Mühazirələrin icmalı Bakı -2023 «Əməyin iqtisadiyyatı» fənninin proqrami



Yüklə 1,29 Mb.
səhifə1/52
tarix25.12.2023
ölçüsü1,29 Mb.
#195509
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   52
C fakepathT.Q. liyev. m yin iqtisadiyyat f nni üzr mühazir l(8)












AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ

T.Q.Əliyev


ƏMƏYİN İQTİSADİYYATI
fənni üzrə
mühazirələrin icmalı

Bakı -2023


«Əməyin iqtisadiyyatı » fənninin
PROQRAMI


Fənn
proqramının
mövzularının
nömrələri

Mövzuların adı

Fənnin tədrisinə ayrılan saatlar

Cəmi

o cümlədən

mühazirə

məşğələ

1.

2.
3.


4.
5.

6.


7.

8.
9.


10.
11.
12.
13.



«Əməyin iqtisadiyyatı» kursunun predmeti,məzmunu və vəzifələri
Əmək ehtiyatları, onların formalaşması, bölüşdürülməsi və istifadəsi, əmək potensialı
Əmək bazarı və onun tənzimlənməsi
Əmək bazarı üçün tələb olunan bacarıqlar
Əmək bazarında effektiv kommunikasiya bacarığı
Əmək məhsuldarlığı, onun amilləri və ehtiyatları
Əməyin təşkili və əmək intizamı, onun əmək məhsuldarlığı ilə qarşılıqlı əlaqəsi
Əmək haqqı və onun təşkili
Əmək haqqının tarif sistemi
Əmək haqqının forma və sistemləri
Əmək fəaliyyətinin motivləşdirilməsi
Müəssisələrdə işçilərin əməyə uyğunlaşması
Müəssisələrdə sosial nəzarət
Cəmi:

4
8
4


8

4


4

4
4
4


4
4
4
4
60

2
4
2


4

2


2

2
2
2


2
2
2
2
30

2
4
2


4

2


2

2
2
2


2
2
2
2
30

Mövzu 1. «Əməyin iqtisadiyyatı» kursunun predmeti,
məzmunu və vəzifələri
1.1. Əmək və onun növləri.
1.2. «Əməyin iqtisadiyyatı» elmi fənn kimi və onun predmeti.
1.3. «Əməyin iqtisadiyyatı» kursunun məzmunu və vəzifələri.
1.4. «Əməyin iqtisadiyyatı» kursunun digər elmlərlə əlaqəsi.



    1. Əmək və onun növləri

Əmək - insanın məqsədyönlü, şüurlu fəaliyyətidir. Əmək - insanın, cəmiyyətin inkişafı üçün əbədi təbii bir şərtdir. İnsanın əmək fəaliyyəti istehsal prosesi ilə, habelə təkrar istehsalın ayrı-ayrı fazaları - istehsal, bölgü, mübadilə və istehlakla əlaqədardır. Əməyin bir sıra fərqləndirici cəhətləri vardır (şəkil1.1)

Qarşıya qoyulmuş vəzifələrin icrası

Əməyin fərqləndirici cəhətləri

Əmək prosesində insanın iş qüvvəsi istehlak olunur

Əmək alətləri istehsal edə bilməsi

Şəkil 1.1. Əməyin fərqləndirici cəhətləri


Əməyin məzmunu əməyin xarakteri ilə bağlıdır. Bu məzmuna həm əməyin sosial tələbatı, həm iqtisadi funksiyası, həm sosial-bioloji cəhətləri, həm də ETT təsir göstərir.
Əməyin xarakteri birinci növbədə işçilərlə mülkiyyət və bölgü münasibətləri arasındakı əlaqənin xarakterilə müəyyən olunur. O həm də işçilərin iqtisadi azadlığının mühüm göstəricisidir.
Əməyin bir sıra xüsusiyyətləri vardır və o aşağıdaılarla müəyyən edilir (şəkil 1.2):



Böyük və kiçik sosial əmək qruplarının əlaqə xarakteri və məqsəd birliyinin səviyyəsilə

İşçilərin istehsal vasitələrinə münasibəti ilə

Sosial bərabərlil və sosial bərabərsizlik,onun cəmiyyətdə həllinin vəziyyəti ilə

Əməyin xüsusiyyətlərini müəyyən edən cəhətlər

İnsanla cəmiyyətin əlaqəsi ilə


Şəkil 1.2. Əməyin xüsusiyyətlərini müəyyən edən cəhətlər


Əməyin bir neçə növləri vardır (şəkil 1.3)

Sadə və mürəkkəb əmək:ixtisassız və ixtisaslı əmək

Fərdi və kollektiv əmək: əmək bölgüsünə, əməyin təşkilinə görə fərqlənən əmək

Cari və keçmiş (maddiləşmiş) əmək

Fiziki və zehni əmək

Əməyin növləri


Texniki inkişaf səviyyəsinə görə: əl əməyi, mexanikləşdirilmiş əmək, maşınlı əmək, avtomatlaşdırılmış əmək

Məhsuldar əmək və qeyri-məhsuldar əmək

Muzdlu əmək

Konkret və mücərrəd əmək: konkret fəaliyyət formasında olan və eyni ölçüyə gətirilən əmək

Şəkil 1.3. Əməyin növləri



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin