4.Turist marşrutunun layihələndirilməsi
. Turist marşrutu - siyahı üzrə qeyd olunmuş bütün coğrafi məntəqələrə və yerlərə, gedilməsi nəzərdə tutulan və səyahət müddətində dayanacaqdan-dayanacağa qədər turistlər tərəfindən gedilən yoldur.
Marşrutun işlənib hazırlanması 2 ardıcıl hissədən ibarət olur:
1.Marşrutun hazırlanması;
2.Turun formalaşdırılması.
Konkret turizm marşrutunun işlənib hazırlanması – mürəkkəb və çətin prosesdir və bu işin yerinə yetirilməsi yüksək peşə ixtisası tələb edir. Belə ki, marşrutun hazırlanması turizm xidməti texnologiyasının əsas elementidir. Bu proses marşrutun pasportunun razılaşdırılması və təsdiqi ilə bitir. Marşrutun pasportu turların formalaşdırılması zamanı istifadə olunur.
Marşrutun hazırlanması aşağıdakı mərhələləri əhatə edir:
Marşrutun seçilməsi və marşrutda turizm resurslarının tədqiqi.
Marşrut seçilir:
- Bakı-Lənkəran-Lerik-Bakı
- Bakı-Gəncə-Göygöl-Bakı
- Bak-İstanbul-Ədirnə-Bakı
- Bakı-Varşava-Krakov-Bakı
- Bakı-Vyana-Bakı
Seçilmiş marşrutda turizm xidmətləri bazarının marketinqi:
Bu marşrutda işləyən turfirmaların sayı; turun müddəti (5-7-10-12...); bu marşrut hansı tezliklə istifadə olunur; turistlərin seqmenti (gənclər, təqaüdçilər, ailəvi, qarışıq, ...); marşrut üzrə yerdəyişmə üsulları; yerləşdirmə və qidalanma obyektləri; daxili, gəlmə, yoxsa getmə formasıdır; turun qiyməti necədir.
Marketinq tədqiqatlarının nəticələri:
Marşrutun forma xüsusiyyətinin (tip) müəyyən edilməsi;
Marşrutun tipini müəyyən etmək üçün müştərilərin seqmentini təyin etmək lazımdır. (Seqment seçmək - gənclər, təqaüdçilər, ailələr, qarışıq, məktəblilər ...);
Eskiz modelin qurulması. Marşrutun sxemi və izahı;
Marşrutun yerləşdirmə, qidalanma obyektlərinə bağlılığını, nəqliyyat təminatını təyin etmək. Bunun üçün müvafiq xidmət strukturları ilə razılaşdırılması (nəqliyyat şöbəsi, bələdçilər şöbəsi,
ekstremal turizm şöbəsi, tərcüməçilər şöbəsi, yerləşdirmə və qidalanma şöbəsi və s.). Turfirma adıçəkilən şöbələrə malik deyilsə, bu halda marşrut həmin işlərə məsul işçilərin birgə müzakirəsinə verilir;
Təhlükəsizlik sxeminin işlənib hazırlanması. Marşrutun tipindən asılı olaraq qrupun rəhbəri seçilir (məs., çayla enmək üçün mütəxəssis; dərə-təpə yerdə hərəkət üçün ayrı mütəxəssis; müvafiq səriştəyə malik bələdçi və ya tərcüməçi-bələdçi və s.), təhlükəsizlik ləvazimatı müəyyən olunur (kəndir, çadır, qayıq, dəbilqə, müvafiq çəkmələr və s.);
Marşrutun sınaqdan keçirilməsi və tələb olunan dəyişikliklərin aparılması. Seçilmiş daxili marşrutla əlaqəli ezamiyyət zamanı yerləşdirmə və qidalanma obyektləri, nəqliyyat təşkilatları ilə əməkdaşlıq barədə ilkin razılaşma, əgər ehtiyac varsa yerli sakinlərlə xidmət barədə razılaşma və s. əldə edilir. Xarici ölkəyə marşrut hazırlanan zaman ya meet-kompaniyanın əməkdaşlığına arxalanmalı, ya da təchizatçı təşkilatlarla (yerləşdirmə və qidalanma obyektləri, yerli nəqliyyat müəssisələr, ekskursiya təşkilatları) birbaşa əməkdaşlıq etmək qərara alınmalıdır;
Marşrutun layihə pasportunun təsdiqlənməsi. Tələb olunan sənədlər toplusunun hazırlanması və firma rəhbərliyi tərəfindən təsdiqlənərək marşrut pasportuna əlavə olunması.
Dostları ilə paylaş: |