HÜSEYNOVA ŞƏRƏBANI
1.Antik dövrdə elmin ilk rüşeymlərinin yaranması. Qədim Misir, Çin və Hindistan alimlərinin fizikaya aid baxışları. Fizikanın inkişafında islam alimlərinin rolu(IX – XIV əsrlər)
Fizika – maddi aləmin obyektiv xassələrini öyrənən təbiət elmlərindən biridir. Fizika yunanca təbiət deməkdir.Fizika sözünü elmə ilk dəfə qədim yunan filosofu Aristotel gətirmişdir. O, əsərlərində qədim şərq və yunan elmlərinin bütün naliyyətlərini toplayıb, sistemləşdirmişdir. Fizika ilə yanaşı, Mexanika, Meteroloji məsələlər haqqında əsərləri də olmuşdur. Daha sonra fizika anlayışını Azərbaycan dilində XI əsrdə yaşamış dahi Azərbaycan filosofu Bəhmənyar əl-Azərbaycani işlətmişdir. Fizika bütün təbiət hadisələrinin baş verməsinin ümumi qanunlarını, bizi əhatə edən maddi aləmin quruluş və xassələrini öyrənir.
Fizika sahəsinə toxunan Aristotel hesab edirdi ki, dünyanın əsasını beş ünsür təşkil edir. Onlardan dördü torpaq, su, hava və od bizim səmaaltı dünyadadır. Onlar hərəkətdədir və eyni zamanda formalarını da dəyişdirə bilərlər. Buna görə də, dünyada müxtəlif proseslər baş verir və dəyişikliklər müşahidə edilir. Bu ünsürlər isə öz növbəsində iki qütblü və ziddiyyətli ikiliklərdən yaranır. Belə ki, yer soyuqla istinin, hava quru ilə nəmin, su soyuqla istinin, od isə isti ilə qurunun əlaqələrindən doğur.
Aristotelə görə göydə olan nə varsa beşinci ünsür olan efirdən əmələ gəlmişdir. Orada yalnız planetlərin və ulduzların əbədi və bərabər dairəvi hərəkəti mövcuddur. Bütün bunları isə simasız tanrı kimi təsəvvür edilən “İlk mühərrik” əmələ gətirmişdir. Onun fikirlərinə görə, kosmos sonsuz deyildir, onun bitdiyi yerdən yoxluq başlayır.
Aristotelin dinamikasına görə hərəkət edən cisim davamlı olaraq qüvvənin təsirinə məruz qalır, onun sürəti tətbiq olunan qüvvə ilə düz, mühitin müqavimət qüvvəsi ilə tərs mütənasibdir. Buradan alınır ki, mühitin müqaviməti olmayan boşluqda cismin sürəti sonsuz böyük olmalıdır. Bu ziddiyyətə gətirib çıxardığı üçün Aristotel belə nəticəyə gəlir ki, təbiətdə boşluğun mövcudluğu mümkün deyil. Bu atomistlərin dolu mühitlərdə hərəkətin mümkün olmaması ideyasına zidd idi.Aristotelin boşluğun mövcudluğuna qarşı irəli sürdüyü əsas arqument ondan ibarət olmuşdur ki, boşluqda hər hansı istiqaməti üstün hesab etmək olmaz. Bizim məhdud dünyamızda belə mühit ola bilməz Boşluğun mövcudluğunu qəbul edənlərlə, qəbul etməyənlər arasında mübahisələr elmdə baş verən intibah dövrünə qədər davam etmişdir . Bu fiziki problem haqqında yeni sözü 1644 –cü ildə Toriçelli öz təcrübəsilə demişdir Arximed eramızdan əvvəl 287-ci ildə Sirakuza şəhərində anadan olmuş və uzun müddət İskəndəriyyə şəhərində təhsil almış və muzeyin alimləri ilə daima əlaqə saxlamışdır. Arximed tərəfindən ilk dəfə Nil körfəzində körpü və bənd tikintisi üçün layihə verilmişdir. Onun mühüm ixtirası bu günə qədər onun adı ilə bağlı olan Arximed vintidir.Onun bu kəşfini Qaliley yüksək qiymətləndirmişdir. Bu kəşf Arximedin həndəsəni və mexanikanı dərindən dərk etməsi hesabına olmuşdur.Məşhur ifadə “ Mənə dayaq nöqtəsi verin Yeri qaldırım” Arximedin adı ilə bağlıdır. Məhz Arximedin icad etdiyi hərbi qurğular Sirakuza şəhərini 3il müddətində Roma İmperiyasının hücumundan qorumuşdur. Arximed statikanın və hidrostatikanın banisi sayılır.
Arximedin bizə gəlib çatan əsərlərindən fizikaya fundamental töhfə verən
anlayış və qanunlar bunlardır : cismin ağırlıq mərkəzi, statik moment, xüsusi
çəki anlayışı; lingin tarazlıq qanunu, hidrostatikanın əsas qanunu. Beləliklə,
Arximed elmin iki bölməsinin –statikanın və hidrostatikanın əsasını
qoydu.Arximedin dahiliyinin miqyasını Qaliley gənc yaşlarında qələmə aldğı
bu sözlərlə xarakterizəetmişdir “Bu ilahi şəxsin məharətlə ifadə olunmuş
kəşfini oxudum və öyrəndim, artıqlaması ilə mənə aydın oldu ki, digər alimlər
Arximeddən aşağıdırlar, cox az ümid etmək olar ki, kimsə onun tapdığına
oxşar bir nə isə tapa bilər”.
Fizikanın inkişaf tarixində IX-XIV əsrlərdə islam xilfəti dövründə ərəb
alimlərinin xidmətləri də qeyd olunmalıdır. Elmin ilk mərkəzi Suriya və Iranın
cənub-qərbi olmuşdur. Islam alimlərinin ərəb dilinə tərcümə etdikləri antik
dövrün elmi ədəbiyyatı sonralar avropa alimlərinin də istifadə etdikləri yeganə
mənbələr olmuşdur.Məsələn Arximedin əsərlərinin çox hissəsi yalnız ərəb dilində
bizim dövrümüzə qədər gəlib çatmışdır. Məhz IX-XIV əsrdə Bağdad məktəb və
kitabxanaları ilə zəngin olan elmi mərkəzə çevrilmişdir. Böyük həcmli
tərcümə ədəbiyyatının yaradılması ilə yanaşı tətbiqi məsələlərin həlli ilə bağlı
olan elmi istiqamətlər yaranmağa başlayır. Yunanıstanda olduğu kimi burada
da əsas diqqət mexanika və optikaya yönəlmişdir.
Dostları ilə paylaş: |