Arxiv fondu sənədlərindən istifadənin məqsədi və təşkiledici formaları



Yüklə 211,36 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix29.12.2021
ölçüsü211,36 Kb.
#48910
  1   2
Arxiv fondu sənədlərindən istifadənin məqsədi və təşkiledici formaları



Arxiv fondu sənədlərindən istifadənin məqsədi və təşkiledici formaları 

Azərbaycan  Respublikası  Prezidentinin  27  iyul  1999-cu  il  Milli  arxiv  fondu 

haqqında fərmanına əsasən Nazirlər Kabineti 6 mart 2000-ci ildə Arxivdə sənədlərin 

komplektləşdirilməsi  haqqında  qərar  imzalamışdır.  Milli  arxiv  fondunun 

komplektləşdirilməsi  dedikdə  onun  müntəzəm  surətdə  ictimai-siyasi  iqtisadi  elmi 

sosial-mədəni və ya tarixi əhəmiyyətli olan sənədlərlə tamamlanması nəzərdə tutulur.  

Milli arxiv fondunun komplektləşdirilməsinin elmi əsaslarını sənədlərin təsnifat 

prinsiplərinin  onların  komplektləşdirmə  mənbələrinin  və  ekspertizasının  kriteriya  və 

prinsiplərinin 

müəyyənləşdirilməsi 

təşkil 

edir. 


Milli 

arxiv 


fondunun 

komplektləşdirilməsinə  rəhbərlik  və  nəzarət  bilavasitə  azərbaycan  Respublikasının 

Nazirlər Kabineti Baş Arxiv İdarəsi tərəfindən həyata keçirilir.  

Milli arxiv fondunun komplektləşdirilməsi işinə aşağıdakı proseslər daxildir:  

a)  mənbələrin müəyyən edilməsi,  

b)  daimi mühafizə ediləcək sənədlərin tərkibinin öyrənilməsi,  

c)  sənədlərin daimi mühafizə üçün dövlət və qeyri-dövlət arxivləri arasında 

bölüşdürülməsi.  

Milli  arxiv  fondunun  komplektləşdirilməsi  mənbələri  ictimai-siyasi,  iqtisadi, 

elmi, sosial-mədəni yaxud tarixi əhəmiyyəti olan sənədlərin yarandığı dövlət və qeyri-

dövlət idarə, təşkilat müəssisələri və ayrı-ayrı şəxslərdir.  

Komplektləşdirmə  mənbələri  müəyyənləşdirilərkən  aşağıdakı  əsas  meyyarlar 

nəzərə alınmalıdır.  

a)sənədlərin ali hakimiyyət və idarəçilik sistemində yeri və əhəmiyyəti,  

b)idarənin  fəaliyyətinin  yuxarı  idarə  orqanları  sənədlərində  əks  olunması 

dərəcəsi,  

c) sənədlərin dövlət və qeyri-dövlət arxivlərinin profilinə uğunluğu. 

Komplektləşdirmə mənbələrinin siyahıları dövlət arxivləri tərəfindən hazırlanır 

və Baş Arxiv İdarəsi tərəfindən baxılaraq təsdiq olunur. Milli arxiv fondunun sənədləri 

bir dövlət arxivindən digər dövlət arxivinə yalnız Baş Arxiv İdarəsinin razılığı ilə verilə 

bilər. Muzeylərin və kitabxanaların, dini, icmaların və ictimai təşkilatların arxivlərinin 

Milli  arxiv  fondunun  dövlətə  məxsus  hissəsinin  sənədləri  ilə  komplektləşdirilməsi 

qadağandır.  

İdarə, təşkilat və müəssisələrin fəaliyyəti nəticəsində yaranan Milli arxiv fondu 

haqqında Qanunun 10- cu addəsində göstərilən müddətlər başa çatdıqdan sonra dövlət 

arxivlərinə təhvil verilir. Azərbaycan Respublikasının prokurorluq orqanlarının habelə 

dövlət  təhlükəsizliyi  xarici  kəşfiyat  xidməti  sərhəd  xidməti  ədliyyə  miqrasiya 

fövqəladə  hallar  daxili  işlər  və  müdafiə  sahəsində  fəaliyyət  göstərən  dövlət 




orqanlarının  habelə  geodeziya  və  xəritəçəkmə  ekologiya  və  təbii  sərvətlər, 

standartlaşma  və  metrologiya  dövlət  orqanlarının  və  Azərbaycan  Mlli  Elmlər 

Akademiyasının arxiv sənədləri Milli arxiv fonduna daxil olmaqla həmin təşkilatların 

özündə  daimi  mühafizə  olunur.  Milli  arxiv  fondunun  dövlətə  məxsus  hissəsi  şəxsi 

mənşəli  sənədlərlə  bağışlama  və  ya  vəsiyyətlə  təmənnasız  yaxud  satınalma  yolu  ilə 

habelə sənədin sahibinin olmaması yaxud baxımsız qalmasını təsdiq edən məhkəmə və 

ya notarial orqanların qərarları əsasında əldə olunan sənədlərlə komplektləşdirilə bilər. 

Arxiv əlaqədar təşkilatlarla qabaqcadan aldə etdiyi razılaşmaya əsasan, ictimai 

maraq  doğuran  sənədlərdən  müxtəlif  formalarda  istifadə  etməklə,  məlumatlandırıcı 

tədbirlər keçirir. Həmin tadbirlərin keçirilməsi arxiv işçilərinin çıxışı və məlumatları 

ilə,  o  cümladən  "sual-cavab"  qaydasında  etdikləri  çıxış  və  məlumatlarla,  sənədlərin 

mövzu  toplularının,  kinofilmlərin,  videofilmlərin,  slayd-filmlərin,  kinoproqramların 

göstərilməsi, fono sənədlərin dinlənilməsi, sənədlərin sərgisi ilə müşayiat edilir. 8.10.1. 

İctimaiyyətlə  görüşlər  –  mövzular  və  informasiyalar  üzrə  ola  bilər:  -mövzular  üzrə 

görüşlər  dedikdə  -  arxiv  işçilərinin  və  digər  iştirak-  çıların  sənədləri  şərh  etməklə, 

müəyyən mövzu üzrə çıxışları nəzərdə tutulur; məlumatverici görüşlərdə - iştirakçılara 

bir və ya bir neçə arxivlərin fond və yaxud fond qruplarındakı sənədlərin tərkibi, yeni 

daxil  olmuş  sənədlər,  üzərindən  məxfiliyi  götürülmüş  sənədlər  barədə  məlumatlar 

verilir.  Görüşün  təşkil  edilməsi  üçün  çıxışların  mövzusunu,  nümayiş  etdirilə-  cək 

sənədlərin  tərkibini,  görüşün  müddətini  müəyyən  edən  proqram  tərtib  edilir.  8.10.2. 

Arxivə  ekskursiyalar  -  xülasə  şəklində  (sənədlərin  tərkib  və  məzmunu,  arxivin 

fəaliyyətinin  əsas  istiqamətləri  barədə)  və  mövzu  (müəyyən  mövzu  üzrə  arxivin 

sənədlər kompleksini nümayiş etdirən ola bilər. 8.10.3. Təqdimatlar (prezentasiyalar), 

"açıq qapı” günlərinin fəaliyyətini, onun fondlarının tərkib və məzmununu  keçirilir. 

aktual məsələləri üzrə metodiki məsləhətlər daxil edilir.  


Yüklə 211,36 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə