Avropada intibah dövrünün fəlsəfəsi Yeni dövr fəlsəfəsinin mahiyyəti və onun nümayəndələri XVII əsr İngilis fəlsəfəsi



Yüklə 267 Kb.
səhifə1/5
tarix02.09.2022
ölçüsü267 Kb.
#63389
növüMühazirə
  1   2   3   4   5
fəlsəfə Mühazirə 4


Mühazirə 4.
YENİ DÖVR AVROPA FƏLSƏFƏSİ.
XV-XVIII ƏSRLƏR AZƏRBAYCAN FƏLSƏFƏSİ.


PLAN

  1. Avropada intibah dövrünün fəlsəfəsi

  2. Yeni dövr fəlsəfəsinin mahiyyəti və onun nümayəndələri

  3. XVII əsr İngilis fəlsəfəsi

  4. XVII əsr Avropa fəlsəfəsində rasionalizm və sensualizm dünyagörüşü

  5. XVII əsr Fransız maarifçiliyi fəlsəfəsi



1. Avropada intibah dövrünün fəlsəfəsi
Bəşəriyyətin fəlsəfi fikrinin inkişafı tarixində İntibah Dövrünün fəlsəfəsi mühüm yer tutur. Bu fəlsəfə feodal ideologiyasına, kilsəyə və sxolastikaya qarşı mübarizədə meydana gəlmişdir. Onun bərqərar olması hər şeydən əvvəl, feodalizm cəmiyyətinin içərisində, kapitalist istehsal münasibətlərinin meydana gəlməsi ilə əlaqədar idi.
İntibah fəlsəfəsinin, humanizm ideyalarının meydana gəlməsini tə"min edən əsas amillərdən biri də təbiətşünaslığın, təbiət elmlərinin inkişafı idi. Mə"lum olduğu kimi, XV-XVI əsrlərdə təbiətşünaslığın əsl mə"nada elmə çevrilməsi prosesi başlandı. Bu dövrdə astronomiya, mexanika, riyaziyyat, bir qədər sonra isə fizika, kimya, biologiya kimi təbiət elmləri inkişaf etməyə başladı. Belə bir şəraitdə eksperimental təbiətşünaslığın meydana gəlməsi, xüsusilə böyük əhəmiyyət kəsb edirdi.
İntibah heç də Qərbi Avropa ölkələrinin hamısında birdən başlanmamışdır. O, birinci növbədə, inkişaf etmiş ölkələrdə meydana gəldi. Onun ilk beşiyi İtaliya olmuşdur.
Məlum olduğu kimi, feodalizm dövründə din hökmran ideologiya idi. İntibah Dövründə isə kilsənin, ruhanilərin diktaturası artıq sarsıdılmışdı. Ona görə də intibah sözünü sadəcə olaraq Antik mədəniyyətin dirçəlməsi, elmin və fəlsəfənin tərəqqisi kimi başa düşmək düzgün olmaz. İntibah anlayışını eyni zamanda feodalizmə, kilsəyə, zadəganlığa, bütün feodal qaydalarına qarşı çevrilmiş bir proses kimi başa düşmək lazımdır. Dinin və kilsənin diktaturasının sındırılması İntibah dövründə elmin və mədəniyyətin çiçəklənməsinin mühüm şərti kimi çıxış edirdi.
İntibah dövrün antik mədəniyyətin, antik həyat tərzinin, antik təfəkkür tərzinin dirçəldilməsindən ibarət olması fikri "İntibah", "Dirçəliş" anlayışları ilə əlaqadar şərh edilməsinə baxmayaraq işin əslində o, antik fəlsəfə və mədəniyyətdən əsaslı surətdə fərqlənirdi. İntibahı xristianlığa qarşı qoymaq da düzgün deyildir. Çüngi tarixi inkişaf baxımından o, orta əsr mədəniyyətinin yekunu idi və onda həmin dövrün müsbət əlamətləri öz əksini tapmışdı. İntibah dovrünün dünyagörüşünün fərqləndirnci əlaməti onun antik dövrə ideal kimi yanaşmaq əsasında incəsənətə istiqamətliliyindən ibarət idi. Ona görə də orta əsrlər dövrünü dini dövr, intibah dövrünü isə əsasən bədii-estetik dövr adlandırırlar. Əgər antik dövr təbii kosmosa, orta əsrlər dövrü Allah vasitəsilə xilas olmağa əsaslanırdısa, İntibah dövrü insan vasitəsilə xilas olmağı ön plana keçirirdi. Ona görə də bu dövrün fəlsəfi təfəkkürü antroposentrizm və humanizm fokusunda cəmləşmişdi.
İntibah dövrünün fəlsəfəsinin əsas və xarakterik əlamətləri, hər şeydən əvvəl, onun müqəddəs "kitablar müdrikliyi"ndən və sxolastik əllaməçilikdən fərqli olaraq təbiətin özünü öyrənmək və şərh etməkdən, ikincisi, antik dövrün materialist filosoflarının, xüsusilə Demokrit və Epikurun əsərlərini öyrənməkdən, üçuncusu, təbiətşünaslıqla sıx əlaqədəri, dörduncüsü, insan problemini tədqiq etməkdən ibarət idi.
İntibah Dövrünün ideologiyası, fəlsəfəsi və bütövlükdə mədəniyyəti üçün həlledici meyllərdən biri teosentrik baxışdan antroposentrik dünyagörüşünə keçməkdən ibarət idi. Bu o deməkdir ki, feodalizmə və onun ideologiyasına qarşı mübarizədə insan haqqında tə"lim ön plana çəkildi. İnsan zəkasının e'cazkar qüdrətinə, əqlin gücünə inam artdı; zəhmət adamının xoşbəxtliyinin tə"min olunması ilə əlaqədər olan məsələlərə xüsusi diqqət yetirilməyə başlandı.
Intibah Dövründə Antik Dövrün mədəni-fəlsəfi irsinə xüsusi əhəmiyyət verilir, onlardan geniş istifadə edilir, onlar daha da inkişaf etdirilirdi. Bununla birlikdə o dövrün fəlsəfi irsinə həm də tənqidi münasibət bəslənilir, dəyişməz hesab edilən həqiqətlərdən imtina olunur, bir sıra doqmatik fikirlər, ehkamlar rədd edilirdi.
İntibah Dövrü bəşəriyyətin fəlsəfi fikrinin inkişafı tarixində irəliyə doğru atılan ciddi bir addım kimi qiymətləndirilməlidir. Əlbəttə, İntibah Dövrünü çox da ideallaşdırmaq olmaz. Bu dövrün özünün də bir sıra ziddiyyətləri və çatışmayan cəhətləri olmuşdur. Bu zamankı humanizm, birinci növbədə, yüksək təbəqələrin nümayəndələrinin təhsil almaq imkanını nəzərdə tuturdu. İntibah Dövrü filosoflarının xidmətini də şişirtmək olmaz. Belə ki, onlar birinci gündən o zaman mütərəqqi fəlsəfi tə"lim olan averroizmin əleyhinə çıxış edirdilər. Averroizrm Orta Əsr Qərbi Avropa fəlsəfəsində mühüm bir cərəyan idi. Onun yaradıcısı ərəb filosofu İbn Röşd olmuşdur. O, aləmin əbədiliyini, yaradılmadığını və hər şeyin səbəbiyyət əlaqələri ilə bağlı olduğunu müdafiə edirdi. İbn Röşd ruha bədənin forması kimi baxırdı, onun ölməzliyi fikrinin əleyhinə çıxırdı.
Bu tə"lim insanı fəal həyata çağırır, onun özünə olan inamını artırmağa çalışırdı. İntibah humanizmi insana tərəqqi etməyə qadir olan azad və hərtərəfli inkişaf etmiş bir varlıq kimi baxırdı. Bu humanizm bütün İntibah Dövrü mədəniyyətinin əsas məğzini təşkil edirdi. İtaliyada humanizm Dante Aligerinin, Françesko Petrarkanın və s. mütəfəkkirlərin adı ilə bağlı idi.
XV və XVI əsrlərdə İntibah Dövrünün humanist təfəkkürü İtaliya çərçivəsindən kənara çıxaraq, İngiltərə və Niderlandiyada, Almaniya və İsveçrədə, Polşa və Macarıstanda da geniş yayılmışdı. İtaliya ilə yuxarıda adları çəkilən ölkələrin intibahı arasında bir sıra ümumi cəhətlərin olmasına baxmayaraq, onlar bir-birindən fərqlənirdilər. İtaliyanın intibahı daha əsaslı qurulmuşdu, onun predmeti təbiət fəlsəfəsi, çıxış nöqtəsi isə humanistlər tərəfindən bərpa edilmiş platonizm idi.
Alpyanı Avropa dövlətlərinin intibahında isə məntiq, dövlət fəlsəfəsi böyük rol oynayırdı.
Ən ümumi cəhət ondan ibarət idi ki, hər iki humanizmin nümayəndələri katolisizmin hökmran ideologiyası və fəlsəfəsi ilə toqquşurdu. Bə"zi hallarda onlar reformatorçuluq hərəkatı və ideologiyası ilə mübahisələr edirdilər. Bir sıra məsələlərdə onların arasında ixtilaflar da yaranmışdı.
XVI əsrin ortalarında İtaliyada platonçu humanizm məktəbi öz ömrünü başa vurdu və həyatın meydanına fəlsəfənin yeni bir sahəsi - təbiət fəlsəfəsi daxil oldu. O, İntibah Dövrü fəlsəfəsinin tipik ifadəsi idi. Onun ən görkəmli nümayəndəsi Cordano Bruno idi. Bu fəlsəfə humanizm fəlsəfəsi və mədəniyyətinin bütün keçmiş inkişafı nəticəsində hazırlanmışdı.
İntibah Dövrünün təbiət fəlsəfəsi Antik Dövrün fəlsəfi irsinə əsaslanırdı. Təbiət fəlsəfəsi nümayəndələrinin əksəriyyəti sxolastikaya, sxolastik aristotelçiliyə qarşı çıxırdılar.
İntibah Dövründə təbiət fəlsəfəsi ilə yanaşı, yeni təbiətşünaslıq da inkişaf edirdi. Bu sahədə baş verən kəşflər Yeni Dövr fəlsəfəsinin mühüm mənbələrindən birinə çevrilmişdi. Bu dövrün alimləri təcrübəni, təbiətin tədqiqini, eksperimental tədqiqat metodunu ön plana çəkirdilər. Burada riyaziyyat görkəmli yer tutur, elmlərin riyaziləşdirilməsi prinsipi, elmin və fəlsəfi təfəkkürün inkişafının mütərəqqi meyllərinə uyğun gəlirdi. Elmdəki yeni meyllər öz əksini Leonardo da Vinçinin, Nikolay Kopernikin, İohann Keplerin, Qalileo Qalileyin yaradıcılığında tapınışdı.
İntibah dövründə panteist fəlsəfənin sistemli şərhini N. Kuzanski vermişdir. O, təbiəti Adlahla eyniləşdirərək ona ilihi atributları, ilk növbədə isə məkanda sonsuzluğu aid etmişdir. N. Kuzanski Kainatın sonluluğu haqqında teoloji prinspə qarşı çıxış edərək göstərir ki, Allah "mütləq maksimum" olsa da, dünya, məkan və zaman e'tabarı ilə sonlu, Yer dünyanın mərkəzi, hərəkətsiz ulduz sahələri isə onun hüdudları deyildir.
Neoplatonizm ən'ənələrinə uyğun olaraq o, təkcə məsələsini əksliklər kimi, yə'ni təkçə kimi yox, həm də qeyri-tökcə kimi nəzərdən keçirir. Kuzanski xristian monizmini qəbul edərək, ham də antik dualizmin əksinə qeyd edir ki, "vahid olana heç şey əks deyildir", deməli "vahid hər şeydir". Əlbəttə, bu formula xəlq edilənlə (hər şey) xəlq edən (təkcə)dən ibarət olan xristian teizmi üçün məqbul sayıla bilməz. Vahidin əksliyinin olmamasından N. Kuzaiski vahidin sonsuz, hüdudsuz olması nəticəsini çıxarır. Sonsuz isə o deməkdir ki, ondan qeyri heç bir şey mövçud ola bilməz, o, "maksimum"dur, təkçə isə "minimum"dur. Beləliklə, o, əksliklərin, yə'ni maksimum və minimumun uyğunluğu prinsipini kəşf etmiş olur. O, riyaziyata müraçiət edərək göstərir ki, dairənin radiusunun sonsuz artırılması zamanı səth sonsuz düz xattə çevrilir. Bu cür maksimal dairənin diametri səthlə eyni olur, həm də səthlə yalnız diametr deyil, həm də mərkəz eyni olur, beləliklə də nöqtə (minimum) və sonsuz düz xəxt (maksimum) eyni şey kimi çıxış edir. Üçbucaqlı da bu cürdür. Əgər onun tərəflərindən biri sonsuzdursa, qalan iki tərəfi də sonsuz parametrlərinə cavab verir. Beləliklə sonsuz xəttin həm dairə, həm də şar olması subuta yetirilmiş olur.
N. Kuzaiskinin fəlsəfəsinin metodoloji prinsipi əksliklərin eyniyyətindən ibarətdir. Buna görə də onu yeni Avropa fəlsəfəsində dialektikanın yaradıcısı adlandırırlar. Onun idrak nəzəriyyəsinə dair dərin ideyaları vardır. N. Kuzanski insanın yaradıcılıq imkanlarını, xüsusilə idrak sahəsində onun hududsuzluğunu göstərmişdir. O, idrak nəzəriyyəsində də panteizm mövqeyindan çıxış edərək göstərir ki, Allah əvvəlçədən hər şeyi işıqlandırır, insan isə istənilən əkslikləri aradan qaldıraraq sonsuz düşünmək qabiliyyətinə malikdir.
İntibah Dövründə bir sıra sosial tə"limlər də meydana gəlmişdir. Bu, feodal dünyasının iqtisadi, siyasi və mədəni həyatında baş vermiş əhəmiyyətli dəyişikliklərlə əlaqədar idi.
XVI əsrdə meydana gəlmiş utopik tə"limlər, birinci növbədə, ingilis humanisti Tomas Morun (1479-1555) və italyan monaxı-rahibi Tommazo Kampanellanın (1568-1639) adı ilə bağlı idi.
Tomas Mor "Utopiya adası..." adlı əsərində İngiltərədəki ictimai quruluşun tənqidini vermiş və yeni həyatın cizgilərini təsvir etmişdir. Tomas Mor həyatda mövcud olan ədalətsizliklərin səbəbini xüsusi mülkiyyətdə görürdü. O belə hesab edirdi ki, ideal cəmiyyət qurmaq üçün ictimai mülkiyyətə, yüksək səviyyədə təşkil edilmiş istehsala, dövlətin ağıllı idarə edilməsinə nail olmaq lazımdır. Yeni cəmiyyət insanların xoşbəxt və bərabər yaşamalarının təminatçısı olmalıdır. Hər bir adam işləməli, sözün əsl mə"nasında insani hüquqlara malik olmalıdır. Utopik sosializmin banilərindən biri kimi tanınmış Tomas Mor XV əsrin axırında sosializm haqqında mühüm tədqiqatların müəlliflərindən biridir. Əlbəttə, o öz tə"limini utopiya hesab etmir və belə düşünürdü ki, yüksək səviyyəli hökmdarın köməkliyi ilə belə ideal cəmiyyət yaratmaq olar. Lakin onun tə"liminin utopiya olduğu şübhə doğurmur.
Utopik sosializmin digər nümayəndəsi Tommazo Kampanella italyan təbiət fəlsəfəsinin banilərindən biri idi. Lakin onun sosial tə"limi ictimai fikir tarixində daha böyük rol oynamışdır. Kampanellanın sosial ideyaları öz əksini "Günəş şəhəri", "Xristian monarxiyası haqqında", "Kilsə hakimiyyəti haqqında", "İspaniya monarxiyası haqqında" adlı əsərlərində tapmışdır. Kampanella, kilsə və aristokrat hakimiyyətinin birliyini lazım bilir, protestant reformasiyasını rədd edir, papanın bütün xristianlar üzərində hakimiyyətini tələb edən ideyalara tərəfdar çıxırdı. Kampanella cəmiyyətdə böyük ictimai dəyişikliklər edilməsinin zəruriliyindən danışır, yer üzərində Allahın hökmranlığını qəbul etməyi, xüsusi mülkiyyətin və istismarın ləğv edilməsini lazım bilirdi. Tomas Mordan fərqli olaraq, o, bütün bu işlərin kütləvi üsyanlar vasitəsilə həyata keçiriləcəyinə inanırdı.
Kampanella ispanlar tərəfindən qarət edilmiş Kalabridə həyata keçirilən sui-qəsdin başında durduğu üçün cinayət məs"uliyyətinə cəlb edilmiş və ömürlük həsb cəzasına məhkum olunmuşdur. Həyatının 25 ilini həbsxanada keçirmiş, əsərlərinin çoxunu da orada yazmışdır.
Kampanellanın əsərlərindəki fikirlərin ziddiyyətli olmasına baxmayaraq, onlar bütövlükdə mütərəqqi xarakter daşıyırdı. O, əksər yazılarında cəmiyyətin inkişafında elmin böyük rolundan, müharibələrin, xüsusi mülkiyyətin aradan qaldırılmasının zəruriliyindən, ölkənin ədalətli və ağıllı idarə olunmasından danışırdı.
Tomas Mor və Kampanellanın ideyaları Avropa rasional təfəkkürünə, xüsusilə də maarifçilik fəlsəfəsinə müsbət tə"sir göstərmişdir.
Fəlsəfi fikrin inkişafı tarixinə İntibah Dövrü fəlsəfəsinin böyük tə"siri olmuşdur. İntibah humanizmi özünün sxolastikaya, asketizmə qarşı apardığı mübarizə ilə, o zamankı cəmiyyətin inkişafında mütərəqqi rol oynamışdır. İntibah Dövrünün fəlsəfəsi elmlə əlaqəni möhkəmləndirir, qədim Antik fəlsəfəni sxolastik deformasiyalardan təmizləyir, onun müsbət cəhətlərindən bacarıqla istifadə edərək dünya fəlsəfi fikrini daha da zənginləşdirirdi. İntibah Dövrü fəlsəfəsinin əsas cəhəti onun dünyəvi xarakterə malik olmasında idi. Əgər Orta Əsrlər fəlsəfəsinin predmeti ilahiyyat idisə, İntibah Dövründə birinci yerdə təbiət dururdu. Bu, son nəticədə yeni materialist və mütərəqqi fikirlərin meydana gəlməsi üçün geniş imkanlar yaratdı. İntibah Dövrünün fəlsəfəsi Yeni Dövrün fəlsəfi ən"ənələrinə keçid üçün zəmin yaratdı.

Yüklə 267 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin