““amu flaşmob” klubu elə ilk anda gözləmədiyimiz uğuru qazandı” Rusiyanın Baş onkoloqu atu-nun



Yüklə 9,05 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix16.02.2017
ölçüsü9,05 Mb.
#8825
1   2   3

Arif MƏMMƏDLİ

Rektor Türkiyənin sabiq səhiyyə naziri ilə görüşüb

Oktyabrın 24-də Azərbaycan Tibb Universitetinin 

Tədris Cərrahiyyə Klinikasında universitetin rektoru, 

akademik Əhliman Əmiraslanov Türkiyənin sabiq 

səhiyyə naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü 

Recep Akdağla görüşüb. 

 Rusiyanın Baş onkoloqu  «ATU-nun Fəxri doktoru» adına layiq görülüb

http://www.amu.edu.az

31 oktyabr 2014-ъц ил

4

A

zərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə 

Klinikasında 

professor 

Dr.Əziz 

Əliyev 

qalxanabənzər  vəzin  xəstəliklərinə  həsr  olunan 

video görüntülü mühazirə ilə çıxış edib. V kurs tələbələri 

üçün  keçirilən  mühazirədə  əsasən  qalxanvari  vəz  və 

anatomiyası, orqanizimdə rolu, qalxanvari vəz testləri ilə 

bağlı ətraflı məlumat verilib.

Video-mühazirə 

zamanı  professor 

Əziz  Əliyev  həm-

çinin 

qalxan vari 



vəzinin  xər çən gi, 

for maları, 

əmə-

liyyatları,  total  ti-



reoidektomiya  və 

l i m  f o d i s s e k s i ya 

əmə liy yatlarının 

əhə miyyətindən, 

q a l x a n a b ə n z ə r 

vəzin xəstəliklərində radionuklid diaqnostika və terapiyasının 

önəmindən, əməliyyatdan sonrakı proqnoz, əməliyyatdan son-

ra TSH hormonuna nəzarətin orqanizmdə rolu barədə danışıb. 

Qeyd olunub ki, bu xəstəlik bütün dünyada şəkərli diabetdən 

sonra  ən  geniş  yayılan  xəstəliklərdən  biridir.  Respublikamız-

da qalxanabənzər vəzin xəstəlikləri əsasən dağlıq ərazilərdə, 

xüsusən  Balakən,  Şəki,  Zaqatala  və  digər  bölgələrdə  daha 

geniş  yayılıb  ki,  bunun  da  əsasən  yod  çatışmazlığı  ilə  bağlı 

olduğu bildirilib.

Ə.Əliyev bu xəstəliklərdə pəhrizin də ciddi rol oynadığın bildi-

rib. Belə ki, əgər pəhrizə aşağı səviyyəli mikroelementlər, yod 

daxildirsə, onda insan qalxanabənzər vəzinin yaranması üzrə 

artan risk altında olacaq.

Professor  onu  da  vurğulayıb  ki,  qadınlarda  qalxanabənzər 

vəzinin  yaranma  ehtimalı,  kişilərə  nisbətən  iki  dəfə  yarım 

çoxdur.  Hesab  edilir  ki,  buna  səbəb  qadınlarda  aylıq  dövr 

və  hamiləlik  zamanı  ifraz  edilən  hormonlardır.  Amma  elmi 

cəhətdən bu nəzəriyyənin müdafiəsi üçün sübutlar çox azdır.

Mühazirənin  sonunda  professor  tələbələrin  suallarını  ca-

vablandırıb,  qalxanabənzər  vəzin  xəstəliklərinin  müayinə  və 

müalicəsi, profilaktikası istiqamətində tətbiq edilən müasir me-

todlardan söz açıb.

16-17  oktyabr  2014-cü  il  tarixlərində 

Türkiyənin 

Ərzurum 

şəhərində 

Türkdilli Ölkələrlə İş Birliyinin Konseyi 

daxilində  (Türk  Keneşi)  fəaliyyət 

göstərən  Türkdünyası  Universitetlər 

Birliyinin  Birinci  Baş  Assambleyası 

baş  tutub.  Atatürk  Universitetinin 

ev  sahibliyi  ilə  keçirilən  bu  tədbirdə 

Azərbaycan  Tibb  Universitetinin  elmi 

işlər üzrə prorektoru, professor İbrahim 

İsayev iştirak edib. 

Açılış  mərasimində  Türk  Keneşi  (Əməkdaşlıq 

Şurası) baş katibi Ramil Həsənov, Atatürk Uni-

versitetinin rektoru professor Dr. Hikmət Kocak, Türkiyə Cümhuriyyətinin Yüksək Öyrətim Kurulunun 

rəsmisi professor Dr. Mehmet Şişman və digər rəsmilər çıxış ediblər.

Assambleyanın ən önəmli nəticələrindən biri Türkdilli Dövlətlərin Universitetlər Birliyinin nəzərdə tut-

duğu növbəti layihələrindən birinin Azərbaycan Tibb Universitetində keçirilməsinə dair qərarı olub. 

Baş assambleyanın iclasında tələbə və akademik personalın mobilliyini nəzərdə tutan Orxan (Orhun) 

proqramının  icrası  ilə  əlaqədar  görüləcək  işlər  müzakirə  edilib.  Bu  proqram  Universitetlər  Birliyinin 

fəaliyyətində əsas yerlərdən birini tutur. 

Toplantıda  həmçinin  Universitetlər  Birliyinə  bağlı  olaraq  yaradılması  qərarlaşdırılan  “Tədrisin 

keyfiyyətinə  nəzarət”  qaydaları,  dövlətlərarası  səviyyədə  fəaliyyət  göstərən  Türk  Akademiyası  ilə 

qurumun  əlaqələrinin  genişləndirilməsi  məsələləri  gündəmə  gətirilib.  Bundan  əlavə,  Birliyə  daxil 

universitetlərin təmsilçilərindən ibarət “Tələbə Şurası”nın yaradılması məqsədilə nəzərdə tutulan plan-

lar təsdiqlənib. 

Türk Dünyası Universitetlər Birliyinə Azərbaycandan yalnız 3 universitet daxildir. Ümumiyyətlə, top-

lantıda birliyə daxil olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin 12 universitetinin rektor və 

rektor yardımçıları, habelə Türkiyə Cümhuriyyətinin Yüksək Öyrətim Kurulunun rəsmiləri, Azərbaycanın 

Türkiyədəki Böyük Elçiliyinin təhsil üzrə müşaviri iştirak ediblər.

Professor Əziz Əliyevin 

video görüntülü mühazirəsi

ATU Türk Dünyası Universitetlər Birliyi ilə birgə layihə hazırlayır

Bu  günlərdə  TEMPUS  MU-

MEENA  layihəsi  çərçivəsində 

ukraynalı 

qonaqlar 

Azər-

baycan  Tibb  Universitetində 

olublar.  Nümayəndə  heyətinə 

Ukrayna  Səhiyyə  Nazirliyi 

Dövlət  Test  Komissiyasının 

sədr müavini professor Marina 

Mruqa  və  Boqomolets  adına 

Ukrayna Milli Tibb Universite-

tinin  infor matika  texnologiya-

ları  kursunun  müəllimi  Lesya 

Voytenko daxil dir.

ATU-nun  Beynəlxalq  Əla qə-

lər Şöbəsinin dəvəti ilə Bakıya 

gələn qonaqlar iki gün ərzində 

TQDK-da 

qəbulda 


olub-

lar.  M.Mruqa  və  L.Voytenko 

həmçinin,  ATU-nun  tədris 

şöbəsinin 

müdiri 

dosent 


Nəsimi  Qasımov,  Tədris  və 

İnnovasiyalar şöbəsinin müdiri professor Akif 

Qurbanov  ilə  görüşüblər.  Görüş  zamanı  tibb 

təhsilinin Azərbaycan və Ukraynadakı hazırkı 

durumu,  biliyin  qiymətləndirilməsi  sistemləri 

haqqında konstruktiv fikir mübadiləsi aparılıb. 

Ukraynalı  mütəxəssislər  Tədris  Terapev-

tik  Klinikada  «Tədqiqat  bacarıqlarının  inkişaf 

etdirilməsi»  mövzusunda  mühazirə  də  oxu-

yublar. 


Qeyd edək ki, artıq 3 ildir Azərbaycan Tibb 

Universiteti  Avropa  Birliyinin  TEMPUS  proq-

ramının  MUMEENA  layihəsinin  iştirakçısıdır. 

Layihənin  əsas  məqsədi  Azərbaycan,  Gür-

custan, Ukrayna universitetlərinin inteqrasiya 

olunmuş  kurikulumlarının  təkmilləşdirilməsi, 

tədris  və  təhsilə  yeni  yanaşma  və  yeni 

məzmunun gətirilməsidir. Layihə çərçivəsində 

Avropa  Tibb  Təhsili  Assosiasiyası  və  Tibb 

Təhsili üzrə Dünya Federasiyası standartları-

nın bu ölkə universitetlərində tətbiqi nəzərdə 

tutulur.


MUMEENA  layihəsi  çərçivəsində  indiyədək 

Tibb 


Universitetində 

dəfələrlə  tədqiqat  baca-

rıqları,  situasiyaya  bağ-

lı  klinik  əsaslandırma 

(klinik 

təfəkkürün 

in-

kişaf  etdirilməsi)  üzrə 



seminarlar 

keçirilib. 

Layihənin dəstəyi ilə ATU-

da  Müəllimlərin  Təlim 

Mərkəzi yaradılıb, metodik 

vəsaitlər çap olunub.  Bir il 

öncə ATU həm də MUME-

ENA  layihəsinin  növbəti 

konfransına  ev  sahibli-

yi  edib.  Bu  ilin  iyununda 

isə  Tədris  Cərrahiyyə 

Klinikasında  koordinator 

universitetlərin  iştirakı  ilə 

növbəti tədbir baş tutub. 

Tempus  proqramı  (Uni-

versitet  fənləri  üçün  Trans-Avropa  mobil-

lik  cədvəli)  ali  təhsilin  müasirləşdirilməsini 

dəstəkləyir  və  Aİ-nı  əhatə  edən  ölkələrdə 

əməkdaşlıq  sahəsi  yaradır.  Bu  proqram  ha-

zırda  Qərbi  Balkanlarda,  Şərqi  Avropa  və 

Mərkəzi  Asiyada,  Şimali  Afrika  və  Yaxın 

Şərqdə 27 ölkəni əhatə edir.

TEMPUS  proqramı  tərəfdaş  ölkələrin  ali 

təhsil  müəssisələrinin  Avropa  universitetləri 

ilə  təhsildə  Avropa  standartları  sahəsində 

təcrübə mübadiləsi, bazar iqtisadiyyatına uy-

ğun  olan  təhsil  proqramlarının  hazırlanma-

sı,  müasir  ədəbiyyatın  təmin  edilməsi,  tədris 

bacarıqlarının  səviyyəsinin  artırılması  üçün 

təlimlərin keçirilməsi, tələbələrin xaricdə təhsil 

alması,  universitetlərin  idarə  olunmasının 

təkmilləşdirilməsi, universitetlərdə islahatların 

aparılması, qeyri professor-müəllim heyətinin 

hazırlanması  ilə  yeni  informasiya  texnolo-

giyalarının  tətbiqi  və  inkişaf  etdirilməsinə 

əsaslanan əməkdaşlığını nəzərdə tutur.



Ukraniya Səhiyyə Nazirliyinin nümayəndələri ATU-da 

B

u  xeyriyyə  aksiyası  Milli  Məclisin  65  saylı  Saatlı-



Sabirabad-Kürdəmir  seçki  dairəsindən  seçilmiş 

deputat, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman 

Əmiraslanovun təşəbbüsü ilə həyata keçirilib.

Aksiya  zamanı  ATU-nun  müxtəlif  ixtisaslı  həkim  qrupu 

onlarla  kənd  sakinini  müayinə  ediblər.  Aksiyaya  qatılan 

rayon sakinləri müayinə ilə yanaşı, zəruri həkim məsləhəti 

də  alıblar.  Hətta  ətraf  kəndin  sakinləri  də  Mollakəndə 

gələrək  həkimlərə  müraciət  edib.  Müayinələrdən  sonra 

səhhətində  problem  aşkarlanan  bəzi  sakinlər  müalicə 

olunmaq üçün Bakıya göndəriliblər.

Qeyd edək ki, bu səfərki aksiyada endokrinoloq dosent 

Əfəndiyev  Tərlan,  terapevt-kardioloq  Zeynalov  Fikrət, 

pediatr Nəsirova Səbahət, nevropatoloq Musayeva Aygün, 

onkoloq  Cəfərova  İnarə,  ginekoloq  Əliyeva  Pərvanə, 

oftalmoloq  Əlizadə  Leyla  və  USM  həkimi  Əliyeva  Səidə 

iştirak ediblər.



Kürdəmirin Mollakənd kənd sakinləri 

pulsuz müayinədən keçib

ATU-nun mətbuat xidməti

31 oktyabr  2014-ъц ил

http://www.amu.edu.az

5



İnternet  üzərin-



dən  bir  qayda  olaraq 

təşkil olunan fleşmob 

ilk dəfə olaraq Ameri-

kada həyata keçirilib. 

Bunun  yaradıcısı  isə 

sosioloq-yazıçı 

Ho-

vard  Reyingold  he-

sab  olunur.  İngiliscə 

flash-  ani,  ani  parıltı, 

mob-kütlə,  yəni  ani 

kütlə, toplumun parıl-

tısı  mənalarını verir.

 

 

Fleşmob  -    bir  qrup  in

-

sanın  hansısa  ictimai 



ərazidə  qəfildən  pey

-

da  olub  qısa  zaman 



kəsimində 

qeyri-adi 

və  abstrakt  məzmunlu 

hərəkətlər 

etməsidir. 

Və 


bunula 

onlar 


ətrafdakıların 

diqqətini 

özlərinə çəkməyə çalışır.

Azərbaycan  Tibb  Uni

-

versitetinin 



tələbələri 

də  vaxtaşırı  fleşmob

-

lar  keçirirlər.  Cavidan 



Həsənli  və  Malik  Şükür

-

lünü  fəal  tələbələrdən 



hesab etmək olar.  

Onlar 


2013-cü 

ildən  etibarən  “AMU 

Flashmob”u idarə edirlər. 

Flashmobun 

fəaliyyəti 

ilə  bağlı  ətraflı  məlumat 

almaq  məqsədi  ilə  Ca

-

vidan  Həsənli  və  Malik 



Şükürlü  ilə  görüşdük. 

İlk  öncə  C.Həsənlinin 

“Təbib”  qəzetinə  verdiyi 

açıqlamaya  görə,  “AMU 

Flashmob”un  təşkil  et

-

diyi  fleşmobu  bir  qrup 



tələbə yoldaşları ilə birgə 

həyata keçirib. Onların bu 

təşəbbüsünü  isə  Tələbə 

Həmkarlar  İttifaqı  (THK) 

və  o  cümlədən  ittifaqın 

sədri  Elşad  Novruzov 

dəstəkləyib.  Qrup  ha

-

zırda  THK-nın  nəzdində 



fəaliyyət göstərir.  

Tərəddüdlər və 

müvəffəqiyyətlər....

Fleşmobu  həyata 



keçirən 

ərəfədə 


problemlə 

üzləşdik. 

Səbəb  isə    universitet 

daxilində tələbələrin belə 

bir  qrupun  varlığından 

xəbərsiz  olmaları  və  iş

-

tirakçıların  sayının  az  ol



-

ması idi. Lakin bir müddət 

keçdikdən  sonra  qrupa 

yeni üzvlər daxil oldu və 

vaxt  itirmədən  məşqlərə 

başlamağa  qərar  ver

-

dik.  Universitet  tarixində 



belə  bir  hadisə  ilk  dəfə 

olduğundan  iştirakçılar 

çox  həyəcanlı  idilər.  Bu 

səbəbdən 

təşəbbüsün 

həyata 


keçirilməsinə 

tərəddüd  edirdilər.  Buna 

görə 

iştirakçılardan 



bəziləri qrupdan ayrıldılar. 

Bu  isə  “AMU  Flashmob” 

idarə  heyətinin  üzvlərini 

təbii  ki  üzdü.  Ancaq  bü

-

tün  çətinliklərə  baxma



-

yaraq  qalan  iştirakçıların 

iradə və əzmi ilə hazırlıq

-

lar uğurla davam etdi və 



Azərbaycan Tibb Univer

-

siteti  fərqli  bir  hadisə  ilə 



qarşılaşmaq 

ərəfəsinə 

qədəm  qoydu.  Nəhayət, 

internetdə 

öncədən 

məlumat  verməklə  ötən 

il  mayın  27-də  univer

-

sitetin  həyətində  “AMU 



Flashmob”un  ilk  “Party 

rock  anthem”  adı  ilə  

fleşmobu  baş  tutdu.  Bu 

tip  hadisə  ilk  olduğu 

üçün  təbii  çatışmazlıq

-

lar  da  nəzərə  çarpdı  və 



tənqidlər  də  az  olmadı. 

Ancaq  internetdə  ümu

-

mi  rəylərin  statistikası



-

nı  gözdən  keçirdikdə 

bəyənənlərin 

sayının  

böyük  fərqlə  çox  oldu

-

ğunu  müşahidə  etdik. 



Bu  isə  olduqca  sevindi

-

rici  hal  idi.  “AMU  Flash



-

mob”  qrupu  elə  ilk  an

-

daca 


gözləmədiyimiz 

uğuru  qazandı  və  bu 

uğurun  verdiyi  stimul  ilə 

gələcəkdə 

görüləcək 

işlər  barədə  düşünməyə 

başladıq. 

Malik 


Şükürlü 

də 


rəhbərlik  etdiyi  qrupun 

fəaliyyətindən danışdı:



-  İlk 

tədbirimizi 

keçirəndən 

təxminən 

bir  il  sonra  “AMU 

Flashmob”un 

idarə 

heyəti yeni bir layihəylə 

gündəmə 

gəlməyi 

planlaşdırırdı.  Ancaq 

bu  layihə  fleşmobun 

tələblərinə  uyğun  ol

-

madığı  üçün  qrupun 

adı  ilə  ziddiyyət  təşkil 

edirdi.  Başqa  adla  da 

bir  komanda  yaratmaq 

məqsədəuyğun 

hesab 

olunmadı.  İdarə  heyəti 

belə  qərara  gəldi  ki,  elə 

layihə    “AMU  Flash

-

mob”  qrupu  tərəfindən 

həyata keçirilsin.  Bun

-

dan  sonra  hazırlıq 

işlərinə başlandı. Layihə 

tamam  fərqli  bir  video 

çarx formatında idi. Bir 

aydan  çox  davam  edən 

çəkilişlərin nəticəsi ola

-

raq xeyli miqdarda ma

-

terial  əldə  edə  bilmiş

-

dik. İlk gündən aparılan 

montaj işlərinin hesabı

-

na  artıq  video  çarx  ha

-

zır idi. Video çarx sosial 

şəbəkələrdə paylaşıldıq

-

dan sonra xeyli çəkmədi 

ki,  çoxluq  tərəfindən 

rəğbətə  layiq  görüldü 

və  bəyənildi  və  layihə 

uğurla 

nəticələndi. 

“Get  lucky”  videoçar

-

xı  gözlənilən  müsbət 

nəticəni  artıqlaması  ilə 

verdi.

“Qrupumuzla hər 

kəs sosial şəbəkələr 

vasitəsi ilə əlaqə 

saxlaya bilər”

Malik  Şükürlü  həmçinin 

idarə  etdikləri  qrupun 

məram və məqsədinə də 

toxundu:  “Ümumiyyətlə, 

bugünkü  gündə  “AMU 

Flashmob”un 

əsas 


məqsədi fərqli düşüncəli, 

kreativ  tibb  tələbələrini 

bir  araya  gətirmək  və 

maraqlı,  fərqli  ideyaları 

reallaşdırmaqdır.  Lakin 

qrupumuzun tərkibi sabit 

deyil. Reallaşdıracağımız 

ideya  və  layihəyə  görə 

tərkib dəyişə bilir. Elə ide

-

ya  və  ya  layihə  ola  bilər 



ki,  bunu  150-200  tələbə 

ilə 


həyata 

keçirmək 

olar,  eləsi  də  var  ki,  onu 

həyata  keçirməyə  10-15 

nəfər  kifayət  edə  bilər. 

Onu da qeyd edim ki, ha

-

zırda  “AMU Flashmob”un 



hər kəsin rahatlıqla əlaqə 

saxlaya  biləcəyi  face

-

book  səhifəsi- 



fb.com/

amuflashmob 

fəaliyyət 

göstərir. 

Bu 


səhifə 

vasitəsi ilə idarə heyətinə 

ismarıc  yazaraq  qrupa 

daxil  ola,  layihələrdə  iş

-

tirak  edərək  ideyaları



-

nı  təklif  edə  və  bunları 

bizimlə birlikdə reallaşdı

-

ra bilərlər. Bundan əlavə 



“AMU  Flashmob”un  yo

-

utube  kanalı- 



youtube.

com/amuflashmob

  və 


twitter  səhifəsi- 

twitter.

com/amuflashmob

  da 


istifadəyə    açıqdır.  Onu 

da  qeyd  edim  ki,  bu  ya

-

xınlarda  yeni  və  ma



-

raqlı  layihələrimizlə  çı

-

xış  etmək  və  bu  barədə 



“Təbib”  qəzeti  vasitəsi 

ilə  oxuculara  məlumat 

vermək niyyətindəyik.

Q.ZİMİSTANOĞLU

““AMU Flaşmob” klubu elə ilk anda 

gözləmədiyimiz uğuru qazandı”


http://www.amu.edu.az

31 oktyabr 2014-ъц ил

6

Hər  birimiz  qolu  sallanmış 

(hərəkətsiz), ayağını çəkə-çəkə 

yeriyən insanları görəndə istər-

istəməz bunların cavan yaşdan 

əlil olmasına görə heç olmasa 

heyfslənirik.  Sirr  deyil  ki,  ifli-

cin  əsas  səbəbi  insultlardır. 

Bu  xəstəliyə  düçar  olanların 

yaşı  cavanlaşır  və  sayı  artır.  

Azərbaycan  əhalisinin  ölüm 

səbəblərinin  birincisi  ürək-

damar  xəstəlikləri  olaraq  qa-

lır–buna  isə  beyin  qan-damar 

xəstəlikləri və insult aiddir. 

Beynin  qan  dövranın  kəskin 

pozulması, insultlar – xəstələnmə 

və ölüm  strukturunda yüksək yer 

tutduğuna,  habelə,  müvəqqəti 

əmək  qabiliyyətin  itirilməsi,    ilkin 

əlillik  göstəriciləri  əhəmiyyətli  ol-

duğuna  görə,  aktual  tibbi-sosial 

problem olaraq qalır. Bu xəstəlik 

hər yaşda və hər anda baş verə 

bilər  (S.Davis,  2013).  Hər  il  yer 

kürəsində  16  milyon  insult  baş 

verir və bunların 6 milyonu ölümlə 

nəticələnir 

(www.worldstroke-

campaign.org).

22-25 oktyabr İstambulda 9-cu 

Ümumdünya  İnsult  Konqresində  

ilk dəfə  həmin alimlərin səylərilə 

hazırlanan insult xəstələrinin hü-

quqlarına  aid  BİLL  səsləndirildi. 

Bu nüfuzlu təşkilatın rəhbərindən  

təklif məktubu almışıq  ki, növbəti 

ümümdünya  konqresi    (4000 

nəfərə qədər iştirakçı) Bakıda ke-

çirilsin.

Bu  il  6-9  may  tarixində  23-cü 

Avropa  İnsult  Konfransı  Fran-

sanın  Nitsa  şəhərində  keçirildi. 

Cavan yaşlarından birgə tələbəlik 

həyatını keçirən və beynin qanla 

təchizatını  hüceyrə  səviyyəsində 

öyrənən nufuzlu alimlər Geoffrey 

Donnan və Stephen Davis (Dün-

ya  İnsult  Təşkilatının  rəhbəri)  ilk 

dəfə 29 oktyabr 2013-cu ildə yaz-

dıqları çıxarışlarını səsləndirdilər: 

“BİZ  QAYĞIDA  OLMALIYIQ...” 

yəni  “İNSULT  ƏTRAFI  MİFLƏRİ  

QIRMAQ,    İNSULT    RİSKİ-

Nİ    MİNİMUMA    ENDİRMƏK,  

KEYFİYYƏTLİ 

 

MÜALICƏ  



APARMAQ”.                 

İnsult  xəstəliyinə    beyin  qan-

damar mənşəli, 24 saatdan artıq 

davam edən və ya cox qısa za-

manda ölümlə nəticələnən ocaqlı 

nevroloji  (hərəki,  nitq,  hissi,  ko-

ordinator, görmə və digər)  simp-

tomlar  və  ya    ümümibeyin  (şüur 

dəyişikliyi,  baş  ağrısı,  qusma  və 

s.)    əlamətlərilə  meydana  çıxan 

beynin  kəskin  qan-damar  pozul-

malarıdır.

İnsultlar  hemorraqik  (beynə 

qansızma)  və  işemik  (beyin  in-

farktı)  növlərinə  əsasən  bölünür. 

Qansızmanın  digər  növləri–sub-

dural  və  epidural  hematoma-

lar  -  əksər  hallarda  travmatik 

mənşəlidir və insult  terminilə ad-

lanmır. Beynin kəskin qan-damar 

pozulmalarının müxtəlif növlərinin 

tezliyi geniş dəyişir. Onların ara-

sında,  beyin  infarktı  65-75%, 

beynə qansızma -15-20% (suba-

rachnoidal  daxil  olmaqla),  keçib 

gedən  beyin  qan-damar  çatma-

mazdığı -10-15%-dir. İnsult riskini 

artıran ən əhəmiyyətli modifikasi-

ya olunan amillər aşağıdakılardır:

• hipertoniya; 

siqaret çəkmə

• ürək patologiyası; 

• başın magistral arteriyalarının 

patologiyası; 

•  lipid  maddələr  mübadiləsinin 

pozulması; 

• şəkərli diabet; 

• hemostatik pozulmalar; 

alkoqolun süni istifadəsi

• yuxuda apnoe; 

• fiziki hərəkətsizlik; 

• 

oral 



kontraseptivlərdən 

istifadə; 

Dəyişməyən  amillər  və  ya  risk 

markerlərə daxildir: 

• cins; 

• yaş; 


etnik xüsüsiyyəti

•genetik meyllik 

Statistikaya  görə,  yaşlılarda 

insult xəstəliyinin riski artır və 55 

yaşdan sonra hər 10 ildə 2 dəfə 

həmin risk artmaqdadır.        

İşemik  insult    və  ya  tranzitor  

işemik hücum beyin toxumasının 

qanla  təchizatının  əhəmiyyətli 

dərəcədə  azalması  –  lokal    işe-

miya  nəticəsində  əmələ  gəlir. 

Demək  olar  ki,  90-95%  hallarda 

beyin qan dövranının işemik po-

zulmaları serebral və  precerebral 

arteriyaların  aterosklerozu,  xırda 

serebral  arteriyaların  (arterial  gi-

pertoniya, şəkərli diabet mənşəli) 

zədələnməsi  və  ya  kardiogen 

emboliyası  ilə  əlaqədardır.  Cox 

nadir  hallarda  səbəb  vaskulit 

(antifosfolipid  sindromu),  hema-

tolojı xəstəliklər (erytremia, oraq-

hüceyrəli anemiya, trombosytos), 

vena trombozu, migren, qadınlar-

da  oral  kontraseptivlərin  qəbulu 

olur.  Precerebral  və  daha  az,  

beyin arteriyaların parçalanması, 

işemik  insultun  təxminən  2%-nı  

təşkil edir,  daha çox gənc qadın-

larda aşkar olunur. Daxili yuxu və 

ya onurğa arteriyasının laylanma-

sı travma, onurğa sütununun bo-

yun şöbəsində uğursuz manipul-

yasiya edilməsi (manual terapiya) 

və ya inkişaf qüsuru nəticəsində 

yarana  bilər.    Arteriyanın  daxili 

qatının  altında  yerləşən  gema-

toma  onu  daraldır    və  bu,  trom-

boz  və  ya  emboliyasına  səbəb 

olur.  Fibromuscular  dysplasia, 

arteriyanın daxili və orta qatların  

hiperplaziyası  ilə  özünü  biruzə 

verir. Işemik insultun nadir səbəbi 

beyin  arteriyasının    arteriiti  ola 

bilər.  İnfeksion  arteriitin  məlum 

olan  etiologiyası:  sifilis,  malyari-

ya,  yatalaq,  vərəm,  aspergillosis 

və  s.  Beyin  arteriyalarının  qeyri 

infeksion  arteriiti  bütün  sistemli 

vaskulitlər zamanı baş verə bilər. 

Beyin  infarktının  daha    bir 

səbəbi  kiçik  intrakranial  arteri-

aların  hipertoniya    xarakterdə 

dəyişiklikləridir: 

plasmoragi-

ya,  fibrinoid  nekroz,  gyalino-

sis.  İşemik  insultun  inkişafında 

müstəqil əhəmiyyəti qanın  reoloji 

xassələrinin  dəyişilməsi  -  hemo-

reolojı  mikrooklyuziyadır.  Giper-

koagulyasiya və hemoreolojı po-

zulmalar    politsitemia,  trombotik 

trombositopenik  purpura,  oraq-

hüceyrəli  anemiya,  paraprotei-

nemia,  antifosfolipid  sindromu, 

disseminasiya  olunmuş  damar-

daxili laxtalanma sindromu zama-

nı müşahidə olunur.

Beynin qanla təchizatı azaldıq-

dan 6-8 dəqiqə sonra, artıq beyin 

toxumasının    geridönməz  zədə 

nahiyəsi formalaşır ki, bu da be-

yin infarktının “nüvə sahəsi” adla-

nır. Bir neçə saat ərzində işemi-

yaya  uğramış  “nüvə  sahəsi”  zəif 

qan təchizatı şəraitində yaşayan 

toxuma ilə əhatə olunur. Bu zona 

işemik  “yarımkölgə”  və  ya  pe-

numbra kimi müəyyən edilib. Fak-

tiki  olaraq  bu  dövrdə  müşahidə 

olunan bütün nevroloji əlamətlər, 

bilavasitə,  işemik  “yarımkölgə” 

nahiyəsinin 

disfunksiyasının 

əksidir  -  sinir  hüceyrələrinin  ya-

şama  (potensialı  olur,  lakin  artıq 

fəaliyyətsizdirlər. 

Müəyyən edilib ki, beyində pa-

tolojı  ocağın  böyük  bir  hissəsi, 

xəstəliyin  başlanmasının  ilk 

3-6  (optimal  4,5)  saatı  ərzində 

“yarımkölgə”  sahəsi  hesabına 

formalaşır.  Lakin  zədələnmə 

ocağının  formalaşması  2-3-cü 

sutkasının  sonuna  kimi  davam 

edir. Bilavasitə, ilk 3-6 saatı, bü-

tün  müalicə  tədbirləri  penumbra 

sahəsinin xilas edilməsinə yönəlir 

və xüsusilə effektiv ola bilir, buna 

görə  “terapevtik  pəncərə”  adı 

alıb.

Beləliklə,  işemik  insult  zamanı 



təzahür  edən  reaksiyalar  kaska-

dı, dinamiki proses olub müəyyən 

zaman ərzində  ardıcıllıqla inkişaf 

edən və dayanıqlı morfoloji qüsu-

run beyin infraktının formalaşma-

sına gətirir çıxarır.

Bu və ya digər ocaqlı simptom-

lar beyin qan təchizatının müxtəlif 

arterial hovuzlarına xarakterdir. 

Karotid sistemdə  qan dövranın  

pozulması.    Zədələnmə  ocağın-

dan əks tərəfdə gemiparez: zəiflik, 

bacarıqsızlıq,  qolda  (çiyində), 

əldə,  üz  və  ayaqda  ağırlıq.  Ən 

cox üz və qolun birgə pozulması 

müşahidə olunur. Nitq pozulmala-

rı: düzgün söz tapmaqda çətinlik, 

çətin tələffüs, yönəlmiş nitqin an-

lanmaması  (afazia),  oxumaq  və 

yazıda  çətinlik,  söz  tələffüz  və 

artikulyasiyanın  (dizartria)  pozul-

ması. Görmənin pozulmaları. Mo-

nokulyar korluq. 

Vertebro-bazilyar 

sistemdə  

qan  dövranının    pozulması.  

Başgicəllənmə:  qeyri-stabillik  və 

fırlanma  duyğusudur.  Nistagm 

ilə  müşaidə  oluna  bilər.  Təcrid 

başgicəllənmə cox zaman bir sıra 

qeyri damar xəstəliklərinin  simp-

tomu  olur.  Visual  iğtişaşlar,  dip-

lopia  (ikigörmə),  göz  almalarının 

hərəkətinin pozulması.   Hərəkət 

pozulmaları:  zəiflik,  narahatçılıq, 

qolda (çiyində), əldə, üz və ayaq-

da ağırlıq. Gövdənin bir yarısı və 

ya  nadir  hallarda  dörd  ətrafları 

prosesə  cəlb  edilə  bilər.  Drop-

hücumlarla  (şüur  pozulmadan 

qəfil yıxılması) şüur dəyişmədən  

bütün  dörd  ətrafın  iflici  başlana 

bilər.    Sözlərin  tələffüzü  və  arti-

kulyasiyanın  (dizartriya)  pozul-

ması,  hissiyyat  pozulmaları,  pa-

resteziya,  ataksiya:  statik,  qeyri 

stabil    yeriş  pozulması,  bədənin 

bir tərəfində  diskoordinasiya baş 

verir. 

Beləliklə,    yuxarıda  göstərilən 



əlamətlərin  aşkar  olunması 

xəstələnəni  həkim,  həm  də  hər 

hansı  bir  şəxs  tərəfindən  təcili 

xəstəxana    müalicəsinə  çat-

dırmaq  üçün  göstərişdir,  cün-

ki    “terapevtik  pəncərənin”  vaxtı 

yalnız  3-6  saatdır  (optimal  isə 

4,5-dən artıq olmamalıdır). Məhz 

bu  andan  vaxtın  hesablanma-

sı  (+  xəstəxanaya  çatdırma,  + 

“qapıdan-iynəyə”  zamanı)  baş-

layır.  Bu  müasir  standartdır  ki 

trombolitik müalicə həmin zaman 

kəsiyində aparıla bilir və  nəticədə 

beyin funksiyalarının tam bərpası 

mümkün olur.

İlk növbədə beyin qan dövranı-

nın kəskin pozulmasını  digər bey-

nin zədələnməsi ilə keçən kəskin 

vəziyyətlərdən  ayırmaq  vacibdir. 

Adətən, xəstəxanada insultun he-

morragik və ya işemik  xarakterli 

olması dəqiqləşdirilir.  95%  hal-

larda  insult  klinik  təzahürlərinə 

əsaslanaraq  insult  olmayan 

xəstəliklərdən  fərqləndirilir,  o 

şərtlə ki: 

1)  qəfil  başlanğıc  ilə  beyi-

nin  lokal  disfunksiyası  haqda 

(xəstədən və ya başqalarında alı-

nan) anamnezi var; 

2)  klinik  müayinə  zamanı  mü-

vafiq nevroloji əlamətlər  var. 

İnsultun 

diaqnostikası 

ilk 


növbədə dəqiq kliniki müayinəyə 

əsaslanır:  şikayətlərin  və  anam-

nezin toplanması,  ətraflı ümumi 

terapevtik və nevroloji müayinə.



Yüklə 9,05 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin