http://www.amu.edu.az
15 noyabr 2016-cı il
2
Məruzəçi 2015/2016-cı tədris
ilində müvafiq fakültə və kurs
tələbələrinin qış və yay imta-
han sessiyalarından sonrakı
peşə təcrübəsi haqqında ətraflı
məlumat verərək qeyd etdi ki,
tələbələri peşə təcrübəsinə
göndərərkən Azərbaycan Res-
publikasının Səhiyyə naziri-
nin 10 iyun 2014-cü il tarix-
li 51 saylı, həmçinin müvafiq
kurslar üzrə Tibb Universite-
tinin rektoru, professor Gəray
Gəraybəylinin əmrlərinə istinad
edilmişdir. Səhiyyə nazirinin
2014-2017-ci illər üçün nəzərdə
tutulan yeni əmrinə əsasən 11
elmi tədqiqat institutu, Bakı
şəhərində fəaliyyət göstərən
10 gigiyena-epidemioloji xid-
mət müəssisəsi, 9 əczaçılıq
müəssisəsi, Bakı şəhərindəki
67 müalicə-profilaktika müəs-
sisəsi, Respublika ərazisində
fəaliyyət göstərən 60 mərkəzi
rayon xəstəxanası, Naxçıvan
MR və respublika ərazisindəki
şəhər səhiyyə şöbələrinin
tabeçiliyində olan bütün tibb
müəssisələri, ATU-nun Elmi
Tədqiqat Mərkəzi, kliniki-
biokimyəvi
laboratoriyası,
Tədris Terapevtik, Tədris Cər-
rahiyyə, Onkoloji və Stomato-
loji klinikaları, həmçinin bir sıra
özəl tibb müəssisələri təcrübə
bazaları
kimi
tələbələrin
istifadəsinə verilmişdir. Bu
tədris ilində də Bərdə, Cəlilabad,
Füzuli, Qazax, Qəbələ, Quba,
Lənkəran, Siyəzən, Şamaxı,
Şirvan, Zaqatala müalicə di-
aqnostika
mərkəzlərindən,
Neftçilər xəstəxanasından da
təcrübə bazası kimi istifadə
olunmuşdur.
Səhiyyə nazirinin yeni əmrinə
əsasən Analitik Ekspertiza
Mərkəzi, «Azerimed MMC»,
«Dokta MMC», «Maymed MMC»
apteklər şəbəkəsindən əczaçılıq
fakültəsinin tələbələri üçün
təcrübə bazası kimi istifadə
olunmuşdur.
Ş.Əliyev istehsalat təcrübəsinin
keçirilməsinə tədris hissəsinin
rəhbərliyi ilə fakültələrin və
peşə təcrübəsinin dekanlıqları-
nın, eləcə də hərbi tibb fakültəsi
də daxil olmaqla 24 aidiyyəti
olan kafedranın məsuliyyət da-
şıdığını söylədi: “2015-2016-
cı tədris ilində 76 müəllim
yay və qış peşə təcrübəsinin
keçirilməsinə rəhbərlik etmişdir
(3 professor, 15 dosent, 1 baş
müəllim, 37 assistent). Hərbi
Tibb fakültəsində 20 nəfər za-
bit heyəti dinləyicilərin ixtisas
və qoşun təcrübəsinə rəhbərlik
etmişlər.
Sözünə davam edən na-
tiq bildirdi ki, keçən tədris
illərində olduğu kimi, bu tədris
ilində də müalicə-profilaktika
fakültələrinin III, IV, V kurs,
tibbi-profilaktika fakültəsinin
III və IV kurs tələbələri üçün
sorğu anketləri paylanmış və
onlar arzuladıqları rayonları
bildirdikdən sonra əmr tərtib
edilmişdir. Hər iki müalicə-
profilaktika fakültəsinin III kurs
tələbələrindən 149 nəfər, IV kurs
tələbələrindən isə 135 nəfər
respublikamızın rayonlarında,
o cümlədən xarici tələbələrdən
66 nəfər III kurs, 29 nəfər isə
IV kurs tələbəsi təcrübəni öz
vətənlərində keçirmək üçün de-
kanlığa müraciət etmişlər.
İyunun 29-da ATU-nun rekto-
ru, professor G.Gəraybəylinin
sədrliyi ilə keçirilən geniş
müşavirədə baza rəhbərləri
və təcrübəyə başçılıq edəcək
müəllimlərə
universitet
rəhbərliyi tərə findən peşə
təcrübəsinin lazımi səviyyədə
yerinə yetirilməsi üçün mü-
vafiq tövsiyələr verildiyini vu-
ğuladı: “Universitet rəhbərliyi
tərəfindən həmişə olduğu
kimi peşə təcrübəsinin lazı-
mi səviyyədə keçirilməsi üçün
müvafiq tapışıqlar müəllim və
baza rəhbərliklərinin diqqətinə
çatdırılmışdır. Hazırlıq mərhələ-
sində
təcrübəyə
başçılıq
edəcək, həmçinin rayonla-
ra ezam olunacaq müəllimlər
barə də məlumatlar ümumi və
kadrlar şöbələrinə, mühasi-
batlığa bildirilmişdir. Təcrübə
bazalarının rəhbərlər arasında
bölüşdürülməsi zamanı kafed-
raların verdikləri təqdimatlar
əmrin tərtibatında nəzərə alın-
mışdır. Bütün kurslar üzrə
əmrlər təcrübə başlamazdan
bir ay əvvəl hazırlanaraq rektor
tərəfindən imzalandıqdan son-
ra müvafiq məktublar bazalara
təcrübə başlamazdan bir həftə
əvvəl çatdırılmışdır.
Peşə təcrübəsinin yekunları
təcrübə rəhbərlərinin iştirakı ilə
bütün fakültələlərin elmi şura-
larında geniş müzakirə olunmuş
və kafi qiymətləndirilmişdir.
Bunların arasında tələbələrin
xarici ölkələrdə, xüsusən Avro-
pa və Türkiyə Cümhuriyyətində
istehsalat təcrübəsi keçmələri
praktikasının daha da genişlən-
di rilməsi, təcrübə başlaya-
na qədər rəhbərlərlə seminar
müşavirələrinin
keçirilməsi
kimi məsələlər qarşımıza vəzifə
kimi qoyulmuşdur. Qeyd et-
diyim kimi, bu tədris ilində
də xaricdə təcrübə keçmək
üçün göndərilən tələbələrin
sayı artmışdır. Bu tədris ilində
Türkiyədə 130, Almaniyada
74, Polşada 3, Rumıniyada 2,
İsveçrədə 2 tələbə təcrübə keç-
mişdir. Ümumiyyətlə, 2007-
2008-ci tədris ilindən bu tədris
ilinə qədər qardaş Türkiyədə
1458 nəfər, Avropa ölkələrində
isə 232 nəfər (onlardan 168
nəfəri Almaniyada) təcrübə
keçiblər.”
“Peşə təcrübəsinin gedişində,
ona nəzarət edilməsində öz
işimizdən razı qala bilmərik,
heç şübhəsiz təcrübənin təşkili,
keçirilməsi
məsələlərində
müəyyən çatışmazlıqlar var”-
deyən Şəfa Əliyev bu çatış-
mazlıqları aradan qaldırmaq
üçün təkcə dekanlığın de-
yil, təcrübənin keçirilməsinə
rəhbərliyə tövsiyə olunmuş
əməkdaşların da öz işlərində
müəyyən dönüş yaratması-
nın vacibliyini önə çəkərək
təcrübənin
keyfiyyətini
yüksəltmək üçün elmi şura
üzvlərindən əməli təkliflər
gözlədiyini söylədi.
Məruzə ətrafında çıxış edən
kafedra müdirləri Amaliya
Əyyubova, İbadulla Ağayev, El-
xan Kərimov, Elmira Əliyeva,
xarici tələbələrin işləri üzrə de-
kan İsmayıl Əfəndiyev, tədris
hissə müdiri Nəsimi Qasımov
və həmçinin klinikaların di-
rektorları hesabatı qənaətbəxş
qiymətləndirərək
tələbələrin
peşə təcrübəsi ilə bağlı öz
fikirlərini söylədilər. Natiqlər bu
sahədə əldə olunan nailiyyətlərlə
yanaşı, problemlərin də oldu-
ğunu dilə gətirdilər və bu ça-
tışmazlıqların aradan qaldı-
rılması istiqamətində bir sıra
təkliflərini irəli sürdülər.
Müzakirələrə yekun vuran rek-
tor nəzəri biliklərin təcrübədə
möhkəmləndirilməsinin əhə-
miy yətinə diqqət yönəldərək
bu sahədə mövcud olan
problemlərin
həlli
yolla-
rından
danışdı:
“Tədrisin,
bütövlükdə mütəxəssis hazır-
lığının əsas vacib sahələrindən
biri də təcrübədir. Tələbə il
ərzində ixtisas fənləri ilə ya-
naşı, nəzəri biliklərini də
təkmilləşdirməli və praktiki
vərdişlərə yiyələnməlidir. Hər
bir tələbə hansı yolla olur-
sa-olsun istədiyi yerə, istədiyi
ölkəyə getsin və bizə lazım
olan sənədləri gətirib gəlsin.
Mən hesab edirəm ki, təcrübə
dekanlığının işi bir qədər də
genişlənməlidir. Türkiyəyə və
digər ölkələrə göndərilən tə-
lə bələrin təcrübələrini hara-
da, necə, proqrama uyğun
keçib-keçməməsi barədə tam
bilgiyə malik deyilik. Lakin or-
dan gələn tələbə təcrübə za-
manı orada nələr görüb, bunu
analiz etməlidir. Orada nələr
var və yaxud bizdə nə yoxdur.
Bax bu məsələləri də nəzərə
almaq lazımdır. Deyildi ki, yay
aylarında klinikalirda xəstə
az olur. Bu düzgün hal deyil.
Onda insan da gərək fəsildən
fəsilə xəstələnsin. Sual olu-
nur, bəs yayda xəstələnən in-
san hara getsin? Ona görə də
klinika rəhbərləri əvvəlcədən
işçilərinin məzuniyyət qrafikini
elə tutsunlar ki, həmin müddət
bütün şöbələr işləsin. Tələbə
ora gedəndə nəsə görsün.
Bəzən müəllimlər öz istədiyi
xüsusi zonalara və yaxud do-
ğulduğu rayona getmək istəyir
və başqa yerə getməkdən bo-
yun qaçırır. Mən hesab edirəm
ki, eyini adam bir yerə hər il
getməməlidir. Əgər o adam ya-
şadığı yerə gedirsə, inanmıram
ki, yetərincə tələbəylə məşğul
olsun. Bu adamların özlərinə
nəzarət olunmalıdır. Bilməliyik
ki, baza rəhbərləri, istehsalata
göndərdiyimiz müəllimlər, eləcə
də oradakı işçilərimiz bu işdə
birbaşa məsuliyyət daşıyırlar.”
Müxtəlif məsələlərə to-
xunan universitetin rəhbəri
peşə təcrübəsində verilən
məqbulların
mahiyyətinin
nədən ibarət olduğu ilə də ma-
raqlandı və münasibətini bildir-
di. Bundan başqa kafedralarda
professor- müəllim heyətinin
ştat cədivəlinin həddən artıq
olduğunu vurğuladı və gələn
ildən etibarən dərs yükünün
ümumi saatla deyil, mühazirə
saatlarına
görə
müəyyən
edilməsini zəruri saydı. Kafedra
müdirlərinin dərs yükünə ciddi
fikir verməsini diqqətə çatdıran
rektor kafedra saytlarında hələ
də köhnə məlumatların qaldı-
ğını bildirdi və tez bir zamanda
saytlarının yenilənməsini də ka-
ferdra müdirlərindən tələb etdi.
Sonra universitet kollekti-
vi tərəfindən namizədliyi irəli
sürülən anatomiya kafedrası-
nın professoru Rafiq Əsgərov
universitetin ilk məsləhətçi-
professru seçildi.
Eyni zamanda universitet
əməkdaşlarının elmi- pedaqoji
fəaliyyətinin dəyərləndirilməsi
üçün beynəlxalq təcrübəyə
əsaslanan kriteriyaların ha-
zırlanması məqsədilə yaradı-
lan monitorinq komissiyasının
sədri, professor Çingiz Rəhimov
komissiyanın tərkibinə daxil
olan nümayəndələrin adlarını
açıqladı. O, gələcəkdə bu ko-
missiyanın görəcəyi işlərdən
bəhs edərək hər bir universitet
əməkdaşının subyektiv amillərə
söykənən müxtəlif kriteriyaları-
nın, o cümlədən, apardığı elmi-
pedaqoji və elmi-tədqiqat iş-
ləri nin vəziyyəti ilə yanaşı, onun
şəxsi keyfiyyəti, kollektiv ara-
sında reytinqi, maddi və mənəvi
dəyərlərinin ballar üzrə obyek-
tiv qiymətləndirilməsi qaydaları
haqqında şura üzvlərinə geniş
məlumat verdi.
Komissiyanın beş nəfərdən
ibarət tərkibini təsdiqləyən
Böyük Elmi Şura müsabiqə
məsələlərini həll etməklə öz işi-
ni yekunlaşdırdı.
Mənsur ƏLƏKBƏRLİ
BÖYÜK ELMİ ŞURADA
m Böyük Elmi Şura növbəti iclasını keçirib. Yığıncağı açan
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli
gündəliyə keçməzdən öncə II mamalıq ginekologiya kafedrasının pro-
fessoru Naziyə Şəmsəddinskayanı və xarici dillər kafedrasının müdiri,
professor Zemfira Məmmədovanı yubileyləri münasibətilə təbrik etdi,
onlara işlərində uğurlar dilədi. Sonra rektor “ATU-da 2015/2016- cı
tədris ilində keçirilən peşə təcrübəsinin yekunları və tibb universiteti
tələbələrinin təcrübi hazırlığının yaxşılaşdırılması” barədə məruzə
etmək üçün sözü istehsalat təcrübəsinin dekanı, dosent Şəfa Əliyevə
verdi.
15 noyabr 2016-cı il
http://www.amu.edu.az
3
A
zərbaycanda ilk dəfə tətbiq
olunan trans-telefon EKQ sis-
teminin əməli fəaliyyəti Azərbaycan
Tibb Universitetinin Tədris Terapev-
tik Klinikasında həyata keçirilib. Bu
haqda Tədris Terapevtik Klinikanın
kardioloqu Fərid Əliyev məlumat
verib.
Fərid Əliyev sistemin əsas
xüsusiyyətləri barədə danışıb və
bildirib ki, bu, normal EKQ sis-
temi olmaqla, onun xəstənin
üzərində daşına bilinən funksi-
yası vardır: “Sistem mobil telefon
vasitəsilə idarə olunur. Xəstənin
harada olmasından asılı olmayaraq
GSM xətti üzərindən işləyir. Həkim
istədiyi zaman xəstəylə bağlantı
quraraq (əsasən internetin və tele-
fonların işlədiyi yerdə) xəstədə olan
şikayətləri izləyə bilir. Xəstənin hər
hansı şikayəti olduğu halda bir
düyməyə basmaqla kardioqrama
qeydlərini aparır. Bu sistem əsasən
nadir şikayətləri olan (3-4 ayda bir)
və riskli xəstələr üçün istifadə olu-
nur”.
Cihazın əsas özəlliklərini vur-
ğulayan həkim, bu cihazın mo-
bil şəbəkənin olmadığı yerlərdə
xəstəylə bağlı şikayətləri qeyd
etdiyini və mobil şəbəkəyə ke-
çildiyi andan etibarən lazım olan
məlumatları birbaşa mərkəzə ötü-
rüldüyünü də bildirib.
Fərid Əliyev onu da qeyd edib
ki, bu sistem sayəsində xəstədəki
ürək ritminin 24 saatlıq nəzarəti
uzun müddətli (aylıq) aparılır.
ATU-nun mətbuat xidməti
O
ktyabrın 31-də
Bakıda AMEA-
nın təşəbbüsü ilə təşkil
olunan II Azər baycan Elm
Festivalı na start verilib.
Festi val
çərçivəsində
Azər bay can Tibb Uni ver-
sitetinin (ATU) Təd
ris
Cərrahiyyə Kli nikasında
keçirilən təd bir noyabrın
1-də baş tutub.
Festival öz işinə
Azər baycan Respub-
likasının Dövlət Him-
ninin səsələndirilməsi
ilə başlayıb.
Festivalın açılışın-
da ATU-nun tədris işləri üzrə pro-
rektoru, professor Sabir Əliyev giriş
nitqi ilə çıxış edərək ölkəmizdə elm
və təhsilin inkişafına göstərilən xü-
susi qayğıdan, gənclərimizin həyata
keçirdiyi uğurlu elmi tədqiqatlardan,
gənc alimlər üçün yaradılan şəraitdən
danışıb. Professor S.Əliyev qeyd edib
ki, bu festival artıq ikinci dəfədir
ki, ATU-da keçirilir. Bunun üçün o,
AMEA-nın prezdidenti akademik Akif
Əlizadəyə təşəkkürünü bildirərək bu
festivalın keçən dəfəkindən fərqli ol-
duğunu və 6 gün davam edəcəyini
vurğulayıb.
Prorektor Sabir Əli yevin sözlərinə
görə, gənc alimlərin inkişafı, azər-
baycanlı elm adamlarının işlə rinin
dünyaya tanıdılması baxımından Elm
Festivalının müstəsna əhəmiyyəti var.
Buna görə də, bu bilik nümayişində
AMEA-nın bütün elmi müəssisə və
təşkilatları ölkəmizin bütün ali və
orta təhsil müəssisələri ilə yanaşı,
ATU da fəal iştirak edir.
Daha sonra festival çərçivəsində
ATU təmsilçiləri ilə yanaşı, digər ali
müəssisələrin
nümayəndələrinin
müxtəlif elmi mövzulara dair müha-
zirələri dinlənilib.
Azərbaycan Tibb Universitetinin
profesor-müəllim heyəti də Elm Fes-
tivalında geniş nümayəndə heyəti ilə
təmsil olunub. Tədbirdə universitet
əməkdaşları V.Hüseynovun “Hemo-
tologiya və onkologiyada adaptiv
(qazanılmış) T-hüceyrəli immuno-
terapiya”, Z.Qasımovanın “Diş-çənə
anomaliyalarının müalicəsi və on-
ların ağırlaşmalarının profilakti-
kası təcrübəsində aşağı tezlikli
ultrasəsin
tətbiqinin
məqsədəuyğunluğu”,
S.Hü sey novanın “Uşaq
serebral iflici nin peri-
natal risk fak torları”,
T.Süley manovanın “Bi-
oloji fəal maddələrin
alın ması və tibbdə
istifadəsi üçün tət biqi”
mövzusunda ma raqlı
çıxışlar olub.
Toplantıda həm çinin
Azərbaycan
Diplo-
matik Akademiyası nın
nümayən dəsi S.Rüs-
təmov
“Fraktal lar
nəzəriyyəsi və onun tətbiqi” mövzu-
sunda, AMEA Radiasiya Problemləri
İnstitutunun dosenti A.Nəsibova
“Biotibbi
tədqiqatlarda
müasir
fiziki-kimyəvi metodların tətbiqi”
mövzusunda, AMEA Molekulyar Bi-
ologiya və Biotexnologiyalar İnstitu-
tunun biologiya üzrə fəlsəfə doktoru
N.Sultanova “Bitki virusları-təhlükəli
infeksion xəstəliklərin mənbəyi
kimi”, Fövqəladə Hallar Nazirliyi-
nin təmsilçisi Ə.Quliyev “İonlaşdı-
rıcı şüalanma mənbələri və radi-
asiya təhlükəsizliyi” mövzusunda
təqdimatlarla çıxış ediblər.
Qeyd edək ki, Azər baycanda Elm
Festivalı 2014-cü ildən keçirilir. I
Elm Festivalının 15 mindən artıq iş-
tirakçısı olub. Builki festival UNES-
CO, Azərbaycan Respublikası Təhsil
Nazirliyi, Rabitə və Yüksək Texno-
logiyalar Nazirliyi, Bakı Şəhər İcra
Hakimiyyəti, Azərbaycan Respubli-
kasının Prezidenti yanında Bilik Fon-
du və Elmin İnkişafı Fondu, ABŞ-ın
Azərbaycandakı səfirliyi və Mosk-
va Dövlət Universitetinin təşkilati
dəstəyi ilə reallaşdırılıb.
N
oyabrın 2-də Bakıda
VII Azərbaycan-Rusiya
region lararası forumu işini başa
çatdırıb. Forum çərçivəsində
Azərbaycan Respublikası və
Rusiya Federasiyası arasında
əməkdaşlığa dair 12 sənəd
imzalanıb. İqtisadiyyat, kənd
təsərrüfatı, sosial, maliyyə,
turizm və digər sahələri əhatə
edən sənədlər sırasında tibb
sahəsinə aid razılaşmalar da əldə
olunub.
VII Azərbaycan-Rusiya regionla-
rarası forum çərçivəsində iki ölkə
arasında imzalanan sazişlərdən biri
də Azərbaycan Tibb Universite-
ti tərəfindən yerinə yetirilib. Heydər
Əliyev Mərkəzində keçirilən tədbirdə
Azərbaycan Tibb Universiteti ilə Stav-
ropol Dövlət Tibb Universiteti ara-
sında əməkdaşlığa dair çərçivə sazişi
Azərbaycan Tibb Universitetinin rek-
toru Gəray Gəraybəyli və Stavropol
Dövlət Tibb Universitetinin rektoru
Vladimir Koşel tərəfindən imzalanıb.
Qeyd edək ki, Azərbaycan-Rusiya re-
gionlararası forumu artıq 7-ci dəfədir
təşkil olunur. Bu dəfə Rusiya forum-
da 250 nəfərlik nümayəndə heyəti
ilə təmsil olunub. Stavropol Dövlət
Tibb Universitetinin rektoru V.Koşelin
rəhbərlik etdiyi nümayəndə heyətinə
ali məktəbin beynəlxalq münasibətlər
və marketinq şöbəsinin təmsilçiləri
daxildirlər.