Mövzu-5 Afrika xalqları Plan. Məğrib. Liviya və Misir xalqları. Sudan xalqları (Qərbi Sudan və Şərqi Sudan) Cənubi Afrika



Yüklə 50,09 Kb.
səhifə1/3
tarix02.06.2023
ölçüsü50,09 Kb.
#122385
növüDərs
  1   2   3
M-5


Mövzu-5 Afrika xalqları
Plan.
1.Məğrib.Liviya və Misir xalqları.
2.Sudan xalqları (Qərbi Sudan və Şərqi Sudan)
3.Cənubi Afrika (Zuluslar, buşmenlər, hottentotlar.Madaqaskar xalqları.)
Ədəbiyyat.
1.H.Həvilov Dünya xalqlarının etnoqrafiyası (dərslik) B,1999
2.Quliyeva N. Etnoqrafiya və Etnologiya. B,2009

  1. Məğrib.Liviya və Misir xalqları.

Afrika öz təbii-coğrafi şəraitinə, flora və faunasına, əhalisinin antropoloji, etnik və linqvistik tərkibinə görə dünyanın ən rəngarəng materiklərindən biridir.Afrika öz böyüklüyünə görə Avroasiya materikindən sonra dünyada ikinci yeri tutmaqla, bütün quru qorpaq sahəsinin beşdə birini təşkil edir. Böyük bir hissəsi tropik qurşaqda yerləşən Afrika, şimaldan cənuba 8 min km, qərbdən şərqə 7500 km uzanır. Adalarla birlikdə onun ümumi sahəsi 30,3 mil. kv. km-dir. Əsasən tropik qurşaqda yerləşən Afrikanın ekvator xətti tam iki hissəyə ayırır. Onun şimal hissəsində planetin ən böyük səhrası olan Saxara, cənubunda isə Kalaxari səhrası yerləşir. Saxarada orta illik temperatur 35 ͦ olur Yay günlərində daşlar 70-80 ͦ -dək qızır.Lakin gecələr sərin keçir; bəzən hətta şeh də düşür. Orta illik temperatur 25 ͦ -dən yuxarıdır.
Atmosfer çöküntüləri adətən yağış halında olur. Cənubi Afrikaın dağlarında qışda qar yağır; lakin bu heç də hər qış baş vermir. Şimalda quru kontinental iqlim şəraitində, bəzi yerlərdə bir neçə il ərzində ümumiyyətlə, yağış yağmır. Şimalda ensiz bir zolaqda, habelə cənubda bir qədər rütubətli və subtropik iqlim müşahidə olunur. Afrikanın hidroqrafik sistemi o qədər də zəngin deyildir. Onun 4 min km-dən uzun olan ən böyük çayları Nil(6500 km), Konqo(4600 km),Niger(4160 km) çaylarıdır. Qalan çaylar kiçik hövzəli olmaqla, çox da böyük deyildir. Kontinentin gölləri də geniş əhatəli deyil Viktoriya, Tanqanika, Nyasa, Albert, Rudolf, Eduard və Tana əsasən materikin şərq hissəsində yerləşir. Çad gölü isə Afrikanın şimal-qərbində, ekvatordan bir qədər şimalda yerləşir. Afrika təbii ziddiyyətlər ərazisidir. Burada dəniz səviyyəsindən aşağı olan çökəklik və düzənliklərlə yanaşı, hündürlüyü 6 km-dən çox olan yüksək dağ zirvələri də vardır. Klimancaro və Tanqanika bu qəbildəndir. Afrikanın bitki örtüyü zəngin və rəngarəngdir. Materikin bütün ərazisinin 16% meşəlik, 37% isə səhralıqdır. Konqo hövzəsində, Qvineya körfəzi sahillərində tropik meşələr çəngəlliyi vardır ki, baltasız bu yerlərdən keçmək mümkün deyildir. Bu meşələrdə təsərrüfat əhəmiyyətli çoxlu ağac cinslərinə rast gəlinir. Afrika ərazisinin 30%-ni təşkil edən savannalardan otlaq və əkin sahələri kimi istifadə olunur.Afrikanın cənubunda Kap vilayətində Aralıq dənizi iqlimi müşahidə edilir. Buranın bitki örtüyü də Aralıq dənizi sahilinin bitki ötrüyünə uyğun gəlir. Həmişəyaşıl palma, zeytun və s. bitki növləri geni. Yayılmışdır. Ekvator meşələrində üç minə qədər bitki növünə rast gəlinir ki, bunların içərisində Qərbi Tropik Afrika əhalisinin təsərrüfatında əhəmiyyətli rol oynayan Yağlı Qvineya palmasıdır. Kola bitkisinin təzə toxumlarından istifadə etdikdə o, yorğunluğu götürür və ürəyin fəaliyyətini rtaırır. Savannalar üçün ən xarakterik olan bitkilərdən biri baobab ağacıdır. Onun gövdəsinin dairəsi uzunluğu 10-12 m, hündürlüyü 25-45 m olur. Baobabın xiyara bənzər xoş tamlı meyvəsindən və quvrulmuş toxumundan qida kimi istifadə edirlər. Oduncağından qab-qazaq düzəldir, qabığının liflərindən kəndir hörür və parça toxuyurlar.
Ərəblər və avropalılarla ilk tanışlıq dövründə Afrikanın heyvanat aləmi olduqca zəngin və rəngarəng idi. Burada fil, gərgədan, şir, bəbir, begemot, antilop, meymun, timsah, zürafə kimi iri heyvanlar var idi. Hazırda da Şimali Afrikanın subtropik meşələrində maral, çöl donuzu, vəhşi qoyun, pələng, meymun, savannalarda isə zebr, zürafə, fil və gərgədanlara rast gəlinir. Nadir heyvanlardan hündürlüyü 2 m, uzunluğu 5 m olan nəhəng ağ gərgədanlar, şirdən güclü və pələngdən cəld və qaniçən bir heyvan olan nunda adlanan çöl pişiyi Tanqanika gölü ətrafında müşahidə edilməkdədir. Burada həm insanlar, həm də heyvanlar se-se milçəyindən çox əziyyət çəkirlər.Onun sacması ölümlə nəticələnor. Lakin sesenin zəhəri keçi, uzunqulaq, qatır və vəhşi heyvanlar üçün o qədər də qorxulu deyil. Madaqaskar adasının quşlar aləmi və xırda heyvanları xüsusi maraq doğurur və öz orijinallığı ilə seçilir.
Müasir dövrdə Afrika faunasının bir çox növləri məhv olmaq təhlükəsi altındadır. Odur ki, gənc Afrika dövlətlərinin mühüm vəzifələrindən biri, qırmızı kitaba salınmış belə heyvan və quşların qorunub saxlanmasından ibarətdir.
Təbii-təsərrüfat şəraitinə görə Afrika bir neçə zonaya ayrılır. Şimal və şimal-qərbdə şabalıdı torpağı olan əkinçilik zonası yerləşir. Ondan bir qədər cənubda köçəri və köçmə maldarlıq üçün yararlı olan səhra, yarımsəhra və çöllərdən ibarət Saxara zonası uzanıb gedir. Saxaranın cənubunda isə Seneqaldan başlayaraq Mavi Nilə qədər, ekvator xəttinə paralel vəziyyətdə Savanna zonası yerləşir ki, bu yerlərin əhalisi başlıca olaraq dəmyə əkinçilik və maldarlıqla məşğul olur. Qvineya körfəzi rayonunda, tropik meşələr zonasında yaşayanlar isə ovçuluq və yığıcılıqla məşğul olurlar. Mərkəzi Afrikada məskunlaşan əhali qrupları da tropik əkinçiliklə məşğul olur və darı, manioka, yams, paxlalı bitkilər və yağlı palma becərirlər. Qitənin şimal-şərqində qədim əkinçilik və maldarlıq zonası yerləşir. Həbəşistandan Zambezi çayına qədər bütün şərqi Afrikada dəmyə əkinçilik və ənənəvi maldarlıq yayılmışdır. Cənubi Afrikada, o cümlədən Madaqas
kar adasında bütün təsərrüfat növlərini əhatə edən münasib şərait vardır.
Afrikanın avropalılar tərəfindən müstəmləkələşdirilməsi ərəfəsində yerli əhalinin sayı, dünya əhalisinin yalnız 20%-ni təşkil edirdisə, 1960-cı illərdə bu faiz 8-ə enmişdi. Qarətçi ekspedisiyalar, yolxucu xəstəliklər, aclıq və səfalət, imperializmin gətirdiyi digər bədbəxtliklər milyonlarla insan həyatının məhvinə səbəb olmuşdu. Afrikada əgər II Dünya müharibəsinin sonunda cəmi 3 müstəqil dövlət vardırsa(Misir, Liberiya , Efiopiya) hazırda onların sayı 50-dən çoxdur. 50-ci illərin əvvəllərində Afrikada vur-tut 200 milyon əhali yaşayırdı. Xalqlar müstəqillik əldə etdikdən sonra onların sayı sürətlə artmağa başlamışdı. 70-ci illərin sonunda Materikdə 450 mln. əhali dardırs, 90-cı illərin ortalarında onların sayı 520 –mln. a- çatmışdır. Əhalinin orta sıxlığı 17 nəfərdən çoxdur. Əhali Kontinentin müxtəlif ərazilərində eyni səviyyədə yerləşməmişdir. Saxarada və Cənubi Afrikanın səhra rayonlarında əhalinin sıxlığı çox aşağıdır. Əksinə, Nil çayı vadisində bu sıxlıq olduqca yüksəkdir( hər kv, km. 1000 nəfər düşür).
Afrika kontinentində üç böyük irqin nümayəndələri: avropa, zənci və monqol irqləri, habelə keçid xarakterli və qarışıq irqi tiplər mövcuddur. Afrikanın bütün Aralıq dənizi sahili boyunca başlıca olaraq avropa irqi nümayəndələri: ərəblər və bərbərlər yayılmışdır. Bunlar saçlı, qara gözlü olmaqla kəllə çanağı dolixo-mezokefal quruluşludur. Boylarının orta ölçüsü 165-170 sm-r. Afrikanın cənubunda məskunlaşmış Avropa mənşəli əhali də bu irqin nümayəndələri hesab olunur. Lakin onların saçları, gözləri dəriləriinin rəngi bir qədər açıq piqmentlidir.
Saxaradan cənubda yaşayan əhali əsasən zənci irqini təmsil edir. Buradakı zənci böyük irqi üç regional tipə ayrılır. Xalis zənci tipinin başlıca əlamətləri: tünd qara rəngdən açıq-qəhvəyi rəngə qədər dəyişən dəri, qara göz və qara qıvrım saç, proqnatizm, qalın dodaq, enli yastı burun,zəif inkişaf etmiş üçüncü tək örtüyünün olmasıdır. Qara dərinin hüceyrələrindəki melani ultrabənövşəyi günəş şüalarının bədənə keçməsinin qarşısı alır. Əsəb sisteminin mərkəzləşdiyi boyun və kürək hissələrində melaninin miqdarı daha çoxdur. Qıvrım saç da başın həddindən artıq qızmasının qarşısını alır. Müasir Niger və Konqo çayı hövzələrində yaşayan əhali tipik zənci irqinə mənsubdur.
Zənci irqi ilə Avropa irqi arasında qarışıq və keçid formaya malik olan xüsusi bir irqi tip həbəş irqidir. Bu irqin daşıyıcıları Həməşistanda və Somalidə yaşayırlar. Bunlarda proqnatizm əlaməti yoxdur, burunlartı ensiz və uzundur, dodaqları nazik və boyları ucadır. Afrikanın cənubunda məskunlaşan Neqril və Piqmey irqi xüsusi antropoloji tipdir. Onlar ətrafda yaşayan uzunboylu əhali qruplarından əsaslı surətdə fərqlənərək orta boy hündürlüyü 142 sm keçmir. Ən uzun boylusu isə 150 sm-dir. Piqmeylər zəncilərə nisbətən bir qədər açıq rənglidir. Qara dərinin sarımtıl və qırmızımtıl keçid çalarları vardır. Onların saçları qıvrım, burunları çox enlidir. Zənci irqinə nisbətən proqnatizm əlaməti azdır. Ağızı çox enli, dodaqları isə nazikdir. Koysan qrupu xalqları: buşmenlər, hottentotlar, xadzapilər və sandavelər ör irqi xüsusiyyətlərinə görə Afrika(zənci) irqindən fərqlənir. Onlar yer kürəsinin xüsusi bir antropoloji tipi kimi səciyyələndirilir. Buşmenlər yalnız öz qıvrım saçları və enli burunları ilə zəncirlərə bənzəyirlər. Lakin onların saç qıvrımları zəncirlərdəki kimi deyil. Bunlarda baş tükləri nazik dəstəciklər şəklində, spiral formasında elə burulur ki, belə burğular arasından baş dərisi aydın görünür. Bundan başqa onlarda monqoloid əlamətləri də müşahidə olunur. Sifətləri kiçik ölçülü və yastıdır.
Dərilərinin rəngi payız yarpağı kimi sarımtıldır. Göz qapaqlarında epikantus əlaməti vardır. Dodaqları da zəncirlərinkinə nisbətən xeyli nazikdir. Həm buşmenlər, həm də hottentotlar steatopigiya quruluşludur; başqa sözlə onların yancaqları, oraya çoxlu piy qatı yığıldığından, iri həcmli olur. Hələ gənc yaşlarından sifətləri və bədənləri qırış təbəqələri ilə örtülür. Digər tərəfdən buşmenlərdə sırğalıq adlanan yumşaq qulaq çıxıntısı müşahidə olunmur. Başları kiçik ölçülüdür, mezokefal quruluşludur. Orta boyları 150 sm-dir. Hottentotların başları buşmenlərə nisbətən xeyli uzundur. Onların qaş çıxıştısı da çox inkişaf etmişdir. Boyları nisbətən hündürdür.
520 milyondan çox olan müasir Afrika əhalisinin linqvistik tərkibi olduqca rəngarəngdir. Qərb alimləri ayrı-ayrı tarixi əyalətlərdə yüzlərlə dilin mövcud olması barədə fikirlər söyləyirlər.Yalnız Sudanda 700-800 dil olduğunu göstərirlər. Ümumiyyətlə, Afrikada əhalisinin sayı bir milyondan çox olan 107 xalq vardır ki, bunlar bütün kontinent əhalisinin 86,5%-ni təşkil edir. Əhalisinin sayı 10 milyondan çox olan 10 xalq vardır ki, onlar bütün qitə əhalisinin üçdə birini təşkil edir.
Afrikanın bir çox dilləri zəif tədqiq olunduğundan, onların təsnifatını vermək çox böyük çətinlik yaradır. Bununla belə qeyd etmək lazımdır ki. materikin ümumi sakinlərinin üçdə biri semit hamit dillərində danəşanlardır. Bunu bəzən afroasiya dil ailəsi də adlandırırlar. Bu dil ailəsi öz növbəsində 4 qrupa bölünür: semit dilləri, bərbər dilləri, kuş və çad dilləri. Semit dilləri öz növbəsində iki yarımqruplara ayrılır: ərəb(101,5 mil) və həbəş(20 mil.) yarımqrupları. Ərəb dilli əhali Afrikaya VII-XI əsrlərdə gələrək, çoxsaylı bərbər dilli yerli əhalini də assimilyasiyaya uğratmışdı. Assimilyasiya prosesi xüsusilə son inilliklərdə daha sürətlə getmişdir. Hazırda ərəb və bərbər xalqları arasında qəti sərhəd qoymaq olmur. Bərbər dilli xalqlar indi yalnız Məğribin dağlıq ərazilərində və Saxara vadilərində yaşayırlar. Həbəş dilli əhali amxarlar, tiqre, tiqran və s. etnoslardır ki, hazırda onlar vahid həbəş milləti şəklində formalaşmaqdadır.
Bərbər qrup dillərində başlıca olaraq Məğrib ölkələrində danışırlar. Bundan başqa Saxaranın geniş səhralarında köçəri həyat tərzi keçirən tuareqlər də bərbər qrupuna aid edilir. Ümumi sayı 11 milyona yaxın olan belə bərbər qruplarına misal olaraq qabilləri,şlexləri, tamaziqtləri, rifləri, tuareqləri, zenaqaları, şaviyə və vadi bərbərlərini göstərmək olar.
Kuş qrupu dilləri Misirin cənub-şərqindən tutmuş şimali Keniya və Tanzaniyaya qədər, xüsusilə Həbəşistanın cənub-şərqində və Somalidə yayılmışdır. Kuş etnik qruplarına misal olaraq oromo (qalla), somali, beca,(bədəvi), ometo, sidamo, afar(danakil), iraku, aqau, kaffa, saxo, gimirra, boni. Konso və s. etnosları göstərmək olar. Onların ümumi sayı 24 milyona yaxındır.
Çad qrupu dillərində 27 milyondan artıq əhali danışır. Bu qrupu bəzən qrupa daxil olan ən böyük xalqlardan birinin adı ilə hayca adlandırırlar. Hausaların öz sayı 25 milyondur. Bura etnosundan başqa(1,7 ml.) qrupa daxil olan digər etnik birliklərin sayı ayrı-ayrılıqda bir milyondan aşağıdır. Bunlar vandala, bade, masa, sura, anqas, kotoko, mubi və boleva etnoslarıdır. Bu xalqların dili hauslara çox yaxın olduğundan. əksər hallarda onları çad-hamit adlandırırlar.Hauslar əsasən Nigeriyada, Niger, Çad və Kamerun ölkələrində məskunlaşmışdır.
Materikin cənubunda, Namib və kalaxari səhralarında buşmen (75 min) və hottentotlar(110 min) yaşayırlar. Onlar koysan qrupunu (306 min) təşkil edirlər. Damarların, Sandavelərin(40 min) və Xadzapilərin(1 min) dili də bu qrupa daxil edilir.
Madaqaskar adasının sakinləri Avstroneziya dil ailəsinin indoneziya qrupuna daxil olan malqaş dilinin dialektlərində danışırlar. Onların ümumi sayı 9,3 mln nəfərdir.
Çoxmilyonlu Afrika əhalisinin 11, 5milyonu hind-avropa dillərində danışır. Bunların 8 mln. Nəfərə yaxını alman qrupunu təmsil edənlərdir. Roman qrupu dillərində 1, 5 mln. , hind-ari dillərində isə 2 mln. əhali danışır.
Tədqiqatçılar Afrika xalqlarını öyrənərkən onları tarixi etnoqrafik əyalətlərə ayırmağı və bu əsas üzərində tədqiq etməyi məsləhət görürlər. Çünki tarixi-etniqrafik əyalətlər çərçivəsində oradakı xalqların həm etnik yaxınlığı, həm də təsərrüfat-mədəni xüsusiyyətləri nəzərə alınır. Bu məqsədlə bəzən coğrafi bölgüdən də istifadə edirlər. Deyilənləri nəzərə alaraq ənənəvi qaydada Afrikada aşağıdakı əyalətlər bölgüsünü müəyyənləşdirmək mümkündür:
1.Məğrib və Liviya; 2. Misir; 3. Şimal-şərqi Afrika;Qərbi Sudan; 5. Şərqi Sudan; 6.Şərqi tropik Afrika; 7. Qərbi Tropik Afrika; 8. Cənubi Afrika; 9. Mada
qaskar.
Bəzi tədqiqatçılar Afrikanı Şimali Afrika; a) Məğrib və Liviya; b) Misir;
2. Şimal-şərqi Afrika; 3. Sudan; a) Şərqi Sudan; b) Qərbi Sudan; 4. Tropik Afrika; a) Şərqi-Tropik Afrika; b) Qərbi – Tropik Afrika; 5. Cənubi Afrika; 6. Madaqaskar olmaqla 6 tarixi etnoqrafik əyalətə ayırır.
Məğrib ölkələri və Liviya , Şimali Afrikanın qərb hissəsində yerləşir. Öz relyef şəraitinə görə bu vilayət dağlıq ərazidə yerləşir və Atlas dağ massivləri öz təsirini bütün vilayətdə göstərir. Zonanın relyef şəraitinə uyğun olaraq okean tərəfindən əsən rütubətli küləyin təsiri altında payızda və qışda burada çoxlu yağışlar yağır. Saxara səhrası tərəfdən quru cənub küləyi əsdiyindən Məğrib ölkələrinin cənub hissəsində qağıntının miqdarı çox az olur. Əlcəzair və Tunis ərazisində yerləşən Telya vilayətində geniş əkinçilik vadisi mövcuddur. Bu vilayətin yumşaq iqlimi, bol sulu çayları əkinçiliyin və bağçılığın inkişafına əhəmiyyətli təsir göstərmişdir.
Bu vilayətin tarixi barədə qədim Misir yazılarında, e. ə V əsrdən sonra isə yunan və Roma tarixçilərinin əsərlərində, qədim Nua və Liviya dillərində yazılmış mətnlərdə məlumat verilir. E . III minilliyə aid olan Misir yazılarında göstərilirdi ki, Liviyada( o vaxt bütün şimali Afrikanı Liviya adlandırırdılar) yaşayan qəbilələr əkinçilik və maldarlıqla məşğul olurlar. Lakin bu yazıların heç birində onların məişəti və ictimai quruluşu barədə qeydlər yoxdur.Onların hamısı Liviyalılarla aparılan hərbi toqquşmalardan bəhs edir. Misir abidələrində Liviyalıların ənənəvi geyimləri və silahları da təsvir olunmuşdur.Onların baş geyimlərinə dəvəquşu lələyi taxılmış, əllərində isə ox, kaman və qılınc tutmuş vəziyyətdə təsvir edilmişdir.
Qədim yunanlar Liviyalıları Atlas övladları adlandırırdılar. E.ə. VI əsrdə Kirena vilayətində məskunlaşan yunanlar Liviyalıları oradan sıxışdırdıqları zaman 544-cü ildə Liviyalılar öz qüvvələrini cəmləşdirib yunanlara böyük zərbə vurdular.
Karfagenin çiçəklənmə dövrü Romanın yüksəlmə dövrünə təsadüf edir. Roma respublikası öz ərazisini İtaliyanın cənubuna çatdırdıqca karfagenin timsalında özünün ən qüdrətli düşmənini görmüş oldu. Müasir Əlcəzair və Tunisin sahil rayonları Korsika, Sardiniya və balear adaları, bir qədər sonra İspaniya karfagenin mülkü sayılırdı. Bu dövrdə Liviya qəbilələri Karfagenə qarşı arası kəsilməz mübarizə aparırdı. E ə. 241-238-ci illərdə, I Pun müharibəsindən sonra Karfagendə qulların və Maqonun başçılığı altında köçəri Liviya qəbilələrinin böyük bir üsyanı başlandı. Bu üsyan Karfagenin süqutunu yaxınlaşdırırdı. Karfagenlə mübarizə gedişində yaranmış qəbilə ittiqafları Numidiya və Mavritaniya çarlığının təşəkkülünə səbəb oldu. Numidiyanın o zamankı ərazisi Əlcəzairin şərq hissəsini və Tunisin cənub hissəsini əhatə edirdi. Mavritaniyaya isə Əlcəzairin qərb hissəsi və Mərakeşin şimal hissəsi daxil idi. E. ə. 146-cı ildə, yəni Karfagen III Pun müharibəsində məğlub edildikdən sonra romalılar Tunisin şimal hissəsində özlərinin Afrika adlı vilayətlərini yaratdılar. Bu dövrdə Karfagenin bir hissəsi də Numidiyanın tabeşiyilinə keçdi;çünki Karfagenə qarşı mübarizədə Numidiya romalılara kömək etmişdi. Lakin bir müddətdən sonra Numidiya və Mavritaniya Romadan asılı vəziyyətə düşdülər. 111-105-ci illərdə Yuqurtanın başçılığı altında Numidiyalıların romalılara qarşı başlanan üsyanı məğlubiyyətə uğradı.
Bundan sonra, latın mənbələrində Numidiya və Liviyalılar haqqında olan məlumatlae tədricən yola çıxır və bütün yerli əhali mavrlar, sonra isə bərbər adı ilə tanımağa başladı.
Eramızın ilk əsrlərində Mavritaniya və Numidiyada yerli əhalinin Roma işğalçılarına qarşı dəfələrlə uzun sürən
Keçmişdə liviyalılar adlanan bərbərlər iki qəbilə qrupuna: Zenat və Sanhaca qəbilələrinə bölünürdülər. Birincilər ərəblər sayağı həyat tərzi keçirir, dəvə saxlayır və çadırlarda yaşayırdılar. Sanhaca qəbilələri isə birincilərdən öz dininə və həyat tərzlərinə görə də fərqlənirdilər. Onlar oturaq əkinçiliklə məşğul olurdular. Bunlar öz növbəsində üç qrupa bölünürdülər. Masmud bərbərləri Mərakeşdə, Ketam bərbərləri Əlcəzairdə və xalis Sanhacalar isə Mərakeşin cənubunda yaşayırdılar.
Məğrib və Liviyada yerli əhali əsasən islam dininə xidmət edir. Quranda şərh olunmuş allah və peyğəmbərdən başqa digər müqəddəslərə pərəstiş edirdilər. Müsəlman etiqadlarını, islama qədər geniş yayılmış bir çox magik adətlər tamamlayır. Sufizm ilə bağlı olan bir çox təriqətlər Məğrib ölkələrində bu günə qədər davam etməkdədir. Bunlara misal olaraq qədiriyyə, şadiliyi, senusiya və s. göstərmək olar.
Misir Afrikanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Afrikanın şərqində iki materikin və Asiyanın qovşağında yerləşən Misir bəşər mədəniyyətinin ilkin ocaqlarından sayılır. Misir əhalisinin bütün həyatı ən qədim dövrlərdən tutmuş indiyə qədər Nil çayı ilə nağlıdır. Bütün çay boyunca ensiz lent kimi uzanan Nil vadisinin sağ sahilində Ərəbistan səhrası, sol sahilində isə geniş Liviya səhrası yerləşir. Uzun minilliklər ərzində Nil çayı öz həmvətənlərinin xidmətində duraraq onları yedirtmiş və içirtmişdir. Dünyanın heç bir yerində, heç bir çay, əhalisinin iqtisadi həyatında Nil çayının oynadığı qədər böyük rol oynamamışdır. Dövrü olaraq baş verən Nil daşqınları ətraf yerlərə çoxlu məhsuldar gil layları axıdır və torpağın məhsuldarlığını birə-on qat artırırdı. Nil vadisi və çayın deltasının ümumi sahəsi 35 min kv. ikm-dir. Bu ərazi Misirin ümumi ərasisinin( 994,3 min kv. km) cəmi 3%-dir. Buna baxmayaraq ölkə əhalisinin 99% məhz bu ərazidə məskunlaşmışdır. Nil çayı hər il 60 min kub metr məhsuldar torpaq-lil layı axıdıb vadiyə yayır və bu çox keyfiyyətli kübrə rolu oynayır. Məşhur tarixçi Herodot Misri Nilin hədiyyəsi adlandırırdı. Qədim misirlilər bu çayı”ölkənin atası”, “ insanlara qida verən”adlandırırdılar. Odur ki. Nil çayının insanların həyatında oynadığı rolunu nəzərə alaraq onu ilahiləşdirmişdilər. Yerli əhali Nil çayı boyunca olan torpaqları”qara torpaq”, ətrafda yerləşən səhraları isə”qırmızı torpaq”adlandırırdı.
Arxeoloqların məlumatına görə Misir ən qədim insan məskənlərindən biridir. Burada paleolit dövrü insanlarının qalıqları və əmək alətləri aşkara çıxarılmışdır. Hələ eradan əvvəl IV min illikdə Misrin əkinçi əhalisi xüsusi icma yaratmaqla Nil çayının suyundan istifadə edərək süni suvarma əkinçiliyi ilə məşğul olurdular.
Nil vadisində ilk dövlət birləşməsinin nə vaxt təşəkkül tapması barədə əldə dəqiq məlumat yoxdur. Güman edildiyi kimi, artıq e. ə. IV minilliyin ortalarında iki Misiri çarlığı- Nilin deltasında Aşağı Misir və Nil çayındakı birinci astanaya qədər genişlənən Yuxarı Misiri çarlıqları fəaliyyət göstərirdi. Sonralar Yuxarı Misir çarı Menes bütün ölkəni vahid bir dövlətdə birləşdirdi. Bu dövlət əkinçilik bazası əsasında yüksələn quldarlıq dövləti idi. Süni suvarma qurğularının yaradılmasında, nəhəng piramidaların inşa edilməsində geniş miqyasda qul əməyindən istifadə olunurdu. Əmlak bərabərsizliyinə əsaslanan sinfi dövlət quruluşunun mövcudluğuna baxmayaraq ibtidai icma quruluşunun güclü qalıqları müşahidə olunurdu. Bu özünü qadınların ölkədə və ictimai həyatda, sinfi cəmiyyətə xas olmayan yüksək mövqe tutmasında göstərirdi. Tarixçilər qadınların şərəfli mövqeyə malik olan bu dövrün ictimai quruluşunu son matriarxal quruluşu kimi xarakterizə edirlər. Antik müəlliflər Misirdə qadınların kişilərlə hüquq bərabərliyinə təəccüb edirdilər. Qadınlar öz əmlakından sərbəst istifadə edə bilər, ərin icazəsi olmadan evdən çıxıb gedə bilərdi. Əmlakın bölüşdürülməsi zamanı oğlanla qız bərabər pay alırdılar. Qadın bir növ”evin ağası”sayılırdı. Siciliyalı Diadora görə Misirdə nigah müqaviləsi bağlanarkən qeyd olunurdu ki, “ arvad kişiyə başçılıq etmək hüququna malikdir, eyni zamanda kişi vəd edir ki, evləndiyi qadının sözündən çıxmayacaqdır”.
Ana nəsli qalıqlarına Misirdə hakimiyətin varisə qadın xətti ilə keçməsini də göstərmək olar. Belə ki çar öldüyü zaman onun oğlu deyil, qızı hakimiyyət hüququna malik olurdu. Ona görə də əksər hallarda fironun kürəkəni, yəni varis qızın əri çar taxtına əyləşirdi. Bütün bu adət hüququna riayət edərək fironun oğlu o vaxt hakimiyyət hüququna malik ola bilərdi ki, o öz dul qalmış anası ilə, yaxud öz bacısı ilə evlənsin. Əgər onun anası və yaxud bacı-arvadı ölərdisə, səltənət əlindən çıxmasın deyə o, başqa bir bacısı ilə və yaxud hətta öz qızı ilə nigaha girməli idi. Məsələn, XIX sülalənin fironun II Ramzes tac gəzdirdiyi 66 il ərzində əvvəlcə özünün dul anası ilə evlənmiş, sonra isə növbə ilə dörd qızı ilə nigah əlaqəsinə girmişdi.
Qədim Şərqin başqa ölkələrinbdə olduğu kimi Misir cəmiyyətinin əsas ictimai quruluşu müstəbid dövlət quruluşu idi. Misirdə despotiya özünün klassik səviyyəsinə yüksəlmişdi. Firon qanunverici, icraedici və məhkəmə səlahiyyətlərinə malik idi. Onun iradəsi qanun idi. Onun hətta ilahiləşdirmişdilər.Onun adı belə magik təsir gücünə bərabər tutulurdu. Onun adını ucadan tələffüz etmək qadağan idi. Fironunun ən yaxın adamlarından başqa, təbəələrdən hər kəs onu görə bilməzdi. Onunla görüşənlər isə fironun ayaqlarına yıxılıb, ayaq izlərini öpməyi belə özləri üçün şərəf bilirdilər. Memfis məbədinin baş kanini fironun öz kürəkəni ilə görüş səhnəsini təsvir edərək yazırdı ki, o, çox böyük rəhmdillik göstərərək, ayaq izlərini deyil, ayaqlarının öpülməsinə icazə vermişdi. Ümumiyyətlə, dünyanın heç bir yerində, heç bir dövlət başçısı Misir fironları kimi geniş hakimiyyət səlahiyyətinə malik olmamış və onun şəxsiyyəti bu dərəcədə müqəddəsləşdirilməmişdir.
Misir uzun yüzilliklər və minilliklər ərzində öz dövlət müstəqilliyini qoruyub saxlamış və bu məqsədlə Nubiyaya, Liviyaya, Suriyaya və Fələstinə qarşı ara kəsilməz müharibələr aparmışdır. Bu müharibələr Misirdə hakim təbəqənin sərvətini artırmış olsa da, zəhmətkeşlərin vəziyyətini ağırlaşdırmış və sosial ziddiyyətləri daha da kəskinləşdirmişdi. E . ə. I minilliyin ortalarında, Misirin keçmiş siyasi qüdrəti xeyli dərəcədə sarsıldığı vaxt 525-ci ildə ölkə İran çarı Kambizin qoşunlarının təzyiqinə davam gətirə bilmədi. 200 il keçdikdən sonra Makedoniyalı iskəndər farsları əzişdirərək(e.ə.333 il) İran monarxiyasının paytaxtını ələ keçirtdi və Misir bundan sonra yunan-Makedoniya sülaləsinin hakimiyyəti altına düşdü. Onların burada 300 illik hakimiyyəti başlandı. E.ə. 30-cu ildə VII Kleopatranın ölümündən sonra Misir Romanın bir əyalətinə çevrildi. 395-ci ildə Roma imperiyasının süqutundan sonra Misirdə Bizans hökmranlığı yaradıldı. 640-cı ildə Misir Ərəb xilafətinin tərkibinə daxil edildi. Misir tarixində ərəb işğalları dərin iz buraxmış oldu: ölkə əhalisi yeni müsəlman dinini və ərəb dilini qəbul etdi. Bununla yanaşı misirlilərin bir hissəsi bizim eranın II əsrindən etibarən ölkədə yayılmış xristian dininə etiqad edirdilər. V əsrin ortalarında Misirdə xristianlığın rəsmi cərəyanı olan” Monofizit təriqəti”geniş yayılmışdı. VIII əsrdə Misir əhalisinin böyük əksəriyyəti artıq ərəb dilində danışırdı. Misiri ərəb xəlifələrinin xüsusi canişinləri-əmirlər idarə edirdilər. İslam dini tədricən xristianlığı sıxışdırıb aradan çıxartdı. Qeyri müsəlmanlar cizyə adlanan can vergisi verirdilər.
1517-ci ildə Misiri türk sultanı I sultan Səlim işğal etdi. Bundan sonra ölkəni türk paşaları idarə etməyə başladı. XVIII əsrdə türk imperiyasının keçmiş əzəməti və Türkiyənin Misirdə də hakimiyyəti zəiflədi.
XIX əsrin ortalarından etibarən Misirdə İngiltərənin nüfuzu artmağa başladı. 1882-ci ildən Misir faktiki olaraq Türkiyənin nəzarəti altından çıxaraq, İngiltərənin bir əyalətinə çevrilmiş oldu.
I Dünya müharibəsi başladığı vaxt İngiltərə Misir üzərində öz qəyyumluq hüququnu elan etdi. 1922-ci ildə İngiltərənin Misirə istiqlaliyyət verməsinə baxmayaraq ingilis ordusu burada qalmaqda davam edirdi. 1952-ci ildə xalq üsyanı nəticəsində ingilispərəst kral Fərukun hakimiyyəti devrildi və Misirdə 1953-cü ildən respublika quruluşu yaradıldı. 1956-cı ildə Süveyş böhranı Misirin xeyrinə başa çatdıqdan sonra, artıq Misirdə bir nəfər də ingilis əskəri qalmamışdı. 1958-ci ildə Misir Suriya ilə vahid bir dövlət də birləşərək Birləşmiş Ərəb respublikası adını daşımağa başladı.Lakin 1961-ci ildə Suriyada baş verən hərbi çevrilmiş nəticəsində Suriya Misirdən ayrıldı; buna baxmayaraq Misir daha on il müddətinə öz əvvəlki adını-Birləşmiş Ərəb Respublikası adını saxladı. 1971-ci ildən o, Misir Ərəb Respublikası adlanır. Misir əhalisinin sayı 56 mln. nəfərdir. O, etnik cəhətcə yekrəngdir. Əhalinin 99%yaxını(55 milyondan çoxu)ərəblərdir. Burada 100 min nəfərə yaxın köçəri bədəvi ərəblərdə məskunlaşmışdır. Qırmızı dəniz sahilində 15 min beca maldarları yaşayır. Liviya ilə sərhəd boyunda 5 min nəfər bərbərlər yaşayır. Yerli xalqlardan Misirdə habelə 260 min nəfər şari-nil qrupuna daxil olan Nubiyalılar vardır. Misirdə 100 min nəfər Avropa mənşəli əhali məskunlaşmışdır.
Dövlət dini islamın sünnü təriqətidir. Əhalinin 10% xristianlardır. Onların çoxu koptlardır. Hazırda koptların sayı 5,5 milyon nəfərdir. Asyut və Axmiş şəhərlərində başlıca olaraq koplar yaşayırlar. Misir fəllahları başlıca olaraq suvarma zonasında yerləşən kiçik kəndlərdə yaşayırlar. Bu kəndlər Nil sahillərindəki yüksəkliklərdə yerləşdiyindən su daşqınları zamanı, onlar xırda adacıqları xatırladır. Kəndlərin hamısında məscid fəaliyyət göstərir. Gündə beş dəfə müəzzin əhalini namaza çağırır. Kənd küçələri öyri-üyrü, ensiz və palçıqlı olur. Kəndin mərkəzi hissəsində məktəb və ticarət dükanları yerləşmişdir.
Evlərin əksəriyyəti bir mərtəbəlidir. Nadir hallarda rast gəlinən iki mərtəbəli evlərdə isə varlı adamlar yaşayır. Əsas inşaat materialı çiy kərpicdir. Yuxarı Misirdə, Asuan bəndinə yaxın yerlərdə gil-palçıq(möhrə) evlərə tez-tez rast gəlinir. Kərpicdən tikilmiş evlərin divarlarına kəcdən suvaq çəkirlər. Belə evlər adətən yastı dam örtüklü olur. Yoxsulların evlərinin üstünü palma yarpaqları və qarğıdalı şaxları ilə örtürlər. Yoxsulların evlərində çox vaxt pəncərə şüşələri olmur. Qışda pəncərələri möhkəm qapayırlar. Evin içərisində yastı soba qurulur. Qışda onun üstündə yatırlar. Sobanın buxarısı olmadığından acı tüstü qapıdan çıxır. Fəllahların istifadə etdiyi əsas yanacaq növü nəzəkdir. Mülayim hava şəraitində fəllah ailəsi öz vaxtlarının çoxunu açıq havada keçirir.
İmkanlı Misir kəndlisinin bir mərtəbəli evi 60 kv m bərabər olur və üç qeyri-bərabər hissəyə ayrılır. 12-14 kv m həcmində olan otaqların biri yataq üçün, digəri isə qonaq üşün istifadə olunur. Mal-qara üçün daha geniş sahə ayrılır. Evin içi torpaq döşəməli olur. Mebel olmur. Döşəməyə həsir salırlar.
Fəllah ailəsinin yeməyi evdən kənarda yerləşən ocaqda hazırlanır. Soyuq qış aylarında furnadan(soba)istifadə edirlər. Əsas yeməkləri qarğıdalı və az miqdarda buğda fətiri olsa da süd, tərəvəz, ət və sıyıqdan da istifadə edirdilər. Şəkərsiz qara kofe və çay əsas içki növləri idi. Xurmadan kustar üsulla araq, arpadan isə pivə çəkirdilər.


  1. Yüklə 50,09 Kb.

    Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin