Mühazirə Azərbaycan Respublikasının coğrafi mövqeyi, sərhədləri, sahəsi



Yüklə 13,7 Kb.
tarix12.01.2022
ölçüsü13,7 Kb.
#51213
növüMühazirə
muhazire1 (7)


Mühazirə 1.

Azərbaycan Respublikasının coğrafi mövqeyi, sərhədləri, sahəsi
Azərbaycan Respublikası Qafqazın cənub şərqində, İran yaylasının şimal-şərqində, qərbində, Avropa və Asiya qitələrinin təması zonasında yerləşən qədim bir ölkədir. Azərbaycan ərazisində tarixin qaranlıq dövrlərindən zəmanəmizə qədər müxtəlif dövlətlər (Aratta, Manna, Midiya, Atropatena, Albaniya, Azərbaycan səfəvi imperiyası) mövcud olmuşdur. Müasir Azərbaycan Respublikası e.ə.III-II əsrlərdən ərəb istilasına, (VII) kimi cənubda Araz çayından şimalda Dərbəndə qədər, qərbdə Nuxran çöllərindən şərqdə xəzərə qədər böyük bir ərazidə mövcud olmuş Qafqaz Albaniyasının sələfidir. Oktyabr çevrilişindən sonra torpaqlarımızın bir hissəsində Ermənistan yaradılsa da, Azərbaycan tutduğu sahənin böyüklüyünə və əhalisinin sayına görə Qafqaz Respublikaları arasında ən böyüyüdür. Coğrafi mövqeyi: İstər təbii şərait baxımından, istərsə də, geopolitik baxımdan əlverişlidir. Elə buna görə də qədimdən böyük imperiyaların bu torpaqda gözü olmuşdur.

Əlverişli mövqeyə malik olması hər şeydən əvvəl onun subtropik qurşaqla mülayim qurşağın keçid zonasında yerləşməsi, bol isti ehtiyatı, məhsuldar torpaqları olan böyük düzənlikləri, geniş dağətəyi və olduqca zəngin təbii şəraiti, ehtiyyatları ilə seçilən dağ sistemlərinin, nəhayət dünyanın ən məhsudar və ən böyük gölü olan Xəzər dənizinin mövcudluğu müəyyən edir. Hələ qədimdən dəbdə olan uzaq və böyük dövlətləri birləşdirən Karvan yolları, həmçinin Çindən Avropaya uzanan ipək yolu, eləcə də şimal ölkələrini cənub ölkələri ilə birləşdirən ən əlverişli yollar onun ərazisindən keçir. Coğrafi mövqeyinin əlverişli olmasından azərbaycan yalnız qazanmamış, başı bəlalar çəkməmişdir.

Azərbaycan 380240 və 410540 şimal en dairələri ilə 440460 və 500500 şərq uzunluq dairələri arasında yerləşir.

Sərhədləri: Azərbaycan Respublikasından şimalda Dağıstan Respublikası, şimal-şərqdə Gürcüstan, qərbdə Ermənistan, Türkiyə Respublikası, cənubda isə İİR-ı,Azərbaycanla həmsərhəddir. Şərqdə Türkmənistanla Azərbaycan arasında Xəzər dənizinin tam ortasından keçən xətdən qərbdə qalan hissəsi Azərbaycana aiddir. Azərbaycanın qonşu ölkələrlə sərhədi tarixi varisliyin əksinə müəyyən edilmiş və az hallarda təbii qıyılardan keçir. Şimalda Dağıstan Respublikası ilə sərhəd Xəzər dənizi sahilindən Samur çayı boyu uzanır. Sonra Samurun sağ qolu Tahir çal boyu Şahdağ massivinə, oradan Bazardüzü zirvəsinə davam edir. Bazardüzündən sərhəd baş suayrıcı silsilə ilə Tinov Rosso zirvəsinə qədər şimal qərb isytiqamətdə uzanır.

Tinqo Rosso zirvəsindən sərhəd xətti öz istiqamətini dəyişərək cənuba uzanır, Qanx düzənliyini kəsərək Qanıx çayına çatır və bu çay boyu Mingəçevir su anbarının Qanıx körfəzinə qədər uzanır. Gürcüstanla sərhəd Eldar çölünün şimal kənarı, Eldar oyuğu, Çobandağ, Yaylacıq tirələri ilə davam edir, Kür çayına çatır və Şıxlı kəndindən qərbdə Ermənistan sərhəddinə dirənir.

Azərbaycanla Ermənistan arasında sərhəd Tovuzçaya qədər şimal qərbdən cənub şərqə uzanır və kiçik Qafqazın şimal dağətəyi tirələrindən keçir. Sonra Şahdağ, şərqi Göyçə silsilələri, Qarabağ vulkanik yaylası üzrə bir neçə dəfə istiqamətlərini dəyişərək Zəngilan ərazisində Araz çayına çatır.

Naxçıvan Muxtar Respublikası ilə Ermənistan arasında sərhəd Sədərək rayonundan Araz çayından başlayıb Dərələyəz-Zəngəzur silsilələri üzrə uzanır və Ordubad rayonu ərazisində yenidən Araza söykənir.

Naxçıvan MR Sədərək rayonunda 11 km-lik məsafədə Türkiyə Respublikası ilə həmsərhəddir. Bu sərhəd Araz çayı boyu keçir. Arazın 2 sahilini birləşdirən vahid və yeni körpü 2 qardaş xalqı bir-birinə qovuşdurur.

Cənubda Azərbaycan İİR təribində olan cənubi Azərbaycanla həmsərhəddir. Sərhəd Araz, Bolqarçay, Astaraçay və Talış silsiləsindən, Bəhramtəpədən Belasuvara qədər, 50 km-lik məsafədə isə Cənub Muğan düzənliyindən keçir.

Şərqdə Xəzərin Azərbaycan sahilinin uzunluğu 800 km-dən artıqdır.

Xəzər dənizinin qərb dayazlığında bir sıra adalar qrupu və tək adalar yerləşir. Bunlardan ən böyükləri Abşeron və Bakı arxipelaqına daxil olan Pirallahı, Böyükzirə, Çiov, Xərəzirə, Bulla, Səngimüzəffər, Sarı Qumzirə və s. Adalarıdır.

Azərbaycan Respublikasının sərhədlərinin uzunluğu 2800 km-dən artıqdır. Sahəsi 86,6 min ......km, Cənubi Azərbaycanın sahəsi 135 min ....km. Naxçıvan Muxtar Respublikasının sahəsi 5,2 min .... kilometrdir. Azərbaycanın şimaldan cənuba maksimum eni 390 km, minimum isə 175 km-ə, qərbdən Şərqə maksimum uzunluğu 470 km, minimum isə 300 km-ə bərabərdir.

ADR-in sahəsi (1918-20) 114 min ...km-ə bərabər idi.



Bütövlüklə Dilicon dərəsi, Şəmsəddin rayonu, Tərsçay dərəsi Qazax qəzasına aid idi. Cənubda isə Zəngəzur mahalının Ermənistana qatılması Naxçıvan Muxtar Respublikası mühasirə şəraitinə salmışdır.
Yüklə 13,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin