41. Sual. Qədim Şərq ölkələrində təhsil və pedaqoji fikir. 42. 19 cu əsrin 60 cı illərində Rusiyada məktəb islahatları və onun Azərbaycan məktəb təhsilinə təsiri



Yüklə 35,63 Kb.
səhifə1/14
tarix30.01.2022
ölçüsü35,63 Kb.
#51805
  1   2   3   4   5   6   7   8   9   ...   14
pedaqogika 40 60 cvb


41. Sual. Qədim Şərq ölkələrində təhsil və pedaqoji fikir.

42.19 cu əsrin 60 cı illərində Rusiyada məktəb islahatları və onun Azərbaycan məktəb təhsilinə təsiri.

19 cu əsrin 60 ci illərində Rusiya özünün tarixi inkişafının yeni mərhələsinə qədəm qoydu.Bu dövrdə ictimai hərəkatın təzyiqi nəticəsində 2 ci Aleksandr təhsil sahəsində islahat aparmaq məcburiyyətində qaldı. 19 cu əsrdə Şimalı Azərbaycanın Rusiya tərəfindən işğalı məktəb təhsilinə də təsir etdi.Çar Rusiyasının Azərbaycanda təhsil sahəsində həyata keçirdiyi tədbirlər onun müstəmləkəçilik siyasətinin tərkib hissəsi idi.Bu dövrdə təlim rus dilində olsada, Azərbaycandada müxtəlif tipli dövlət təhsil müəssisələrinin yaranması xalqın mədəni səviyəsinin yüksəlməsinə təkan verdi .

Azərbaycandaki dövlət məktəbləri 19 cu əsrin ortalarında əvvəlki vəziyyətində qalmaqda idi. 1860 ci il nizamnaməsinə görə məktəb həyaında elə bil dəyişiklik edilmədi.Əksinə tədris müəssisələrinin ali idarəsi olan Qafqaz Tədris Dairəsi ləğv edildi.Məktəblərin idarə edilməsi yeni inzibati rəislərə həvalə edildi.Rusiya və Zaqafqaziyanın başqa regionlarə kimi Azərbaycandada xalq maarifi və məktəbin inkişafı ölkənin ümumi iqtisadi və ictimai vəziyyətindən asılı idi və müvafiq islahat tələb edirdi.

Rusiyada 1864 cü ildə “ İbtidai xalq məktəbləri haqqında əsasnamə “ və “ Gimnaziyyaların və progimnaziyaların nizamnaməsi” hökümət tərəfindən təsdiq edildi. Hökümət ictimaiyyətin tələblərinə güzəştə getməyə məcbur oldu .Bu təsir Qafqazdada özünü göstərdi.Rusiya məktəblərinin nizamnaməsinə müvafiq olaraq 1867 ci ildə Qafqaz və Zaqafqaziya məktəblərinin yeni nizamnaməsi təsdiq edildi. Bu nizamnamə yerlərdəki məktəbləri imperiya daxilindəki məktəblərə bir daha uyğunlaşdırdı, rus dilinin tədrisini gücləndirdi. Bu vaxtan etibarən Azərbaycan məktəbləri Ümumrusiya məktəbləri nizamnamələri ilə idarə olunmağa başladı.

19 cu əsrin ikinci yarısında fəailyyətə başlayan yeni tipli gimnaziya və realni məkətəblərini bitirən Azərbaycan gəncləri Rusiya və Avropanın ali məktəblərində təhsil almaq imkanı qazandı.1864 cü il əsasnaməsi ilə bütün ibtidai xalq məktəbləri üçün vahid tədris planı təsdiq edildi.İbtidai məktəblərdə bütün sosial təbəqənin uşaqları oxuya bilərdi.Bu əsasnaməyə görə müəllimlik fəaliyyətinə kişilərlə bərabər qadınların da buraxılmasına icazə verildi.Nizamnaməyə görə gimnaziyalara qəbulda silki,dini və milli etiqadla bağlı məhdudiyyət aradan qaldırıldı.Klassik və real gimnaziyalar yaradıldı.Bütün gimnaziyalarda tədris müddəti 7 il idi.Nizamnaməyə uyğun olaraq təşkil olunan progimnaziyaları bitirənlər gimnaziyaların 5ci sinifinə daxil ola bilərdi.19 cu əsrin 60cı illərində Rusiyada aparılan məktəb islahatına görə Azərbaycandakı məktəblərində imperiya daxilindəki tədris sisteminə uyğunlaşdırılmasına başlanıldı.Azərbaycan dili tədris proqramlarından çıxarıldı.Bu dövrdə Ümumi təhsil məktəblərində aparıcı yeri təlim rus dilində olan ibtidai məktəblər tutmağa başladı.1865 ci ildə Bakıda ilk gimnaziya açıldı.Bununla Şimali Azərbaycanda ilk rus dilli orta məktəbin əsası qoyuldu.Rusiyada 1864 cü il Nizamnaməsi xüsusi gimnaziyaların açılmasına imkan verirdi.Bu gimnaziyalar həm kişilər həm də qadınlar üçün nəzərdə tutulmuşdu.1860 cı ildə Xalq Maarif Nazirliyi(qadın məktəbləri haqqında)əsasnamə qəbul etdi.1963 cü ildə Universtetlərin nizamnaməsi təsdiq olundu.Bu nimaznaməyə görə Universtetlərə geniş muxtariyyət verildi.


Yüklə 35,63 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin