Xəzər dənizi



Yüklə 52,81 Kb.
səhifə1/10
tarix02.01.2022
ölçüsü52,81 Kb.
#40016
  1   2   3   4   5   6   7   8   9   10
Xəzərin fiziki coğrafiyası museyibov 1998


Xəzər dənizi

Xəzər dənizi planetimizin ən böyük qapalı (materikdaxili) su hovuzudur. Okean və dənizlərlə əlaqəsi olmadağına görə Xəzərin dəniz adlandırılması şərtidir. Lakin yaxın geoloji keçmişdə Xəzər dənizi Ön Qafqazdakı Kuma-Manıççökəkliyi vasitəsilə Azov, Qara dəniz və Aralıq dənizi ilə əlaqədar olmaqla, Atlantik okeanı hövzəsinə aid idi. Xəzər dənizi qədim geoloji eralarda (xüsusən mezozoyda və paleogendə) Hondvana ilə Lavrasiya materikləri arasında yerləşmiş Tetis okeanının qalıqlarından biridir (yəni relikt su hovuzudur). Xəzər əslində göl olmasına baxmayaraq, əsl dənizlər üçün səciyyəvi olan bir çox xüsusiyyətlərə malikdir.

Xəzər dənizi1 səviyyəsinin daim tərəddüd etməsi ilə əlaqədar olaraq onun coğrafi koordinatları, sahəsi və başqa morfometrik göstəriciləri (sahil xəttinin uzunluğu, morfologiyası, dənizin uzunluğu, eni, dərinliyi, suyun həcmi və i. a.) vaxtaşırı dəyişir.

Xəzər dənizi 36°33', ilə 47°07' şimal enlikləri və 46°43' ilə 54°50' şərq


uzunluqlar arasında yerləşir.² Meridian üzrə şimaldan cənuba dənizin uzunluğu
1120 km-ə, simmetriya oxu üzrə 1280 km-ə çatır. Onun eni ən geniş yerdə 435
km, ən ensiz yerdə isə (Abşeron yarımadası ilə şərq sahildə Qulu burnu arasında) 196 km-dir. Dənizin orta dərinliyi 208 m, maksimal dərinliyi isə 1025 m-dir. Xəzər dənizinin sahəsi 420 min km²-ə çatır. Dənizin səviyyəsi okean
səviyyəsindən -28,5 m-ə qədər aşağı olduğu zaman (70-ci illərin axırında)
sahəsi kiçilərək 371 min km²-ə enmişdir.

Səviyyə -26 m-ə qədər qalxdıqda onun sahəsi 420 min km²-ə çatacaq.³


Xəzər dənizinin sahil xəttinin uzunluğu 7 min km-ə yaxındır. Bundan 800 km-
qədəri Azərbaycan Respublikasının payına düşür. (20-ci şəkil)

Xəzər dənizi dünyada ən unikal su obyektlərindən sayılır. Onun bir su


obyekti kimi unikallığı dünyada okean və dənizlərlə əlaqəsi olmayan ən böyük
göl-dəniz olması ilə bitmir. Bu göl-dənizin özünəməxsusluğu bir təbii-ərazi
kompleksi kimi onun bütün əlamət və komponentlərində özünü göstərir. Bu
əlamətlərə daim təkrarlanan səviyyə tərəddüdü, təlatümlüyü (Xəzərdə
dalğaların hündürlüyü okean dalğalarından geri qalmır), dünyanın ən məhsuldar
su hövzələrindən biri olması (təəssüflə qeyd edilməlidir ki, dənizin ekoloji
şəraitinin kəskin pisləşməsi bu göstəricini son iki-üç onillikdə çox aşağı
salmışdır), Xəzər suları altında və ətrafında yerin təkinin zəngin neft və qaz
ehtiyatlarına malik olması, yük dövriyyəsində dünya dənizləri sırasında görkəmli yer tutması və bir sıra başqa əlamətləri daxildir.

Xəzərətrafı ərazilər tarixin qaranlıq səhifələrindən türk xalqlarının beşiyi


olmuş və bu xalqlar onun bütün şıltaqlıqlarına, zənginliklərinə çox qədimlərdən bələddirlər. Dünyada dənizçiliyin ilk beşiyi hesab edilən qədim Qobustan sakinləri eramızdan çox minillər əvvəl Xəzərin hədsiz balıq sərvətlərindən
istifadə etmişlər. Göstərilənlərlə yanaşı Xəzər dənizinin çox əlverişli coğrafi
mövqeyi onun hərtərəfli öyrənilməsinə qədimlərdən böyük maraq oyatmışdır.
Son 3 əsrə yaxın bir dövrdə (xüsusilə XX yüzilliyin ortalarında) təşkil edilmiş
onlar və yüzlərlə ekspedisiyalar Xəzər dənizinin hidrometeoroloji və hidroqrafik
xüsusiyyətlərini, geomorfoloji və geoloji quruluşunu, faydalı qazıntılarını, onun
Azərbaycanın təbii şəraitinə təsirini, olduqca zəngin faunasını, florasını
öyrənməklə məşğul olmuşlar.4

Relyefi
Geomorfoloji quruluşuna görə Xəzər dənizi üç hissəyə bölünür: Şimali
Xəzər, Orta və Cənubi Xəzər. Şimali Xəzər Orta Xəzərdən dəniz dibi relyefində
meyilliyin və dərinliyin xeyli artdığı yamacla, Orta Xəzər isə Cənubi Xəzərdən
Abşeron sualtı qalxması (astanası) ilə ayrılır. Manqistau astanası Şimali Xəzər
dayazlığı relyefində hersin strukturları istiqamətində uzanan çox zəif amplitudlu
kələ-kötürlüklər yaratmışdır. Abşeron astanası əslində Böyük Qafqaz silsiləsinin
cənub-şərq davamında yerləşməklə, səthi hamar sualtı silsilə əmələ gətirir. Bu
silsilənin ox zonası Orta Xəzər çökəkliyindən 500-600, Cənubi Xəzər
çökəkliyindən isə 700-800 m hündürdür. Abşeron astanasının eyni adlı
yarımadaya yanaşan qərb hissəsi relyefini əhəngdaşı və qumdaşı laylarından
ibarət tirələr, saylar və adalar xeyli kələ-kötür hala salmışdır.

Xəzər dənizinin sualtı relyefində əsas üç böyük sahə ayrılır: şelf düzənlikləri,


materik yamacı və "dərin" çökəklər
(yaxud Orta və Cənubi Xəzərin yatağı).
Dünya okeanından fərqli olaraq, Xəzər dənizində şelfin dərinliyi 100 m-ə
qədər, materik yamacının dərinliyi 600-700 m-ə qədər, dəniz yatağı düzənlikləri
isə Orta Xəzər çökəkliyində 600-800 m, Cənubi Xəzər çökəkliyində 700-1000 m dərinlikləri əhatə edir.

Şelf düzənlikləri tamamilə Şimali Xəzəri əhatə edir. Burada 100 metrlik izobat Volqa çayı deltasının kənarından 350 km cənubda yerləşir. Başqa sözlə, burada hətta dərinliyi 50 m-dən az olan dayazlığın eni 300 km-ə çatır.
Dənizin Tüb Karaqan burnu ilə Həştərxan şəhərini birləşdirən xəyali xətdən şimal-şərqdə yerləşən və eni 200-250 km-i ötən şimal-qərb hissəsinin dərinliyi isə 25 m-dən azdır. Qərb sahilboyu cənuba tərəf şelf zonası xeyli ensizləşir və onun ən dar hissəsi(15-20km) Dərbənd və Xaçmaz şəhərləri arasında yerləşir.Cənubda Abşeron yarımadası və Abşeron astanası istiqamətində şelf düzənlikləri tədricən genişlənir.Yarımadadan şimal-şərqdə və cənubda şelf düzənliklərinin eni 50-60km -ə çatir.Iran sahillərinə qədər şelf düzənlikləri yenidən daralır və onun ən ensiz yeri Pəhləvi-Babolakvatoriyasında yerleşir.(5-10km-ə qədər).

Şərq sahildə, xüsusilə Türkmənistan akvatoriyasında şelf düzənliyi 200 km -ə qədər genişlənir və buradan Manqistau istiqamətində onun yenidən daralması baş verir (50-100 km-ə qədər).

Şelf düzənliklərinin səth meyilliyi azdır. Şimali Xəzərdə və Türkmənistan akvatoriyasında isə bu göstərici daha azdır (10-30sm/km).Bununla yanaşı şelf düzənliklərində ,xüsusilə şimali Xəzərdə dib axınları və dalğalanma fəaliyyəti ilə bağlı yaranan səthin xirda kələ-kötürlü-saylar,çökəklər,tirələr,bəxi sahələrdə isə tək tək ,yaxud qrup halında adaların mövcudluğu diqqəti cəlb edir. Xəzər dənizi səviyyəsi indikindən xeyli aşağı olduqda Volqa ,Ural,Emba şelf düzənliyindən cənubda dənizə tökülürdü. Şelfin relyefində həmin şayların sualti yataqları saxlanmışdır.

Adaları. Şimali Xəzərdə Volqa çayının deltasının kənar zonasında bir çox kiçik akkumulyativ adalar və çaylar,həmçinin dib axınlarınınəmələ gətirdiyi çay yataqlarını xatırladan çökəklər var. Burada nisbətən böyük adalst Manqistau körfəzi aözında yerləşən Kulalı , qərb sahildə Çeçən adasıdır.

Xəzər dənizində adaların daha çox cəmləşdiyi sahələr Abşeron və Bakı arxıpelaqlarııdr.Burada adaların bir qismi tektonik strukturlara (onların müəyyən elementlərinə),yaxud palçıq vulkanlarına (Səngəçöl,Duvannı və s.)uyğun gəlir.Az hallarda isə dayazlıqda akkumulyativ mənşəli adalara rastgəlmək mümkündür.Türkmənisatan sahilində belə adalar və saylar mövcuddur. Burada ən böyük ada Oqurçi adasıdır.

Orta və Cənubi Xəzərdə şərti olaraq materik yamacına aid edilən səthi çox maili relyef forması Dərbənd və Cənubi Xəzər çökəklikləri yatağını (dibini)hər tərəfdən əhatə edir. Materik yamacının morfologiyasi hər yerdə eyni deyil.Dərbənd çökəkliyi şimaldan və şərqdən əhatələyən materik yamacı daha geniş olmaqla , səthi nisbətən zəif parçalanmışdır. Burada diqqəti daha çox cəlb eliyən Qazaxıstan sahilində Qum burnundan cənub -qərbə uzanan struktur qalxmadır.Dərbənd çökəkliyinin qərbində materik yamacı çox ensiz olmaqla (0-25km),tirə və çökəklərlə mürəkkəbləşmişdi.

Cənbi Xəzərdə materik yamacı relyefin xeyli mürəkkəbliyi ilə seçilir.Burada materik yamacəmın cənub və şərq hissəsi ilə qərb -şimal-qərb hissəsi arasında ciddi fərq var. Cənub və şərq materik yamacı çox ensiz (8-15 km, az hallarda 20 25 km ) və dik olmaqla ,əsasən düz xətt boyu uzanır. Cənubi Xəzər çökəkliyinin şimal - qərb yamacında onun uzanma istiqamətində perpendikulyar, yaxud diaqonal uzanan və dəniz dibi yatağına tərəf gömülən antiklinal tirələr və sinklinal çökəklər relyefin əsas formalarıdır.

Dərbənd çökəkliyi yatağı (dibi) relyefinin sadəliyi ilə,Cənubi Xəzər çökəkliyi isə daha çox kələ göütürlüyü ilə seçilir. Cənubi Xəzər çökəkliyi yatağının qərb hissəsində şimal-qərb cənub - şərq , az hallarda isə meridian istiqamətli tirələr, şərq və xüsusilə şimal - şərq hissəsində isə şimal-şərq cənub - qərb tirələr mövcuddur.


Yüklə 52,81 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin