\
“Təsdiq edirəm”
Azərbaycan Respublikasının regionlarında və Bakı şəhərində
fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri
arasında keçirilən
“Xarı bülbül” adlı onlayn respublika şeir və mahnı müsabiqəsinin
Ə S A S N A M Ə S İ
Bildiyimiz kimi prezident Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında
müzəffər Azərbaycan ordusu 44 günlük Vətən müharibəsi döyüşlərində şanlı səhifə
yazaraq doğma vətənimizi erməni işğalçılarından azad etmişdir.
Vətənpərvərlik insanın öz vətəninə sevgi və sədaqəti, onun tarixini və bugününü
dərindən öyrənmək, dara düşərsə mübarizə aparmaq, doğma vətənin tərəqqisi naminə
çalışmaqdır. Vətənpərvərlik tərbiyəsinin əsas məqsədi öz yurduna, elinə əsl sədaqətli
vətəndaş tərbiyə etməkdir.
Elə bu məqsədlə Uşaq və gənclərə vətənpərvərlik hisslərini aşılamaq, asudə
vaxtlarının səmərəli və maraqlı keçirmək məqsədilə Azərbaycan Respublikası Təhsil
Nazirliyinin dəstəyi ilə Gənclərin Respublika Bədii Yaradıcılıq Evi respublikanın
rayonlarında və Bakı şəhərində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin
dərnək üzvləri arasında
“Xarı bülbül” adlı onlayn respublika şeir və mahnı
müsabiqəsi elan edir.
-
Uşaq və gənclərə vətənpərvərlik hissləri aşılamaq və onlarda ruh yüksəkliyi
yaratmaq;
-
Uşaq və gənclərin asudə vaxtlarını düzgün dəyərləndirmək;
-
İstedadlı uşaqların yaradıcılıq potensialını üzə çıxartmaq;
1. Ümumi müddəalar
2. Müsabiqənin məqsədi
3. Müsabiqənin şərtləri
-
Müsabiqə 2 nominasiya üzrə keçirilir (şeir və mahnı);
-
Mahnı
nominasiyasında
xalq
mahnıları
və
Azərbaycan
bəstəkarlarının
vətənpərvərlik mövzusunda yazdığı mahnılar təqdim olunur;
-
İştirakçı müsabiqəyə yalnız bir mahnı təqdim edə bilər (mahnın müddəti 2-3
dəqiqədən çox olmamalıdır;
-
Müsabiqəyə təqdim olunan mahnı minusla və ya akopella oxuna bilər;
-
İştirakçının video görüntüsü telefon, planşet və ya kamera ilə çəkilə bilər;
- Təqdim olunan video görüntülər mümkün qədər aydın və keyfiyyətli olmalıdır;
-
Şeir nominasiyasında müsabiqəyə yalnız bir şeir təqdim oluna bilər;
-
ifa müddəti 3 dəqiqədən çox olmamılıdır;
-
müsabiqəyə Azərbaycan şairlərinin vətənpərvərlik mövzusunda yazdığı şeirlər və
ya iştirakçının öz yazdığı şeir təqdim oluna bilər;
-
ifa zamanı səhnə mədəniyyəti, aydın intonasiya, düzgün tələffüz, nitqin səlisliyi və
ifadəliliyi, jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə, təqdim etmə
bacarığı kimi meyarlar nəzərə alınacaq;
4. Müsabiqənin keçirilmə qaydası
-
Müsabiqə 2 yaş qrupunda həyata keçirilir
-
7-13 yaş həddi
-
14-20 yaş həddi
5. Müsabiqənin keçirilmə mərhələləri
Müsabiqə 2 mərhələdə keçirilir:
-
I mərhələ 23 noyabr -10 dekabr 2020-ci il tarixdə keçirilir.
Bu mərhələdə Bakı şəhəri və regionlarda yerləşən uşaq-gənclər inkişaf
mərkəzlərinin təşkilat komitəsi tərəfindən hər iki yaş qrupu üzrə seçilmiş 1 şeir və
1 musiqi nömrəsi (ev şəraitində çəkilmiş video görüntü aydın və keyfiyyətli olmalıdır)
Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin elektron ünvanına (arbve@mk.edu.az1
göndərilməlidir.
- II
mərhələ 11-15 dekabr 2020-ci il tarixdə keçirilir.
Yekun mərhələdə qaliblər münsiflər heyəti tərəfindən seçilir.
6. Mükafatlandırma
Müsabiqədə I, II, III yerlərə layiq görülən iştirakçılar diplomlarla təltif olunurlar;
Qalib olan iştirakçıların video görüntüləri Təhsil Nazirliyinin və Gənclərin Respublika
Bədii Yaradıcılıq Evinin sosial şəbəkələrində yerləşdiriləcək;
Müsabiqə ilə bağlı sualları Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin elektron
ünvanına ( arbve@mk.edu.az ) göndərə və ya qeyd olunan nömrələr ilə əlaqə
saxlaya bilərsiniz.
Əlaqə telefonu : Şəbinə Mirzəbəyova (055) 539 55 22
Sevda Quliyeva (055) 701 46 16