Ad, soyad Qiymətləndirmə sualları



Yüklə 21,03 Kb.
səhifə1/2
tarix23.08.2022
ölçüsü21,03 Kb.
#63224
  1   2
yekun qiymətləndirmə - şablon


Ad, soyad ______________________________________________

Qiymətləndirmə sualları


1. Vergilər də daxil olmaqla bütün xərcləri çıxdıqdan sonra əldə qalan məbləğ belə adlanır:
a) ilkin gəlir
(b) xalis mənfəət
c) illik qazanc
2. Vergi tutma obyekti kimi qeyd olunan variantlardan biri səhvdir?
a) gəlir, mənfəət, əmlak
b) əmlak, torpaq, faydalı qazıntılar
(c) qeyri-rezidentin gəliri, yekun borc
3. Müəssissə il sonunda ümumi gəlirinin 5000 (beş min) manat, ümumi xərclərinin isə 3000 (üç min) manat olduğunu qeyd etmişdir. Bütün xərclərin hamısını ödədikdən sonra 2000 (iki min) manat mənfəət qalmışdır. Həmin mənfəətə uyğun olaraq nə qədər mənfəət vergisi ödənilməlidir? (mənfəət vergisi 20%)
a) 655 AZN
(b) 400 AZN
c) 850 AZN
4. Müəssissə il sonunda 2000 (iki min) manat mənfəət əldə etmişdir. Həmin mənfəətə uyğun olaraq mənfəət vergisi ödənildikdən sonra müəssisənin nə qədər xalis mənfəəti qalar? (mənfəət vergisi 20%)?
a) 2660 AZN
(b) 1600AZN
c) 1325 AZN
5. Vergitutma obyekti nədir?
a) vergitutma bazasına görə hesablanan faiz dərəcəsi
(b) vergitutma obyektinin vergi tutulan hissəsidir
c) üzərinə vergi qoyulmuş obyekt başa düşülür
6. Müəssisə satış üçün nəzərdə tutulmuş məhsulu daxili məqsədlər üçün istifadə edərsə nə baş verər?
(a) uzun müddətli aktivlərin dəyəri artar
b) qısa müddətli aktivlərin dəyəri artar
c) heç bir dəyişiklik baş verməz
7. Bu metodla işləyən vergi ödəyicisi gəliri əldə etmə tarixində qeyd edir və xərcləri də yalnız çəkildiyi zaman yəni ödənildiyi tarixdə tanıyır?
(a) kassa metodu
b) hesablama metodu
c) heç biri
8. Aşağıdakılardan hansına amortizasiya hesablanmır?
a) Avadanlıq
(b) Torpaq
c) Nəqliyyat vasitəsi
9. Direktorlar, menecerlər, şöbə rəhbərləri, muzdlu işçilər aid edilir:
(a) Mühasibat uçotunun daxili istifadəçisi
b) Mühasibat uçotunun xarici istifadəçisi
c) Mühasibat uçotunun beynəlxalq istifadəçiləri
10. Alış qiyməti, idxal rüsumları, əvəzləşdirilməyən vergilər, çatdırılma xərcləri, yerin hazırlanması xərcləri, quraşdırılma xərcləri, yenidən quraşdırılma (demontaj) xərcləri, testdən keçirmə xərcləri hamısının birlikdə cəmi bizə hansı nəticəni verir?
a) avadanlığın amortizasiya xərclərinin ümumi dəyəri
b) istehsalat prosesinin ümumi xərcləri
(c) avadanlığın ilkin dəyəri
11. Fiziki şəxslərin əldə etdikləri gəlirinə (maaş) görə ödədiyi vergi növüdür:
(a) gəlir vergisi
b) əlavə dəyər vergisi
c) yol vergisi
12. Hüquqi şəxslərin (müəssisələrin) əldə etdikləri qazanca görə ödədiyi vergi növüdür:
a) aksiz vergisi
b) əlavə dəyər vergisi
(c) mənfəət vergisi
13. Səyyar vergi yoxlaması nə deməkdir?
a) vergi orqanı tərəfindən vergi ödəyicisinin fəaliyyət göstərdiyi yerə (məkana) getmədən keçirilən vergi yoxlaması növüdür
(b) vergi orqanı tərəfindən vergi ödəyicisinin fəaliyyət göstərdiyi yerdə keçirilən vergi yoxlaması növüdür.
c) vergi orqanı tərəfindən vergi ödəyicisinin təqdim etdiyi elektron (onlayn) sənədlər (bəyannamə, bildiriş) və mənbəyi məlum olan digər məlumatlar əsasında keçirilən vergi yoxlaması növüdür
14. İstehlak vergisi ( yəni, son istifadəçidən alınan vergi) kimi verilənlərdə biri
Yüklə 21,03 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin