Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
ATMOSFERİN ÇİRKLƏNMƏSİ PROBLEMİ
Şəhərlərdə fəaliyyət göstərən sənaye və nəqliyyat vasitələrinin havaya buraxdığı tullantılar atmosfer
havasının kəskin çirklənməsinə səbəb olur.
Atmosferin çirklənmə səviyyəsi göstəricilərdə öz əksini tapmışdır. Çirkləndirici maddələrin təhlükə
dərəcəsindən və konsentrasiyasından asılı olaraq dəyişən ümumi kompleks göstərici kimi atmosferin çirklənmə
indeksindən (AÇİ) istifadə olunur. Konkret məntəqələrdə aparılan hesablamalar göstərir ki, çirkləndirici
maddələrin miqdarı atmosferə hansı formada və hansı yollarla daxil olmasından asılı olaraq dəyişir. AÇİ adətən
tullantıların ən yüksək orta illik göstəricisi üzrə hesablanılır.
Şəhərlərdə havanın əsas çirklənmə mənbələri asılı maddələr, azot 2-oksid, benzapiren, formaldehid, fenol,
karbon-sulfid və hidrogen ftoriddir. Son on il ərzində atmosferin orta illik çirklənməsi təqribən 50%-ə qədər
artmışdır.
Sənaye məhsullarının istehsalı gündən günə artır, bu da metallurgiya, kimya, neft, qaz və kömür istehsalı
sənayelərinin atmosferə atılan tullantılarının miqdarının artmasına gətirib çıxarır. Həmçinin qaz, kömür və
mazutla işləyən istilik energetikasının tullantılarının həcmi də artıb. İri şəhərlərdə havanın yüksək çirklənmə
dərəcəsi qeydə alınmışdır ki, bu da ümumi ekoloji vəziyyətin gərgin olmasını təyin edir.
Atmosferin ümumi çirklənməsi bütövlükdə iqlimin dəyişməsinə, "istixana effekti"nin yaranmasına, bu isə
qlobal istiləşməyə gətirib çıxarır.
Son illərin tədqiqatlarına əsasən, Azərbaycanın düzənlik rayonlarında havanın temperaturunun
əhəmiyyətli dərəcədə dəyiş-məsi müşahidə olunur.
Bütün respublika ərazisində qışın isti keçməsi qeydə alınmışdır.
Yazda temperaturun aşağı
düşməsi müşahidə olunur:
Naxçıvan və Abşeronda ən çox
soyuqlaşma, Lənkəran və
Ceyrançöl zonalarında ən aşağı
qiymətlər qeydə alınmışdır.
Yay
əvvəlki illərin
yayından fərqli keçmir. Bütün
respublika üzrə temperaturun
dəyişməsi 1°C-dən çox təşkil
etmir.
Payızda düzənlik ərazilər
istisna olmaqla temperaturların
kəskin düşməsi qeydə
alınmışdır.
İllik dəyişikliklərlə bağlı
iqlimin ümumi istiləşməsi qeydə alınmışdır: Lənkəran, Kür-Araz və Ceyrançöl rayonlarında 0,6°C-yə qədər,
digər ərazilərdə isə iqlimdəki istiləşmə 0,1-0,4°C arasında dəyişir.
Azərbaycan Respublikasının nümayəndələri 1992-ci ildə BMT-nin Braziliyada Rio-de-Janeyro şəhərində
keçirilən "Ətraf mühit və inkişaf konfransında "İqlim dəyişmələri üzrə Konvensiya"nı imzalamış, 1995-ci ildə
Milli Məclis tərəfindən ratifikasiya edilmişdir.
2000-ci ildə bu Konvensiyanın həyata keçirmə mexanizmini təyin edən Kioto Protokolunu (Yaponiyada)
imzalamışdır. Bu tədbirlərin əsas məqsədi iqlimin istiləşməsinə və "istixana effekti"nin yaranmasına səbəb olan
atmosferə atılan sənaye tullantılarının miqdarının azaldılmasıdır. İqlim dəyişiklikləri bütün bioiqlim
komplekslərinin dəyişməsinə səbəb olur, о cümlədən insan və təbiət faktoruna mənfi təsir göstərməklə ümumi
ekoloji vəziyyəti pisləşdirir.
Hal-hazırda Azərbaycan ekoloji vəziyyətin yaxşılaşması üzrə istiqamətlənmiş regional tədbirlərdə iştirak
edir, belə ki, atmosferə atılan sənaye tullantılarının azalması üzrə və iri şəhərlərin qazla işləyən nəqliyyat
vasitələri tərəfindən çirklənməsinə qarşı işlər aparılır.
Mənbə: Ekoloji atlas. Tərtib edənlər: Məmmədov Q., Xəlilov M., Məmmədova S. Bakı, Kartoqrafiya
Fabriki, 2009. səh. 30.