8. Təhsil qanunvericiliyində mənəvi psixoloji amil



Yüklə 46,76 Kb.
Pdf görüntüsü
tarix02.01.2022
ölçüsü46,76 Kb.
#44434
8. Təhsil qanunvericiliyində mənəvi psixoloji amil.



Azərbaycan Respublikasında ümumi təhsil “Təhsil haqqında” Azərbaycan

Respublikasının Qanununa, insan hüquqları haqqında beynəlxalq

konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər

beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində Azərbaycan xalqının

dəyərlərinin və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil

sisteminə inteqrasiya olunaraq inkişaf edir.

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə

uyğun olaraq, Azərbaycan Respublikasında ümumi təhsilin təmin olunması

sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin

təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Təhsil qanunvericiliyində mənəvi psixoloji amillərə xüsusi diqqət verilir.

Təhsil prosesi üçün münbit şəratin yaradılmasında təhsil verən və alan

fərdlərin mənəvi-psixoliji stabilliyi şərt kimi göstərilir. Buna görə də Ümumi

təhsil prosesinin iştirakçıları sırasına psixoloqlarda daxildir.

Təhsil prosesində təhsilalanların yaşına, mənəvi-psixoloji xüsusiyyətlərinə

uyğun olaraq, onların əqli, fiziki, mənəvi, estetik inkişafının, müstəqil əmək

və təhsil həyatına hazırlanmasının, cəmiyyətin faydalı və məhsuldar

üzvünə çevrilməsinin təmin olunması olduqca vacibdir.

Həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən

sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil

almaq təhsilalanların hüquqü kimi müəyyən olunur.

Qanunun 1.0.7 maddəsinə əsasən ümumi təhsil müəssisələrində



psixoloji xidmət – valideynlərlə, rəhbər və pedaqoji işçilərlə əməkdaşlıq

yolu ilə şagirdlərin meyil və maraqlarının, təhsil, sosial-mənəvi

problemlərinin öyrənilməsini və onlara zəruri hallarda pedaqoji-psixoloji

dəstək göstərilməsini təmin edən xidmət növüdür.

Qanuna əsasən təlim strategiyası – psixoloji və didaktik prinsiplər

əsasında müəyyən edilib təhsil prosesində tətbiq olunan forma, metod, üsul




və vasitələrin məcmusu kimi ehtiva olunur ki, bu da təhsildə pisixoloji

stabilliyin vacibliyini ifadə edir.

Qanunun 18ci maddəsi məhz Ümumi təhsil müəssisəsində psixoloji

xidmət barədədir.

Bu maddəyə əsasən:

18.1. Ümumi təhsil müəssisəsində müvafiq icra hakimiyyəti orqanının

müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada

psixoloji xidmət təşkil olunur.

18.2. Ümumi təhsil müəssisələrində psixoloji xidmət ixtisaslı psixoloq

(məktəb psixoloqu) tərəfindən həyata keçirilir.

18.3. Ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı müvafiq icra

hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən

edilir.


Təhsilalanları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq və

zərərli vərdişlərdən çəkindirmək, təhsilalanların təhlükəsizliyinin və



sağlamlığının mühafizəsində iştirak etmək təhsilverənlərin vəzifəsidir.

Yüklə 46,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin