Xəzər dənizi


Hidrometeoroloji xüsusiyyətləri, dənizin su balansı



Yüklə 52,81 Kb.
səhifə4/10
tarix02.01.2022
ölçüsü52,81 Kb.
#40016
1   2   3   4   5   6   7   8   9   10
Xəzərin fiziki coğrafiyası museyibov 1998

Hidrometeoroloji xüsusiyyətləri, dənizin su balansı

Xəzər dənizinin su balansının əsas komponentləri onun gəlir və çıxar hissələridir. Dənizin əsas gəlir hissəsini çay axımı və yağıntılar, çıxar hissəsini isə dənizin səthindən buxarlanma və Qaraboğaz qol körfəzinə axan sular təşkil edir. Dəniz səthindən buxarlanmanı kompensasiya edən onun əsas gəlir hissəsi çay axımıdır. Müəyyən edilmişdir ki, 1880-ci ildən 1980-ci ilə qədər keçən yüzillik dövrdə Xəzər dənizinə tökülən çaylarda illik axımın həcmi 290 km3 olmuşdur. Göstərilən həcmin 80% tək Volqa çayının payına düşür ki, bu ildə 240km3 - ə bərabərdir. Şimali Xəzərə tökülən Ural və Terek çayları onun su balansının gəlir hissəsinin 8%, qərbdən dənizə tökülən Sulak, Samur, Kür 7.5%, İran çayları isə 5% verir.

Yeraltı suların hesabına Xəzər dənizinə ildə 2 km3, dəniz səthinə düşən yağıntılar hesabına isə 75 km3 su daxil olur (dənizin səthində illik yağıntıların orta illik miqdarı 185-192 mm-dir).

Xəzər dənizinin gəlir hissəsinin əsas hissəsini təşkil edən bütün mənbələrdən daxil olan suların həcmi illər və dövrlər üzrə tərəddüd edir: artır, yaxud azalır. Volqa çayının yaz gursulu dövründə 1881-i ildən 1995-ci ilə qədər ildə dənizə 150 km3 su daxil olduğu halda, 1971-1977-ci illərdə bu təxminən iki dəfə azalmış və ildə cəmi 83 km3 olmuşdur.

Xəzər dənizinin su balansının çıxar hissəsini əsasən dəniz səthindən buxarlanma və Qaraboğaz körfəzinə axar təşkil edir. Su səthindən buxarlanma hesabına dəniz ildə 384 km3, Qaraboğaz Qol körfəzinə axım hesabına isə dənizin səviyyə vəziyyətindən asılı olaraq 19.5 km3-dən (keçən əsrin ortalarından 1937-ci ilə qədər) 10km3 -ə qədər (1936-1965-ci illərdə) su itirir. Dənizə ildə müxtəlif mənbələrdən 390 km3 su daxil olur1.

Xəzər dənizi hövzəsində baş verən iqlim tərəddüdləri ilə əlaqədar olaraq, onun su balansının bütün elementlərində ildən-ilə və dövrü dəyişikliklər baş verir. Bu dəyişikliklər dəniz səviyyəsinin kiçik, hiss edilən və böyük tərəddüdlərinə səbəb olur. Səviyyənin on metrlərlə ölçülən tərəddüdlərinə şübhəsiz tektonik amilin də təsiri böyükdür. Lakin illik (bu millimetrlərlə ölçülür) və qısa dövrü (bu metrlərlə ölçülür) tərəddüdləri dəniz hövzəsində yağıntıların və buxarlanmanın münasibətindən asılıdır. Belə hesab edilir ki, dəniz səviyyəsinin dəyişməsinə az da olsa burada çöküntü toplanması təsir göstərir. Müəyyən edilmişdir ki, 1930-1965-ci illər ərzində dənizin dibində 14 mm-ə qədər qalınlıqda çöküntü toplanmışdır.




Yüklə 52,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin