1. Öyrənmə Bacarıqları: Öyrənmə bacarıqları məlumatları necə emal etdiyimizi və fərqli mövzular arasında nöqtələri necə birləşdirdiyimizi özündə əks etdirir. Bu, həm də fikir və düşüncələrimizin dəyərlərini aydın və qısa şəkildə ifadə etmək bacarığımızı inkişaf etdirməyi nəzərdə tutur. Bu özündə aşağıdakıları ehtiva edir:
Tənqidi düşüncəni
Pozitiv düşüncəni
Rasional düşünmə tərzini
Yaradıcı düşüncəni
Özünü inkişaf etdirmə qabiliyyətini
Əməkdaşlığı
Kommunikasiyanı
2. Savadlılıq Bacarıqları: Savadlılıq bacarıqları internet üzərində fəaliyyət göstərən sosial media şəbəkələrində həqiqəti uydurmalardan necə ayırd etməyimizi əhatə edir. Buraya həmçinin fikirlərinizi bölüşmək və insanları ruhlandırmaq üçün informasiya texnologiyalarından necə istifadə edəcəyimizi bilmək də daxildir. Bunun üçün aşağıdakı bacarıqlara yiyələnmək lazımdır:
İnformasiya Savadalılığına
Media Savadlılığına
Texnologiya Savadlılığına
3. Həyat Bacarıqları: Həyat bacarıqları təşəbbüs göstərmək, karyera üçün vizyon qurmaq və şəxsi brendinizi yaratmaq qabiliyyətidir. Hamımız daha inamlı liderlər olmaq üçün
çalışmalıyıq. Bunun üçün lazımdır:
Dayanıqlıq
Çeviklik
Təşəbbüskarlıq
Sosial Bacarıqlar
Məhsuldarlıq
Liderlik
21-ci Əsrin Bacarıqları = 21-ci Əsrin Karyeraları Günümüzün əmək bazarında olan işəgötürənlər 21-ci əsrin bu bacarıqlarına sahib olan çoxprofilli insanları işə götürmək və onlarla işləmək istəyirlər. Onlar həmçinin davamlı öyrənmə nailiyyətlərinin əks olunduğu tərcümeyi-halı, eləcə də səriştələri, kreativlik və uzaqgörənlik kimi şəxsi keyfiyyətləri özündə əks etdirən rəqəmsal portfolionu görmək istəyirlər.
21-ci əsr karyerasını inkişaf etdirmək üçün fərdi onlayn təlimin inanılmaz gücünü tətbiq etməkdən daha yaxşı bir yol yoxdur. Öz yaradıcı layihələrinizi quraraq müstəqil öyrənə və öyrəndiklərinizi tətbiq edərək, yüksək sürət almış dəyişkənlik dünyasında inkişaf edə bilərsiniz.
Fərdi özünü inkişaf təlimi ilə bağlı sosial çevrə qurmaq üçün, yaşadığınız ərazidə sizin kimi fərdi qaydada özünü inkişaf etdirən digər insanlarla bir araya gələrək təlim qrupları və həmyaşıd qrupları yaratmaq tövsiyə edilir. Bu məqsədlə, siz Google Hangoutskimi onlayn alətlərdən istifadə edərək həftəlik virtual görüşmələrinizi keçirə, bilərsiniz.