Ağ çuqunlar plan



Yüklə 18,07 Kb.
səhifə1/2
tarix22.10.2023
ölçüsü18,07 Kb.
#159829
  1   2
16-95 çuqunlar


çuqunlar

PLAN

  1. Çuqunun təsnifatı və markalanması.

  2. Çuqunların növləri.

  3. Çuqunların strukturuna ayrı-ayrı elementlərin təsiri.

  4. Ağ çuqunun, boz çuqunun strukturu.

  5. Çuqunun modifikasiya olunması

  6. Çuqunların tətbiq sahələri

Maşınqayırmada çuqun çox geniş tətbiq edilən materiallardan sayılır.


Tərkibində 2,14%-dən 6,67%-ə qədər karbon olan və döyülmə qabiliyyətinə malik olmayan dəmir-karbon ərintilərinə çuqun deyilir. Poladdan fərqli olaraq çuqunlarda karbonun miqdarı çoxdur, onların kristallaşması evtektikanın əmələ gəlməsi ilə qurtarır; plastik deformasiyaya uğrama qabiliyyəti olduqca az və yüksək tökmə xassələrinə malikdir. Çuqun poladdan ucuzdur. Əridilən çuqunların 20 %-ə qədəri töküklərin hazırlanması üçün istifadə edilir.
Çuqun domna prosesinin əsas məhsuludur. Domna sobalarında istehsal edilən çuqunlar tərkib, struktur və tətbiq sahələrinə görə ağ (təkrar emal edilən ), boz (tökmə) və xüsusi çuqun (ferroərintilər) siniflərinə bölünür.
Ağ çuqun, polad və döyülən çuqun istehsalı üçün xam materialdır və buna görə də ağ çuquna təkrar emal çuqunu da deyilir. Karbon bu çuqunda kimyəvi birləşmə (sementit Fe3C) şəklində olur. Sementit açıq rəngdə olduğundan çuqunun sınığına ağ rəng verir. Ağ çuqunlar kimyəvi tərkibinə və polada çevrilmə üsuluna görə Marten, Bessemer və Tomas çuqunu növlərinə bölünür. Ağ çuqunların tərkibində xeyli miqdarda bərk və kövrək sementit olması üzündən həmin çuqunları çox çətinliklə mexaniki emal üsulları ilə emal etmək mümkün olur.Onlar sonradan özlüçuqun əmələ gəlincəyə qədər tabe olmaq şərti ilə müxtəlif hissələr tökmək üçün, habelə yayma valları və vaqon təkərləri tökməkdən ötrü işlədilir. Qeyd edilməlidir ki, istər yayma vallarında, istərsə də vaqon təkərlərində ağ çuqun valın və ya təkərin bütün qalınlığında deyil, ancaq səth təbəqəsində əmələ gəlir; tökmənin daxilində isə boz çuqun alınır.
Boz çuqun yüksək tökmə xassələrinə malik olduğundan müxtəlif maşın hissələri və fasonlu tökmələrin istehsalı üçün şixtə materialdır.Buna görə də boz çuquna tökmə çuqunu da deyilir. Boz çuqunun tərkibindəki karbon qismən və ya tamamilə qrafit şəklində olur.
Tərkibində xeyli miqdarda silisium və manqan olub, domna sobalarında əridilən ferroərintilər xüsusi çuqun adlanır. Xüsusi çuqunlar (ayna çuqunu, ferrosilisium, ferromanqan) başlıca olaraq polad istehsalında reduksiyalaşdırıcı, eləcə də legirləşdirici aşqar kimi istifadə edilir.
Təkrar əritmə zamanı, boz çuqun tökmələrə xüsusi aşqarlar vurmaqla, onda qrafitin ölçüsünü, yayılma xarakterini və şəklini dəyişməklə mexaniki xassələrini yüksəldirlər. Belə çuqunlara modifasiyalaşdırılmış boz çuqun deyilir.
Döyülən çuqun maşınqayırmada tökmə materialı kimi istifadə edilir. O, yüksək möhkəmliyə, özlülüyə və dəzgahlarda emal olunma xassələrinə malikdir. Çuquna “döyülən”deyilməsi onun plastiklik xassəsinə əsaslanır. Həqiqətdə çuqun döyülmür.
Çuqunun xassələrinə qatışıqların təsiri.Boz çuqunda karbonun çox hissəsi qrafit pulcuqları şəklindədir, bu da ərintinin metal bütövlüyünü qismən pozur və onun kövrəkliyinə səbəb olur. Boz çuqunda karbonun miqdarı 4%-dən artıq olmamalıdır. Daha möhkəm olan çuqunlarda 2,8-3% karbon olur. Qrafiti ayırıb çıxarma prosesi onun həcminin artmasına səbəb olur, bu da çuqunun ümumi yığışmasını 1%-ə qədər azaldır. Bundan əlavə karbonun miqdarı artdıqda çuqun daha çox duru axıcılıq göstərir. Buna görə də karbon, çuqunun tökmə xassələrini yüksəldir və yaxşı keyfiyyətli nazik divarlı tökmələr alınmasına imkan verir.

Yüklə 18,07 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin