“Açar sözlərin tapılması”. Şagirdlərin öyrəniləcək mətni oxuyarkən mətnin mənasını açan, öyrənməyə kömək edən sözü və ya cümlələri taparaq dəftərində qeyd edir. Beləlikə, qeyd olunmuş açar sözlər və mahiyyət daşıyan cümlələr mətni qavramağa şagirdə kömək edir.
“İcmal tutma” strategiyasından da istifadə etmək olar. Bu, əsasən mətni oxuyarkən zəif mənimsəyən şagirdlər üçün daha əlverişlidir. Şagird mətni oxuyur və əsas məqamları icmal halına salır. Bu da şagirdə mətni anlamağa kömək edir.
“Sualların tərtib edilməsi”. Şagirdlər fərdi və ya cütlər şəklində mətni oxuyur və mətni təhlil etmək üçün suallar hazırlayır. Müəllim tərəfindən qoyulmuş vaxt bitdikdən sonra hazırlanmış suallar şagirdlər tərəfindən bir-birilərinə verilir və müzakirə təşkil olunur. Sualları üç cür səciyyələndirmək olar: