13 yanvar 2017-ci il, cümə 6 Ötən il Azərbaycanda səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində önəmli tədbirlər həyata keçirilib



Yüklə 70,6 Kb.
Pdf görüntüsü
tarix03.04.2017
ölçüsü70,6 Kb.
#13418

13 yanvar 2017-ci il, cümə

6

Ötən il Azərbaycanda səhiyyə xidmətinin yaxşılaşdırılması 

istiqamətində önəmli tədbirlər həyata keçirilib

 

ˆ

Ötən il səhiyyə sistemində görülən işlər və əldə 



olunan nailiyyətlərlə də yadda qalıb. Ağsu, Zərdab, 

Biləsuvar rayon mərkəzi xəstəxanalarının, o cümlədən, 

Gəncədə Abbas Səhhət adına xəstəxananın açılışında 

ölkə başçısı İlham Əliyev şəxsən iştirak edərək, öz xeyir-

duasını verib. Əhalinin sağlamlığının daim qayğısına qalan 

Prezidentin tapşırığına uyğun olaraq, əhalinin profilaktik 

müayinələri davam etdirilib.

 Müayinə olunmuş əhalinin 

3,3 faizində ilkin xəstəliklər 

aşkar olunub, 1,47 faizi dispanser 

nəzarətə alınıb, 7,32 faizi sağal-

dılıb və 0,8 faizi hospitalizasiya 

olunub. 2016-cı ildə Respublika 

Uşaq Stomatoloji Mərkəzində 

aparılan təmir işləri başa çatdırılıb. 

Hazırda Masallı, Neftçala rayon 

mərkəzi xəstəxanaları kimi böyük, 

çoxprofilli tibb müəssisələrində, 

həmçinin Elmi-Tədqiqat Mama-

lıq və Ginekologiya İnstitutunda 

təmir-tikinti işləri başa çatdırılıb və 

açılışa hazırlanır. Bu il psixiatrik 

tibb müəssisələrinin maddi-tex-

niki bazalarının gücləndirilməsi 

istiqamətində ciddi addımlar atılıb. 

Maştağada yerləşən 1 saylı Res-

publika Psixiatriya Xəstəxanasında 

yeni şöbələr istifadəyə verilib, 

Kürdəmir, Lənkəran rayonlararası 

ruhi-əsəb xəstəxanalarının tikintisi, 

o cümlədən Quba rayonlararası psi-

xonevroloji reabilitasiya mərkəzinin 

təmiri yekunlaşıb.

2016-cı ildə uşaqların 81,5 

faizdən çoxu müayinələrə cəlb 

olunub və onlardan 5,2 faizi sağ-

lamlıq vəziyyətinə görə dispanser 

qeydiyyata götürülüb, 1 faizi isə 

ixtisaslaşdırılmış tibb müəssisələrinə 

hospitalizasiya olunub. Həmçinin, 

“Ana və uşaqların sağlamlığının 

qorunması üzrə Dövlət Proqramı” 

çərçivəsində, mütəmadi olaraq ana 

və uşaqlara xidmət göstərən tibb 

müəssisələrinin, xüsusən neonatoloji 

reanimasion şöbələrin maddi-texniki 

bazası gücləndirilib, dərman prepa-

ratları və tibbi texnika ilə təminatı 

yaxşılaşdırılıb.

Heydər Əliyev Fondunun 

prezidenti, birinci xanım Mehriban 

Əliyevanın təşəbbüsü ilə tiki-

lib istifadəyə verilən Respublika 

Talassemiya Mərkəzində xəstələrin 

normal həyat fəaliyyətinin təmin 

olunması hesabına son 10 ildə talas-

semiyadan ölüm göstəricisi 5 dəfə 

azalıb. Hazırda 2800-dən artıq xəstə 

bu mərkəzdə daimi müalicə alır, irsi 

qan xəstəliklərinin radikal müalicə 

üsulu olan sümük iliyinin transplan-

tasiyası əməliyyatı aparılır.

Ötən ilin iyun ayından nikaha 

daxil olan 230 minə yaxın insanın 

dövlət başçısının təşəbbüsü ilə 

qan nümunəsi müayinə olunub. 

Eyni zamanda, son illər strate-

ji əhəmiyyətli məsələ kimi qan 

xidmətinin inkişafına xüsusi diqqət 

yetirilib və əhalinin donorluğa cəlb 

edilməsi işinin aktivləşdirilməsi 

nəticəsində tədarük olunan qan və 

onun komponentlərinin miqdarı 

ilbəil artırılıb. Belə ki, 2010-cu ildə 

19,5 ton qan tədarük edilmişdirsə, 

2016-cı ildə bu rəqəm 36 tondan çox 

olmuşdur.

Qeyd olunmalıdır ki, xro-

niki böyrək çatışmazlığından 

əziyyət çəkən insanların hemodi-

aliz müalicəsi də öz həllini tapıb. 

Fəaliyyətdə olan 39 mərkəzdə üç 

mindən artıq xəstə hemodializ seans-

ları və müvafiq dərman vasitələrilə 

tam həcmdə pulsuz təmin olunurlar. 

Bu mərkəzlərdən 30-u bölgələrdə 

yerləşir və belə xəstələrə hazırda 

hemodializlə yanaşı, xəstəliyin 

radikal müalicə üsulu olan 

böyrəkköçürmə əməliyyatları da 

həyata keçirilir. İndi Azərbaycanda 

böyrək köçürülməsi əməliyyatı 

olunmuş 848 nəfər var və dövlət 

onların dərman təminatını öz üzərinə 

götürüb. Həmçinin 218 mindən çox 

şəkərli diabet xəstəsi, 4122 virus he-

patitli insan dövlət hesabına dərman 

və özünənəzarət vasitələri ilə təmin 

olunur. 

Vətəndaşların səhiyyə ilə bağlı 

müraciətlərinin təcili həlli məqsədilə 

yaradılmış Elektron Səhiyyə 

Mərkəzinə il ərzində 26 minə yaxın 

insan müraciət edib. Bundan əlavə

Azərbaycan Prezidentinin tapşırıq və 

tövsiyələrini rəhbər tutaraq səhiyyə 

naziri tərəfindən bu il 55 rayon və 

şəhərdə vətəndaşların qəbulu təşkil 

olunub, 234 müraciət edən hər bir 

vətəndaş dinlənilib və müvafiq 

tədbirlər görülüb.

Nazirliyin tibbi yardımın təşkili 

şöbəsinin müdiri G.Poladov ötən 

ildə görülən işlər barədə məlumat 

verərkən bildirib ki, son illər ərzində 

kadr hazırlığı sahəsində də müstəsna 

əhəmiyyətli tədbirlər həyata ke-

çirilib. İl ərzində 5399 həkim və 

7942 orta tibb işçisi təkmilləşdirmə 

kurslarında iştirak edib, 3331 həkim 

və 8608 orta tibb işçisi sertifikat alıb, 

keçirilmiş imtahanlar nəticəsində 

351 həkim mərkəzləşdirilmiş qay-

dada işə qəbul olunub. Onlardan 

171 nəfəri respublikamızın müxtəlif 

regionlarında işlə təmin ediliblər. 

2015--2016-cı tədris ilində reziden-

tura təhsilini bitirən 332 həkimdən 

271 nəfəri təyinatla iş yerlərinə 

göndərilib.

Nazirliyin göstərdiyi elektron 

xidmətlərin sayı 39-a çatdırılıb, 

il ərzində 1000-dən çox müraciət 

qeydə alınıb və “Vahid elektron tibb 

kitabxana sistemi”nin tətbiqi başa 

çatdırılıb.

İl ərzində beynəlxalq əlaqələr 

sahəsində də görülən işlər davam et-

dirilib. 350 mütəxəssis və müdavim 

Almaniya, Türkiyə, Rusiya, Belarus, 

İspaniya, İsrail, Yaponiya və digər 

ölkələrdə təşkil edilmiş kurslara 

göndərilib.

Azərbaycanda səhiyyənin 

inkişafında, habelə Ümumdün-

ya Səhiyyə Təşkilatına qlobal və 

regional səviyyədə xidmətlərinə 

görə səhiyyə naziri, professor Oqtay 

Şirəliyevin təşkilatın mükafatına 

layiq görülməsi ötən ilin yaddaqalan 

hadisələrindəndir.

Ölkə başçısı İlham Əliyev 

tərəfindən uğurla həyata keçirilən, 

əhalinin yüksək rifahının təmin 

olunmasına yönəldilmiş siyasət 

nəticəsində səhiyyədə əldə edilmiş 

güclü tərəqqi profilaktik təbabətin 

inkişafına da öz bəhrəsini verib və 

bu da əhalinin sağlamlığının qorun-

masına öz müsbət təsirini göstərib.

Yoluxucu xəstəliklərlə mübarizə 

işində müasir strategiyalar tətbiq 

olunmaqla beynəlxalq təşkilatlarla 

əməkdaşlıq qurulub. Nəticədə, qonşu 

ölkələrdə və ümumiyyətlə, regionda 

qeyd edilən epidemioloji gərginliyə 

baxmayaraq, respublikada epide-

mioloji sabitliyi qoruyub saxlamaq 

mümkün olub. Bu istiqamətdə 

görülən prioritet tədbirlərdən biri 

uşaqların immunoprofilaktikası-

dır. Ölkə üzrə peyvənd planının 

95-97 faiz yerinə yetirilməsi və 

immunlaşdırma işinin mütəmadi 

təkmilləşdirilməsi nəticəsində xü-

susi profilaktika vasitələri ilə idarə 

olunan xəstəliklərin azaldılması üzrə 

stabil dinamika əldə edilib. Belə 

ki, poliomielit, difteriya, qızılca, 

məxmərək, göy öskürək, epidemik 

parotit xəstəlikləri ölkədə artıq 

müşahidə edilmir.

Sanitar-epidemioloji nəzarət 

sektorunun müdiri V.Qasımov bil-

dirib ki, həyata keçirilmiş komp-

leks qabaqlayıcı tədbirlər 2016-cı 

ildə Avropa regionunun əksər 

ölkələrində, xüsusən həmsərhəd 

ərazilərdə ağır gedişli, yüksək ölüm 

faizi ilə nəticələnən A (H1N1) 

virusu epidemiyasının ölkəmizə 

keçməsinin qarşısını alıb. Ötən ilin 

payız-qış mövsümünün başlanması 

ilə əlaqədar əhali arasında qrip və 

kəskin respirator virus infeksiya-

larına qarşı profilaktik tədbirlərin, 

həmçinin epidemioloji monitorinqin 

gücləndirilməsi istiqamətində işlər 

aparılıb, elektron proqramlar yara-

dılıb, elektron sağlamlıq kartlarına 

nəzarət gücləndirilib və beynəlxalq 

əlaqələr çərçivəsində mütəmadi 

görüşlər keçirilib.

Səhiyyə naziri Oqtay Şirəliyev 

məruzə və çıxışlarında Azərbaycan 

Prezidenti İlham Əliyevin səhiyyə 

və tibb sahəsinə böyük diqqət və 

qayğısını daim vurğulayır. O, qeyd 

edib ki, ölkədə iqtisadi böhranın 

hökm sürdüyü bir dövrdə səhiyyə 

sahəsində inkişaf sürətlə davam 

edib. 2016-cı il ölkə səhiyyəsinin 

həyatında böyük zəngin hadisələrlə 

yadda qalıb və gələcəkdə daha da 

səylə çalışmaq üçün əlverişli imkan 

yaranıb. 2017-ci il üçün səhiyyənin 

ən prioritet sahələri olan dövlət 

proqramları uğurla tətbiq edilib, 

bu proqramlar insanların həyatına 

əhəmiyyətli təsir göstərib. Bu gün 

ölkəmizdə əvvəllər əlacı olmayan 

bir sıra xəstəliklər müalicə edilir, 

mürəkkəb əməliyyatlar, o cümlədən 

qaraciyər transplantasiyası, süni 

oynaq və açıq ürək əməliyyatları 

aparılır. İlin əvvəlindən indiyədək 

18 nəfərə qaraciyər köçürülüb, 76 

xəstəyə endoprotezləşmə əməliyyatı 

aparılıb, 63 nəfərə böyrək köçürü-

lüb, 42 sümük iliyi transplantasiyası 

icra edilib. Bölgələrdə baş tutan 

qəbullara gələnlərin sayı azalıb.

Səhiyyə Nazirliyinin mətbuat 

xidmətindən bildiriblər ki, nazir 

O.Şirəliyevin əmrinə əsasən, ötən ili 

fəaliyyətləri çərçivəsində yaddaqa-

lan hadisələrlə başa vuran, səhiyyə 

və tibb elmi sahəsində xüsusi 

xidmətlərinə görə fərqlənmiş bir sıra 

tibb işçisinə “Səhiyyə əlaçısı” döş 

nişanı və Fəxri diplomlar təqdim 

edilib.


Zərifə BƏŞİRQIZI,  

 “Xalq qəzeti”

Səbaillilər sosial layihələri 

uğurla davam etdirirlər

 

ˆ

Səbail Rayon İcra Hakimiyyəti 



Başçısının 1 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə 

Nümayəndəliyinin illik hesabat toplantısında 2016-

cı ildə rayonun mərkəz hissəsində həyata keçirilən 

işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr 

konkretləşdirilmişdir.

Hesabat məruzəsi ilə çıxış 

edən Səbail RİHB-in dairə 

üzrə nümayəndəsi Tərlan 

Qasımov bildirmişdir ki, ötən 

il ərazidə bir sıra zəruri abad-

lıq-quruculuq işləri həyata 

keçirilmiş, sakinləri narahat 

edən məsələlər yoluna qoyul-

muşdur. Mətbuat prospekti – 2 

və Puşkin küçəsi – 10 ünvan-

larında yerləşən  çoxmənzilli 

yaşayış binalarının fasad 

və dam örtüklərində əsaslı 

təmir-yenidənqurma işləri 

başa çatdırılmışdır. “Xəzər 

Waterfront” istirahət-əyləncə 

mərkəzinin, “İnterkontinental” 

və “Dinamo” mehmanxana-

larının, Dövlət Təhlükəsizlik 

Xidməti Səbail Rayon 

İdarəsinin yeni  binasının 

tikintisi, İncəsənət Muzeyinin 

əsaslı təmiri davam etdirilir.

Şəhidlər xiyabanında bir 

sıra ictimai birlik və təsərrüfat 

xidmətlərinin yerləşdiyi inzi-

bati binada cari təmir aparıl-

mış və istilik  sistemi  bərpa  

edilmişdir. Zərifə Əliyeva 

küçəsi – 26, 28 və  Neftçilər  

prospekti – 131 ünvanların-

da  evlərin  dam örtükləri  

dəyişdirilmişdir. Bünyad 

Sərdarov, Həsən Seyidbəyli, 

Şeyx Şamil, Lermontov, 

Mehdi Hüseyn, Cəfərov 

qardaşları, Üzeyir Hacıbəyov, 

Yusif Məmmədəliyev, Rəsul 

Rza, Qoqol küçələrində 

təmir-abadlıq işləri aparıl-

mış, yollara yeni asfalt qatı 

salınmışdır. Üzeyir Hacıbəyov 

küçəsi, Neftçilər və Parla-

ment prospektlərində, park və 

istirahət bağlarında xeyli ağac 

və gül kolları əkilmiş, yaşıl 

kompozisiyalar yaradılmışdır. 

Mahnı Teatrının qarşısında 

dünya şöhrətli müğənni Rəşib 

Behbudovun abidəsi ucaldıl-

mışdır.


Səbail RİHB-in müavini 

Abit Əliyev Prezident İlham  

Əliyevin Bakı şəhərininin 

hərtərəfli inkişafına göstərdiyi 

diqqət və qayğıdan söz 

açmış, ötən il rayonda həyata 

keçirilən sosialyönümlü 

layihələr barədə məlumat 

vermişdir. O qeyd etmişdir ki, 

ölkə başçısının tapşırıqlarına 

əsasən ərazidə bir sıra mühüm 

layihələr gerçəkləşdirilir. Pay-

taxtımızı dünyanın ən gözəl 

şəhərlərindən birinə çevirmək, 

sakinlərin və qonaqların rahat-

lığı üçün yüksək şərait yarat-

maq yönündə görülən işlər bu 

il də davam etdiriləcək.

Müzakirələrdə 

problemlərdən də danışıl-

mış,  sakinləri maraqlandıran 

suallar cavablandırılmış, 

müraciətlərlə bağlı tapşırıqlar 

verilmişdir.  



R.TAHİR, “Xalq qəzeti”

Bakı Ali Neft Məktəbində layihə 

iştirakçıları mükafatlandırılıb 

 

ˆ

Bakı Ali Neft Məktəbində 



(BANM) Azərbaycan Respublikasının 

Prezidenti yanında Gənclər Fondunun 

maliyyə dəstəyi ilə həyata keçirilmiş 

“Kvant fizikası gənc alimlərin 

təqdimatında” layihəsinin başa çatması 

ilə əlaqədar tədbir keçirilib. 

BANM-dən bildirildiyinə görə, tədbirdə bu 

ali məktəbin rektoru Elmar Qasımov fondun 

fəaliyyətini yüksək dəyərləndirib, gənclərə 

göstərilən dəstəyə görə qurumun rəhbərliyinə 

minnətdarlığını ifadə edib. Vurğulayıb ki, 

müxtəlif ideya və təşəbbüslərin reallaşma-

sında fondun gənclərə kömək göstərməsi 

dövlətimizin gənclər siyasətinin uğurla həyata 

keçirilməsinə xidmət edir.

Müvafiq təşəbbüs haqqında ətraflı məlumat 

verən layihənın rəhbəri, BANM-in tələbələrlə 

iş şöbəsinin rəisi Həbibə Sadıqlı bildirib ki, 

layihə gənc peşəkar təlimçi-alimlərin dəstəyi 

ilə ötən ilin noyabrında başlayıb və beş həftə 

davam edib. Bütün təlimlər BANM-də təşkil 

edilib. Layihənin təşkilat komitəsi bu ali 

məktəbin tələbələrindən ibarət olub.

Sonda fəallıqları ilə fərqlənən layihə 

iştirakçılarına sertifikat və hədiyyələr təqdim 

edilib.

V. BAYRAMOV, “Xalq qəzeti”

“Bulla-dəniz” 

yatağında yeni  

qazyığma məntəqəsi 

inşa edilir 

 

ˆ

Son zamanlar Azərbaycan Respublikası Dövlət Neft 



Şirkəti (SOCAR) Xəzərin Azərbaycan sektorunda işlədiyi 

yataqlarda hasilatın səmərəliliyinin artırılması, neft və qaz 

hasilatının sabit saxlanması istiqamətində mühüm  tədbirlər 

həyata keçirir. Bu məqsədlə əməyin mühafizəsinin və 

təhlükəsiz iş şəraitinin təmin edilməsi üçün yeni hidrotexniki 

qurğular, sosial obyektlər tikilir, mövcud infrastruktur əsaslı 

şəkildə təmir olunur. 

Bundan əlavə, estakadalarda, 

eləcə də qurudakı mədənlərdə yol 

infrastrukturunun yaxşılaşdırılması 

işləri prioritet istiqamət kimi daim 

diqqət mərkəzində saxlanılır. SOCAR-

ın  “Azneft” İstehsalat Birliyinin 

strukturuna daxil olan idarələrdə 

qaz-kompressor təsərrüfatının 

təkmilləşdirilməsi, qurğu və avadan-

lıqların ahəngdar işinin təmin edilməsi 

ilə bağlı görülən işlər də bu baxımdan 

diqqət çəkir. 

“Neftqaztikinti” Tresti “Azneft” 

İstehsalat Birliyinin sifarişi ilə “Bulla-

dəniz” yatağındakı 2a saylı qazyığma 

məntəqəsinin inşasını uğurla davam et-

dirir. Xatırladaq ki, adıçəkilən yataqda 

hasil olunan karbohidrogenlərin yığıla-

raq sahilə nəql olunması məqsədilə inşa 

edilən məntəqə ayrıca özül üzərində 

quraşdırılacaq. Hazırda tikintisi davam 

etdirilən özülün ümumi sahəsi 1900 

kvadratmetrdir. İstehsalat, qaz-atqı ava-

danlığı yerləşən və məişət sahələrindən 

ibarət özül dənizin 21 metr dərinliyində 

yerləşir. Artıq 6 dayaq bloku, 4 aralıq 

seksiyası, 2 piyada körpüsü, 7 minik 

və yanalma meydançası hazırlanaraq 

quraşdırılmış, 36 dayaq svay vurulmuş, 

blokların bir-birilə bərkidilməsi üçün 

suüstü əlaqələr quraşdırılmışdır. Metal-

konstruksiyaların qaynaq-bərkidilməsi, 

eləcə də konsol, məhəccər və 

döşəmənin quraşdırılması işləri tamam-

lanmaq üzrədir. 

“Bulla-dəniz” yatağında yerləşən 

özüllərdən hasil olunan neftin, qazın 

və kondensatın 2a saylı qazyığma 

məntəqəsinə, oradan da sahilə nəql 

olunması məqsədilə 22,174 kilometr 

uzunluğunda müxtəlif diametrli texno-

loji sualtı boru kəmərlərinin çəkilməsi, 

eləcə də 8 kilometrlik qaz və maye 

xətlərinin yerinin dəyişdirilməsi işləri 

də həyata keçiriləcəkdir. Xatırladaq 

ki, obyekt istismara verildikdən sonra 

“Bulla-dəniz” yatağında hasil olunan 

6,9 milyon kubmetr qazın, eləcə də 

1350 ton neft və kondensatın yığılaraq 

sahilə nəqli təmin ediləcək. 

Mirbağır YAQUBZADƏ,  

“Xalq qəzeti” 

 

AMEA Mərkəzi Elmi Kitabxanası  

dövri mətbuat fondunun təqdimatı keçirildi

 

ˆ

Yanvarın 12-də  Azərbaycan Milli Elmlər 



Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) 

dövri mətbuat fondunun təqdimatı keçirildi. 

Kitabxananın direktoru Leyla İmanova dövri 

mətbuat fondunun təqdimatının əhəmiyyətindən 

danışaraq bildirdi ki, Azərbaycan kitabxanaları 

arasında ilk dəfə elektron resursların istifadəsinə 

icazə verən müəllif hüquqları müqaviləsi MEK-də 

tətbiq olunub.

 Azərbaycanda olan 17 ən 

qədim kitab MEK-də mühafizə 

edilir. “Nəşriyyat haqqında 

qanun”a islahat yönümlü 

təkliflər ilk dəfə olaraq MEK 

tərəfindən verilmişdir. MEK 

Azərbaycan kitabxanala-

rı arasında ilk dəfə Vahid 

İdarəetmə Sistemini hazırla-

yıb tətbiqinə başlayan, Milli 

Rəqəmsal Yaddaş layihəsini 

işlək vəziyyətə gətirən 

kitabxanadır. Azərbaycanda 

türkdilli mənbələrin ən 

böyük e-kataloqu (94000) 

 MEK-dədir.

MEK-in beynəlxalq 

və ictimaiyyətlə əlaqələr 

şöbəsinin müdiri  Mübariz 

 Göyüşlü təşkil  olunan 

tədbirlərdə, xüsusən 

təqdimatlarda geniş 

ictimaiyyətin iştirak etdiyini 

dilə gətirdi. O, görülən işlərin 

obyektiv şəkildə işıqlandı-

rılmasında medianın ciddi 

dəstəyini hiss etdiklərini 

açıqladı. O, vətəndaşlara 

MEK-in 24 min kvadrat-

metr ərazidə fərqli və müasir 

xidmətlərin göstərilməsi, 

kitabxanada olan informasiya 

resurslarının təhlükəsizliyinin 

təmin edilməsi üçün qiymət 

dəyişikliyi etdiyini və bunun 

zərurət olduğunu açıqladı. 

Daha sonra kitabxananın 

istifadəçilərə xidmət və nəzarət 

bölməsinin əməkdaşı Roksanə 

Səfərzadə çıxış edərək, MEK-

in dövri mətbuat fondu barədə 

ətraflı məlumat verdi. 

Mərkəzi Elmi Kitabxana-

nın kitabxana-xidmət şöbəsinin 

müdiri Aygün Səfərova bildirdi 

ki, MEK-də dövri mətbuat fon-

dunda sənədlərin ümumi sayı 

374550-dir (jurnal – 313123, 

qəzet - 2900 komplekt, ardı 

davam edən nəşrlər – 58527). 

MEK-də ən qədim Azərbaycan 

jurnalı 1928-ci ilə, qəzet 

 1923-cü ilə, rus qəzeti  1905-ci 

ilə, Qərbi Avropa jurnalı 

 1887-ci ilə, Şərq dillərində jur-

nal 1905-ci ilə aiddir. Bundan 

başqa, kitabxanada Yaponiya, 

Koreya, Çin jurnalları, “Türk 

dili dərgisi”  və Türkiyəyə aid 

“Bülleten”lər saxlanılır. 

Tədbirdə çıxış edən “Yeni 

Azərbaycan” qəzetinin baş 

redaktoru, Milli Məclisin 

deputatı, siyasi elmlər dokto-

ru Hikmət Babaoğlu bildirdi 

ki, Mərkəzi Elmi Kitabxana 

Azərbaycanın sərvətidir. O, 

hazırda məişət mədəniyyətinin 

kütləvi şəkildə yayıldığı 

bir məqamda MEK-in milli 

yaddaşın formalaşmasında, 

qorunmasında mühüm rol 

oynadığını qeyd etdi. O, Yapo-

niya, Çin, Cənubi Koreya kimi 

inkişaf etmiş ölkələrin ingilis-

dilli elmi jurnallarının MEK-ə 

gətirilməsi üçün təşəbbüs 

göstərilməsini təklif etdi. 

Tədbirdə tarix elmləri 

doktoru, “Mədəniyyət” 

televiziya kanalının aparıcısı 

Güllü Yoloğlu, “Azərbaycan” 

jurnalının baş redaktoru 

İntiqam Qasımzadə, Mətbuat 

Şurasının İdarə Heyətinin üzvü 

Yadigar Məmmədli və digər 

ziyalılar çıxış edərək tədbirin 

əhəmiyyətini vurğuladılar.  

Sonda iştirakçıları kitab-

xananın fondları ilə tanış olub, 

dövri mətbuatın saxlanıldığı 



arxivə baş çəkdilər. 

Anar TURAN,  “Xalq qəzeti”

Yüklə 70,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin