4. Tərbiyənin tərkib hissələri



Yüklə 22,88 Kb.
tarix02.01.2022
ölçüsü22,88 Kb.
#42113
4. Tərbiyənin tərkib hissələri


4. Tərbiyənin tərkib hissələri

İstənilən fəaliyyətdə, müəyyən mənada, müvəffəqiyyətin əsasını məqsəd aydınlığı təşkil edir. Aydın məqsəd hər bir işçiyə, istənilən sahədə fəaliyyət göstərənə işini səmərəli və düzgün təşkil etməyə imkan verir. Pedaqoji prosesdə də məqsəd aydınlığı böyük əhəmiyyət kəsb edir.

Bu məqsədlər isə cəmiyyətin şəxsiyyət formalaşdırılması işinə verdiyi tələblərə əsasən müəyyən edilir.Klassik və müasir pedaqoqlar şəxsiyyət formalaşdırılması prosesində məqsəd aydınlığına yüksək qiymət verirblər. Məsələn K. D Uşinski məqsəd aydınlığını pedaqoji prosesin birinci və əsas məsələsi hesab edirdi. Onun fikrincə tərbiyənin məqsədi ictimai və xalq mənafeyini üstün tutan, həqiqətə, doğruluğa, xeyrixahlıqa can atan, bütün insanlığın mənafeyini xalqının və özünün mənafeyi ilə birləşdirməyi bacaran həqiqi insan yetişdirməkdir.

Praqmatizm nümayəndələrindən biri, Amerika pedaqoqu D. Dyui iddia edirdi ki, eyni zamanda paralel şəkildə həm məqsəd, həm də tərbiyə prosesi mövcuddur. Onun fikrincə tərbiyə inkişafdır və o, heç bir xarici təsirə tabe deyildir. Bununla da o, tərbiyə prosesini elmilik, obyektivlik və məqsədyönlülükdən məhrum edirdi. O fərdi tərbiyəyə daha çox üstünlük verirdi.

D.Dyuinin davamçıları müasir proqmatistlər iddia edirdilər ki, mənlik iddiası ilə doğulmuş hər kəs xarici təsirə qarşı əks təsir göstərir, o özünü yaradıcılıqda təsdiq edir. Əksinə, xaricdən göstərilən tərbiyəvi təsirlər insanlardakı müstəqilliyi, qabiliyyəti boğur, onun üzə çıxmasını, inkişafını ləngidir.

Məşhur Azərbaycan ədibi A. Bakıxanov hər şeydən əvvəl tərbiyənin məqsədini müəyyənləşdirməyə yüksək qiymət vermişdir. Onun fikrincə tərbiyənin məqsədi həqiqi insan yetişdirməkdir. O, əxlaq və əqli tərbiyəyə daha çox üstünlük verirdi. Tərbiyənin digər tərkib hassələrini də əxlaq tərbiyəsinin tərkib hissəsində (estetik, fiziki, əmək və s) verirdi. O, əxlaq tərbiyəsinə nəzakətlilik, təvözarkarlıq, səmimilik, doğruçuluq, düzlük, diqqətlilik, düşünərək danışmaq və hərəkət etmək, sərbəstlik, özüntənqid, təmkinlilik, ehtiyatlılıq, əməksevərlik, və s kimi sifətləri aid edirdi.

Tərbiyənin məqsədi cəmiyyətin obyektiv inkişaf qanunları əsasında müəyyən edilir, məhsuldar qüvvələrin inkişafı ilə şərtlənir, onunla bərabər dəyişir. İctimai iqtisadi quruluş dəyişdikcə tərbiyənin məqsədi də dəyişir. Ona görə müxtəlif ictimai iqtisadi quruluşlarda tərbiyə də müxtəlif məqsədləri yerinə yetirmişdir.

Müasir dövrdə inkişaf etmiş demokratik ölkələrdə tərbiyənin məqsədi hərtərəfli tnktşaf etmiş insanlar yetişdirməkdən ibarətdir. Hərtərəfli insan idealı müxtəlif dövrlərdə insanları düşündürmüş, bu isə öz əksini xalqların yaradıcılığında dövrün mütəfəkkirlərinin əsərlərində tapmışdır. Hərtərəffli inkişaf etmiş insan idealı müxtəlif xalqların həm yazılı, həm də şiffahi xalq ədəbiyyatında əks olunmuşdur. Xalq yaradıcılığında təsvir edilən bu qəhrəmanlar fiziki cəhətdən sağlam, gözəl, əxlaqı təmiz, mərd, qorxmaz, döyüşkən, xalqını və vətənini sevən şəxslər kimi verilmişdir, vəsf edilmişdir. Zaman keçdikcə hərtərəfli inkişaf etmiş şəxsiyyət idealı reallaşmış, gündəlik tələbata çevrilmiş, zəruri həyatı keyfiyyətlər kimi formalaşdırılmağa başlanmışdır.

Hərtərəfli inkişaf etmiş şəxsiyyət tələbi müasir dövrdə cəmiyyətin pedaqoji proses qarşısında qoyduğu əsas tələbdir. Bu tələb uyğun olaraq tərbiyə, təlim təhsilin insan formalaşdırılması işinin məqsədləri müəyyən edilir. Azərbaycanda tərbiyənin məqsəd və vəzifələri Azərbaycan Respublikasının Təhsil Qanununun 9-cu maddəsində öz əksini tapmışdır: dərin və hərtərəfli biliyə, bacarığa, praktik hazırlığa, yüksək mədəniyyətə, məsuliyyət hissəsinə, mütərəqqi dünyagörüşə malik olan və onu daim inkişaf etdirməyə çalışan şəxsiyyət formalaşdırmaq: soykökünə, Azərbaycan xalqının azadlıq və demokratiya ənənələrinə bağlı olan, xalqının milli, əxlaqi, humanist, mənəvi və mədəni dəyərlərinə dərindən yiyələnən, onu qoruyan və daim inkişaf etdirən, ailəsini, millətini, Vətənini sevən və daim ucaltmağa çalışan, ümumbəşəri dəyərlərə yiyələnən, insan hüquqları və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən, biliyinə, yüksək əxlaqi və mənəvi keyfiyyətlərinə, demokratikliyinə görə dünyanın ən qabaqcıl ölkələrinin vətəndaşları səviyyəsində dura bilən sağlam yurddaşlar yetişdirmək və bununla yüksək sivilizasiyalı cəmiyyət qurmağa, azərbaycanı dünyanın ən inkişaf etmiş demokratik dövlətlərindən birinə çevirməyə qadir olan İnsan tərbiyə etməkdir. Bu deyilənlərə istinad edərək demək olar ki, Azərbaycan Respublikasında tərbiyənin məqsədi hərtərəfli inkişaf etmiş şəxsiyyətlər yetişdirməkdən ibarətdir.

Hərtərəfli inkişaf etmiş şəxsiyyət dedikdə yuksək intelektual səviyəyə malik, zəruri əxlaqi keyfiyyətlərə yiyələnmiş, istehsalın əsas sahələri həqqında müəyyən biliklərə və əmək vərdişlərinə malik, gözəlliyi sevməyi, qiymətləndirməyi bacaran, yaşadığı dövrün ictimai-siyasi hadisələrinə obyektiv qiymət verən, dövlət və şəxsi hüquqları haqqında elmi məlumata malik, onu müdafiə edə bilən mübariz insanlar nəzərdə tutulur. verən, dövlət və şəxsi hüquqları haqqında elmi məlumata malik, onu müdafiə edə bilən mübariz insanlar nəzərdə tutulur.

Tərbiyənin bu məqsədinə müvafiq tərkib hissələri müəyyən edilir. Bunları aşağıdakı şəkildə qruplaşdırmaq olar:

1. Əqli təhsil və elmi dünyagörüş formalaşdırılması

2. Əxlaq tərbiyəsi

3. Əmək tərbiyəsi

4. Estetik tərbiyə

5. Fiziki tərbiyə

6. Hüquq tərbiyəsi

7. İdeya-siyasi tərbiyə

8. Ekoloji tərbiyə

Əqli təhsil və elmi dünyagörüş formalaşdırılması böyüyən nəslin, ümumiyyətlə insanların təbiət, cəmiyyət və insan təfəkkürünün obyektiv inkişaf qanunları haqqındakı elmi məlumatlara yiyələnməni əhatə edir. Bu prosesdə böyüyən nəsil sistemli təhsil müəssisələrində müxtəlif tədris fənləri vasitəsilə zəruri biliklərə yiyələndirilir və onlarda bu biliklərə müvafiq bacarıqlar, vərdişlər formalaşdırılır. Mənimsədilən həmin biliklər, elmi məlumatlar əsasında həyata baxış formalaşdırılır, dünyagörüş yaradılır. Beləki, elmlərin əsasına yiyələndikcə tərbiyə olunanlarda təbiət hadisələrinə, təbii möcüzələrin əsaslarına aid elmi münasibət yaranır, bu isə onlarda düzgün obyektiv dünyagörüş yaranmasına səbəb olur.

Böyüyən nəslin zəruri elmi biliklərə yiyələnməsi həm də ictimai-iqtisadi tələbdir. Bu tələb cəmiyyətin, ictimai-iqtisadi quruluşun pedaqoji proses qarşısında qoyduğu əsas vəzifədir. Ona görə də müxtəlif ictimaiiqtisadi quruluşlu cəmiyyətlərdə tərbiyə məqsədi də müxtəlif olmuşdur. Buna səbəb həm də məhsuldar qüvvələrin inkişaf səviyyəsi, elmi-texniki tərəqqinin vəziyyəti olmuşdur. Müasir yüksək elmi-texniki inkişaf səviyyəli dövlətlərdə təhsilin müəyyən dövrü məcburidir. Bu insanların, xüsusən də yeniyetmə və gənclərin yaşadığı cəmiyyətin əsas iqtisadi inkişaf səviyyəsinə cavab verə biləcək vəziyyətə hazır olması tələbindən irəli gəlir. Elmi məlumatlara yiyələnmə, intellektual inkişaf hər bir şəxsə həyatda, quruculuq işində fəal iştirak etmə, təbiət və cəmiyyət hadisələrinə obyektiv qiymət vermə, əməyini və həyatını düzgün qurma, öz yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmə və s. bu kimi imkanlar verir. İnsanlar həyat və fəaliyyətlərinin müxtəlif dövrlərində elmi məlumatlara yiyələnmə zəruriyyəti qarşısında qalırlar. Bu istehsalatın və xalq təsərrüfatının digər sahələrindəki elmi yeniliklərin tədbiqi ilə bağlı olur.

Əmək tərbiyəsi və politexnik təhsil böyüyən nəslin, ümumiyyətlə insanların əmək fəaliyyətinə həm nəzəri həm də təcrübi nöqteyi nəzərdən hazırlanmasını əhatə edir. Əmək tərbiyəsi əməyin elmi əsasları, onun elmi təşkili haqqında sistemli məlumatlar verir, zəruri əmək bacarıq və vərdişləri, əməyə, əmək adamlarına, öz əmək fəaliyyətinə münasibət formalaşdırır. Bu proses həm xüsusi dərslər, müxtəlif tip məşğələlər, həm də ayrı-ayrı fənlərin tədrisi vısitəsilə həyata keçirilir. Bu yolla insanlara onların yaşaması üçün əmək fəaliyyətinin birinci əsas şərt olduğu dərk etdirilir. Bu iş məktəbdənkanar tərbiyə müəssisələrində, mədəniyyət müəssisələri və digər tərbiyə müəssisələrində müxtəlif tipli çalışmalar, tədbirlər, dərnəklər vasitəsilə də həyata keçirilir. Mədəniyyət müəssisələrində müxtəlif texniki dərnəklərdə istehsalatdakı yeniliklər, texniki yeniliklərə aid elmi məlumatlar verilir., həm də yeni əmək bacarığı və vərdişi formalaşdırır. Azərbaycan mütəfəkkirlərinin əsərlərində əmək tərbiyəsinə, əməyin insanın formalaşmasında oynadığı rola yüksək qiymət verilmişdir. Bu Nizami Gəncəvi əsərlərində xüsusilə geniş verilmişdir. Nizaminin fəkrincə «cəhənnəmdə əməklə məşğul olmaq cənnətdəki əməksiz həyatdan yaxşıdır».

Peşə təhsili xüsusi gimnaziya, seminariyalar, litseylər, texnikum və s. orta-ixtisas müəssisələrində istehsal və xalq təsərrüffatının müxtəlif sahələrində çalışa biləcək şəxslər formalaşdırır. Ali təhsil müəssisələrində isə yüksək ixtisaslı, ali hazırlıqlı, hərtərəfli inkişaf etmiş və müəyyən sahə üzrə formalaşmış yüksək ixtisaslı şəxslər hazırlanır.

Əxlaq tərbiyəsi böyüyən nəslə cəmiyyətdə mövcud olan əxlaq normaları, davranış qaydaları, onların mahiyyəti haqqında nəzəri məlumatlar vermək, müvafiq əxlaqi adətlər formalaşdırmaqdan ibarət uzun müddətli bir prosesdir. Əxlaq tərbiyəsi vasitəsilə böyüyən nəsil zəruri əxlaqi anlayışları mənimsəyir, əxlaqi keyfəyyətlərə yiyələnir, bəşəri və sosial birgəyaşayış normaları ilə tanış olur. Bu prosesdə onlarda cəmiyyətə, insanlara, ailəyə, hər kəsin özü-özünə münasibəti formalaşdırılır. Əxlaq tərbiyəsi demək olar ki, insanın ömrünün sonuna qədər davam edir. İnsan həyatının müəyən dövründən sonra əxlaqi keyfiyyətlər formalaşdırılması işi məktəbdənkanar tərbiyə, mədəniyyət və digər müəssisələrdə icra edilir. Bu müəssisələrdə aparılan tərbiyə tədbirləri cəmiyyətin aktual tərbiyə problemlərinə həsr edilir.

Yəni ayrı-ayrı istehsal sahələrinin tələb etdiyi zəruri əxlaqı münasibətlərin təcrübi cəhətdən mahiyyəti açılır, insanlar arasındakı rəsmi iş, etik və s. münasibətlərin istehsala, kollektivin fəaliyyətinə təsiri izah edilir. Digər tərəfdən cəmiyyətdəki dəyişikliklərlə əlaqədar olan yeni münasibət, yeni vəziyyətdə işçilərin və digər şəxslərin riayət etməli olduqları qayda və normalar izah edilir. Məsələn, sahibkarlığa istinad edən cəmiyyətdə yeni istehsal – iş münasibətləri meydana çıxır. Bu isə insanlardan fəaliyyətə yeni münasibətlə yanaşmağı tələb edir. Belə ki, əvvəllər sosial yarışları qarşılıqlı yardım və köməyə əsaslanırdısa indiki istehsal rəqabətə istinad edir. Rəqabət isə hər bir işçi işini yaxşı, elmi əsaslarla, keyfiyyətli qurmağa, iş və kollektiv daxili normalara ciddi riayət etməyə məcbur edir. Əks halda işçi işsiz qala bilər. Bu yeni tələb təlim-tərbiyə müəssisələri ilə yanaşı mədəniyyət və incəsənət müəssisələrində də insanlara izah edilir mənimsədilir.

Fiziki tərbiyə fiziki cəhətdən sağlam, bədəncə möhkəm, çevik, dözümlü, əmək qabiliyyətli şəxsiyyətlər yetişdirməyə xidmət edir. Fiziki tərbiyə vasitəsilə həmçinin insanlarda müsbət iradi keyffiyətlər də təşəkkül tapır. Fiziki tərbiyə insanları Vətəni müdafiə etməyə hazırlayır. Bunun üçün təlim müəssisələri xüsusi proqram əsasında fəaliyyət göstərir. Fiziki tərbiyə həmçinin əqli inkişaf vasitəsidir. Belə ki, fiziki cəhətdə zəif və nöqsanlı insanların əqli inkişafında da çatışmamazlıq və ya nöqsanlar mövcud olur. Bu nöqteyi nəzərdən H. Zərdabi fiziki tərbiyəni hərtərəfli və harmonik şəxsiyyət formalaşdırmanın əsas şərtlərindən biri hesab edirdi. Onun fikrincə, fiziki tərbiyə əqli və əxlaq tərbiyəsinin müvəffəqiyyətlə həyata keçirilməsi üçünmühüm əhəmiyyətə malikdir.

Görkəmli fransız pedaqoqu P. F. Lesqaft da fiziki tərbiyəni yüksək qiymətləndirmiş, onu iradə və xarakterin formalaşmasında əxlaq tərbiyəsində əqli qabiliyyətləri, fikri fəallığın bədii zövqlərin yaranmasında, tərbiyəsində mühüm amil, vasitə hesab etmişdir.

Estetik tərbiyə insanları gözəllik aləminə yaxınlaşdırır, estetik zövqlər yaradır, gözəlliyi görmə, qavrama, dərk edərək qiymətləndirmə bacarığı formalaşdırır, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir. Estetik tərbiyə insanlarda gözəl hisslər yaratmaqla onları həyata gözəllik ünsürləri daxil etməyə təhrik edir.

Tərbiyənin digər tərkib hissələri kimi estetik tərbiyə də əxlaq, əqli, fiziki, əmək, hüquq və s. kimi keyfiyyətlərlə qarşılıqlı əlaqədədir.

Hüquq tərbiyəsi də tərbiyənin tərkib hissələrindən biridir. Hüquq tərbiyəsi vasitəsilə insanlar hüquqi biliklərə yiyələnir cəmiyyətdə mövcud olan hüquq normaları, onların mahiyyəti, hüquqi pozuntularının konkret nəticəsini öyrənirlər. İnsanlar cəmiyyətdə vətəndaşın hüquqları haqqında zəruri biliklərə yiyələnirlər. Hüquq tərbiyəsi vasitəsilə tərbiyə olunanlarda cəmiyyətdə mövcud huquq normalarına formalaşdırılır.



İdeya – siyasi tərbiyə də hərtərəfli şəxsiyyət formalaşdırılması işinin mühüm cəhətlərindən biridir. İdeya siyasi tərbiyə vasitəsilə ictimai-siyasi hadisələrə obyektiv yanaşma və qiymətləndirmə bacarığı formalaşdırılır. Bu yolla yeniyetmə və gənclərdə düzgün münasibət, yüksək əhval ruhiyyə, mübarizlik, düzgün, obyektiv ictimai-siyasi mövqe tərbiyə olunur. İdeya siyasi tərbiyə təlim prosesində müxtəlif fənlərin tədrisi prosesində həmçinin sinifdən və məktəbdənkənar tədbirlər vasitəsilə aşılanır. İdeya siyasi tərbiyə işində mədəniyyət müəssisələri, ədəbiyyat və incəsənət, kütləvi informasiya vasitələri əhəmiyyətli yer tutur. Həmin vasitələrlə insanlar mövcud ictimai-siyasi hadisələrin mahiyyəti ilə tanış olur, siyasi cərəyanlar partiyaların yaranma şəraiti, səbəbi, məqsədi, prinsipləri ilə tanış olurlar. Siyasi hadisələrlə kortəbii və şüurmuz qoşulma hallarını təhlil edərək, siyasi siyasi hadisələrin mahiyyəti haqqında müqayisələr apararaq, həm siyasi biliklərə yiyələnirlər, həm də bu hadisələri düzgün qiymətləndirə bilirlər. Bu isə onlarda fəal həyat mövqeyi, şüurlu ictimai-siyasi münasibət formalaşdırır.
Yüklə 22,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin