2.5.Xalq təsərrüfatının işçi qüvvəsilə təmin olunma mənbələri və formaları
Maddi və qeyri - maddi istehsal sahələrinin işçi qüvvəsi ilə təmin olunması mənbələrinin müəyyən olunması təsərrüfat və mədəni quruculuğun mühüm məsələlərindəndir. Xalq təsərrüfatı sahələrinin işçi qüvvəsilə təmin olunmasını ümumi əsasını, yaxud mənbəyini əmək qabiliyyətli əhali təşkil edir. Şəkil 2.7-də xalq təsərrüfatının işçi qüvvəsi ilə təmin olunma mənbələri göstərilmişdir.
Əmək qabiliyyətli əhalinin mexaniki hərəkəti (ölkə daxili miqrasiyası)
Əmək ehtiyatlarının təbii artım hesabına artması
Xalq təsərrüfatının işçi qüvvəsi ilə təmin olunma mənbələri
İşçilərin kənd təsərrüfatından xalq təsərrüfatının başqa sahələrinə yenidən bölüşdürülməsi
Ev və şəxsi həyatyanı təsərrüfatlardan azad olunan işçi qüvvəsi
Şəkil 2.7. Xalq təsərrüfatının işçi qüvvəsi ilə təmin olunma mənbələri
İşçilərin bilavasitə müəssisə tərəfindən toplanması
Əmək birjaları vasitəsilə
Orta ümumtəhsil məktəbləri bitirənlərin işə cəlb edilməsi
Müəssisələr özlərinin işçi qüvvəsinə olan tələbatlarını müxtəlif formalarda həyata keçirirlər. Şəkil 2.8-də müəssisələrin işçi qüvvəsi ilə təmin olunma formaları göstərilmişdir.
Əhalinin könüllü köçürülməsi və dövlət tərəfindən mütəşəkkil toplanması
Müvafiq məktəbi bitirmiş ixtisaslı fəhlə və mütəxəssislərin planlı qaydada (müqavilə əsasında) bölüşdürülməsi
Məşğulluq mərkəzləri vasitəsilə
Müəssisələrin işçi qüvvəsi ilə təmin olunma formaları
2.8. Müəssisələrin işçi qüvvəsi ilə təmin olunma formaları
2.6.Əmək ehtiyatlarının proqnozlaşdırılmasının balans üsulu
Ölkədə əmək ehtiyatlarına olan tələbatın müəyyən edilməsi üçün balans üsulundan istifadə edilir. Şəkil 2.9-da əmək ehtiyatlarının proqnozlaşdırılmasının balans üsulu göstərilmişdir.
Ölkə və rayonlar üzrə əmək ehtiyatlarının ümumi (toplu) balansı
Əmək ehtiyatlarının balanslar sistemi
İxtisaslı fəhlə kadrları balansı
Mütəxəssis kadrlar balansı
Kəndlərin əmək ehtiyatları balansı
Qadınların iş qüvvəsi balansı
Müəssisələrin kadr balansı
Ərazi üzrə əmək ehtiyatları balansı
İş vaxtı balansı
Xalq təsərrüfatının ayrı-ayrı sahələrinin iş qüvvəsi ilə təmin olunmasının balans hesablamaları
Gənclərin əmək ehtiyatları balansı
Şəkil 2.9.Əmək ehtiyatlarının balanslar sistemi
İş qüvvəsinin təkrar istehsalının aşağıdakı nisbət növləri müxtəlif əmək ehtiyatları balansları vasitəsilə öyrənilir:
1.İctimai istehsalın özündə təşəkkül tapan proporsiyalar. Bu özünü işçi qüvvəsinin miqdarı ilə istehsalın həcmi arasındakı əlaqədə göstərir.
2. Məcmu işçi qüvvəsi daxilində baş verən nisbət. Bu özünü işçilərin sahələr üzrə bölüşdürülməsində, işçi qüvvəsinin fəhlə və mütəxəssislərə, onların müəyyən peşə -ixtisas qruplarına və s. ayrılmasında təzahür etdirir.
3.Əmək qabiliyyətli əhalinin ümumi əhaliyə nisbəti. Bu əmək qabiliyyətli əhalinin ümumi miqdarını, habelə cins, yaş tərkibini və quruluşunu öyrənməklə əlaqədardır.
Dostları ilə paylaş: |