Elektron məlumat bazalarinin yaradilmasi və Vİrtual xiDMƏt baki 2012



Yüklə 189,54 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix03.12.2016
ölçüsü189,54 Kb.
#709
  1   2   3

0

ELEKTRON MƏLUMAT BAZALARININ

YARADILMASI VƏ VİRTUAL XİDMƏT

BAKI - 2012

1

ELEKTRON MƏLUMAT BAZALARININ

YARADILMASI VƏ VİRTUAL XİDMƏT

Respublikanın  kütləvi  və ixtisas-

laşdırılmış  kitabxanaları, Mər-

kəzləşdirilmiş  Kitabxana  Sistem-

ləri üçün metodik tövsiyələr

BAKI - 2012

2

Tərtibçi:

S.Salamlı

İxtisas redaktoru və

buraxılışa məsul:

K.M.Tahirov

Redaktor:

A.Abdullayeva

Elektron  məlumat  bazalarının  yaradılması  və

virtual  xidmət: metodik tövsiyə /tərt.  ed.  S.Salamlı;  ixt. red.

və bur. məs. K.Tahirov;  red. A.Abdullayeva; M.F.Axundzadə

adına Azərbaycan Milli Kitabxanası.- Bakı, 2012.- 46 s.

© M.F.Axundzadə adına Milli Kitabxana, 2012


3

GİRİŞ

Müasir  şəraitdə kitabxanalar  informasiyalaşdırılmış  və-

təndaş cəmiyyəti quruculuğunun sosial sifarişi əsasında forma-

laşmaqdadır. Bu  sosial  sifariş  dövlətin  və cəmiyyətin  qayğısı

ilə,  yeni  kitabxana-informasiya  texnologiyalarına  yiyələnmiş,

azad  dünyagörüşlü,  təşəbbüskar  kitabxanaçıların  gərgin əməyi

nəticəsində yerinə yetirilir.

İnsan  fəaliyyətinin əsas  məhsullarından  sayılan  infor-

masiya  qloballaşaraq  təlabatçıların  başlıca  axtarış  və mənbə

mərkəzinə çevrilmişdir. XXI əsrin əvvəllərindən başlayaraq cə-

miyyətin sürətlə inkişaf etməsi, kitabxanaları yeni informasiya

texnologiyalarından,  kompyuterləşmiş  iş  vasitələrindən,  dur-

madan  artan  informasiya  ötürücülərindən,  operativ kommuni-

kasiya  şəbəkələrindən  maksimal səviyyədə istifadəsini zəruri

edir.  Kitabxanalar  öz  oxucularını  bütün  məlumatları müasir

üsullarla qavramağa istiqamətləndirir.

Ənənəvi  kitabxanaların  inkişaf perspektivlərini  müasir

kitabxanaların  iş  prinsipləri  ilə müqayisə etdikdə məlum  olur

ki, əvvəllər kitabxanalar yalnız sənəd kütləsinin toplandığı  yer

kimi  xarakterizə olunurdu. İndi  isə kitabxanaların  funksiyaları

xeyli artmış, yeni istiqamət almışdır. Artıq müasir kitabxanala-

rın  iş  meyarlarını  səciyyələndirən  amillərə müasir avtomatlaş-

dırma vasitələrindən istifadə etmək kimi proseslər daxil olmuşdur.

Təqdim olunan vəsaitdə kitabxana proseslərinin kompyu-

terləşdirilməsinin əsas istiqamətlərindən: kitabxanaların ənənə-

vi proseslərinin  kompyuterləşdirilməsindən,  elektron  katalo-

qun, elektron kitabxanaların  yaradılmasından, kitabxanalarda

elektron  sənəd  mübadiləsi  xidmətinin  təşkilindən, korporativ

kitabxana-informasiya şəbəkələrinin  yaradılmasından, elektron

məlumat  bazalarının  hazırlanması  və oxucuların  informasiya

təminatının ödənilməsində bu məlumat bazalarından istifadə və

virtual  xidmətin  təşkilindən  bəhs  edilir. Vəsaitin  sonunda  bu



4

mövzu  üzrə tövsiyə olunan ədəbiyyat  siyahısı  da təqdim edil-

mişdir.

Vəsait  respublikanın  kütləvi  və ixtisaslaşdırılmış  kitab-



xanaları,  Mərkəzləşdirilmiş  Kitabxana  Sistemləri və mütəxəs-

sislər üçün nəzərdə tutulmuşdur.

Nəşrlə bağlı arzu və rəylərini bildirəcək hər bir mütəxəs-

sisə və oxucuya əvvəlcədən minnətdarlığımızı bildiririk.



Ünvan: AZ-1000 Bakı şəh., Хaqani küç. 29

Е-mail:

contact@anl.az

5

Kitabxana proseslərinin kompyuterləşdirilməsinin

əsas istiqamətləri

Müasir  dövrdə

kitabxanaların  üzərinə

informasiya

sənayesinin inkişaf prosesinə birmənalı şəkildə təsir və inteqra-

siya  edərək ənənəvi  məlumat  məhsulları  ilə bərabər  avtomat-

laşdırılmış  kitabxana-informasiya  sistemlərinin  tətbiqindən

bəhrələnib müasir məzmunlu məlumatların əldə edilməsi, qoru-

nması və ötürülməsi kimi vəzifələr düşür.

Bu  gün  cəmiyyətdə baş  verən  demokratikləşmə,  sosial,

iqtisadi,  elmi-mədəni  inkişaf,  qloballaşma  meylləri  kitab-

xanaların  kompyuterləşməsini  tələb  edir Kitabxananın  öz  işin-

də qazanacağı uğurlar  kompyuterin  imkanlarından,  internet

texnologiyasından,  avtomatlaşdırmadan  nə səviyyədə istifadə

edilməsindən asılıdır. Kitabxana işinin keçmiş ənənələri müasir

üsullarla bu gün də davam etdirilməlidir. Lakin müasir dövrün

tələblərinə uyğun  olaraq kitabxanalarda  elektron  kataloqun,

elektron kitabxananın təşkili, məlumat bazalarının yaradılması,

oxuculara yeni virtual xidmətin təqdim edilməsi kitabxanaların

qarşısında duran prioritet məsələlərdəndir. Kitabxanaların kom-

pyuterləşdirilməsi, yeni kitabxana-informasiya texnologiyaları-

nın  yaranması  və onların  kitabxanalarda  tətbiqi  kitabxanaların

xidmət  sisteminin  (oxu  zallarının  və abonoment  şöbələrinin)

yüksək inkişaf səviyyəsini təmin edir.

Müasir  şəraitdə şəhər, rayon  kitabxanaları öz oxu zal-

larında  və abonement  şöbələrində kitab,  kartoçka  və kartote-

kalarla işləməklə yanaşı, həmçinin ən  müasir  informasiya-

kommunikasiya  texnologiyalarından  istifadə edərək ənənəvi iş

üsullarının keyfiyyətini  yüksəldəcək, internet  informasiya

resursları,  elektron  kataloq  və elektron  kitabxana,  elektron

məlumat  bazaları  yaradacaq,  elmi  kommunikasiyaların  inkişa-

fına təkan verəcəkdir.

Bu  sahədə ilkin görüləcək  iş kitabxanaların ən  yeni

kompyuter – telekommunikasiya texnikası ilə təchiz olunması,



6

bu  işdə çalışa  biləcək yüksək  ixtisaslı kadrların hazırlanma-

sıdır

.

Bu, kitabxanalara öz  oxucularına məsafədən asılı  olma-



yaraq, 24 saat müddətində online xidməti göstərən informasiya

müəssisələri  kimi  fəaliyyətinə imkan  verəcəkdir. Müasir

kitabxanalar internet-kompyuter  şəbəkəsi  vasitəsilə heç  bir

siyasi,  dini,  milli  məhdudiyyətlər tanımadan,  ölkələrin  coğrafi

sərhədlərini  aşaraq  öz  informasiya  xidmətlərini  oxuculara

bilavasitə yaşadıqları  və işlədikləri  yerlərdə təqdim  edib,

cəmiyyət  üzvlərinin  mənəvi

aləminə,  təfəkkür  tərzinə,

əxlaqına,  psixologiyasına  daha  çox  nüfuz  etmək  imkanına

malik olacaqlar.

Kitabxana  proseslərinin kompyuterləşdirilməsinin, əsa-

sən aşağıdakı istiqamətlərdə həyata keçirilməsi məqsədəuyğun

hesab edilir:

I. Kitabxanaların ənənəvi iş üsullarının

kompyuterləşdirilməsi

Bu  sahədə vacib  istiqamətlərdən birincisi kitabxanaların

ənənəvi proseslərinin (kataloqlaşdırma, komplektləşdirmə, abo-

noment  və s.) kompyuterləşdirilməsindən  ibarətdirdir. Bu  pro-

sesdən  sonra kitabxanaya daxil  olan təzə kitablar, ilk  növbədə

kompyuterdə öz əksini tapacaq, katroçkalar kompyuterdə yazı-

lacaq  və çoxaldılacaqdır. Bununla  ağır  və yorucu  kitabxanaçı

əməyini  asanlaşdırmaq,  eləcə də kitabxanada  görülən  bir  sıra

işlərin təkrar  yerinə yetirilməsinin qarşısını almaq, əmək məh-

suldarlığını və effektivliyini keyfiyyət və kəmiyyət baxımından

artırmaq,  kitabxana  fondunun  etibarlı  surətdə mühafizəsini və

bu  fonddan  daha  geniş  oxucu  kontingentinin  səmərəli  isti-

fadəsini təmin etmək olacaqdır.

Bu  gün  artıq  bir  çox  kitabxanalarımız  elmi  informasiya

təminatında  yeni texnologiyalar  tətbiq  etməklə bərabər,  eyni

zamanda daha  da  irəli  gedərək  oxuculara  qeyri-ənənəvi  infor-



7

masiya və mütaliə formaları hazırlayır, onların sorğularına mü-

asir  elektron  vasitələrlə (e-kitab,  e-jurnal,  e-qəzet  və s.)  daha

qlobal  və əhatəli  cavab  vermək  üçün  məlumat  bazalarından

istifadə edirlər.

Əsasən də regionlarda müasir informasiya texnologiyala-

rının tətbiqi, bu istiqamətdə kadrlarının yetişdirilməsi, kompyu-

ter biliklərinin təkmilləşdirilməsi, məlumat bazalarının yaradıl-

ması istiqamətində məqsədəyönlü tədbirlər görülür.

II.

Elektron kataloqun yaradılması

İkinci  vacib istiqamət  elektron  kataloqun yaradılmasıdır.

Elektron  kataloq kitabxana  fondunun  güzgüsüdür. Onun ümu-

mi modulunu aşağıdakı kimi izah etmək olar:

1. Elektron 

kataloq


-

maşınla 


oxunan 

formada


reallaşdırılan kitabxana kataloqudur.

2. Elektron  kataloq - kataloq  funksiyalarını icra  edən

biblioqrafik məlumat bazasıdır.

3. Elektron  kataloq

- avtomatlaşdırılmış  kitabxana-

informasiya sistemi və ya onun altsistemidir.

4. Elektron kataloq - online kataloqdur.

Kitabxanaların  xidmət  sisteminin  keyfiyyətinin  daha  da

yaxşılaşdırılması məqsədilə elektron kataloqların yaradılmasına

ehtiyac duyulur. Çünki hazırki informasiya çoxluğunda oxucu-

ların istədikləri məlumatı əldə edə bilmələri üçün elektron kata-

loqun yaradılmasının əhəmiyyəti çox böyükdür.

Hal-hazırda Azərbaycanda kitabxanaların modernləşməsi

prosesi  gedir və hər bir  kitabxana özünün elektron kataloqunu

yaratmağa çalışır. Ancaq bu ağır və maliyyə vəsaiti tələb edən

bir  prosesdir.  Respublika  kitabxanalarının əksəriyyəti  isə belə

imkana malik deyildir. Ona görə də M.F.Axundov adına Azər-

baycan  Milli  Kitabxanası bu  istiqamətdə yerlərdə olan  kitab-

xanalara öz köməkliyini əsirgəmir.


8

Azərbaycan  Milli  Kitabxanası VTLS/Virtua  AKİS  sis-

temi ilə işləyir. Bu sistemdən korporativ şəkildə istifadə etmək

mümkündür.  Yəni,  yerlərdə olan  kitabxanalar əlavə sistem

almadan Azərbaycan  Milli  Kitabxanasının  VTLS/Virtua  siste-

minə qoşularaq  özlərinin  elektron  kataloqunu yaratmaq  imka-

nını əldə edə bilərlər.

III.Elektron kitabxanaların yaradılması

Üçüncü istiqamət elektron kitabxanaların  yaradılmasıdır.

Müasir  oxucular ən operativ  informasiyanı əldə etmək  üçün

internetdən  istifadəni əvəzsiz  sayırlar.  Belə oxucuların  mara-

ğını  elektron  kitabxanalar  daha  çox  təmin  edir.  İnkişaf  etmiş

ölkələrdə kitabxanaların  avtomatlaşdırılmış  sistemlə işləməsi

təcrübəsinin uğurları respublikanın rayon kitabxanaları üçün də

nümunəyə çevrilməlidir.

Elektron  kitabxanalar informasiyalaşdırılmış  cəmiyyət

quruculuğunun  sosial  sifarişidir. Elektron  kitabxanalar oxucu-

lara  informasiya  xidmətinin kompyuterləşdirilməsinin nəticəsi

olub, ənənəvi  kitabxanalara  alternativ  bir  qurum  deyil,  yalnız

bir xidmət növüdür.

Elektron  kitabxana  ümumi  istifadə üçün  açıq  olan  lokal

və uzaq məsafədə yerləşən paylanmış informasiya resurslarına

malik olur. Lokal (internetə çıxışı olmayan kitabxananın daxili

internet  şəbəkəsində oxunan ədəbiyyat) resurslar  elektron  ki-

tabxananın web və FTP serverlərində toplanmış, kitabxana fon-

dunda yerləşən ədəbiyyatın elektron nüsxələrindən və kitabxa-

na tərəfindən ödənişli və ya mübadilə üsulu ilə alınmış elektron

sənəd və nəşr toplusundan ibarətdir. Elektron kitabxana müasir

web  texnologiyası əsasında  fəaliyyət  göstərir. Müasir  dövrdə

oxucular  elektron kitabxanalar sayəsində kitabxanaların  infor-

masiya ehtiyatlarından istifadə edir.

Elektron  kitabxanalar  uzaq  məsafədən  oxuculara  daha

dolğun informasiya xidməti göstərərək, bu xidmətin zaman və



9

məkandan asılılığına son qoyur. Ənənəvi kitabxanalarda infor-

masiya  xidməti  yalnız  kitabxananın  iş  saatı  müddətində və

məhdud sayda oxuculara göstərildiyi halda, elektron kitabxana-

lar 24 saat müddətində fəaliyyət göstərir və dünyanın istənilən

nöqtəsində yerləşən  qeyri-məhdud  sayda  oxuculara  eyni  za-

manda  xidmət  edir.  Elektron  kitabxanalar  rahat  və sərfəli  xid-

mət  növüdür.  Müasir  şəraitdə respublikamızın  bəzi  kitabxa-

nalarında  bu  xidmətin  təşkili  qısa  müddətə və az  xərc  sərf  et-

məklə böyük informasiya ehtiyatlarının oxucuların istifadəsinə

verilməsini  və oxucu  tələbatının  operativ  yerinə yetirilməsini

təmin edir.

Elektron  kitabxanaların  yaradılması  düzgün  planlaşdır-

madan, yəni, proqramın düzgün seçilməsindən başlayır.

Elektron kitabxana daim yeniləşmə, inkişaf və profilaktik

iş tələb edir. Bu məqsədlə kitabxanaya bütün funksional istiqa-

mətlərdə peşəkar  mütəxəssislər – təsvirin  işlənməsi,  mətnin

rəqəmsallaşdırılması  üzrə mütəxəssis kompyuter şəbəkəsinin

ekspluatasiyası üçün  sistem  administratoru  və proqramlaşdırı-

cılar, metaverilənlərin yaradılması və daxil edilməsi üçün kata-

loqlaşdırıcılar,  bir  neçə layihə rəhbəri,  eyni  zamanda  istifadə-

çilərin kolleksiyaya çıxışına kömək və onlarla iş məqsədilə xid-

mət şöbəsi işçiləri tələb olunur.

Elektron  kitabxanadan  istifadə çox  sadədir,  ondan  istifa-

də üçün oxucudan İnternetə qoşulmuş kompyuter və İnternetin

www xidmətindən istifadə vərdişi tələb olunur.

Təəssüflər  olsun  ki,  hələ bizim  rayon  şəhər  və rayon

kitabxanalarında çox  az  sayda  elektron  kitabxanaların  yaradıl-

masına başlanmışdır.

Ona görə də elektron kitabxanadan istifadəni əyani şəkil-

də Milli  kitabxananın  elektron  kitabxanası  vasitəsilə göstərək.

Əvvəlcə Milli  kitabxananın www.anl.az saytına  daxil  oluruq,

daha  sonra  açılan  səhifənin  sol  tərəfindən elektron kitabxana

linkinə (keçid) vururuq.



10

Açılan pəncərədən biz axtardığımız məlumatı elm sahələ-

ri üzrə, müəllifin və sərlövhənin baş hərfinə əsasən tapa bilərik.


11

Məsələn,  yuxarıda  göstərilən  şəkildən  təbiət  elminin

kimya  bölməsi seçilib.  Seçildikdən  sonra  aşağıdakı  şəkildəki

kimi səhifə açılır.

Siyahıdan istədiyimiz ədəbiyyatı seçib üstündən vururuq, və

kitabın tam mətni elektron versiyada açılır.

Elektron kitabxana müəllif hüquqlarını qoruyub saxlamaqla,

milli ədəbiyyat nümunələrini  elektron  daşıyıcılarına  köçür-

məklə yaradılır.  Eyni  zamanda  elektron  kitabxanaya  müəllifin

öz  arzusu  ilə onun  təqdim  etdiyi əsərin  elektron  versiyası  da

daxil edilə bilər.

Milli kitabxananın elektron məlumat bazasına da elektron

kitabxana linki (keçid) vasitəsilə daxil  olmaq  olur. Burada

Azərbaycanın görkəmli şəxsiyyətləri, şair, yazıçı, ictimai-siyasi

xadimlər və başqalarının həyat və yaradıcılığı,  kitabları,

şəkillərindən  ibarət  fotoalbom və videogörüntülər  elektron

versiyada istifadəçilərə təqdim edilir. Eyni zamanda saytın ana

səhifəsinin  sağ  və sol  tərəfində “Xocalı  soyqırımı”,  “Heydər

Əliyev Fondu”, “Azərbaycan kitabxanaları”, “Bunları unutmaq

olmaz. Qan yaddaşımız”, “İşğal altında olan torpaqlarımız bizi

çağırır”, “Mədəniyyət və Turizm Nazirliyi və Milli Kitabxana-


12

nın  birgə “Bərpanəşr”  layihəsi”,  “Azərbaycanın  hüquqi  məlu-

mat  bazası”  və digər  elektron  məlumat  bazaları  da  var. Bu

bazalardan  istifadə etmək  üsullarını  aşağıdakı  şəkildən  aydın

görmək olar.

Elektron məlumat bazası linkinə (keçid) vurduqdan sonra

məlumat  bazasına  salınan  şəxsiyyətlərin  siyahısı  gəlir.

Məsələn:


13

Əgər ulu öndər Heydər Əliyev haqqında məlumat bazası-

na baxmaq  istəyiriksə, yuxarıdakı şəkildə işarə edildiyi  kimi

“Heydər Əliyev irsi” linkini (keçid) seçib bu baza ilə tanış ola

bilərik.


14

Bütün  bunlarla  yanaşı, Milli  Kitabxana  oxucularına

“Kütləvi informasiyalar sistemi” adlı məlumat bazasını təqdim

edir.  Məlumat  bazasında oxucular Rusiya  və xarici  ölkələrin

sənaye  siyasəti,  yenilikləri,  son  14  ili əhatə edən  informasiya-

lar ilə tanış edilir. Burada, həmçinin  şirkətlər,  tenderlər,  qa-

nunvericilik  və

gömrük,  biletlər,

otellər  və

s.  barədə

informasiyalar əldə etmək olar.

Milli Kitabxananın Humanitar elmlər zalında Azərbaycan

və rus  dillərində Azərbaycan  Respublikasının  qanunvericiliyi

üzrə onlayn  məlumat  bazası fəaliyyət  göstərir.  Bu  bazadan

www.qanun.info (Azərbaycan  dilində) və www.consulting.

minimax.az (rus  dilində)  internet  səhifəsinə daxil  olmaqla

istifadə etmək olar.

Milli Kitabxananın saytındakı elektron kitabxana bölmə-

sində mikrofilimləşdirilmiş ədəbiyyatın,  qədim ədəbiyyatın,



15

dövri və ardı davam edən nəşrlərin elektron məlumat bazası da

mövcuddur.

Şəkildən göründüyü kimi, kursoru mikrofilimləşdirilmiş

ədəbiyyat  linkinin (keçid) üstünə gətirdikdə 2  bölmə açılır  ki,

bunlar da mikrofilmləşdirilmiş kitablar və mikrofilmləşdirilmiş

dövri mətbuatdır. Kitabxana fondunda olan mikrofilmlərin tam

mətninin elektron  variantını  bu  link (keçid) vasitəsilə tapmaq

mümkündür. Həmçinin  qədim ədəbiyyat bölməsində fondda

olan  qədim kitablar əsasında  hazırlanmış  elektron  resursların

siyahısı  da təqdim  edilir. Lakin  məzmun  və tarixilik  baxı-

mından qiymətli, xüsusilə, nadir nüsxələr olduğundan elektron

resurslardan  kitabxananın  Elektron  İnformasiya  Xidməti  və

KAA  (kitabxanalararası  abonoment)  şöbəsində lokal  şəbəkədə

istifadə etmək olar.

Kitabxanada  olan  XVIII əsrin  sonlarından başlayaraq

Azərbaycanda nəşr olunmuş dövri və ardı davam edən nəşrlərin

elektron versiyaları da hazırlanır ki, bu da şəkildən göründüyü

kimi, dövri  və ardı  davam  edən  nəşrlərin  elektron  məlumat

bazasında yerləşib.

Bu  bölmədə Azərbaycanda  nəşr  olunan  və İnternet saytı

olan  qəzetlərin, dövri  və ardı  davam  edən  nəşrlərin  elektron

məlumat  bazası  ayrıca  linklər (keçid) şəklində gəlir.  Həmin

linklər aşağıdakı kimidir:



16

Şəkildən göründüyü  kimi, istənilən qəzetin  üstündən  vur-

duqda həmin qəzetin saytı açılır.

Aşağıda göstərilən şəkildəki linkin (keçid) üstündən vurduq-

da  isə dövri  və ardı  davam  edən  nəşrlərin  elektron  versiyaları

qəzetlər və jurnallar şəklində olmaqla siyahı kimi istifadəçilərə

təqdim olunur.

Bunu aşağıdakı şəkildən daha aydın görmək olar:



17

Bu  siyahıdakı qəzet  və jurnalların qarşısında  il  və ay

qeyd olunub ki, bu da həmin mətbu orqanların hansı ayda hansı

nömrəsinin  elektron  versiyasının  hazır  olmasını  bildirir.

Məsələn,  jurnallar  bölməsində “Əkinçi” jurnalını götürsək,

1921-ci il oktyabr ayından dekabr ayına qədər olan nömrələrin

tam  mətninin  elektron  versiyasının istifadəçilərə təqdim

olunduğunun şahidi olarıq.

Lakin  onu  da  bilmək  lazımdır  ki,  dünya  elm  sferasına

müraciət etmədən, digər kitabxanalarla informasiya mübadiləsi

aparmadan  müasir  oxucuların  sorğusunu  bütünlükdə ödəmək

mümkün  deyildir.  Bu  səbəbdən Azərbaycanın  digər  elektron

resursları  da  mövcuddur. Qeyd edək ki,  bu  elektron  resurslara

Milli  Kitabxananın  saytından  da  keçid  almaq  olar.  Milli

Kitabxananın  saytının  elektron  kitabxana bölməsinə vurduqda

səhifə açılır  ki,  burada  da “Azərbaycanın  elektron  resursları”

adlı ayrıca link (keçid) var.


18

Şəkildən  aydın  olur  ki, digər elektron kitabxanalar  və

elektron  kataloqlar “Azərbaycanın  elektron resursları” başlığı

altında verilmişdir.

Prezident  kitabxanasının timsalında  bu  bölmə ilə tanış

olaq. Həmçinin  Azərbaycan  Respublikası Prezidentinin İşlər

İdarəsi Prezident Kitabxanasının elektron kitabxana və elektron

kataloquna www.preslib.az yazıb daxil olmaq olar.

Kursoru  Prezident  Kitabxanasının  üstünə gətirdikdə

elektron  kitablar,  elektron  resurslar,  biblioqrafik  göstəricilər,

məlumat  bülletenləri  adlı  4  yarımbaşlıq  açılır  ki,  bunların  da

istədiyimiz hər hansı birinin üstündən vuranda axtarış aparmaq

olar. Həmin  link  (keçid) aşağıda göstərilən  şəkildəki səhifəni

açır.


19

Prezident  Kitabxanasının  fonduna  daxil  olan  hər  bir  çap

məhsulu  elektron  kataloqda  öz əksini  tapmış, bütün  növ

nəşrlərin biblioqrafik təsviri verilmişdir.

Kursoru  E-kitabxana  linkinə (keçid) gətirdikdə elektron

kataloqda  axtarış  aparmaq  üçün  səhifə açılır. Səhifənin  sol  və

sağ  tərəfi  verilənlər  bazası  və axtarış  növü  olmaqla  iki  yerə

bölünür.  Verilənlər  bazasında kitablar  (yeni),  kitablar  (retro),

dövri  mətbuat  (2004-2011),  avtoreferatlar  və s.  üzrə axtarış

aparmaq  mümkündür.  Axtarış  zamanı  bunlardan  biri  seçilir.

Bununla  bərabər  səhifənin  sağ  tərəfində olan  axtarış  növü

vasitəsilə sorğu verilən kitab hansı istiqamət üzrə - yəni, sadə,

geniş, lüğət və s. seçilib axtarılır. Məsələn:


20

Məsələn, şəkildə işarə olunan bölmələr seçildikdən sonra

səhifədə açılan elektron  kataloq vasitəsilə açar sözlər, müəllif,

nəşr ili və s. üzrə axtarışlar aparmaq mümkündür.

Bu  axtarış formasında, eyni  zamanda  bir  neçə axtarış

meyarı seçilə bilər. Açar sözlər vasitəsilə axtarış zamanı axtarış

sahəsində əlavə dəqiqləşdirmələr aparmaq mümkündür.

Əlavə axtarış sahələri (müəllif, nəşrin növü, ISSN/ISBN,

nəşr  ili)  sorğunu  dəqiqləşdirməyə imkan  verir.  Bütün  axtarış

elementləri “VƏ” məntiqinə əsasən cəmlənir.

Daha  sonra  kitabxananın  saytında  kursoru  E- kitablar

linkinin (keçid) üstünə gətirdikdə açılan  səhifənin  yuxarı

hissəsində əlifba  ardıcıllığı  verilir  ki,  buradan  da  istənilən

müəllifin  və ya  sərlövhənin  baş  hərfləri  ilə axtarış  aparıb,

axtarılan  kitabın tam  mətninin elektron  versiyasını  oxumaq

olar. Əgər  bizə Azərbaycan  Respublikasının  Prezidenti İlham

Əliyevin  kitabları lazımdırsa, sorğunu  “Ə”  hərfi  üzrə verməli-

yik. Bunu əyani olaraq aşağıdakı şəkildə göstərək:



21

Axtarış  zamanı  açılan  səhifədə müəllif  və ya  sərlövhə

üzrə siyahı  çıxır.  Kitabın tam  mətnini  oxumaq  üçün kursoru

təsvirin üzərinə gətirib üstündən vururuq.

Kitabxananın saytının  ana  səhifəsindən  biblioqrafik

göstəricilər,  məlumat  bülletenləri,  yeni  nəşrlər,  elektron

resurslar,  elektron  layihələr adlı  elektron  məlumat  bazalarına

keçid almaq mümkündür.

Hazırda  dünyanın

ən  qabaqcıl  avtomatlaşdırılmış

kitabxana-informasiya  sistemi  ilə işləyən kitabxanalarımızdan

biri  də AMEA-nın Mərkəzi  Elmi  kitabxanasıdır. www.csl-

az.com saytından  Mərkəzi  Elmi  Kitabxananın  elektron  katalo-

quna,  elektron  kitabxanasına  və elektron  məlumat  bazalarına

keçid  almaq  olar.  Bu  saytın  ana  səhifəsinin  yuxarı  başlığı  ilə

tanış olaq.



22

Şəkildə göstərildiyi kimi elektron kataloq ayrıca link (ke-

çid) şəklində verilmişdir. Buradan Mərkəzi Elmi Kitabxananın

elektron kataloquna keçid etmək olur. Məsələn:

Hər hansı bir informasiyanı əldə etmək üçün şəkildə gös-

tərilən  bütün əməliyyatları  edib  “axtarışa  başla”  bölməsinə

vururuq.


23

Mərkəzi  Elmi  Kitabxananın  elektron  bazasına  daxil  olu-

nan  elektron kitabların  siyahısını  isə elektron  kitabxana

bölməsindən açmaq olar.

Həmçinin  saytda  elektron  məlumat  bazalarına  da  keçid

almaq  olar.  Bu  bazaya əvvəldə açdığımız  elektron  kataloq

səhifəsinin  aşağı  hissəsindən keçid  almaq  olar.  Aşağıdakı

şəkilə baxaq:

Beləliklə,  AMEA  MEK  göründüyü  kimi, kitabxana-

informasiya  sahəsində avtomatlaşdırılmış  sistemlərin  tətbiqi,

elektron kataloqların, elektron kitabxanaların, məlumat bazala-

rının yaradılması,  internet  vasitəsilə elektron  informasiya  xid-

mətinin təşkili işlərini yerinə yetirir.

İstifadəçilərə virtual xidmət etmək üçün digər saytlarımız

da  mövcuddur  ki,  bunlardan da  biri kitabxana.net milli  virtual

kitabxanasıdır.

Dövlət  dəstəyi  ilə reallaşan  bu  Kulturoloji-intellektual

layihə qlobal informasiya məkanında azərbaycandilli  elektron

resursları  arasında  özünəməxsus  yer  tutan  bir portaldır. Milli

Virtual  Kitabxanada  (e-axtarış  sistemli)  1-5  saniyə ərzində



24

Azərbaycan,  türk,  rus,  ingilis  və başqa  dillərdə elmi,  tarixi,

bədii,  dini,  ictimai-siyasi  kitabların  elektron  variantını əldə

etmək mümkündür. Saytda dünya ədəbiyyatından ana dilimizə

çevrilmiş  müxtəlif  tərcümələr,  maraqlı,  intellektual  yazılar,

bilginin əsas  istiqamətlərini əhatə edən  oxunaqlı  materiallar,

şəbəkə əsərləri,  yazarların  rəngarəng  bloq - şəbəkə gündəlik-

ləri,  qeydlər,  şərhlər, ən  yeni ədəbiyyat  nümunələri,  İnternet

əsərləri  və b.  mətnlər  yer  almışdır.  Şəbəkə resurslarının əksər

hissəsindən  istifadə etmək  pulsuzdur. E-kitabxana  (minlərlə

kitabın elektron  variantı,  intellektual-elmi, kütləvi-publisistik,

ədəbi-bədii,  tərcümə və dini  materialların e-mətni),  uşaq  elek-

tron  kitabxanası,  yazarlar  üçün  pulsuz  mini-saytlar  açmağa

imkan  yaradan bloq sistemi, mədəniyyət-sənət, ədəbiyyat-elmi

xəbərlər  blokunu  özündə cəmləyən  bölüm,  elmi-bilgili  şəbəkə

dərgisi, İnternet qəzet, “e-Dalğa” şəbəkə jurnalı, elektron kitab

yayımı  və satışı  hissəsi,  Art-info,  İnternet  TV  və radio,  e-

Kataloq,  5  cür  axtarış  sistemi,  intellektual  polemika  sevənlər

üçün  ayrıca  Forum,  şərh  yazmaq,  bloq  yaratmaq,  kitab əlavə

etmək,  birbaşa  kitab  alışı, sifarişi,  bildirişlər  və PR (public

relations-ingilis  dilində ictimai əlaqələr) bölümü  və başqa

çoxsaylı  real  funksiyaları  olan  bu hiper  elektron resurs

istifadəçilərin diqqətini cəlb edir.


Yüklə 189,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin