Allahquluzadə TƏBRİZ



Yüklə 184,97 Kb.
tarix30.12.2021
ölçüsü184,97 Kb.
#49360
mülki (2)





Şərqşünaslıq

Tərcümə (ərəb dili)

Grup T-072

Tələbə Zeynallı Aişə

Fənn Mülki Müdafiə

Müəllim Adil Bədirxanov


Mündəricat

Kimyəvi Silahlar ........................................................................................3

Nəticə................................................................................................................5



Ədəbiyyat………………………………………………………………………7

Kimyəvi Silahlar

Kimyəvi silahlar 100 mindən çox insanın ölümünə, 1,5 milyon insanın isə yaralanmasına səbəb olub. I dünya müharibəsi illərində və ondan sonrakı dövrdə minlərlə ton kimyəvi silah istehsal edildi. Kimyəvi silahların qadağan edilməsi  və mövcud silahların zərərsizləşdirilməsini nəzərdə tutan 1993-cü ildəki Silahsızlaşma Konferansı tarixi bir dönüş nöqtəsi oldu. ABŞ və Rusiya İkinci Dünya Müharibəsi illərindən sonra 1950-ci illərdə kimyəvi silah istehsalını sürətləndirmişdi. Hesablamalara görə bu ölkələrin sahib olduğu kimyəvi silahlar dünya üzərindəki bütün insanları və digər canlıları öldürə biləcək miqdara çatmışdı. Rusiya 40 min ton, ABŞ isə 31,5 min ton kimyəvi silaha sahib olduğunu bəyan  etdi. Digər  ölkələrin mövcud arsenallarındakı kimyəvi silahlar bunlardan çox daha az idi. Zarin qazı kimi kimyəvi silahların saxlanma müddəti elə də çox deyil. ABŞ və Rusiya üçün bu silahları istifadəyə yararlı vəziyyətdə saxlamaq çox xərc tələb edirdi. Kimyəvi silahlardakı qaz sızmaları, silah anbarlarındakı işçilər və ərazidəki əhalinin həyatı üçün bir neçə dəfə təhlükə yaratdı. Qaz sızmaları və ya kimyəvi maddələrin sıradan çıxması ilə yanaşı, istifadədən kənarda qalan kimyəvi silahları zərərsizləşdirmək də problemlərə səbəb olurdu. Zərərsizləşdirmə prosesi çox bahalı idi və çox vaxt tələb edirdi. Kimyəvi silahlar  zərərsizləşdirilərkən ətraf mühitin çirkləndirilməməsi, işçilərin və ərazidə yaşayanların həyatının təhlükəyə atılmaması vacibdir. Bu səbəbdən təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə saxlanılmalıdır. Kimyəvi silahlar, illər keçdikcə bu  silahlara sahib olan ölkələr üçün getdikcə artan problemlər yaratdı.



ABŞ 1950-ci illərdə ən çox silah istehal edən iki ölkədən biri idi. ABŞ prezidenti. R. Nixonun hakimiyyəti dövründə 1969-cu ildə kimyəvi silahların azaldılmasına başlanıldı. ABŞ ilk əvvəl istifadə müddəti keçmiş kimyəvi silahları okeana atmaq yolu ilə və ya torpağa basdıraraq ləğv etdirdi. Lakin bu üsullar ətraf mühitə zərər verdiyinə görə ləğv olundu və kimyəvi silahların yüksək temperaturda yandırılaraq zərərsizləşdirilməsinə qərar verildi. Bu silahların bir qismini zərərsizləşdirmək üçün 1979-cu ildə ABŞ təcrübə məqsədli bir pilot müəssisə yaratdı. ABŞ 1950-ci illərdə Havay adalarından min kilometrlərlə uzaqda Johnston mərcan adasını nüvə silahlarını sınaqdan keçirmək üçün istifadə edirdi. Daha sonra 1990-cı ildə Johnston mərcan adasında ABŞ-ın ilk böyük kimyəvi silah zərəsizləşdirmə müəssisəsi quruldu. Bu cür müəssisələrdə uzaqdan idarə ediləbilən robot sistemləri ilə roket başlıqları sökülərək, kimyəvi maddələr xüsusi bir qaba keçirildi. Daha sonra xüsusi qabdakı kimyəvi maddələr uzaqdan idarəetmə ilə konvertor bantı üzərində yandırmağa göndərilib 1000 dərəcə temperatura tam şəkildə yanmaları təmin edilir. Boşalmış roket başlıqları və digər metal parçalar da analoji sistemlərlə peçə yerləşdirilib yüksək temperaturda əridilir. Bəzi kimyəvi silahların zərəsizləşdirilməsi üçün döyüş başlığındakı kimyəvi maddələrin üzərinə isti su və ya kaostik sodalı su tökülür. ABŞ-nın kimyəvi sliah anbarları Utha, Arkanzas, Oregon, Kolorado, Alabama, Meiland, İndiana, Kentaki əyalətlədində yerləşir. ABŞ-ın bəyan etdiyi kimyəvi silahların 90%-i məhv edildi. ABŞ-dakı bütün kimyəvi silahlar məhv edildikdə ümumi xərci 30 milyard dollardan çox olacaq. Rusiya 4000-tonluq dünyanın ən böyük kimyəvi silah arsenalını 2002-ci ildən zərərsizləşdirməyə başlayıb. 2013-cü ildə işin artıq 76%-i bitmişdi. Prosesin çox bahalı olması səbəbi ilə Kanada höküməti Rusiyaya 200.000 kanada dolları yardım etmişdi. Rusiya bu vəsait ilə iki əsas silah zərərsizləşdirmə bazasını tamamlamışdır. Rusiya qalan kimyəvi silahların hammısını 2015-ci ildə tamamilə məhv etməli idi. Hindistan 1000 ton olduğunu bəyan etdiyi kimyəvi silahlarının 2009-cu ildə məhv etdi. Yaponiya 1945-ci ildə Çindən topladığı kimyəvi silahları 2010-cu ildə məhv etməyə başladı. Liviyada təqribən 22 ton kimyəvi silah vardı. ABŞ konqresi ABŞ-da hələ də məhv edilməmiş 3000 ton kimyəvi silahın 2017-ci ilə qədər məhv edilməsini tələb edib. Müdafiə nazirliyinin  mütəxəssisləri isə bunu 2023-cü ildən əvvəl başa çatmayacağını bildiriblər. 
Nəticə

1992-ci ildə BMT-nin 47-ci Baş Assambleyasında Konvensiyanı imzalamaq təklif edilmişdir. İmzalanma mərasimi Fransa Prezidentinin təşəbbüsü ilə Parisdə 13 yanvar 1993-cü ildə həyata keçirildi. Ötən dövr ərzində Azərbaycan (13 yanvar 1993-cü il) da daxil olmaqla 160 dövlət konvensiyanı imzalamışdır. 65-ci ölkə olan Macarıstan tərəfindən ratifikasiya olunduqdan sonra, 29 aprel 1997-ci ildə konvensiya qüvvəyə mindi.

Bir çox Avropa dövlətləri, ABŞ, Rusiya, Ermənistan (27.01.95) və Gürcüstan da (27.11.95) daxil olmaqla bəzi MDB dövlətləri konvensiyanı ratifikasiya edən ölkələr arasındadırlar. Azərbaycan konvensiyaya 9 noyabr 1999-cu ildə qoşulmuş və o 30 mart 2000-ci ildə konvensiya Azərbaycanda qüvvəyə minmişdir.

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) Haaqada fəaliyyət göstərir. Haaqa yaxınlığında Reisvikdə KSQT laboratoriyası açılmışdır. 1997-ci ilin aprel ayında İştirakçı Dövlətlərin ilk Konfransı keçirildi. Konvensiya müddətsizdir.

Konvensiyaya üzv dövlətlərin hər biri heç zaman və heç bir şəraitdə kimyəvi silahları artırmamaq, istehsal etməmək, əldə etməmək və ehtiyatda saxlamamaq barədə öhdəlik götürmüşlər. Konvensiya 2-10 il dövr ərzində kimyəvi silahların və onların məhsullarının tamamilə məhvi üçün nəzərdə tutulmuşdur. Konvensiya çərçivəsində qadağan olunmayan hallar, sülh məqsədləri üçün vasitələr, yəni sənaye, kənd təsərrüfatı, əczaçılıq, tibbi və digər vasitələr istisna olmaqla, hərbi sursatlar ilə birlikdə zəhərli kimyəvi maddələrin və onların məhsullarının məhv edilməsi konvensiyada nəzərdə tutulmuşdur. Konvensiyada qeyd edilmiş bütün kimyəvi maddələr mənşəyindən və ya istehsalından asılı olmayaraq, hansı ki, insanlara və ya heyvanlara zərər yetirə bilər zəhərli kimyəvi maddələrə aiddir. Buna görə də, bu növ kimyəvi maddələr istehsal edən mülki istehsal imkanları konvensiyanın nəzarəti altındadır.

Bu ləvazimatların fəallığının konvensiyanın öhdəliklərinə uyğunluğunu yoxlamaq məqsədilə konvensiyaya üzv olan hər bir dövlət öz ərazisində olan bu ləvazimatları, eləcə də ölkə ərazisində saxlanılan və istehsal edilən kimyəvi maddələr və onların məhsullarını yoxlama üçün təqdim edir. Bu məqsədlə, nəzərdə tutulmuş yoxlamalar və "gözlənilməz" yoxlamalar həyata keçirilir

Ədəbiyyat:

«Mülki Müdafiə haqqında» Azərbaycan Respublikasının qanunu
 Kammerer «Mülki Müdafiə qurğuları»

 İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 12 iyun 2018-ci il.





Yüklə 184,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin