260 Arxeologiya, Etnoqrafiya Tarix və onun problemləri



Yüklə 449 Kb.
Pdf görüntüsü
tarix31.01.2017
ölçüsü449 Kb.
#6773

260                                                           

 Arxeologiya, Etnoqrafiya 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

 



İLHAMƏ MƏMMƏDOVA 

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu 

E-mail: ilhama_m@rambler.ru 

 

TƏBRİZ ŞƏHƏRİNDƏ ƏNƏNƏVİ BƏZƏKLƏR: ZİNƏT VƏ  

KOSMETİK VASİTƏLƏR (XIX - XX əsrin əvvəlləri) 

 

Açar sözlər: Azərbaycan, Təbriz, qızıl, gümüş, üzük, bəzək 

Ключевые слова: Азербайджан, Тебриз, золото, серебро, кольцо, украшение 

Key words: Azerbaijan, Tebriz, gold, silver, ring, decoration 

 

Ənənəvi  bəzəklər zərgərlik  məmulatı, kosmetik  vasitələr  və  geyim dəstləri  üzərindəki 



tikmələrlə əhatələnir. İnsanın öz üzərində daşıdığı bəzəklərdən əlavə, ev-məişət əşyalarında da 

bəzəklərə  rast  gəlinir.  XIX  -  XX  əsrin  əvvəllərində  Təbriz  sakinlərinə  məxsus  bəzəklərdən 

(zinət  və  kosmetik  vasitələr)  danışarkən  ilk  növbədə  dövrün  fotoşəkilləri  və  miniatürlərinə 

müraciət  etmək  lazım  gəlir.  Qeyd  etməliyik  ki,  rəsm  və  fotolar  əsasən  hakim  təbəqəyə 

məxsusdur  və  bəzəklərin  əsas  istifadəçiləri  də  onlar  idilər.  Təbriz  vəliəhdneşin  olduğundan 

cəmiyyət  elitasının  böyük  qismi  burada  cəmləşmiş  və  təbrizlilər  Qacarlar  dövrü  mədəniyyə-

tinin ən ümdə yaradıcılarından olmuşlar.  

1812-ci ildə Qacarlar dövlətinə səfər edən fransız səyyahı Gaspard Drovil müşahidələri 

barədə öz qeydlərində təəssüflənərək yazır ki, iranlı qadınlar heç gözə görünmürlər, səyyahlar 

yalnız  hərəmxananın  xacələrindən  eşitdiklərini  yazırlar.  Çünki  yad  kişilərin  hərəmxanaya 

girməyə  ixtiyarı  yoxdur.  Müəllif  göstərir  ki,  bu  ölkənin  qadınları  qiymətli  paltarlar  geyinir, 

daş-qaşdan daha çox istifadə edirlər (1, s.86-87).  

Tədqiqatlar  göstərir  ki,  dövrün  qadın  və  kişi  zinətləri  incə  əl  işinin  misilsiz  nümunəsi 

olduğundan onlar zərgərlik sənətinin zirvəsi, şah əsərləri sayılmalıdır. Bu sənətin Azərbaycan-

da  qədim  kökləri  vardır.  Qədim  mannalılara  məxsus  Ziviyə  dəfinəsi  zinət  istehsalının,  ümu-

miyyətlə, sənətkarlığın o dövr üçün ən yüksək nəticəsi adlandırıla bilər.  

Baş,  boyun,  bel,  əl,  ayaq  növlərinə  ayrılan  zinətlərin  hər  biri  yüksək  ustalıqla  hazır-

lanırdı.  Daş-qaş,  cəvahiratın  gözəllik  və  magik  səciyyəsi  ilə  bahəm,  onlar  həm  də  müalicəvi 

xarakter daşıyırdılar. Qədim zamanlarda zümrüdü ilan zəhərinə qarşı ən yaxşı müalicə vasitəsi 

hesab edirdilər (2, s.150). Göz ağrısı dərmanları hazırlayarkən də ondan istifadə olunurdu (3, 

s.23).  İnsanlar  hələ  uzaq  keçmişdə  qızılın  bəd  ruhlardan  qoruyucu  funksiyasını  düşünmüş, 

gümüşün  orqanizmə  xeyirli  olduğunu,  bəzi  daşların  xəstələrə  şəfa  verdiyini  (kəhrəba  zob 

xəstəliyində  və  s.)  müşahidə  edib  yadda  saxlamışlar.  Məhz  bu  səbəblərdən  də  mədəni 

tərəqqinin başlanğıcından ta bugünlərədək bəzəklər kasıb və varlı geyimlərini tamamlamışdır. 

Bəhs olunan dövrdə ənənəvi qadın zinətlərini tac, yarımtac, cıqqa, gülsinə, gərdənbənd, 

silsilə,  bilərzik,  üzük,  sırğa  (güşvarə),  xalxal  və  s.  təşkil  edirdi.Qadınlar  araqçının  üstünə 

mirvari ilə bəzədilən qızıl cıqqa, yaxud tovuz quşu və dan quşunun lələyini taxırdılar. Çarqəd 

dəbə  düşdüyü  zaman  cıqqadan  istifadə  səngiyir.  Bunun  əvəzinə  çarqədin  ətrafına  aypara 

formasında  güllər  tikilir,  ya  da  yaylığın  sol  tərəfinə  qızıl  gül  sancılırdı.  Çarqədin  üstündən 

boğazaltı  vurulan  gülsinə  (broş)  də  zövqlü  oxşayırdı.  Başın  arxasından  rubəndi  bənd  etmək 

üçün bəzəkli qızıl və gümüş qüllabdan istifadə edilirdi. 

Şahzadə  və  əyan-əşrəf  qadınları  toy,  bayram  və  dəbdəbəli  qonaqlıqlar  rəsmi  olardısa, 

almaz və bahalı ləl-cəvahiratla bəzədilən tac, qeyri-rəsmi mərasimlərdə isə yarımtac taxırdılar 


Arxeologiya, Etnoqrafiya                                                            261 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

(4, s.35). Qeyd edək ki, yas mərasimlərində, Ramazan və Məhərrəmlik aylarında bəzəklərdən 



istifadə  birmənalı  qarşılanmırdı.  Dövrün  bəzəklərində  mirvari  daha  çox  diqqəti  cəlb  edir. 

Hazırda  Tehranda  Milli  Cəvahirat  muzeyində  saxlanılan  vəliəhd  Abbas  Mirzəyə  məxsus 



tackulah mirvarili tikmənin ən gözəl nümunələrindəndir. Tac şəklində olan papaq qırmızı atlas 

və məxmərdən düzəldilmiş, üzəri büsbütün pulək, güləbətin və mirvari ilə işlənərək muncuqla 

haşiyələnmişdir.  Baş  hissəsində  bərkidilən  iri  zümrüd  daşı  tackulaha  xüsusi  yaraşıq  verir. 

Ömrünün  böyük  hissəsini  Təbrizdə  keçirən  Abbas  Mirzə  rəsmi  tədbirlərdə,  əsasən  Novruz 

bayramındakı “salam” mərasimində həmin tackulahı başına qoyurdu. 

XIX  əsrin  əvvəllərində  Qacar  şahzadələrinin  çəkildiyi  rəsm  əsərlərində  onların  sadə 

daş-qaşla  işlənmiş  tac,  üzük,  bazubənd,  sallanma  kəmər,  toqqa,  cib  saatı,  təsbeh,  çubuq  qəl-

yandan  istifadə  etdiyi  müşahidə  edilir.  Onların  geydiyi  sərdarinin  çiyinliyi,  qılıncının  qını və 

xəncərləri  üzərində  də  zəngin  bəzəklərə  -  qiymətli  metaldan  olan  “həbbabi”  adlı  düymələr, 

muncuq,  pul,  qızıl  pulək,  çəkili  işləmələr  və  s.  rast  gəlinir.  XIX  əsrdə  yaşamış  yəhudi  əsilli 

Avstriya-Macarıstan tədqiqatçısı (həkim, etnoqraf) Yakob Eduard Polak öz səyahətnaməsində 

geyim  və  bəzəklərə  xüsusi  fəsil  həsr  etmişdir.  O  yazır  ki,  kişilər  adətən  qapağı  düymə  ilə 

açılan cib saatlarından istifadə edirlər. Saat zəncirinin bir ucu saatın özünə, digər ucu isə cibə 

bərkidilir və celiqənin (jilet - İ.M) cibinə qoyulur. Saatı şal materialdan hazırlanan saatqabıda 

saxlayırlar. Saat Ramazan ayında ən sevimli əşyaya çevrilir, çünki hər vaxt insanları aclıq və 

susuzluqdan qurtulmağa, qəlyan çəkməyə xəbərdar edir. Üzüklərin qaşı firuzədəndir. Üzərində 

yazısı  olan  əqiq  qaşlı  sadə  üzük  taxırlar.  Bu üzüklərin  keyfiyyəti  şəxsin  cəmiyyətdə  tutduğu 

mövqe ilə əlaqədardır (5, s.156-157). 

Üzüklər orta əsrlərdə olduğu kimi bəhs edilən dövrdə yenə də dəbdə idi. Kişilər gümüş, 

qadınlar  qızıl  və  gümüş  üzüklərdən  istifadə  edirdilər.  Bəzən  bir  barmağa  bir  neçə  üzük 

taxırdılar.  Varlıların  əlində  5-6,  bəzən  15-16  gümüş  üzük  görünürdü.  Nişan  üzüyünü  adaxlı 

qızlar sağ, evli qadınlar sol əlin barmağına, digərləri isə istər qadın, istərsə də kişilər şəhadət 

və baş barmaqdan savayı qalan üç barmağa taxırdılar. Üzük taxmaq bəzək məqsədindən əlavə, 

ibtidai  inanclar  və  İslam  dini  etiqadıyla  bağlı  idi.  Hədislərdən  məlum  olur  ki,  Məhəmməd 

Peyğəmbər üzük daşımağı təqdirəlayiq saymışdır.  

Orta əsrlərdə kişilərin barmağında arvadlarının sayına görə üzüklər olardı. Varlı kişilər 

əlindəkindən  əlavə  boynundan  da  bir  neçə  üzük  salladardılar  (6,  s.12).  Üzüklər  hələ  qədim 

zamanlardan möhür funksiyası da daşıyırdı. Kişilər pul kisəsində saxladıqları  möhür üzüklə-

rini geydikləri qəbanın altında gizlədərdilər. Bəziləri isə onları nümayişkarcasına cib saatının 

zəncirindən  asardılar.  Lakin  namaz  vaxtı  bütün  bəzəklər  kimi,  üzüklər  də  çıxarılırdı.  Şəriətə 

görə, insan Allahın dərgahında maddi deyil, mənən zəngin olmalıdır. İnanca görə, yaradan in-

sanı fəqir görərsə, ona bərəkət nazil edər. Dövrün muzey materiallarına nəzər saldıqda məlum 

olur  ki,  əksəriyyətinin  üzərində  dini  yazılar,  ələxsus  da  “La  ilahə  illəllah,  Muhəmmədən 

Rəsulallah”  (Allahdan  başqa  Allah  yoxdur,  Məhəmməd  Allahın  elçisidir)  ifadəsi  və  İxlas 

surəsinin  ayələri  yazılmışdır.  Əvvəlki  dövrlərə  nəzərən  XIX  əsrə  məxsus  üzüklər  daha 

cəlbedicidir.  Belə  ki,  onların  üzərində  xətlər  cızılmış,  müxtəlif  həndəsi  naxışlar  oyulmuş, 

bununla da rəngli oval daş üzərinə düşən işıq oymalara daha da parlaqlıq verməkdədir. 

Kübar xanımlar almaz, mirvari, zümrüd (yaşıl qaş), yaqut (qırmızı daş), füruzə daşlarla 

işlənən qızıl boyunbağılar, ortabablar isə kəhrəba, sədəf, mərcan, süni daşlar və gümüş pullar-

dan ibarət bəzəklər taxırdılar. Bu qiymətli daşlardan bir çoxu ölkəyə karvan ticarəti vasitəsilə 

Şərq  ölkələrindən  gətirilirdi.  Kombinə  edilmiş  şəkildə  (qiymətli  metallarla  ləl-cəvahiratın 

kombinəsi)  hazırlanan  zinət  və  zər-zəbərcəd  baha  başa  gəldiyindən  imkansız  qadınlar  ucuz 



262                                                           

 Arxeologiya, Etnoqrafiya 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

daşlardan, adi şüşədən, misdən, tuncdan, hətta bəzi meyvələrin çəyirdəklərindən (iydə, xurma 



və s.) sapa düzməklə bəzək şeyləri hazırlayıb gəzdirirdilər (7, s.146).  

Bəzəklər  içində  xüsusilə,  minalı  bazubəndlər  qadın  və  kişilər  arasında  daha  geniş 

yayılmışdı  (8,  s.347).  Uzun  sallanma  və  ya  qısa  qızıl  sırğalar  aypara,  damla,  badami,  zəng, 

zoomorf  (əsasən  quş  şəklində)  vəmüxtəlif  formalarda  düzəldilir,  üzəri  almaz,  yaqut,  zümrüd 

və  s.  qiymətli  daşlarla  işlənirdi.  Belə  bağlanan  toqqalar  geyim  elementi  sayılsa  da,  onların 

bəzək səciyyəsi az deyildi.  

Bəzəklər  ayaq  üçün  də  nəzərdə  tutulurdu.  Topuğa  “xalxal”  adlanan  halqalar  keçirilir, 

onlara fındıq boyda, içi boş olan girdə bəzəklər bəndlənirdi. Kübar xanımlar xalxalı qızıl  və 

gümüşdən,  şəhərin  yoxsul  qadınları  isə  mis  və  bürüncdən  hazırlatdırardılar.  Xalxal  rəqqasə 

bəzəklərində  xüsusi  yer  tuturdu.  Dövrün  tələbinə  görə  zinət  əşyaları  zərgərlik  emalatxana-

larında şəxsi sifarişlə düzəldilir, hər bir əşya fərdilik təşkil edirdi. Zərgərlər arasındakı qızğın 

rəqabət göstərilən dövrdə zərgərlik sənətinin intişarının təkanverici amillərindən idi.  

Nəsrəddin  şahın  Avropa  səfərlərindən  sonra  geyimlər  kimi  bəzəklərdə  də  kəskin 

dəyişikliklər  baş  verdi.  Şah  Avropadan  yonulmamış  almas  almış  və  ölkəsinə  qayıdarkən  onu 

təraş etdirərək geydiyi sərdarisinə düymə tikdirmişdi (9, s.454). XIX əsrin II yarısında geyim 

və  bəzəklərin  Avropa  modasına  sıx  yaxınlaşması  müşahidə  edilsə  də,  ənənəvi  Şərq  üslubu, 

daha dəbdəbəli görünüş hələ də qalmaqda idi. Hətta uşaq fotolarında da bilərzik, boyunbağı və 

xalxal diqqəti cəlb edir. 

Xüsusi  zövq  və  baxımlılıq  əlaməti  olaraq  kosmetik  vasitələrdən  qadınlarla  bahəm, 

kişilər  də  istifadə  edirdilər.  Qadınlar  sürmə  vasitəsilə  gözlərini  iri  və  xumari,  qaşlarını  isə 

vəsmə ilə hilal formasında düzəldirdilər. Qaşlar gicgahadək uzadılır, onların ortasına qara xal 

qoyularaq  birləşdirilirdi.  Çatma  qaşlar,  dodaq  və  yanağa  xal  qoymaq  dəbdə  idi.  Yeddi  adda 

kosmetik vasitədən -xına, sürmə, vəsmə, surxab, sefidab, zərək və qaliyədən istifadə olunurdu 

(4, s.33). Bunların hər biri bəzək qutusunda saxlanırdı.  



Xına kollarında salxım formasında bitən ağ gülləri dərib qurudur və sonra üyüdürdülər. 

Xınadan  həm  kişilər,  həm  də  qadınlar  istifadə  edirlər.  Kişilər  saç-saqqalına,  ayaq  və  əl 

dırnaqlarına,  qadınlar  da  həmçinin  saç,  əl-ayaq  və  bədənin  müxtəlif  hissəsini  naxışlayarkən 

xına  yaxırdılar.  Tünd  rəng  almaqdan  ötrü  xınanın  üzərinə  qaynadılmış  qoz  yarpaqları  və  ya 

soğan  qabığının  suyunu  əlavə  edirdilər.  Bəzən  xına  başa  qoyulduqdan  sonra  üstünü  qoz 

yarpaqları ilə örtürdülər. Xınayaxma mərasimi hamamda icra olunurdu.  



Vəsmə  bitkisini  suda  qaynadır  və  alınan  qara  rənglə  qadınlar  qaşlarını  boyayırdılar. 

Apardığımız  sorgular  zamanı  məlumatçılar  vəsməni  “qara  xına”  adlandıraraq  onu  nil  (lil) 

yarpağı,  bəziləri  isə  qara  daşın  üyüdülməsindən  alınan  maddə  kimi  təqdim  etdilər.  Xalq 

arasında vəsmə həm də “Məcnun xına” adıyla tanınır.  



Surxab və ya surxidən yanaq və dodaqların qızardılması üçün istifadə edilirdi. O, sabun 

kimi  girdə  düzəldilir,  onunla  üzlərini  yuyurdular.  Yanaqların  çəhrayi  rəngə  çalması  üçün 



kirşan çəkilirdi.  

Sürmə  qara  parlaq  daşı  əzib  tozuna  xüsusi  maye  qarışdırılaraq  alınırdı.  Gözün  kənar-

larına çəkilən sürmə “sürmədan” adlı filiz qabda saxlanılır, “sürməçub” adlı millə sürtülürdü. 

Sürməçub adətən, adi metal, gümüş və ya fil sümüyündən düzəldilirdi. Bəzən badam tumunu 

yandırıb sürmə yerinə işlədirdilər. 



Zərək  və  ya  zərvənəq  qızıl  ovuntuları  olub,  parlaqlıq  məqsədilə  üzə  səpilirdi.  Qaliyə 

müşk-ənbər  qarışığı  olan  xoş  qoxulu,  qara  rəngdə  maddə  idi.  Onunla  saçları  qara  rəngə  bo-

yayırdılar. Saç-saqqalın qaraldılmasında xəzab adlı vasitədən də istifadə edirdilər. Ərəb mən-

şəli olan xəzab xına, vəsmə və xüsusi gül yarpaqlarının qarışığından alınırdı.  



Arxeologiya, Etnoqrafiya                                                            263 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

Ənlik  üz  dərisinin  ağardılması  üçün  istifadə  edilirdi.  Sefidab  də  bu  məqsədə  xidmət 

edirdi. Bəzi məlumatçılar sefidab və ruşuru eyniləşdirirlər. 

Toy,  bayram,  qonaqlıq  mərasimlərində  qadınların  üzünün  bəzədilməsi  ilə  xüsusi  peşə 

sahibi ― məşşatə məşğul olurdu. O, barmaqlarının arasına keçirdiyi səkkizvari sap və maqqaş 

vasitəsilə xanımların qaş və üz tüklərini alıb təmizləyirdi. Bundan sonra yuxarıda adı çəkilən 

kosmetik  vasitələri  sifətə  sürtürdü.  Xoş  qoxu  məqsədilə  saç  və  bədənə  gülab,  ənbər  və  ətir 

çilənirdi. Niqarbənd isə hamamda qadınların əl-ayağına xına ilə naxış vururdu. Nadir hallarda 

sifət və bədən dərisinə yazı və naxışlardan ibarət tatu da olunurdu. 

Bu  dövrdə  qadınlar  uzun  saçlar  saxlayır,  qara  və  xınayi  rəngə  boyayırdılar.  Saçlar 

təpənin  ortasından  iki  yerə  bölünür  və  hörülürdü.  Fotolarda  bəzən  ucuna  lent  bağlanmış 

çoxsaylı  hörüklər  müşahidə  edilir.  Saray  qadınları  hörüklərin  ucuna  sikkələr,  mirvari  və  ya 

fındıq,  badam,  püstə  şəklində  qızıl  və  gümüş  zinətlər  asırdılar.  Saçın  hörüyə  gəlməyən  qısa 

cığaları  qızıl,  ya  gümüş  qüllabla  (süs)  yığılıb  bəzənirdi.  Hörükdən  əlavə,  saçlar  qızdırılmış 

maşa  ilə  burularaq  arxaya  atılırdı.  Eşitdiyimiz  şifahi  məlumata  görə,  saçları  lazımi  formaya 

salmaqdan ötrü heyva tumunu qaynadaraq alınan mət mayedən istifadə edirdilər. XX əsrin ilk 

onilliklərində  isə  Avropa  modasının  təsirilə  qadınların  artıq  süni  saçlar  (şinyon)  qoyduğu 

məlum olur.  

Kosmetik vasitələrin hər biri müxtəlif materialdan (parça, taxta, şüşə, dəri və s.) düzəl-

dilən xüsusi qablarda saxlanırdı. Sürmədan (sürmə qabı), sürmə  mili, daraq, daraqqabı, xına-

bənd (xına yaylığı, gəlinlər üçün qələmkar parçadan hazırlanırdı), zirpayı (ayağa xına qoyar-

kən  ayaqaltı  taxta,  yaxud  mis  əşya),  sefidab  qutusu,  ətir  qabı,  vəsməcuş  (vəsmə  qaynadılan 

mis  və  gümüşdən olan qab), onun qaşığı  və süzgəci  və s. kimi  kosmetik  vasitə qabları  vardı. 

Sürmədanlar metal, parça, nadir hallarda isə balqabaq saplağından düzəldilirdi (10, s.41). Ən 

çox  işlədilən  parça  sürmədanlar  məxmər  və  tirmədən  kiçik  kisə  formasında  olub,  üzəri 

məliləduz, nəqədəduz, mirvari tikmələrlə, hətta qızılı və gümüşü sapla da bəzədilirdi.  

Daraqlar  taxtadan  və  daha  davamlı  olmaqdan  ötrü  fil  sümüyündən  hazırlanırdı.  Parça 

daraqqabılar,  qayçıqabılar  güləbətin,  muncuqlarla  bəzədilirdi.  Geyim  dəstləri  üzərində  də 

bəzək  elementləri  çoxluq  təşkil  edirdi.  Belə  ki,  hakim  zümrə  qiymətli  metal  və  cəvahiratdan 

düymələr,  muncuq,  pul,  qızıl  və  gümüş  puləklərdən,  habelə  qızılı  sapla  müxtəlif  tikmələr 

vasitəsilə  öz  libaslarını  zinətləndirirdilər.  Bəhs  edilən  dövrdə  geyim  nümunələri  dərzilər 

arasında  formalaşan  müxtəlif  tikmələrlə  ―  haşiyəduz  (geyimin  kənarının  parçadan  fərqli 

rəngdə  sapla  naxışlanması),  güləbətin,  məliləduz  (qızıl  və  gümüşdən  hazırlanan  nazik  tel  ilə 

parça  üzərində  naxışların  salınması),  tirməduz,  şəmsduz  (günəş  şəkilli  naxışların  vurulması), 



qeytanduz  (diametri  1  sm-dən  artıq  qalın  iplə  yaxa  və  ətəyin  bəzədilməsi),  nəqədəduz  (ipək 

sapla gül və buta naxışlarının salınması), tikəduz (ola bilsin ki, parçanı hissələrə, yəni tikələrə 

bölüb  tikirdilər),zərduz,  zərəndaz,  puləkduz,  (parça  üzərinə  pul-pul  aksesuarların  tikilməsi), 

piləkduz, sırıma və s. hazırlanırdı.  

 

ƏDƏBİYYAT: 



 

1.

 



Gaspard Drouville. Voyage en Perse fait en 1812 et 1813. A Paris chez Masson 

et Yonet, Libraires, 1828, 282 p. 

2.

 

Sübhi Bəktaşi. Yüz bir hekayət. Bakı: Yazıçı, 1990, 350 s. 



3.

 

ءاکذ ییحی



 .

ىاسیا ىاًش ضابل

 .

ىاسِت


٬

 

۱٣٣٦



 ٬

 

٣٩



ص 

 

4.



 

Nəsirəddin Tusi. Tənsuqnameyi-Elxani (Cavahirnamə). Bakı: Elm, 1984, 32 s. 



264                                                           

 Arxeologiya, Etnoqrafiya 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

5.



 

Dr. Yacob Eduard Polak. Persien. Das Land und Seine Bewohner: 

Ethnographische Schilderungen. 1 Teile, Leipzik: Brockhaus, 1865, 389 p. 

6.

 



لصًّ ىایزاه

 .

اُ یستشگًا



 .

یدلج ٍدشاّد ٍدیصگ شا نًِ دلج

٬

 

یهلاسا سٌُ َعْوجه



٬

ىاسِت 


٬

 تازاشتًا 

گًزاک

٬

لّا پاچ 



٬

 

٬۱٣٨٦



 

٢٠٠


ص 

 

7.



 

Vəliyev F.İ. Bəzəklər // Azərbaycan etnoqrafiyası: 3 cilddə, II cild, Bakı:  Şərq-

Qərb, 2007, s. 143-156 

8.

 



یبیغ اسًاسِه

 .

٣٥٠٠



یًاسیا ماْقا تلاآزْیش خیزات لاس 

 .

ىاسِت



٬

دٌهسیُ تازاشتًا 

٬٬۱٣٩۱

 

٤٨٠



ص 

 

9.



 

یفْتسه اللهدبع

 .

يه یًاگدًش حسش



٬

َیزاجاق ٍزّد یزادا ّ یعاوتجا خیزات ای 

 .

٣

یدلج 



٬

لّا دلج 


٬

 پاچ


نجً


٬

ىاسِت 


٬

زاّش تازاشتًا 

٬

 

٬۱٣٨٤٥٦٩



ص 

 

10.



 

زاسوس يسح دوحه

 .

 ىا تشرگسس ّ ٌَییآ



 //

َلجه


مدسه ّ سٌُ 

٬

 نُدزاِچ ٍزاوش 



 –

دیدج ٍزّد

٬

ىاسِت 


٬

 

ٍاه زذآ



٬۱٣٤٢٤٧

-

٢٣



ص 

 

 



ИЛЬХАМА МАМЕДОВА 

 

ТРАДИЦИОННЫЕ УКРАШЕНИЯ В ГОРОДЕ ТЕБРИЗЕ:  

УКРАШЕНИЯ И КОСМЕТИЧЕСКИЕ СРЕДСТВА 

(XIX-НАЧАЛЕ XX вв.) 

 

В статье рассказывается о традиционных украшениях. Традиционными являются 

украшениями  ювелирные  изделия,  косметические  средства  и  вышивки  на  комплектах 

одежды.  Так  как  Тебриз  является  местом  пребывания  наследника  престола,  здесь 

сконцентрирована  наибольшая  часть  элиты  общества,  и  тебризцы  являются  самыми 

главными создателями культуры периода  Каджаров. Наряду с тем, что драгоценности, 

драгоценные  камни  красивы  и  обладают  магическими  свойствами,  они  также  имеют 

лечебный  эффект.  В  указанный  период  использовалось  около  семи  наименований 

косметических средств. 

 

ILHAMA MAMMADOVA 



 

TRADITIONAL DECORATIONS IN THE CITY OF TABRIZ: JEWELRY AND 

COSMETICS(XIX AND AT THE BEGINNING OF XX CENTURIES) 

 

The article deals with traditional jewelry. Traditional jewelry covers jewelry products, 

cosmetics and embroideries on clothing kits. As Tabriz city was succession, the greater part of 

the  elite  of  society,  have  been  concentrated  here  and  the  people  of  Tabriz  were  the  best 

creators of Gajar period. Cosmetic means in the number of seven were used in this period.  

 

Rəyçilər: t.ü.f.d. S.Səmədova, t.e.d.N.Quliyeva 



AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu “İlk orta əsrlər arxeologiyası” şöbə-

sinin 06 may 2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr.№04). 

Yüklə 449 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin