C fakepathT.Q. liyev. m yin iqtisadiyyat f nni üzr mühazir l(8)
Mövzu 3. Əmək bazarı və onun tənzimlənməsi 3.1. Əmək bazarının mahiyyəti və xüsusiyyətləri. 3.2.Əmək bazarının növləri və onların seqmentləşdirilməsi. 3.3. Əmək bazarı çevikliyi. 3.4.Əmək bazarı modelləri. 3.5.İşsizlik və onun formaları.
3.1. Əmək bazarının mahiyyəti və xüsusiyyətləri. Əmək bazarı olmadan nə mikro (firmadaxili), nə də makroiqtisadi problemləri həll etmək mümkün deyildir.
Əmək bazarında iş qüvvəsi bu bazarın obyenktini, işə qəbul edənlər, işsizlər, sərbəst işə düzələnlər isə subyektidir.
İş qüvvəsinə olan təklifi əmək qabilyyətli işsizlər (iş axtaranlar), tələbatı işə götürən müəyyən edir.
Təklif və tələb əmək bazarının tutumunu müəyyənləşdirir.
Əgər iş qüvvəsinə tələb və təklif uyğun gəlirsə tarazlıq alınır, işsizlik çox olarsa, əmək bazarında iş qüvvəsi təklifi artır, az olarsa həmin təklif azalar. Bu üç hal əmək bazarı konyukturasını müəyyən edir.
Əmək bazarı -azad razılaşma əsasında iş qüvvəssinin alqı-satqısı ilə bağlı sövdələşmə yeridir. Burada başlıca mexanizm işçi qüvvəsinə tələb və təklif habelə işçi qüvvəsinin dəyəri olan əmək haqqıdır. Əmək bazarının bir sıra xüsusiyyətləri vardır (şəkil 3.1)
Digər əmtəələrin alqı-satqısında onlar bazar subyekti kimi, bazar münasibətlərinin sosial-iqtisadi daşıyıcısı kimi çıxış etmirlər
Digər əmtəələrin istehlakı hər hansı fəaliyyət, enerji sərfi ilə bağlı olmur.İş güvvəsi əmtəəsi iş qüvvəsinin psixofizioloji sərfini nəzərdə tutur
Digər əmtəələrin alqı-satqısı bir anda baş verir.Əmək bazarında isə iş qüvvəsinin alqı-satqısı onun sahibinin alqı-satqısı deyildir.Muzdlu işçi iş qabiliyyətl azad, sərbəst vətəndaşdır
Əmək bazarının xüsusiyyətləri
Əmək bazarı üçün mikro-iqlim, əmək münasibətləri səciyyəvidir
Əmək bazarı üçün mikro və makro məşğulluq problemləri,əmək qanunçuluğu xasdır
Şəkil 3.1.Əmək bazarının xüsusiyyətləri
Əmək bazarı bazar sisteminin mühüm tərkib hissəsi, strukturu olmaqla muzldu əmək, iş qüvvəsi təklifi iş qüvvəsinin alqı-satqısı ilə bağlı olan bu sferada təzahür edən soisal, iqtisadi və hüquqi münasibətlər sistemidir