Şəkil 1.5. “Əməyin iqtisadiyyatı” kursunun digər elmlərlə əlaqəsi
Mövzu 2. Əmək ehtiyatları, onların formalaşması, bölüşdürülməsi və istifadəsi, əmək potensialı 2.1. Demoqrafik siyasət, əhalinin təkrar istehsalı və quruluşu. 2.2. Əmək potensialı, iqtisadi fəal və qeyri fəal əhali. 2.3. İşçi qüvvəsinin təkrar istehsalının mahiyyəti. 2.4.Əmək ehtiyatları və onlardan istfiadə. 2.5.Xalq təsərrüfatının işçi qüvvəsilə təmin olunma mənbələri və formaları. 2.6.Əmək ehtiyatlarının proqnozlaşdırılmasının balans üsulu. 2.7.Əmək ehtiyatlarının idarə edilməsi vəzifələri. 2.8.Əhalinin miqrasiyası.
2.1.Demoqrafik siyasət, əhalinin təkrar istehsalı və quruluşu Əhali problemi mürəkkəb sosial, iqtisadi və bioloji problemlər sırasına daxildir.
Demoqrafiya əhali haqqında elmdir. Demoqrafiya - nəzəri demoqrafiya, təsviri, regional, riyazi, statistik və iqtsiadi demoqrafiya istiqamətlərində ixtisaslaşmış, əhali ilə bağlı olan sosial-iqtsiadi prosesləri, proqnozları əhatə edir.
Demoqrafik siyasət sosial-iqtsiadi siyasətlə bağlı olsa da, onu müstəqil siyasət formasına aid etmək olar. Miqrasiya siyasəti (əhalinin təbii hərəkəti ilə bağlı siyasət), əhalinin yerləşdirilməsi, əhali sakinliyi, sağlamlığı, ölüm və doğuma təsir edən amillərə, evlənmə -boşanma, mənzil, ekoloji, təhsil, təlim - tərbiyə problemlərinə, az təminatlı çox uşaqlı ailələrə, yaşlı əhaliyə yardım məsələlərinə yeni qaydada yanaşmağı tələb edir.
Demoqrafik siyasətin həyata keçirilməsində iqtisadi, mənəvi, inzibati - hüquqi aktların, mexanizmlərin bir-birini tamamlaması vacibdir.
Əsas demoqrafik proseslər: doğum, ölüm, təbii artım.
Doğum əmsalı - salamat doğulanların əhalinin orta sayma nisbəti kimi müəyyən olunur.
Ölüm əmsalı - ölənlərin əhalinin orta sayına nisbətidir.
Əhalinin təbii artım əmsalı - doğulanlarla ölənlərin fərqinin əhalinin orta siyahı sayına nisbəti qaydasında müəyyən olunur.
Demoqrafik proseslərə təsir göstərir:
- doğum hallarının miqdarı;
- kəbin kəsdirənlərin yaşı;
- qadınların ictimai vəziyyəti;
- əhali içərisində qadınların sayı;
- kənd və şəhər əhalisinin xüsusi çəkisi;
- ümumi qadınlar içərisində ev və ictimai təsərrüflarda çalışanların xüsusi çəkisi;
- fiziki və zehni əməklə məşğul olanların xüsusi çəkisi;
- cəmiyyətin ictimai və mədəni həyatı;
- ailənin elmi və mədəni səviyyəsi;
- evlənmə səviyyəsi, abortlar, müharibələr və s.
Əhalinin təkrar istehsalı işçi qüvvəsinin təkrar istehsalının ümumi əsasını təşkil edir.
Əhalinin təkrar istehsalı:
- tarixən bəşəriyyətin konkret inkişaf dövrlərindən;
- həmin dövrlərə müvafiq olan məhsuldar qüvvələrin inkişaf səviyyəsindən;
- dini adətlərindən, maddi həyat şəraitindən;
- əhalinin mədəni inkişaf səviyyəsindən;
- milli adət və ənənələrdən asılıdır.
Əhalinin təkrar istehsalının səviyyəsi bir sıra amillərdən (problemlərdən) asılıdır (şəkil 2.1):
Uşaq ölümünün azalması
İşləyənlərin sağlamlığının möhkəmləndirilməsi və xəstəliklərin azaldılması
Ailə və ictimai mənafelərin vəhdətliyi
Normal maddi, mədəni, fizioloji, intellektual və psixoloji şəraitin təmin olunması
Əhalinin təkrar istehsalının səviyyəsinə təsir edən amillər (problemlər)