Avadanlığın hissələrinin ölçü dəqiqliyi və həndəsi formalarının mükəmməlliyi
Avadanlığın hissələrinin ənsəri bir-birinə yapışmış silindr, konus, çoxüzlü müstəvi və s. bu kimi sadə həndəsi sahə ilə örtülən müəyyən həndəsi cisimlərdən ibarətdir.
Avadanlıqların hazırlanma prosesində emal dəqiqliyi, avadanlığın hissələrinin həndəsi ünsürlərinin ölçülərinin cizgilərdə verilmiş qiymətlərinə bərabərlik dərəcəsindən asılıdır.
Emal dəqiqliyi hazırlanan avadanlığın hissəsinin ölçülərinin, həndəsi formasının və həmçinin üzlərinin bir-birinə nisbətən yerləşmə vəziyyətinin dəqiqliyi ilə müəyyən edilir.
Buna görə də, avadanlığın hissələrinin dəqiqliyini müəyyən edən amilləri üç növə ayırmaq olar: ölçü dəqiqliyi; forma dəqiqliyi; həndəsi ünsürlərin bir-birinə nisbətən yerləşmə vəziyyətinin dəqiqliyi.
ölçü dəqiqliyi
forma dəqiqliyi
həndəsi ünsürlərin bir-birinə nisbətən yerləşmə vəziyyətinin dəqiqliyi.
Ölçü dəqiqliyi dedikdə, avadanlığın hissəsini emal edərkən onun üzərində əmələ gətirilən ölçülərin cizgidə verilmiş qiymətinə yaxınlıq dərəcəsi nəzərdə tutulur.
Forma dəqiqliyi dedikdə emal zamanı əmələ gələn həndəsi formaların düzgünlüyü (ideal həndəsi formaya yaxınlıq dərəcəsi) nəzərdə tutulmalıdır. Məsələn, silindrik forma dəqiqliyi onun oxunun düzxətliliyindən, üstünün düzlüyündən və en kəsiyinin dairəvilik dərəcəsindən asılıdır. Silindri emal edərkən onun üstündə çəlləkvarilik, yəhərvarilik, konusluq, ovallıq, çoxüzlülük və s. forma xətaları əmələ gələ bilər Müstəvini emal edərkən qabarıqlıq və ya çökəklik və s. də ola bilər.
Həndəsi ünsürlərin qarşılıqlı vəziyyətinin dəqiqliyi, silindrik üzlərin biroxluluğu və yaxud oxlarının paralelliyi və ya perpendikulyarlığı ilə müstəvilərin paralelliyi və ya perpendikulyarlığı ilə baş üzlərin xarici və ya daxili (silindr və ya konus) üzün oxuna perpendikulyarlığı ilə müəyyən edilir.
Avadanlıqlarda ən çox əhəmiyyətli olan mexaniki yeyilmədir. Bu yeyilmə bir çox hallarda digər yeyilmələrlə mürəkkəbləşir.