http://www.amu.edu.az
31 oktyabr 2014-ъц ил
2
Sonra universitetin tədris
işləri üzrə prorektoru, professor
Sabir Əliyievin “ATU-da 2013-
2014-cü tədris ilinin yekunları
və 2014-2015-ci tədris ilində
universitet kollektivi qarşısında
duran vəzifələr” barədə hesabatı
dinlənildi.
Məruzəçi qeyd etdi ki, bu
gün biz mili təhsilimizin dünya
təhsilinə inteqrasiya etdiyi bir
dövrü yaşayırıq. Qazanılan uğur-
ların müsbət nəticəsidir ki, artıq
Azərbaycan təhsilinin yetirmələri
öz təhsillərini Avropanın və dün-
ya ölkələrinin müxtəlif nüfuzlu ali
məktəblərində davam etdirirlər.
Ölkəmizdə ulu öndər Heydər
Əliyevin uzaqgörən siyasəti
nəticəsində formalaşan təhsil
islahatları bu gün respublika
Prezidenti cənab İlham Əliyev
tərəfindən uğurla davam etdirilir.
Sözünə davam edən na-
tiq şura üzvlərinin nəzərinə
çatdırdı ki, keçən tədris ilində
Azərbaycan Respublikası Prezi-
dentinin 22 may 2009-cu il tarixli
295 nömrəli Sərəncamı ilə təsdiq
olunmuş «2009-2013-cü illərdə
Azərbaycan Respublikasının ali
təhsil sistemində islahatlar üzrə
Dövlət Proqramı»na müvafiq
olaraq universitetdə işlər başa
çatdırılmışdır.
2014/2015-ci tədris ilində də
ənənəvi olaraq universitetin I kur-
suna və Hərbi Tibb fakültəsinin
hərbi
feldşerlər
məktəbinə
qəbul Azərbaycan Respublika-
sı Prezidenti yanında Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası
tərəfindən aparılmışdır. Universi-
tetin hərbi tibb fakültəsinə qəbul
Müdafiə Nazirliyinin və Ədliyyə
Nazirliyinin sifarişlərinə uyğun
olaraq aparılmışdır. Prorektor
bildirdi ki, keçən ildən fərqli ola-
raq bu il fakültəyə qəbul planı
100% yerinə yetirilmiş, plana
uyğun 50 nəfər hərbi feldşer,
90 nəfər isə hərbi həkim işi ixti-
sası üzrə qəbul olunmuşlar. Bu
universitet rəhbərliyinin, şəxsən
çox hörmətli rektorumuz aka-
demik Ə.Əmiraslanovun müva-
fiq nazirliklərin və TQDK-nın
rəhbərliyi ilə apardığı gərgin
iş nəticəsində əldə edilmişdir.
Universitet və fakültə tərəfindən
orta məktəb məzunları ara-
sında təbliğat işləri aparılmış,
mərkəzi televiziya vasitəsilə
fakültənin reklam çarxları nü-
mayiş etdirilmiş, fakültə üzrə
keçid balı 350-yə endirilmiş-
dir. Keçən tədris ilində fakültə
rəhbərliyi dəyişdirilmiş, rektoru-
muzun təşəbbüsü ilə universitet
rəhbərliyi və Müdafiə naziri ge-
neral-polkovnik Zakir Həsənov
və nazirliyin digər rəhbər
işçilərinin iştirakı ilə HTF-də
təhsil alan kursantlar, rezidentlər
və fakültənin zabit heyəti ilə gö-
rüş keçirilmişdir. Bu görüşdə
qarşıda duran məsələlər geniş
müzakirə olunmuş, fakültənin
fəaliyyətini yaxşılaşdırmaq və
hərbi həkim, həkim-mütəxəssis
və hərbi feldşerlərin hazırlı-
ğının yaxşılaşdırılması üçün
universitetlə Müdafiə Nazirliyi-
nin birgə işi planlaşdırılmış və
keçən dövr ərzində bu sahədə
müəyyən irəliləyişlər əldə edil-
mişdir. Fakültədə təhsil alan və
hərbi mükəlləfiyyət daşımayan
və Ədliyyə Nazirliyi üçün hazır-
lanan həkimlər təlimə cəlb olun-
muş, onlara kursant statusu ve-
rilmişdir. Fakültə üçün Müdafiə
Nazirliyi tərəfindən 300 yerlik
yataqxananın tikintisi başa çat-
dırılmışdır.
2014/2015-ci tədris ilində I
kursa hərbi tibb fakültəsi istis-
na olmaqla, 867 tələbə qəbul
olunduğunu diqqətə çatdıran
S.Əliyev bildirdi ki, TQDK-nın
apardığı qəbul imtahanlarının
nəticələrinə görə dövlət planı -
890 yer tamamilə dolmuşdur.
Lakin sənədlərin qəbulu za-
manı və ondan sonra bir qrup
tələbə xaricdə təhsi almaq üçün
müracəit etmiş və universitetdən
xaric olunmuşdur.
Universitetdə artıq 10 ildir ki,
«müalicə işi», «stomatologiya»
və «əczaçılıq» ixtisaslarında
tədris Azərbaycan və rus dilləri ilə
yanaşı, xarici vətəndaşlar üçün
həm də ingilis dilində aparılır.
Keçən tədris ilindən başlayaraq
ingilis dilini mükəmməl bilən yerli
tələbələr üçün də ingilis dilində
tədris aparmaq üçün müalicə-
profilaktika fakültələrində 2 qrup
yaradılmışdır.
Cari tədris ilində universitetin I
kursuna 147 xarici ölkə vətəndaşı
saziş əsasında ödənişli təhsil
hüququ ilə qəbul olunmuşdur
(keçən il 215 nəfər).
O, qeyd etdi ki, cari tədris ilində
də universitetin «müalicə işi»,
«stomatologiya» və «əczaçılıq»
ixtisaslarına daxil olan xarici
tələbələrin böyük bir qismi in-
gilis dilində təhsil alanlardır. Bu
fakültələrdə tədris aparan kafed-
ralardan böyük məsuliyyət tələb
edildiyindən onlar gələcəkdə bu
qruplarda tədris apara biləcək
kadrların hazırlanması ilə ciddi
məşğul olmalıdırlar.
2013/2014-cü tədris ilində uni-
versitetin əczaçılıq fakültəsinin
4-cü kursunda 74 tələbə təhsilini
başa vursa da, 64 nəfər bitirərək
bakalavr dərəcəsinə layiq görül-
müşdür ki, onlardan da 16 nəfəri
xarici ölkə vətəndaşıdır.
Keçən dərs ilindən başla-
yaraq universitet rəhbərliyinin
təşəbbüsü ilə magistraturaya
qəbul artırılaraq 15 nəfərə çat-
dırılmışdır. Bu il qəbul planı
tam yerinə yetirilmişdir. Onların
7 nəfəri öz təhsillərini ödənişli
əsasla davam etdirəcəklər.
Keçən tədris ilində fakültənin
magistraturasını 9 nəfər bitir-
mişdir ki, onlardan da 3 nəfəri
fərqlənmə diplomuna layiq gö-
rülmüşdür.
S.Əliyev qeyd etdi ki, universi-
tetimizin və digər uni ver sitetlərin
tibb fakültələrinin mə zun larından
rezidenturaya 1414 sənəd ver-
mişdir ki, onlardan da 666 nəfəri
ATU-nun məzunudur. Keçid balı
toplayan 688 nəfər həkimdən
648-i,
rezidenturaya
qəbul
olunan 577 nəfərin isə 352-si
universitetimizin
məzunudur.
2013-cü ildən başlayaraq rezi-
denturada təhsil alanların mo-
billiyini təmin etmək məqsədilə
bir sıra xarici ölkə universitetləri
ilə müqavilələr bağlanmış və
onların həmin universitetlərdə
rotasiya yolu ilə təhsilini davam
etdirməsinə nail olmuşuq.
