Mühazirələrin icmalı Bakı -2023 «Əməyin iqtisadiyyatı» fənninin proqrami



Yüklə 1,29 Mb.
səhifə10/52
tarix25.12.2023
ölçüsü1,29 Mb.
#195509
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   52
C fakepathT.Q. liyev. m yin iqtisadiyyat f nni üzr mühazir l(8)

3.4. Əmək bazarı modelləri
Əmək bazarı və onun modelləri bir tərəfdən sosial-iqtisadi sistemlərin tipləri, xarakteri, digər tərfdən isə hər ölkənin iqtisadi potensialı, tarixi ənənəsi, mentaliteti, sivilizasiyanın səviyyəsi ilə müəyyən edilir.
Hər bir modelin formalaşmasının öz xüsusiyyətləri, tarixi şərtləri və məzmunu vardır. Sosial qaydanın yaradılmasına, səmərəli sosial kontrakta (subyektlərarası) xidmət edən model ən yaxşı hesab edilməlidir. İctimai seçim nəzəriyyəsinə görə bir qayda olaraq sosial kontraktlar konstitusiyalı müqavilə kimi qiymətləndirilir və onun üç tipi müəyyən edilir:
1.Liberal tipli kontrakt (ABŞ)
2.Sosial- korporativ kontrakt (Avropa)
3.Korporativ - paterialist kontrakt (Yaponiya)
Birincidə sırf bazar razılaşmaları, ikincidə ümumi milli konsensium, vətəndaşlıq razılaşmaları dövlətin sosial funksiyasının fəallığı, üçüncüdə bazar, vətəndaş və ənənəvi razılaşmaları, qrup mənafeləri, maksimum gəlirdən könüllü imtina halları üstünlük təşkil edir.
Əmək bazarının modelləri əhatə dairəsinə, konseptual məzmununa görə makroiqtisadi səciyyə daşıyır. Şəkil 3.3.-də əmək bazarının modelləri göstərilmişdir.

Sosial-demokratik model (İsvec, Norveç, Finlandiya və s.)

Əmək bazarı modelləri

Rudimental model Cənubi Avropa ölkələri)



Liberal model (ABŞ, İngiltərə, Kanada vəs.

Yapon modeli



Koservativ model (Fransa, Almaniya,İtaliya və s.)

Şəkil 3.3. Əmək bazarı modelləri




3.5.İşsizlik və onun formaları.
İşsizlik həm makro və həm də mikro səviyyəli proseslərin deformasiya olunması nəticəsidir. Əsas səbəb tələb və təklifin bir-birinə uyğun gəl­məməsidir.
İşsizlik aşağıdakı problemlərlə bağlıdır:
- işsizlik statusu;
-i şsizliyin səviyyəsi;
- bu səviyyəyə təsir edən amillər;
- əmək bazarı konyukturası;
- işsizlərin hərəkəti;
- işsizlik müddəti;
- işsizliyin tiplərinin bir-birilə əlaqəsi və s.
BƏT-nin müddəasına görə işsizlərə:
- hal-hazırda işləməyən;
- iş axtaran;
- işə girməyə hazır olan, alacağı əmək haqqından başqa gəliri olmayanlar daxildir.
Şəkil 3.4-də işsizlərin tərkibi göstərilmişdir.

Müvafiq işlə təmin olunmaq üçün məşğulluq orqanlarında rəsmi qeydə alınanlar

İş axtarmaq üçün dövlət, kommersiya məşğulluq xidmətlərinə, dövlət müəssisələrinə müraciət edənlər, KİV-də bu məqsədlə elan verənlər



İşsizlərin tərkibi







İşi və əmək haqqı olmayanlar

Hər hansı bir peşəni icra etməyə hazır olanlar

Məşğulluq xidməti vasitəsilə peşə hazırlığına, ixtisası artırmağa göndərilənlər

Şəkil 3.4.İşsizlərin tərkibi


İşsizliyin öyrənilməsi istiqamətləri:
1.Regionlar üzrə işsizlik səviyyəsi;
2.İşsizliyin müddətə, vaxta görə öyrənilməsi;
3.İşsizliyi sosail struktur - yaş, cins, təhsil səviyyəsinə görə öyrənilməsi, qruplaşdırılması.
İşsizliyin formaları:
a) Friksion işsizlik - iş yerinin dəyişilməsi, işçinin bir iş yerindən digər iş yerinə keçməsi ilə əlaqədar məşğulluğunun müvəqqəti dayandırılmasıdır;
b) Struktur işsizlik - maddi və qeyri-maddi istehsal sahələrində müəyyən səbəblərdən ( xüsusın yeni texnikanın tətbiqi ilə əlaqədar olaraq) bəzi işçi kateqoriyalarına tələbatın olmaması ilə bağlıdır;
c) Mövsumi işsizlik;
ç) Gizli işsizlik. Adı işdə olan, faktiki olaraq işləməyənlər.
d) Tsiklik işsizlik- iqtisadi böhranlar nəticəsində baş verən işsizlik;. İşçi qüvvəsinə tələbat olmur;
e) Natamam işsizlik (qismən məşğulluq) - işçilərə olan tələb müvəqqəti olaraq azalır, işləyənlər tam iş günü işləmirlər;
İşsizlik səviyyəsinin meyarları şəkil 3.5-də göstərilmişdir.



İşsizlik səviyyəsinin meyarları

İşsizliyin yol verilən həddi

İşsizliyin təbbi səviyyəsi

Bu BƏT-nın tövsiyələrinə, beynəlxalq standartlara görə 1-2% qəbul olunmuşdur

Bu hədd 4-5% səviyyəsində qəbul edilmişdir


Bu hədd iş qüvvəsinin idarə olunmaz, hiperinflyasiya səciyyə almasında, kütləvi işsizliyin olmasında özünü biruzə verir

Bu hədd iş qüvvəsinin idarə olunmaz, hiperinflyasiya səciyyə almasında, kütləvi işsizliyin olmasında özünü biruzə verir




İşsizliyin sosial baxımdan təhlükəli həddə olması

Şəkil 3.5. İşsizlik səviyyəsinin meyarları




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin