SƏRBƏST IŞ
Fənn:Farmakologiya
Müəllim:Rəsulova Aytən
Kurs,qrup: 1 kurs,Tibb bacısı 4
Tələbə:
Mövzu:Dərman formaları
Təyinatları, orqanizmə yeridilmə yolları, fiziki kimyəvi və farmakoloji xassələri nəzərə alınmaqla dərman preparatları qəbul üçün əlverişli olan formalarda buraxılır. Bunlar dərman formaları adlanır. Fiziki vəziyyətlərinə görə bərk (tabletlər, drajelər və s.), yumşaq (məlhəmlər, linimentlər və s.) və qazabənzər dərman formalarını (aerozollar və s.) fərqləndirirlər. Farmakopeyada qeyd olunan dərman maddələri, onlardan hazırlanan preparatlar və dərman formaları ofisinal dərmanlar (latınca officina- aptek deməkdir), apteklərdə resept üzrə hazırlananlar isə magistral dərmanlar (latınca magister – müəllim, rəhbər deməkdir) adlanır. Tabletlərin digər bərk dərman formalarına nisbətən bir sıra üstünlükləri vardır. Onlarda dərman dəqiq dozalanır, dərman maddəsinin pis iyi və dadı hiss olunmur, uzun müddət saxlanıla bilir, yığcam olduğu üçün saxlanılması və daşınması nisbətən asan olur.
Drajelər Drajelər (y.h.c. - Dragee) – dərman maddələrinin və köməkçi maddələrin şəkər dənəcikləri üzərində bir neçə dəfə çökdürülməsi yolu ilə alınan və daxilə işlədilən dozalanmış bərk dərman formalarıdır. Onlar zavod üsulu ilə hazırlanır.
Poroşoklar – səpələnmək xassəsinə malik olan, daxilə və xaricə işlədilən bərk dərman formalarıdır. Xırdalanaraq toz halına salına bilən bütün bərk və quru dərman maddələri poroşok halında yazıla bilər. Poroşoklar tərkiblərinə görə sadə və mürəkkəb olur. Sadə poroşokların tərkibində 1, mürəkkəb poroşokların tərkibində isə bir neçə dərman maddəsi olur. Həm sadə, həm də mürəkkəb poroşoklar buraxılma formalarına görə dozalanmış (bölünən və dozalanmamış (bölünməyən) olur. Sadə dozalanmıĢ poroĢoklara reseptlər tabletlərə aid reseptlər kimi, yalnız dərman forması haqqında heç bir göstəriĢ olmadan yazılır.
Mürəkkəb dozalanmıĢ poroĢoklara resept yazılarkən poroĢokun tərkibinə daxil olan dərman maddələrinin adları yazıldıqdan sonra onların qarıĢdırılıb poroĢok halına salınması barədə göstəriĢ (M.f.pulv. – qarıĢdır, poroĢok alınsın) verilir.
Maye dərman Formaları- Maye dərman formalarına məhlullar, suspenziya və emulsiyalar, bişirmə və dəmləmələr, tinktura və duru ekstraktlar, miksturalar aiddir. Məhlullar (a.h.t. –Solitio, y.h.t. - Solutionis) Məhlullar həlledicidən və onda həll olmuş dərman maddəsindən (yaxud maddələrindən) ibarət bircinsli maye dərman formalarıdır, daxilə xaricə və inyeksiya üçün istifadə olunurlar. Daxilə və inyeksiya üçün istifadə olunan məhlullar dozalanmış, xaricə istifadə olunan məhlullar isə dozalanmamış dərman formalarıdır. Daxilə istifadə olunan məhlullar bölgülü stəkanla, xörək və çay qaşıqları ilə, yaxud damcılarla dozalanır. 1 xörək qaşığı - 15 ml, çay qaşığı isə 5 ml sulu məhlul tutur. 1 ml suda 20 damcı vardır.
Xaricə istifadə olunan məhlullar – göz, qulaq və burun damcıları, yuyucu və yaxalayıcı məhlul şəklində istifadə olunur. məhlulları hazırlayarkən həlledici kimi distillə suyundan (Aqua destillata) inyeksiya suyundan (Aqua pro injectionibus), 70%-li, 90%-li, 95%-li etil spirtindən (Spiritus aethylicus 70%, 90%, 95%) və duru yağlardan - Ģaftalı yağı (Oleum Persicorum), badam yağı (Oleum Amyqdalarum), günə baxan yağı (Oleum Helianthi), vazelin yağı (Oleum Vazelini) və s. istifadə olunur.
Emulsiyalar - bir birində həll olmayan iki mayenin heterogen (müxtəlifcinsli) qarışığından ibarət maye dərman formalarıdır. Miqdarca çox olan maye dispers mühit, az olan isə dispers faza adlanır. Emulsiyalarda dispers faza kiçik hissəciklər şəklində dispers mühitdən asılı vəziyyətdə olur. Süd təbii emulsiyadır. Onun tərkibində su (dispers mühit), yağ (dispers faza) və yağı xırda hissələrə parçalayan maddə (emulqator) kazein vardır. Latınca ―sağılmış‖ mənasını verən ―Emulsum‖ sözü də buradan götürülmüşdür. Emulsiyalar dispers mühitlə dispers fazanın xarakterindən asılı olaraq ―su-yağda‖ və ―yağ-suda ‖ tipli emulsiyalar isə xaricə işlənir (linimentlər, emulsion məlhəmlər). Yağlı emulsiyalar hazırlanarkən dispers faza kimi badam, şaftalı, gənəgərçək yağlarından, balıq yağından, efirli yağlardan və s. istifadə edilir. Bu zaman yağların kiçik hissəciklərə parçalanması üçün su-yağ qarışığına xüsusi emilqatorlar da əlavə edilir.
Emulsiyalar istifadə edilməzdən əvvəl çalxalanmalıdır. Yağlı emulsiyalara reseptlər yazılarkən Rp.: - dən sonra Emulsi yazılır, yağın adı, miqdarı və emulsiyanın ümumi miqdarı göstərilir. Rp.: Emulsi olei Ricini 20 ml – 100 ml D.S. Bir dəfəyə qəbul etməli.
Suspenziyalar (a.h.t. – Suspensio; y.h.t. - suspensionis) Suspenziyalar (Latınca Suspensio asılı vəziyyət) tərkibcə həlledicidən və kiçik hissəciklər şəklində ondan asılı vəziyyətdə olan bərk dərman maddəsindən ibarət olan maye dərman formalıdır. Daxilə, xaricə, həmçinin əzələdaxili və bədən boşluğu inyeksiyaları üçün istifadə olunurlar. Suspenziyaları hazırlayarkən həlledici kimi distillə suyundan (daxilə və xaricə istifadə olunduqda) və inyeksiya suyundan (inyeksiya məqsədilə istifadə olunduqda) istifadə edilir.
Dəmləmə və bişirmələr dərman bitkilərinin müxtəlif hissələrindən hazırlanan maye dərman formalarıdır. Dərman bitkilərinin yumşaq hssələrində olan maddələr uçucu olub, suya asanlıqla keçir, qaynadıldıqda isə parçalanaraq öz tərkiblərini dəyişirlər. Sərt hissələrdəki maddələr isə nisbətən davamlı olur və suya çətinliklə keçir. Ona görə də dəmləmələr adətən dərman bitkilərinin yumşaq hissələrindən (yarpaqllarından, otundan, çiçəklərindən, meyvələrindən), bişirmələr isə sərt hissələrindən (kökündən, kökümsov gövdəsindən, qabığından) hazırlanır.
Bəzi bitki hissələri müstəsnalıq təşkil edir. Dəmləmə və bisirmələri hazırlamaq üçün müəyyən dərəcədə xırdalanmış bitki hissəsi dəmləmə üçün xüsusi qaba (infundirkaya) yerləşdirilərək üzərinə tələb olunan miqdarda distillə suyu tökülür. Qab qaynamaqda olan su hamamına və ya infundir aparatina yerləşdirilir, tez-tez qarışdırmaqla dəmləmələr – 15 dəq., bişirmələr isə — 30 dəq, müddətində saxlanılır. Bu qayda ile hazırlanan dəmləmə tamamilə soyuduqdan sonra, bişirmə isə isti halda (hazırlandıqdan 10 dəq. sonra) süzgəcdən süzülür. Rp.:-dən sonra dərman forması, bitkinin hissəsi (yarpağı, kökü və s.) və öz adı, bitki xammalının miqdarı və dəmləmə və ya bişirmənin ümumi miqdarı göstərilir.
Qalen preparatları – tinkturalar və ekstraktlar-Bunlar müxtəlif həlledicilər vasitəsilə dərman bitkilərindən alınan mürəkkəb tərkibli çıxarışlardır. Bu preparatları hazırlayarkən həlledici kimi əsasən spirtdən, bəzən isə sudan, efirdən və s. istifadə edilir. Bütün tinktura və ekstraktlar zavod şəraitində hazırlanır. Ekstraktlar yüksək konsentrasiyalı olmaları ilə tinkturalardan fərqlənirlər. Konsistensiyalarından asılı olaraq ekstraktlar duru, qati və quru (Extractum, fluidum, Extractum spis sum, Extractum siccum) olurlar. Tibbi təcrübədə duru ekstraktlardan daha çox istifadə olunur. Tinkturalar və duru ekstraktlar daxilə təyin edilir və damcılarla dozalanır.
Dostları ilə paylaş: |