Keçən tədris ilində istər tədris,
tədris-metodik,
elmi-tədqiqat,
gənc nəslin milli zəmində
tərbiyəsi, istərsə də universi-
tetin maddi-texniki bazasının
möhkəmləndirilməsində
və
yenidən qurulmasında xeyli işlər
görüldüyünü vurğulayan natiq
dedi ki, tədris ilində universitetin
əməkdaşları il ərzində Ümum-
dünya Səhiyyə Təşkilatı və YU-
NİSEF xətti ilə Respublikanın
bir sıra rayonlarında seminarlar
aparmış və mühazirələr oxu-
muşlar.
Natiq hesabat məruzəsində
2013-cü ildə aparılan elmi
tədqiqat işlərinin nəticələrini
şərh edərək bildirdi ki, bunlar
12 monoqrafiya, 15 dərslik, 18
dərs vəsaiti, 6 kitabça və sor-
ğu ədəbiyyatı, 7 elmi əsərlər
məcmuəsi, 18 metodik tövsiyədə
öz əksini tapmışdır.
ATU-nun alimləri 101 adda
uzaq və yaxın xaricdə, respub-
likamızda keçirilən konqres,
konfrans və qurultayda iştirak
etməklə yanaşı məruzələrlə də
çıxışlar etmişlər.
2013-cü il ərzində 22 elmi-
praktik konfrans və universitetin
görkəmli alimlərinin yubileylərinə
həsr olunmuş konfranslar təşkil
edilmişdir.
Kafedra müdirləri, Nuru Bay-
ramov və Südeyif İmamver-
diyev, Arif Əfəndiyev, Nəsib
Quliyev, Gəray Gəraybəyli və
Qayıbverdi İsgəndərov çixış-
larında hesabatı qənaətbəxş
qiymətləndirdilər. Natiqlər əldə
olunan nailiyyətlərlə yanaşı, bu
sahədə onları maraqlandıran bir
sıra problemlərdən söhbət açdı-
lar. Onlar məruzə olunan məsələ
ətrafında fikirlərini bölüşərək
rəhbərlik etdikləri kafedralarda
bu istiqamətdə aparılan işlərdən
danışdılar, tədrisin keyfiyyətinin
daha da yüksəldilməsi yolların-
dan bəhs etdilər.
Məruzə və çıxışlarada səs lə-
nən fikirlərə münasibətini bildirən
aka demik Ə.Əmiraslanov müza-
kirə olunan məsələnin vacibliyini
bir daha önə çəkərək qeyd etdi
ki, hər bir ali məktəbin qarşısın-
dakı ən ümdə məqsəd tələbəyə
keyfiyyətli təhsil vermək, bey-
nəlxalq təhsil sisteminə in-
teqrasiya olunmaq və dünya
universitetləri sırasında yüksək
reytinqə nail olmaqdır. Bu
sahədə universitetimizdə çox
işlərin görüldüyünü, klinikala-
rın və yeni auditoriyaların yara-
dıldığını, həmçinin müasir tipli
avadanlıqlarla təchiz edildiyini
deyən rektor problemlərin də az
olmadığını söylədi. Hesabat
məruzəsini qənaətbəxş hesab
edən universitetin rəhbəri ka-
fedra müdirlərinə universitetdə
təhsil alan prezident təqaüd-
çülərinə xüsusi diqqət yetirməyi,
onları ictimai işlərə və tələbə
elmi cəmiyyətinə cəlb etməyi
tövsiyə etdi. Rektor bildirdı ki,
“bazalarda məqsədyönlü iş
aparılmır. Təcrübə dərslərinin
yüksəlməsi üçün nəzarət artırıl-
malı, tədrisin keyfiyyətinə ciddi
fikir verilməlidir. Ona görə də
bu istiqamətdə mövcud olan
problemləri aradan qaldırmaq
üçün fəaliyyətimizi hərtərəfli
gücləndirməliyik. Bütün bunlar-
la yanaşı işimizi elə qurmalıyıq
ki, gələcəkdə universitetimizə
xarici ölkələrdən təhsil alma-
ğa gələnlərin sayı daha da çox
olsun, klinikalarımıza müraciət
edən xəstələrin say tərkibinin
artmasına nail olunsun. Yəni
biz gələcəkdə nə iş görəcəyiksə
qazancımız da ondan ibarət
olmalıdır. İndi dünyanın heç
bir yerində pulsuz tibbi xidmət
yoxdur. Biz artıq icbari tibbi sı-
ğortaya doğru gedirik. Bütün
standartlara malik olan klinikala-
rımızda hər cür şərait var. Ona
görə də bizim taleyimiz necə
işləməyimizdən asılı olacaq.”
Rektor daha sonra qarşı-
da duran bir sıra görüləcək
tədbirlərdən söhbət açdı,
müxtəlif məsələlər barədə şura
üzvlərini məlumatlandırdı.
Böyük Elmi Şura müsabiqə
məsələlərini həll etməklə öz işini
başa çatdırdı.
MƏNSUR
Fotolar Cənnətalı Çingizindir
B Ö Y Ü K E L M İ Ş U R A D A
m
Oktyabrın 27-də Böyük Elmi Şuranın növbəti yığıncağı keçirildi. Yığıncağı açan ATU-
nun rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanov gündəliyə keçməzdən öncə ictimai
sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, professor Rafiq Çobanovu 70 illik yubile-
yi münasibətilə təbrik etdi. Rektor onun tibb elminin inkişafındakı çoxillik xidmətini qeyd
edərək çalışdığı sahələrdə böyük nailliyyətlər qazandığını bildirdi, yubilyarı universitetin
“Fəxri fərman”ı və mükafatla təltif etdi. Rafiq Çobanov ona göstərilən diqqət və qayğıya görə
universitet rəhbərliyinə, eləcə də elmi şuranın üzvlərinə təşəkkürünü bildirdi.
“ATU-da 2013-2014-cü tədris ilinin yekunları və 2014-2015-ci tədris ilində
universitet kollektivi qarşısında duran vəzifələr” müzakirə edilib
31 oktyabr 2014-ъц ил
http://www.amu.edu.az
3
Oktyabrın
28-də
Azər baycan
Tibb
Universitetində Rusiya
Tibb Elmləri Akademi-
yasının və Elmlər Aka-
demiyasının akademiki,
N.N.Bloxin adına Rusiya
Elmi-Tədqiqat Onkoloji
Mərkəzinin rəhbəri Mi-
xail İvanoviç Davıdov-
la ATU-nun müəllim və
tələbə heyətinin görüşü
keçirilib.
Görüşdə səhiyyə naziri-
nin müavini Elsevər Ağayev,
N.Bloxin adına Rusiya Elmi-
Tədqiqat Onkoloji Mərkəzinin
direktor müavini, professor
Mamed Əliyev, bu Mərkəzin
onurğa cərrahiyə şöbəsinin
müdiri Elmar Musayev,
Mərkəzin urologiya şöbəsinin
baş elmi işçisi Anar Pənahov,
Mərkəzin plastik və rekons-
truktiv cərrahiyə şöbəsinin
müdiri Vladimir Sobolyevs-
kiy, Mərkəzin döş qəfəsi
cərrahiyyəsi şöbəsinin baş
elmi işçisi Mixail Mixailoviç Da-
vıdov da iştirak ediblər. Tədbiri
açıq elan edən Azərbaycan
Tibb Universitetinin rektoru,
millət vəkili, akademik Əhliman
Əmiraslanov
çıxışında
M.İ.Davıdovun dünya miqyas-
lı tanınmış mütəxəssis oldu-
ğunu, xərçəng xəstəliklərinin
əməliyyatlarında yeni metod-
ların yaradılmasında, köhnə
üsulları isə təkmilləşdirilməsi
üzrə xeyli praktik işlər gördü-
yünü və eləcə də qazandığı
nailiyyətlərə və virtuoz həkim
olduğuna görə “Cərrahiyyənin
Paqaninisi” ləqəbi aldığını vur-
ğulayıb: “ Mixail Davıdov Ru-
siya Federasiyasının Dövlət
Mükafatı laureatı, Əməkdar
Elm Xadimi, Rusiyanın Baş
onkoloqudur. O, həmçinin Ru-
siya Elmi-Tədqiqat Onkoloji
Mərkəzinə, İ.M.Seçenov adına
Rusiya Dövlət Tibb Universi-
tetinin kafedrasına rəhbərlik
edir. Dünya miqyaslı tanınmış
mütəxəssis olan Mixail İvano-
viç bədxassəli şişlərin cərrahi
müalicəsində yeni metodların
hazırlanması, əvvəlki metodla-
rın təkmilləşdirilməsi üzrə xeyli
praktiki işləri var. O, elə cərrahi
əməliyyatlar həyata keçirir ki,
Rusiyada belə əməliyyatları
edən ikinci cərrah yoxdur”.
Rektor M.İ.Davıdovun həm-
çinin
azərbaycanlı
mütə-
xəssislərin yetişdirilməsində
böyük əməyi olduğunu da
qeyd edib. Daha sonra
Ə.Əmiraslanov M.İ.Davıdovu
“ATU-nun Fəxri doktoru” adı-
na layiq görülməsi münasibəti
ilə təbrik edərək ona “ATU-
nun Fəxri doktoru” diplomunu
təqdim edilib.
“ATU-nun
Fəxri
dokto-
ru” adına layiq görüldüyünə
görə təşəkkürünü bildirən
M.İ.Davıdov Mərkəzdə fəaliy-
yət göstərən azərbaycanlı
mütəxəssislərin tək Rusiyada
deyil, MDB məkanında məşhur
mütəxəssislər olduğunu vur-
ğulayıb. Professor M.İ.Davıdov
da rektor Ə.Əmiraslanova
M.İ.Lomonosovun portre-
ti həkk edilən döş nişanını
və eləcə də N.N.Trapeznikin
portretini Azərbaycan Tibb
Universitetinə hədiyyə edib.
Daha sonra AMEA-nın vit-
se prezidenti akademik Akif
Hacıyev və akademik Bö-
yükkişi Ağayev çıxış edərək
M.İ.Davıdovun
Onkoloq
Cərrahlar
Mərkəzinin
ya-
radıcısı olduğunu, həmin
Mərkəzdə daha dəqiq diaq-
noz qoyulması, bədxassəli
şişlərin
müalicəsinin
təkmilləşdirilməsi,
eksperi-
mental və praktiki onkolo-
giyanın ən müasir metod-
larının tətbiqi məsələlərinin
öyrənildiyini qeyd ediblər.
Görüşdən
sonra
Rusiya
nümayəndə heyətinin üzvləri
Tibb Universiteinin Tədris-
Cərrahiyyə, Tədris-Terapevtik
və Stomatoloji klinikaları-
nın fəaliyyəti ilə tanış olub-
lar.
Qonaqlar
adıçəkilən
müəssisələrdə mövcud şərait,
tələbə və rezidentlər üçün ya-
radılan imkanlardan məmnun
qaldıqlarını bildiriblər. Onlar
klinikalarda əhaliyə yüksək
səviyyəli
tibbi
xidmətin
göstərilməsinin
ölkədə
səhiyyənin inkişafı baxımın-
dan böyük önəm daşıdığını
qeyd ediblər.
Qeyd edək ki, M.Davıdov
həmçinin
ilk
dəfə
ola-
raq
bədxassəli
şişlərin
əməliyyatı zamanı iri da-
marların plastikası da daxil
olan əməliyyatları icra edib.
Beynəlxalq Cərrahlar Bir-
liyi, Amerika və Avropanın
Cərrahlar Cəmiyyəti, Nyu-
York Elmlər Akademiyası-
nın üzvü, 300-də çox elmi
məqalənin, 3 monoqrafiya,
6 elmi-metodik filmin müəllifi
olan M.Davıdovun həm də
rəhbərliyi altında 30 disserta-
siya işi müdafiə olunubdur.
Qabil ABDULLAYEV
Milli Məclisin üzvü, akademik
Əhliman Əmiraslanov rəhbərlik
etdiyi universitetin fəaliyyəti,
tədris
proqramları,
mövcud
fakültə və ixtisaslarından, tələbə
və rezidentlərin uğurlarından
söhbət açıb. O, Azərbaycanda
yeganə
ali
tibb
təhsili
müəssisəsinə hər il 1000-ə ya-
xın tələbənin qəbul olunduğunu
qonaqların diqqətinə çatdırıb.
Bildirib ki, hazırda universitetin
7000-dən çox tələbəsi arasında
18 ölkənin vətəndaşları da var
və bunların da böyük əksəriyyəti
qardaş Türkiyədəndir. Akade-
mik Ə.Əmiraslanov ATU-nun
nəzdində yaradılaraq son tex-
noloji tibbi avadanlıqlarla təchiz
edilmiş klinikalar haqqında da
qonaqlara ətraflı məlumat verib.
Rektor ATU-da mövcud rezi-
dentura üzrə təhsil sistemindən
danışaraq, rezidentlərin bir çox
xarici ölkələrdə, o cümlədən
Türkiyədə də təcrübə keçdiklərini
söyləyib, bu sahədə qonşu
dövlətlə əməkdaşlıq imkanla-
rını genişləndirmək niyyətində
olduqlarını açıqlayıb: “Qardaş
Türkiyə universitetləri bizə çox
yardımçı olur. Rezidentlərimiz
İstanbul, Samsunq, İzmir, 19
Mayıs,
Hacəttəpə,
Ankara
universitetlərində davamlı olaraq
potasiya keçirlər. Uzmanların ro-
tasiyası bizim üçün çox vacib-
dir. Mütəxəssislərimizi Almani-
yaya və digər ölkələrə təcrübə
mübadiləsinə göndəririk. Uz-
manlıqda
Türkiyə
modelini
Azərbaycana gətirmişik. İzmirdə
orqan transplantasiyası üzrə
təcrübə keçən uzmanlarımız da
var. Ancaq onların sayı kifayət
qədər deyil”.
Dəvətə görə universitet
rəhbərliyinə təşəkkürünü bildirən
cənab Recep Akdağ ATU-nun
Tədris Cərrahiyyə Klinikasının
işi ilə tanış olduğunu, burada
xəstələr və tibbi personal üçün
yaradılan şəraitdən məmnun
qaldığını deyib. Azərbaycan
Tibb Universiteti rezidentlərinin
Türkiyədə təcrübə keçməsini
yüksək qiymətləndirən Recep
Ağdağ bu sahədə öz arzu və
təkliflərini də görüş iştirakçı-
ları ilə bölüşüb. O, Türkiyədə
universitetlərin sağlıq bakanlı-
ğından ayrı olduğunu xatırlada-
raq təcrübə artırmaq baxımın-
dan araşdırma xəstəxanalarının
üstünlüklərindən danışıb.
Görüş zamanı rezidentlərimizin
Ankara şəhərindəki bəzi klinika-
lara göndərilməsi haqqında ilkin
razılıq əldə olunub.
Daha sonra türkiyəli qo-
nağın
ATU
rəhbərliyi
ilə
görüşündə tərəflərin gələcək
əməkdaşlığının
istiqamətləri
barədə fikir mübadiləsi aparı-
lıb. MüzakirələrdəTürkiyədə çox
mükəmməl bir sığorta sistemi-
nin yaradıldığı vurğulanıb və
Azərbaycanda tibbi sığortanın
tətbiqi məsələlərinə toxunulub.
Görüşdə Türkiyənin Bakıda-
kı səfirliyinin nümayəndəsi Si-
bel Tuna, ATU-nun elmi işlər
üzrə prorektoru, professor İbra-
him İsayev, Tədris Cərrahiyyə
Klinikasının direktoru, dosent
Hacıqulu Bağırov, ATU-nun
beynəlxalq əlaqələr şöbəsinin
müdiri, dosent Rəhimə Qabulo-
va iştirak ediblər.