Adolf Dassler və Rudolf Dassler



Yüklə 16,6 Kb.
tarix02.01.2022
ölçüsü16,6 Kb.
#39970
Pumaa


Bir çoxlarımızın sevərək istifadəçisi olduğumuz bu iki sport markası iki qardaşa aiddir. Bu markaların yaranma tarixi də çox maraqlıdır.

İkinci Dünya Müharibəsi dövründə Almaniyada yaşayan Adolf Dassler və Rudolf Dassler adlı iki qardaş hər zaman tələb olunan ayaqqabı biznesinə başlayıblar. Onlar ilk olaraq atelye açıb və onu Gebrüder Dassler Ohg olaraq adlandırıblar. Öz işlərinə çox ciddi yanaşan bu iki qardaş necə deyərlər Alman keyfiyyəti ilə tez bir zamanda tanına biliblər. Qardaşlar əsasən sport stilli ayaqqabı istehsalı ilə məşğul olublar. Hətta həmin dövrün çətinlikləri də bu qardaşları işindən geri qoya bilməyib. Belə ki, elektrik enerjisi baxımından əziyyət çəkməmək üçün ilk vaxtlar velosipeddən istifadə edərək enerji istehsal edib və onun köməyilə dəriləri kəsirlərmiş. Daha sonra Adolf adlı qardaş bu dərilərdən ayaqqabı istehsal edir, Rudolf isə onların satışını gerçəkləşdirirmiş.

1936-ci ildə isə artıq bu ayaqqabılar dünya arenalarına ilk addım atmışlar. Belə ki, ABŞ-dan olan atlet Jesse Owens ilk dəfə Berlin Olimpiadasında bu ayaqqabılarla mübarizəyə qoşulmuş və 4 qızıl medal qazanmışdır.

Amma təbii ki, bu iş şərikliyi də sonda aralarında qısqanclığın yaranmasına səbəb olub. Hətta vəziyyət o yerə çatıb ki, Adolf, qardaşı Rudolfu ABŞ təhlükəsizlik orqanlarına şikayət edib. Bu haqda təhlükəsizlik orqanlarının hesabatında məlumat öz əksini tapıb.

Vəziyyət belə olduqda isə qardaşlar fəaliyyətlərini ayrı-ayrılıqda davam etdirmək qərarına gəliblər. 1948-ci ildə isə onların yolları tamamilə bir-birlərindən ayrılıb. Adolf "Adidas"ı, Rudolf isə "Puma"nı yaradıb. Hətta vəziyyət elə həddə çatıb ki, istifadəçilər Adidas və Pumaçılar deyə adlandırılmağa başlayıb. Bu vəziyyət illərcə belə davam edib. Əsas məqsədin keyfiyyət olduğu bu iki marka yaradıcıları ömürlərinin axrınadək küsülü qalmışlar. Rudolf 1974-cü ildə, Adolf isə ondan 4 il sonra həyata bir dəfəlik gözlərini yumub. Amma onların ölümü belə bu iki marka davamçılarını barışdırmayıb və hətta bir-biri haqda şikayətlər etməyə davam ediblər. Nəhayət 2009-cu ildə bu düşmənçiliyə son nöqtə qoyulub. 

Bu gün Puma fabrikində 13.000 işçi çalışır və şirkət 120-dən çox ölkədə satış edir.

Formula 1 sektorundakı komandalar üçün kostyumlar istehsal edən Puma, F1-də üç böyük komanda olan Scuderia Ferrari, Mercedes və Renault-un geyimlərini istehsal edir.

2006 FIFA Dünya Kuboku çempionu İtaliyanı geyinən Puma, Dünya Kubokunda 12 komandanın forma istehsalçısı oldu. Turnirdəki 64 qarşılaşmanın 36-da ən azı 1 komanda Puma formasını istifadə etdi. Hal hazırda dünyada bir çox komandanın istehsalçısı olmağa davam edir.



Firmanin Loqosu da adı kimi pumadan ibarət olan brend gücü, enerjeni və hərəkəti simvolizidə edir.
Yüklə 16,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin