«Atəşgah» Sığorta Şirkəti asc



Yüklə 208,32 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix28.03.2017
ölçüsü208,32 Kb.
  1   2   3

«Atəşgah» Sığorta Şirkəti ASC

AVTONƏQLIYYAT VASITƏLƏRININ KÖNÜLLÜ SIĞORTASI

Qaydaları


_____________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Avtonəqliyyat vasitələrinin könüllü sığortası

QAYDALARI

2

MÜNDƏRICAT:

Anlayışlar

I Fəsil. Avtonəqliyyat vasitəsinə dəymiş zərərin sığortası

Maddə 1.


Sığorta riskləri

Maddə 2.


Sığorta predmeti

Maddə 3.


I Fəslə aid olan Sığorta risklərindən istinalar və ya sığorta təminatında məhdudiyyətlər

Maddə 4.


Sığorta ödənişi

Maddə 5.


Sığorta məbləği və sığorta dəyəri

Maddə 6.


Ön, arxa şüşələrə və yan pəncərələrə dəymiş ziyan

Maddə 7.


Qismən sığorta

Maddə 8.


Qalıqlara olan hüququn keçməsi

II Fəsil. Mülki məsuliyyətin sığortası

Maddə 9.

Sığorta predmeti və sığorta riski

Maddə 10.

II Fəslə aid xüsusi istisnalar

Maddə 11.

Sığorta ödənişi

III Fəsil. Sərnişinlərin və Səlahiyyətləndirilmiş sürücülərin fərdi qəza sığortası

Maddə 12.

Sığorta predmeti və sığorta riski

Maddə 13.

III Fəslə aid xüsusi istisnalar

Maddə 14.

Sığorta ödənişi

Maddə 15.

Fərdi qəzanın nəticələrinin təzahür müddəti

IV Fəsil.Sərnişinlərin və səlahiyyətləndirilmiş sürücülərin tibbi xərcləri

Maddə 16.

Sığorta predmeti və sığorta riski

Maddə 17.

Sığorta ödənişi

V Fəsil. Bütün fəsillərə aid olan ümumi qaydalar

Maddə 18.

Sığorta sinifləri

Maddə 19.

Sığortalının fəaliyyəti, üçüncü şəxslər

Maddə 20.

Sığorta təminatı

Maddə 21.

Bütün Fəsillərə aid olan Sığorta risklərindən istinalar və ya sığorta təminatında məhdudiyyətlər

Maddə 22.

Sığortanın əhatə etdiyi ərazi

Maddə 23.

Sığorta müqaviləsinin bağlanması qaydası

Maddə 24.

Sığorta müqaviləsinə əlavələr, dəyişikliklər edilməsi və xitam verilməsi qaydası

Maddə 25.

Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermə ilə bağlı xəbərdar etmə

Maddə 26.

Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermənin nəticələri

Maddə 27.

Sığorta müqaviləsində əlavə şərtlərin nəzərdə tutulması

Maddə 28.

Sığorta müqaviləsinin qüvvəyə minməsi

Maddə 29.

Sığorta müqaviləsi qüvvədə olduğu zaman tərəflərin qarşılıqlı münasibətləri

Maddə 30.

Sığorta haqqının hesablanması və ödənilməsi

Maddə 31.

Sığorta haqqının vaxtında ödənilməməsi

Maddə 32.

Valyuta haqqında qeyd-şərt

Maddə 33


Sığortaçı tərəfindən nəzarət

Maddə 34.

Sığorta hadisəsi baş verdikdə Sığortalının vəzifələri

Maddə 35.

Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

Maddə 36.

Sığorta ödənişinin həyata keçirilməsi qaydası və şərtləri

Maddə 37.

Sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişinin verməkdən imtina olunması haqqında

qərarın qəbul edilməsi müddəti

Maddə 38.

Sığorta ödənişinin verilməsindən imtinanın əsasları

Maddə 39.

İtkilərin qarşısının alınması və azaldılması

Maddə 40.

Zərərin azaldılması məqsədilə çəkilən xərclər

Maddə 41.

Subroqasiya hüququ

Maddə 42.

Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə

yetirilməməsinə görə tərəflərin məsuliyyəti

Maddə 43.

Mübahisələrin həlli qaydası

Maddə 44.

Marağın keçməsi

Maddə 45.

Məlumatın təhrif edilməsi və aldatma


_____________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Avtonəqliyyat vasitələrinin könüllü sığortası

QAYDALARI

3

ANLAYIŞLAR

Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır:



Sığortaçı - «Atəşgah» Sığorta şirkəti;

Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan, Sığorta

müqaviləsinin tərəfi;



Sığorta olunanlar –bu Qaydaların məqsədləri üçün, sığorta hadisəsi zamanı Avtonəqliyyat vasitəsində olan və

ya ona minən, yaxud ondan çıxan (düşən) Səlahiyyətləndirilmiş sürücü və (və ya) sərnişinlər;



Sığorta obyekti – Sığortalının, yaxud Sığorta olunanın sığortalanmış Avtonəqliyyat vasitəsi ilə bağlı

qanunazidd olmayan əmlak mənafeyi;



Sığorta predmeti - Sığorta müqaviləsi üzrə sığortalanmış Avtonəqliyyat vasitəsi, mülki məsuliyyət, həyat və

sağlamlıq;



Faydalanan şəxs - Sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs; Sığorta

müqaviləsində Faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, Sığortalı və (və ya) Sığorta

olunan Faydalanan şəxs sayılır.

Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin Sığorta müqaviləsinə uyğun olaraq

Sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;



Azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə

olunmayan və Sığortalının üzərində qalan hissəsi;



Mühüm şərtlər – Sığorta müqaviləsində, yaxud Sığorta şəhadətnaməsində göstərilmiş və Sığortalı tərəfindən

yerinə yetirilməməsi Sığortaçının sığorta ödənişi verməkdən imtina etməsi və ya Sığorta müqaviləsini, yaxud

Sığorta şəhadətnaməsini ləğv etməsi üçün əsas olan şərtlər;

Səlahiyyətləndirilmiş sürücü – Sığorta müqaviləsində göstərilmiş və ya Sığortaçı tərəfindən başqa cür

tanınmış, qanunvericiliyiə uyğun olaraq müvafiq avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs;



Avtonəqliyyat vasitəsi – Sığorta müqaviləsində göstərilən, bu Qaydalara uyğun olaraq sığortalanmış və ya

istismarı ilə əlaqədar sığorta təminatının verildiyi nəqliyyat vasitəsi;



Avtonəqliyyat vasitəsinin istismar olunması – Avtonəqliyyat vasitəsinin ərizə formasında göstərilmiş

məqsədlərə müvafiq olaraq istismar olunması;



Avtonəqliyyat vasitəsinin tam məhv olması – Sığorta hadisəsi nəticəsində Avtonəqliyyat vasitəsinə dəymiş

zərərin aradan qaldırılması (təmiri) ücün tələb olunan pul vəsaitinin ümumi məbləğinin sığorta məbləğinin

75%-ni və ya ondan daha artıq məbləği təşkil etməsi halında Avtonəqliyyat vasitəsi tam məhv olmuş sayılır.

Sərnişin - Sığorta hadisəsi zamanı Avtonəqliyyat vasitəsində olan, lakin onun idarə edilməsinə aidiyyəti

olmayan şəxs;



Tibbi xərclər – Avtonəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində sığorta olunanın zəruri olaraq məruz

qaldığı və sənədləşdirilmiş sığorta hadisəsi ilə bağlı olan tibbi xərclər;



Цмуми ямяк габилиййятинин даими итирилмяси - вахт кечдикжя бярпа олуна билмяйян, цмуми ямяк

габилиййятинин там вя йа гисмян итирилмяси (ялиллик);



Ərizə - Sığorta olunmaq məqsədilə Sığortalı tərəfindən doldurulan ərizə forması; ərizə formasında sığorta

predmetinə dair Sığortalı tərəfindən göstərilən bütün məlumat və halların həqiqətəuyğun və dolğun olması bu

Sığorta müqaviləsinin Mühüm şərtidir;

Assistans şirkəti - sığorta sahəsində yardımçı hüquqi şəxs.

I Fəsil


_____________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Avtonəqliyyat vasitələrinin könüllü sığortası

QAYDALARI

4

Avtonəqliyyat vasitəsinə dəymiş zərərin sığortası

Maddə 1. Sığorta riskləri

Bu Fəsil əsasında bağlanan Sığorta müqaviləsinə görə Sığortaçı, həmin Sığorta müqaviləsində təsbit

edilmiş sığorta haqqı müqabilində Sığortalı ilə razılaşır ki, əgər Sığorta müqaviləsinin qüvvədə olduğu müddət

ərzində aşağıda qeyd olunan sığorta risklərinin təsiri nəticəsində Avtonəqliyyat vasitəsi həmin Avtonəqliyyat

vasitəsinin təmir edilməsini və ya dəyişdirilməsini zəruri edən dərəcədə zədələnərsə, məhv olarsa və yə

oğurlanarsa və belə zədələnmə, məhv olma və ya oğurluq bütün Fəsillərə aid olan ümumi istisnalar və 1-ci Fəslə

aid olan xüsusi istisnaların qüvvəsi altına düşməzsə, Sığortaçı Sığortalıya belə zədələnmənin, məhv olmanın və

ya oğurluğun nəticəsində dəymiş zərərin əvəzini bu Qaydalarda nəzərdə tutulan qaydada ödəmə, zədələnmiş

Avtonəqliyyat vasitəsinin əvəz edilməsi və ya təmir edilməsi (Sığortaçının öz mülahizəsi əsasında) yolu ilə,

Sığorta müqaviləsində hər bir Avtonəqliyyat vasitəsi üçün nəzərədə tutulan sığorta məbləği çərçivəsində

ödəyəcək:

1.1. Yol-nəqliyyat hadisəsi (toqquşma, aşma, düşmə);

1.2. Yanğın, öz-özünə alışma;

1.3. Təbii fəlakət;

1.4. Avtonəqliyyat vasitəsinin və ya onun hissələrinin oğurlanması; Avtonəqliyyat vasitəsinin

oğurlanması, qaçırılması zamanı Avtonəqliyyat vasitəsinə ziyan vurulması; Avtonəqliyyat vasitəsinin ön və

arxa şüşələrinin və yan pəncərələrinin sınması və üçüncü şəxslərin digər qeyri-qanuni hərəkətləri;

1.5. Avtonəqliyyat vasitəsinə daşların dəyməsi və ya əşyaların düşməsi.



Maddə 2. Sığorta predmeti

2.1. Bu Fəsil üzrə sığorta predmeti sığortalanmış Avtonəqliyyat vasitəsidir.

2.2. Avtonəqliyyat vasitəsi istehsalçı tərəfindən nəzərdə tutulmuş bütün komplekti ilə birlikdə

sığortalanmış hesab olunur.

2.3. Sığorta müqaviləsində ayrıca olaraq göstərildiyi hallar istisna olmaqla, maqnitofonlar, radioötürücü

vasitələr, telefonlar, radar detektorları və ya hər hansı digər rabitə vasitələri və ya onların köməkçi aksessuarları,

skanlaşdırma cihazları, televizorlar və stereo sistemləri də daxil olmaqla bütün aksessuarlara və cihazlara

münasibətdə bu sığorta ilə təminat verilmir (Avtonəqliyyat vasitəsinin istehsalı zamanı istehsalçı tərəfindən

quraşdırıldığı hallar istisna olmaqla).

Maddə 3. I Fəslə aid olan Sığorta risklərindən istinalar və ya sığorta təminatında məhdudiyyətlər

Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmayıbsa, aşağıdakılara münasibətdə sığorta təminatı

verilmir:

3.1.Sığorta hadisəsinin nəticəsində Avtonəqliyyat vasitəsinin digər hissələrinin də eyni vaxtda

zədələnməsinin baş verdiyi hallar istisna olmaqla, Avtonəqliyyat vasitəsinin hərəkəti zamanı təkər şinlərinin və

disklərinin zədələnməsi;

3.2.Dəyərdən düşmə;

3.3.Avtonəqliyyat vasitəsinin vəziyyətini onun sığorta hadisəsindən əvvəlki vəziyyəti ilə müqayisədə

yaxşılaşdıran hər hansı təmir və ya dəyişdirilmə;

3.4.Əldən cıxmış fayda və digər dolayı itkilər;

3.5.Avtonəqliyyat vasitəsinin bütövlükdə və ya onun ayrı-ayrı hissə və qovşaqlarının təbii aşınması, onun

əmtəə görünüşünün itməsi, istehsalat və ya təmir zamanı büraxılmış nöqsanlar;

3.6.Avtonəqliyyat vasitəsinin hissələrinin nasazlığının yağlama vasitələrinin sızması, nəqliyyat vasitəsinin

daxilinə xarici əşyaların və maddələrin düşməsi (hidrozərbə və s.) nəticəsində baş verdiyi hallar da daxil

olmaqla, avtonəqliyyat vasitəsinin istismarı nəticəsində onun hissələrinin, qovşaqlarının və ya aqreqatlarının

sınması, sıradan cıxması və ya nasaz vəziyyətə düşməsi;

3.7.Tentin zədələnməsi və ya oğurlanması - yük avtomobillərinin, minik avtomobillərinin yük daşıyan

modifikasiyalarının, qoşqu və yarımqoşquların sığortası zamanı;

3.8.Avtonəqliyyat vasitəsinin və ya ona sahibliyin üçüncü şəxslərə könüllü verilməsi nəticəsində, belə

könüllü vermənin dələduzluq, mənimsəmə və ya aldatma niyyətilə qəsdən fakt haqqında yalan təsəvvür

yaratmanın nəticəsi olub-olmamasından asılı olmayaraq Sığortalıya dəyən zərər;


_____________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Avtonəqliyyat vasitələrinin könüllü sığortası

QAYDALARI

5

3.9.Sığortalının, Səlahiyyətləndirilmiş sürücünün və ya Sərnişinlərin sığorta hadisəsinin baş vermə anında



nəqliyyat vasitəsində olan əmlakına vurulan ziyan və ya belə əmlakın məhv olması.

3.10.Hər hansı təmir vasitəsinin və ya alətinin oğurlanması;

3.11.Aşağıdakı hallar istisna olmaqla, qarajda və ya qapalı vəziyyətdə saxlanılmadığı hallarda,

Avtonəqliyyat vasitəsinin oğurlanması, oğurluğa cəhdin, vandalizmin və ya qərəzli hərəkətlərin nəticəsində

Avtonəqliyyat vasitəsinin məhv edilməsi və ya ona maddi ziyanın dəyməsi nəticəsində yaranan zərər:

3.11.1.Bütün qapıların, pəncərələrin və digər dəliklərin istehsalçının nəzərdə tutduğu vasitələrlə

qapadılması və açarların həmin vasitələrdən aralı və təhlükəsiz yerdə saxlanılması;

3.11.2.Belə birbaşa maddi ziyan və ya oğurluq ilə əlaqəli olan hər hansı sığorta vəsatətinin (tələbinin)

zorakı daxilolmanın baş verməsini sübut edən dəlillərlə əsaslandırılması;

3.11.3.Avtonəqliyyat vasitəsinin təchiz edildiyi, Sığortaçıya bildirilmiş və onunla razılaşdırılmış

siqnalizasiya və (və ya) Avtonəqliyyat vasitəsinin mühafizəsinin digər sistemlərinin işlək vəziyyətdə olması və

istifadə edilməsi;

3.12.Yazılı və ya şifahi formada olmasından asılı olmayaraq girov, şərtli satış, icarə və ya digər müqavilə

və yaxud hər hansı razılaşma əsasında qanuni şəkildə girov saxlayan, alıcı, icarədar və ya Avtonəqliyyat vasitəsi

üzərində qanuni sahibliyi həyata kecirən digər şəxs tərəfindən saxlanılan Avtonəqliyyat vasitəsinin qeyri-qanuni

satışı, mənimsənilməsi və ya gizlədilməsi.



Maddə 4. Sığorta ödənişi

4.1. Sığortaçı sığorta hadisəsi nəticəsində Sığortalıya dəymiş zərərin əvəzini aşağıdakı qaydada ödəyir:

4.1.1. Avtonəqliyyat vasitəsinə qismən ziyan vurulması halında aşağıdakı məbləğlərdən ən az olanı:

4.1.1.1. Ziyan vurulmuş Avtonəqliyyat vasitəsinin texniki və xarici vəziyyətinin ziyanın vurulduğu andan

əvvəl olan vəziyyətinə qaytarılması ücün zəruri olan təmir xərcləri;

4.1.1.2. Ziyan vurulmuş Avtonəqliyyat vasitəsinin zədələnmiş müvafiq hissələrinin eyni növlü və eyni

keyfiyyətli hissələrlə dəyişdirilməsi xərcləri;

Sığorta müqaviləsində aşınma faizi təsbit edildiyi hallarda, ehtiyat hissələrinin əvəzinin ödənilməsi

xərcləri aşınma faizinə müvafiq olaraq azaldılır.

4.1.2. Avtonəqliyyat vasitəsinin tam məhv olması halında aşağıdakı məbləğlərdən ən az olanı:

4.1.2.1. Sığortaçının Avtonəqliyyat vasitəsinin qalıqlarına olan hüquqlarından imtina etməsi şərtilə,

Avtonəqliyyat vasitəsinin sığorta hadisəsinin baş vermə anından sonrakı vəziyyətinə uyğun gələn bazar qiyməti

çıxılmaqla, onun sığorta hadisəsinin baş vermə anından əvvəlki bazar qiyməti;

4.1.2.2. Sığortaçının Avtonəqliyyat vasitəsinin qalıqlarına olan hüquqlarından istifadə etməsi şərtilə,

ziyan dəymiş Avtonəqliyyat vasitəsinin eyni növlü, eyni keyfiyyətli və işlək vəziyyətli digər Avtonəqliyyat

vasitəsi ilə əvəz edilməsi xərcləri, və ya:

4.1.2.3. Avtonəqliyyat vasitəsinin qalıqlarına olan hüquqların Sığortaçıya keçməsi şərtilə, Sığorta

müqaviləsi üzrə müəyyən edilmiş sığorta məbləği;

4.1.2.4. Sığortaçının Avtonəqliyyat vasitəsinin qalıqlarına olan hüquqlarından istifadə etmək qararına

baxmayaraq Sığortalı bu Qaydalara əsasən tam məhv olmuş sayılan Avtonəqliyyat vasitəsini öz sərəncamında

saxlamaq qərarına gələrsə, bu halda Sığortaçı tərəfindən Sığortalıya verilməli olan sığorta ödənişi sığorta

məbləğinin 75% təşkil edəcəkdir.

4.1.3. Avtonəqliyyat vasitəsinin oğurlanması halında aşağıdakı məbləğlərdən ən az olanı:

4.1.3.1. Oğurlanmış Avtonəqliyyat vasitəsinin eyni növlü, eyni keyfiyyətli digər Avtonəqliyyat vasitəsi

ilə əvəz edilməsi xərcləri;

4.1.3.2. Sığorta müqaviləsində göstərilmiş Avtonəqliyyat vasitəsi üzrə müəyyən edilmiş sığorta məbləği.

4.2. Avtonəqliyyat vasitəsinin təmir xərcləri Sığortaçının, yaxud Sığortaçının təyin etdiyi Assistans

şirkətinin seçdiyi təmir emalatxanası tərəfindən aparılmış hesablamalar əsasında müəyyən edilir.



Maddə 5.Sığorta məbləği və sığorta dəyəri

5.1. Sığorta məbləği Sığorta müqaviləsində təsbit edilmiş və sığortalanmış risklər üzrə Sığortaçının

öhdəliyinin Sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir.

5.2. Sığorta məbləği Sığortalı ilə Sığortaçı arasında razılaşma əsasında müəyyənləşdirilir və

Avtonəqliyyat vasitəsinin Sığorta müqaviləsinin bağlandığı yerdə və tarixdə olan həqiqi dəyərindən - sığorta

dəyərindən artıq ola bilməz.



_____________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Avtonəqliyyat vasitələrinin könüllü sığortası

QAYDALARI

6

5.3. Sığorta məbləği



sığorta obyektinin sığorta müqaviləsi bağlanan andakı pul formasında

qiymətləndirilməsindən irəli gələn həqiqi dəyərindən - sığorta dəyərindən çox olduğu halda (ikili və ya çox qat

sığorta halında), həmin müqavilə sığorta məbləğinin sığorta dəyərindən artıq olan hissəsində etibarsızdır. Bu

halda sığorta haqqının artıq ödənilmiş hissəsi geri qaytarılmır, Sığorta müqaviləsində sığorta məbləğinin çox

göstərilməsi Sığortalının yalan məlumat verməsi nəticəsində yaranarsa, Sığortaçı müqavilənin etibarsız hesab

edilməsini və ona dəyən zərərin ödənilməsini tələb edə bilər.

5.4.Sığorta müqaviləsində göstərilən sığorta obyekti Sığortalı tərəfindən qanunsuz gəlir əldə etmək

məqsədilə bir və ya bir neçə sığorta müqaviləsi əsasında onun həqiqi dəyərindən artıq məbləğə sığorta

etdirildikdə, bu məqsədlə bağlanmış hər bir sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır.

5.5.Sığortalının Sığorta müqaviləsində əhatə olunan risklərlə bağlı zərərlər ücün digər sığortaçı(lar)dan

ödəniş almaq hüququ varsa, Sığortaçı zərərə görə Sığortalı qarşısında digər sığortaçı(lar) ilə birgə, hər birinin

məsuliyyət həddinə mütənasib olaraq məsuliyyət daşıyır.



Maddə 6. Ön, arxa şüşələrə və yan pəncərələrə dəymiş ziyan

6.1. Sığortaçı sığortalanmış Avtonəqliyyat vasitəsinin ön, arxa şüşələrə və yan pəncərələrinə vurulmuş

ziyanin əvəzini Sığortalıya aşağıda göstərilən qaydada ödəyir:

6.1.1.Ön, arxa şüşələrin və (və ya) yan pəncərələrin sınması və sığortalanmış Avtonəqliyyat vasitəsinin

gövdəsinin sınmış şüşə ilə cızılması hallarında sığorta ödənişi ön, arxa şüşələrin və (və ya) yan pəncərənin

dəyişdirilməsi və ya belə ziyanın təmiri qiyməti olacaq.

6.1.2.Bu maddə əsasında hər bir sığorta olunmuş Avtonəqliyyat vasitəsi üzrə zərərin əvəzinin ödənilməsi

500 manat həddində olacaqdır; bu məbləğə 50 manat məbləğində ayrıca azadolma məbləği tətbiq edilir.

6.2.Bu maddə yalnız eyni hadisənin nəticəsində Avtonəqliyyat vasitəsinə hər hansı başqa ziyan

dəymədikdə və ya o zədələnmədikdə tətbiq edilə bilər. Əks halda ziyanın ödənilməsi 4-cü maddədə müəyyən

edilmiş ziyanın ödənilməsinin ümumi qaydası əsasında həyata keçirilməlidir.

Maddə 7.Qismən sığorta

Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən

sığorta halında) Sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir.

Maddə 8.Qalıqlara olan hüququn keçməsi

8.1.Avtonəqliyyat vasitəsinin tam məhv olması halında Avtonəqliyyat vasitəsinin qalıqlarına olan

hüquqlardan istifadə etmək seçimi Sığortaçıya məxsusdur. Sığortalı Sığortaçının razılığı olmadan əmlaka olan

hüquqlarından ikincinin xeyrinə imtina etmək hüququna malik deyil.

8.2.Avtonəqliyyat vasitəsinin tam məhv olması və ya onun oğurlanması nəticəsində Sığortalıya dəymiş

zərərin əvəzini ödəmiş və yaxud onun ayrı-ayrı hissələrini dəyişdirmiş Sığortaçı qalıqlara olan hüquqlarından

istifadə etmək qərarına gələrsə, Sığortalının Avtonəqliyyat vasitəsinə və ya onun dəyişdirilmiş hissəsinə olan

hüquqları Sığortaçıya keçir. Bu halda Sığortalı həmin hüquqların Sığortaçıya kecməsi ücün bütün zəruri

tədbirləri, o cümlədən müvafiq orqanlarda Avtonəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılması və Sığortaçının

adına qeydiyyata salınması ilə bağlı olan işləri öz hesabına görməlidir.

8.3.Oğurlanmış Avtonəqliyyat vasitəsi sığorta ödənişinin verilməsindən əvvəl və ya sonra aşkar edilərsə,

Sığortaçının öz mülahizəsi əsasında Avtonəqliyyat vasitəsini özündə saxlamaq və yaxud onu Sığortalıya

qaytarmaq hüququ vardır. Sonuncu halda Avtonəqliyyat vasitəsinə görə alınmış sığorta ödənişi Sığortaçıya geri

qaytarılmalıdır. Bu halda Sığortaçı Avtonəqliyyat vasitəsinə yalnız oğrunun və ya oğruların vurduğu zərərə görə

bu Qaydaların müddəalarına və istisnalarına müvafiq olaraq məsuliyyət daşıyacaq.


_____________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Avtonəqliyyat vasitələrinin könüllü sığortası

QAYDALARI

7

II Fəsil

Mülki məsuliyyətin sığortası

Maddə 9. Sığorta predmeti və sığorta riski

9.1. Bu Fəsil üzrə sığorta predmeti Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətidir.

9.2. Bu Fəsil əsasında bağlanan Sığorta müqaviləsinə görə Sığortaçı, həmin Sığorta müqaviləsində təsbit

edilmiş sığorta haqqı müqabilində Sığortalı ilə razılaşır ki, əgər sığortanın qüvvədə olduğu müddət ərzində

Avtonəqliyyat vasitəsi bütün Fəsillərə aid olan Ümumi istisnalar və II Fəslə aid olan Xüsusi istisnalarda

göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən ücüncü şəxsə bədən xəsarəti yetirilməsi, onun ölümü və ya

onun əmlakına ziyanın dəyməsi ilə nəticələnən və Sığortalının hüquqi məsuliyyətinin yaranmasına səbəb olan

qəza törədərsə, Sığortaçı Sığorta müqaviləsində təsbit edilmiş məsuliyyət həddi cərcivəsində Sığortalıya, onun

ödəməyə hüquqi məsuliyyət daşıdığı və bütün Fəsillərə aid olan Ümumi istisnalar və II Fəslə aid olan Xüsusi

istisnaların qüvvəsi altına düşməyən zərərlərin əvəzini aşağıda göstərilən qaydada ödəyəcəkdir:

Sığortaçı hətta Sığortalıya qarşı irəli sürülmüş tələb və ya iddiaların əsassız, saxta və ya yalan olması

halında belə ölüm, bədən xəsarəti və ya əmlaka ziyan vurulması ilə əlaqədar olaraq Sığortalıya qarşı irəli

sürülmüş tələb və ya iddialarla bağlı Sığortalını müdafiə etmək hüququna və belə tələb və iddiaların

araşdırılması və həllində tam sərbəstliyə malikdir. Lakin Sığortaçı həyata kecirilmiş sığorta ödənişlərinin

nəticəsində Sığorta müqaviləsində təsbit olunmuş və onun məsuliyyət həddini ifadə edən məbləğin bitməsi

halında, hər hansı tələb və ya məhkəmə qərarları ilə bağlı məbləği, yaxud iddianın müdafiəsi ilə əlaqədar

məhkəmə xərclərini və digər xərcləri ödəməyəcək.

9.3. Bu Qaydalara əsasən bağlanmış Sığorta müqavilələri üzrə mülki məsuliyyətin sığortası Avtonəqliyyat

vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində Azərbaycan Respublikasının müvafiq

qanunvericiliyi ilə tələb olunan məsuliyyət hədlərindən artıq olan məsuliyyətə qarşı sığorta təminatı verir.

9.4. Avtonəqliyyat vasitəsi Azərbaycan Respublikasının ərazisindən kənarda, lakin Sığorta müqaviləsində

göstərilmiş ərazi hüdudları çərçivəsində yerləşdikdə, sığorta təminatı hər hadisə ücün 500 manat məbləğində

azadolma məbləğinin tətbiq edilməsi şərtilə verilir.

9.5.Məsuliyyəti sığortalanan şəxsin hüquqi şəxs olması halında, həmin hüquqi şəxslə yanaşı Sığorta

müqaviləsində Səlahiyyətləndirilmiş sürücü kimi göstərilən onun işcilərinin məsuliyyəti də sığortalanmış hesab

edilir.


9.6.Bu Fəsil üzrə sığorta riskinə Sığortalının özü, yaxud onun etibar etdiyi şəxs sığortalanmış

Avtonəqliyyat vasitəsindən istifadə edərkən üçüncü şəxslərə vurduğu zərərin əvəzini ödəmək öhdəliyi ilə

əlaqədar onun əmlak mənafelərinə zərər dəyməsi daxildir.


Yüklə 208,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə