İbrahim oğlu Nəsibovun
iştirakı ilə
İddiaçı “ZaminBank” ASC-nin Qazax filialının cavabdeh Nəsibov Xəqani
İbrahim oğluna qarşı borc tələbinə dair mülki işə 06 noyabr 2014-cü il tarixdə açıq
məhkəmə iclasında baxaraq
M Ü Ə Y Y Ə N E T D İ :
Qazax rayon məhkəməsinin 26 sentyabr 2014-cü il tarixli 2(023)-1218/2014 saylı
əmri ilə borclu Qazax rayonunun Xanlıqlar kəndində yaşayan Nəsibov Xəqani İbrahim
oğlundan “ZaminBank” ASC-nin Qazax filialının xeyrinə 2124 (iki min bir yüz iyirmi dörd)
manat kredit borcunun və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumu hesabına 20
(iyirmi) manat pulun tutulması qərara alınmışdır.
Borclu Nəsibov Xəqani İbrahim oğlu 16 oktyabr 2014-cü il tarixdə etirazla
məhkəməyə müraciət edərək Qazax rayon məhkəməsinin 26 sentyabr 2014-cü il
tarixli 2(023)-1218/2014 nömrəli məhkəmə əmrinin ləğv edilməsini və materialların
iddia icraatına keçirilməsini xahiş etmişdir.
Qazax rayon məhkəməsinin 17 oktyabr 2014-cü il tarixli 2(023)-1218/2014 nömrəli
qərardadı ilə kreditor “ZaminBank” ASC-nin Qazax filialının borclu Nəsibov Xəqani
İbrahim oğluna qarşı borcun məcburi şəkildə ödənilməsinə dair mülk iş üzrə Qazax
rayon məhkəməsinin 17 oktyabr 2014-cü il tarixli 2(023)-1218/2014 saylı məhkəmə
əmrinin ləğv edilməsi və materialların iddia icraatına keçirilməsi qərara alınmışdır.
Məhkəmə iclasında iddiaçı “ZaminBank” ASC-nin Qazax filialının nümayəndəsi
Mirzəyev Məzahim Süleyman oğlu iddia tələbini müdafiə edərək iddianın təmin
edilməsini məhkəmədən xahiş etmişdir.
Məhkəmə iclasında cavabdeh Nəsibov Xəqani İbrahim oğlu iddianı qəbul etmiş
və izahat verərək göstərmişdir ki, həqiqətən də iddiaçı “ZaminBank” ASC-nin Qazax
filialı ilə onun arasında 13 iyun 2013-cü il tarixli 1302 saylı kredit müqaviləsi
bağlanmışdır. Həmin müqaviləyə əsasən o, iddiaçı Bankdan şəxsi biznes istifadəsinə
8
və iri buynuzlu mal-qaranın alınması
üçün 24 ay müddətinə qaytarılması şərti ilə
illik 30% ödəməklə 2500,0 manat məbləğində kredit almışdır. Maddi vəziyyətinin
ağırlaşması ilə əlaqədar müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilmədiyindən onun
banka borcu yaranmışdır. Buna baxmayaraq banka olan borcunu müəyyən vaxt
ərzində hissə-hissə ödəyəcəyinə söz verir. Ona görə də iddianın qanuni həll
olunmasını məhkəmədən xahiş etmişdir.
Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, mülki
işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən
iddia tələbi təmin edilməlidir.
Belə ki, iş materiallarında olan 13 iyun 2013-cü il tarixli 1302 saylı kredit
müqaviləsindən müəyyən edilir ki, “ZaminBank” ASC-nin Qazax filialı Nəsibov Xəqani
İbrahim oğluna şəxsi biznes istifadəsinə və iri buynuzlu mal-qaranın alınması üçün 24
ay müddətinə qaytarılması şərti ilə illik 30% ödəməklə 2500,0 manat məbləğində kredit
vermişdir.
İş materiallarında olan 17 iyun 2014-cü il tarixli 174/38 nömrəli xəbərdarlıqdan
görünür ki, Nəsibov Xəqani İbrahim oğlunun 13 iyun 2013-cü il tarixli 1302 saylı kredit
müqaviləsinə əsasən 10 iyun 2014-cü il tarixə əsas kredit üzrə 1810,0 manat
məbləğində borcu vardır.
İş materiallarında olan 114 saylı 23 sentyabr 2014-cü il tarixli qəbzdən müəyyən
edilir ki, iddia ərizəsinin verilməsi üçün 20 manat məbləğində dövlət rüsumu
ödənilmişdir.
Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, cavabdeh Nəsibov
Xəqani İbrahim oğlu 13 iyun 2013-cü il tarixli 1302 nömrəli kredit müqaviləsinə əsasən
verilmiş kredit borcunu vaxtında icra etmədiyindən, onun hazırda 2124,0 manat əsas
borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat
verilsə də, o, borcunu ödəməkdən yayınmışdır.
Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab
edir ki, cavabdeh Nəsibov Xəqani İbrahim oğlunun 2500,0 manat məbləğində kredit
alması və həmin kredit üzrə 2124,0 manat borcu yaranması sübuta yetirilmişdir. Ona
görə də iddia tələbi təmin olunmalıdır.
Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən
məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə
etməlidir.
Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz
tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
9
Azərbaycan Respublikasının MPM- nin 217.4-cü maddəsinə əsasən məhkəmə
öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Cavabdeh Nəsibov Xəqani İbrahim oğlu 13 iyun 2013-cü il tarixli 1302 nömrəli
kredit müqaviləsi üzrə yaranmış 2124,0 manat kredit borcunu ödəməsini təsdiq edən
heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit
müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və
şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin
qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən
öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti
etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a.
və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını
tələb etmək hüququ vardır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən
öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi
(vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin
məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən
öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə
olmur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər
bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk
dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən
özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun
ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini
əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən
faizlər ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə
vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha
qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə
qədər tutulur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər
borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə
icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin
ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
10
Məhkəmə hesab edir ki, cavabdeh
Nəsibov Xəqani İbrahim oğlunun 2500,0
manat məbləğində kredit alması və həmin kredit üzrə 2124,0 manat borcu olması
sübuta yetirildiyindən göstərilən maddi hüquq normalarına əsasən həmin məbləğ
cavabdeh Nəsibov Xəqani İbrahim oğlundan alınaraq iddiaçı “ZaminBank” ASC-nin
Qazax filialının xeyrinə ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə
əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan
məsrəflərdən ibarətdir.
Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş
tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki,
iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu
cavabdeh Nəsibov Xəqani İbrahim oğlundan alınaraq iddiaçı “ZaminBank” ASC-nin
Qazax filialının xeyrinə ödənilməlidir.
Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216-
220,227,233,360-cı maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ :
İddia təmin edilsin.
Cavabdeh Nəsibov Xəqani İbrahim oğlundan 2124,0 (iki min bir yüz iyirmi dörd)
manat kredit borcu və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu alınaraq
iddiaçı “ZaminBank” ASC-nin Qazax filialının xeyrinə ödənilsin.
Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qazax rayon
məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin
Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
SƏDRLİK EDƏN: MƏHƏRRƏM
ALLAHVERDİYEV
Əsli ilə düzdür:
Hakim: Məhərrəm Allahverdiyev
Dostları ilə paylaş: |