Mühazirələrin icmalı Bakı -2023 «Əməyin iqtisadiyyatı» fənninin proqrami


Mövzu 4.Əmək bazarı üçün tələb olunan bacarıqlar



Yüklə 1,29 Mb.
səhifə11/52
tarix25.12.2023
ölçüsü1,29 Mb.
#195509
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   52
C fakepathT.Q. liyev. m yin iqtisadiyyat f nni üzr mühazir l(8)

Mövzu 4.Əmək bazarı üçün tələb olunan bacarıqlar
4.1. Bugünki əmək bazarında lazım olan bacarıqlar
4.2. Əmək bazarında işəgötürənlərin iş axtaranlardan tələb etdiyi
bacarıqlar
4.3. Əmək bazarında işəgötürənlərdən tələb olunan bacarıqlar
4.4. Əmək bazarında işə qəbul zamanı müsahibə aparmaq bacarığı
4.5. Özünü inkişaf etdirmə və liderlik bacarığı
4.1.Bugünki əmək bazarında lazım olan bacarıqlar
Qlobal iqtisadiyyat son iki onillik ərzində İnternet tərəfindən transformasiyaya məruz qalmışdır. İnkişaf etmiş dünyada, iqtisadi mühərrik fabrik işi və adi ofis işləri kimi xidmətlərin əsasən autsorsinq edildiyi və ya robotlar və proqram təminatlarının köməyi ilə avtomatlaşdırıldığı bir post-sənaye modelinə keçid almışdır.
Dəyişiklik tempi növbəti on ildə kəskin sürət alacaq və bütün sənaye və peşələrin köhnəldiyinin şahidi olacağıq. Sürətlə dəyişən belə bir iqtisadi mühitdə sağ qalmaq və inkişaf etmək üçün fərdi özünü-inkişaf təlimi yolu ilə bacarıq və istedadlarınızı inkişaf etdirməyə çox diqqət yetirməlisiniz.
Mobil əlaqə sistemlərinin və bulud texnologiyasının sürətli təkamülü indi hər kəs üçün istənilən yerdən işləmək, bacarıq və zəhmətindən qazanc əldə etmək üçün tələb olunan rəqəmsal istehsal vasitələrinə sahiblənməyi daha da asanlaşdırır.
21-ci əsrin karyera yolu öz fəaliyyətimizi:
- sərbəst qurmağımıza;
- rəqəmsal brendlərimizi yaradaraq ideyalarımızı reallaşdırmağımıza;
- istedadımızı inkişaf etdirməklə daha yaradıcı olmaq və digər insanlar üçün faydalı olmağımıza imkan verir.
Son zamanlarda aparılan bir araşdırmaya əsasən müəyyən edilmişdir ki, bugünkü məktəb şagirdlərinin 65%-i hələ icad edilməmiş hansısa işləri görəcəklər. Biz heç vaxt belə bir sürətli dəyişiklik tempi görməmişik. Yeni iqtisadiyyatda yeganə rəqabət üstünlüyü öyrənmə və uyğunlaşma qabiliyyətimizdir ki, bu da bizim bacarıqlarımızı daima təkmilləşdirməyimizi zəruri edir.
Belə bir mürəkkəb əmək bazarında özümüzə bir yer tapmaq üçün21-ci Əsrin Bacarıqları naminə Tərəfdaşlıq təşkilatı 21-ci əsrin bacarıqları adlandırılan, inkişaf etdirməkdə daima çalışmalı olduğumuz üç bacarıq növünü müəyyən etmişdir:

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin