Mühazirələrin icmalı Bakı -2023 «Əməyin iqtisadiyyatı» fənninin proqrami


Əmək bazarında işəgötürənlərin iş axtaranlardan



Yüklə 1,29 Mb.
səhifə13/52
tarix25.12.2023
ölçüsü1,29 Mb.
#195509
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   52
C fakepathT.Q. liyev. m yin iqtisadiyyat f nni üzr mühazir l(8)

4.2. Əmək bazarında işəgötürənlərin iş axtaranlardan
tələb etdiyi bacarıqlar
Müasir əmək bazarında işəgötürənlər mütəxəssisləri işə götürərkən peşəkar və iş təcrübəsi ilə yanaşı, iş axtaranlar üçün vacib hesab etdikləri koqnitiv və sosial-davranış bacarıqlarına (onlara yumşaq bacarıqlar da deyilir) malik olmalarını da tələb edirlər. Bu məqsədlə əmək bazarında ən çox tələb olunan 8 bacarıq müəyyən edilmişdir (şəkil 4.1).
1. Emosional yetkinlik / emosional zəka / empatiy.
Bu mütəxəssislərin ən çox adını çəkdiyi bacarıqlar qrupudur. Emosional intellekt:
- emosiyaları;
- niyyətləri;
- motivasiyaları;
- istəkləri (həm özünün, həm də başqa insanların) tanımaq və onu idarə etmək bacarığıdır.
Bacarıq bir çox praktiki problemləri həll etməyə kömək edir və ən əsası, onu təkcə ölçmək deyil, həm də inkişaf etdirmək olar. İşəgötürənlər arasında bu keyfiyyətə tələbatın yüksək olduğunu nəzərə alaraq, buna xüsusi diqqət yetirilməlidir.

Müstəqillik / özünütəşkil

Nəticəyə yönəlmiş / başlanmış işi nəticəyə gətirmək bacarığı

Emosional yetkinlik / emosional zəka / empatiy





Əmək bazarında ən çox tələb olunan bacarıqlar


Məsuliyyəti öz üzərinə götürmək bacarığı


Dəyişikliyə sürətli uyğunlaşma / çevik düşüncə








Ümumi adekvatlıq

Komandada işləmək bacarığı

Çətin situasiyalarda həll yolları təklif etmək, variantları axtarmaq, problem üzərində deyil, həll yolu üzərində cəmləşmək bacarığı

Şəkil 4.1. Əmək bazarında ən çox tələb olunan bacarıqlar




2. Müstəqillik / özünütəşkil.
Mütəxəssislər vurğulayırlar ki, bu keyfiyyətə həmişə tələbat olub və
müəssisələrin kütləvi şəkildə uzaqdan işə keçməsi (İnternet vasitəsilə) və mütəxəssislərin əhəmiyyətli hissəsinin freeelanceyə getməsi səbəbindən müasir dünyada bu bacarıq əvəzolunmazdır. Freelance ingilis dilindən hərfi tərcümədə “müstəqil döyüşçü” deməkdir. Freelance hər hansı bir təşkilatdan asılı olmadan, müstəqil şəkildə işləmək deməkdir. Freelance iş, bir insanın bir şirkət üçün deyil, özü üçün çalışdığı bir iş metodudur. Freelance işçilər şirkətlər və təşkilatlar üçün müqaviləli iş görsələr də, nəticədə özləri öz işlərini müəyyənləşdirirlər.
Freelance işçilər öz planlarını özləri yarada və iş saatlarını ən səmərəli işlədikləri vaxtlara planlaşdıra bilirlər. Bununla yanaşı hər hansı bir şirkətdə işlər yükləndiyində, çox peşəkar işə ehtiyac olduğunda və ya komandada bu işi görəcək şəxs olmadığında şirkətlər müəyyən müddətli freelancer ilə iş razılaşırlar. Freelance işləmə ən rahat çalışma metodu olaraq qəbul edilir.
Freelance işlərin bir sıra müsbət cəhətləri vardır ki, gündəlik iş saatınızı rəhbərlik nəzarətindən asılı olmayaraq özünüz müəyyən edə bilirsiniz. Və freelance işləyən şəxs gördüyü işlə bağlı pul qazandığı üçün maaşla işləyən şəxslərə nisbətən daha müstəqil bir iş imkanına sahibdir. Freelance iş vasitəsi ilə siz hansı işlərə başlayacağınızı, hansı müştərilərdə çalışmaq istədiyinizi özünüz müəyyən edirsiniz. Ən əsas üstünlüyü isə yerli bazarlarda iş görən insanlar üçün qlobal dünyaya açılmaq və beynəlxalq işlər görmək üçün ideal bir iş metodudur. Bununla yanşı frilanserlər ödənişi beynəlxalq valyuta (dollar, avro və s.) üzərindən qəbul edirlər ki, bu da onlara öz valyutalarına çevirdikdə çox ölkədə daha çox qazanc əldə etməyə köməklik göstərir. Təşkilatlar, mənfəət götürməyən təşkilatlar və hətta dövlət qurumları çox vaxt müqavilə bağlayan sərbəst işçiləri işə götürürlər.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin