Xəzər dənizi



Yüklə 52,81 Kb.
səhifə7/10
tarix02.01.2022
ölçüsü52,81 Kb.
#40016
1   2   3   4   5   6   7   8   9   10
Xəzərin fiziki coğrafiyası museyibov 1998

Dəniz suyunun duzluluğu. Okeanlarla əlaqəli dənizlərdən fərqli olaraq, Xəzər dənizi sularının şorluğu xeyli azdır. Xəzər sularının duzluluğu 1000 ilə 13,5000 (14) arasında dəyişir. Şimali Xəzərdə dəniz sularının duzluluğu şimaldan cənuba, Orta və Cənubi Xəzərdə isə qərbdən şərqə artır. Qərb sahil zonada duzluluq 10%-dən az olduğu halda, şərq sahilə yaxın 13%o-den (Cənubi Türkmənistan sahilində 13,5%) artıqdır (26-cı şəkil). Maraqlıdır ki, Xəzər dənizi sularının duzluluğu da onun səviyyəsi kimi müxtəlif dövrlü tərəddüdlərə məruz qalır. Müşahidələr göstərir ki, dənizin Şimal hissəsinin duzluluğu 30-cu illərin ortasından indiyə qədər ciddi dəyişərək 6,5%o-den 10-12%o-ə qədər artmışdır. Volqa çayı az sulu olduğu illərdə şorluğu 2-8%o arasında dəyişən duzlu sular Şimali Xəzərin sahil zolağına maksimal yaxınlaşır (1977-ci il). Bunun əksinə olaraq Volqanın güclü gursulu illərində(1979, 1982-ci illərvə s.) 2-8%o duzluluq zonası şimal sahildən xeyli uzaqlaşır (80-100 km-ə qədər). Şimali Xəzərin çox dayaz şərq hissəsində isə duzluluq 4-8%o-dən artıqdır. Burada yalnız Ural və Emba çayları güclü gursulu illərdə dəniz suyu duzluluğunu bir qədər aşağı salır (27-ci şəkil).

Xəzərin Azərbaycan akvatoriyasında sahil sularının duzluluğuna Samur və Kür çayları ciddi təsir göstərir. Bu çaylar yaz (Samur yaz-yay) gursululu dövründə sahil sularının şorluq dərəcəsini 8-10%o-ə qədər azaldır.



Son 15-16 ildə dənizin səviyyəsinin 2 metrədək qalxması (bu dənizə tökülən sirin suların hesabına baş verir) ilə əlaqədar șübhəsiz onun duzluluğu da müəyyən dərəcə azalmışdır. Şimali Xəzərin duzluluq rejimində isə ciddi dəyişiklik baş vermiş, zəif șor suların sahəsi xeyli genişlənmişdir.


Yüklə 52,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin