Xəzər dənizi


Xəzərin çirklənməsi və ekoloji problemləri



Yüklə 52,81 Kb.
səhifə10/10
tarix02.01.2022
ölçüsü52,81 Kb.
#40016
1   2   3   4   5   6   7   8   9   10
Xəzərin fiziki coğrafiyası museyibov 1998

Xəzərin çirklənməsi və ekoloji problemləri

Xəzər dənizi problemləri içərisində səviyyə tərəddüdü ilə yanaşı, dəniz sularının çirklənməsi və bununla əlaqədar ekoloji şəraitin korlanması son dövrün ən mühüm problemidir.

Xəzər dənizinin əsas çirklənmə mənbələri onun hövzəsində, sahillərində və akvatoriyalarında yerləşən şəhərlərin və sənaye obyektlərinin çirkab suları, dəniz nəqliyyatından və neft mədənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir.

Xəzər dənizinə ən çox çirkləndirici maddələr Volqa çayı ilə gətirilir. Bu böyük çay üzərində yaradılmış çoxsaylı iri həcmli sututarlar onun hövzəsində yerləşən onlarla iri və orta həcmli sututarlar onun hövzəsində yerləşən onlarla iri və orta həcmli şəhərlərdən və hədsiz sayda sənaye müəssisələrindən daxil olan çirkləndirici maddələrin xeyli hissəsini saxlayır. Lakin, buna baxmayaraq dənizə kənardan daxil olan ən çox çirkləndiricilər Volqa sularlı ilə gətirilir. Xəzər sularının çirkənməsində Kür və Ural çayları da az rol oynamır. Tblisi, Rustavi şəhərlərinin və sənaye müəssisələrinin çirkab suları, həmçinin kənd təsərrüfatında işlədilən müxtəlif toksik və zəhərli maddələr Kür çayı vasitəsilə Xəzərə daxil olur.

Xəzər dənizi sahillərində yerləşən şəhərlərdən Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt, Ənzəli şəhərlərindən dənizə axıdılan çirkab suları onun əsas çirkləndiricilərindən hesab edilir. Bununla yanaşı dəniz neft yataqlarının istismarı və neft məhsullarının daşınması, dəniz nəqliyyatı da Xəzər sularını xeyli çirkləndirir. Lakin son bir neçə ildə hər dörd mənbədən ( Xəzərə tökülən çaylar, onun sahilində yerləşən şəhərlər və sənaye müəssisələri, dəniz nəqliyyatı və dəniz yataqlarının istismarı) dənizə daxil olan çirkləndiricilərin miqdarı xeyli azalmışdır. Bunun əsas səbəbi Xəzər hövzəsində yerləşən bütün respublikalarda istehsalın azalmasıdır. Dəniz nəqliyyatından və dəniz neft yataqlarından daxil olan çirkləndiricilər isə ciddi azalmamışdır.

Tək 1990-cı ildə Xəzər dənizinə 4 min tondan artıq neft məhsulları, 32 ton fenol, 603 ton detergent, 33 min tondan artıq müxtəlif asılı məhsullar, 25 tona yaxın ağır metallar, 13min tondan artıq turşular, 4 ton piy daxil olmuşdur. Sonrakı illərdə göstərilən maddələrin dənizə daxil olması həddi azalıb. 1991-1992-ci illərdə dəniz suyunda neft məhsullarının mümkün konsentrasiyası 4-dən 3-ə düşmüşdür. Buna baxmayaraq dəniz suyunda neft məhsullarının miqdarı orta norma həddindən 1-3 dəfədən 10 dəfəyə qədər artıqdır. Bakı buxtasında və Kürağzı rayonunda həmin göstərici normadan 10 dəfə, Sumqayıt akvatoriyasında 6 dəfə çoxdur. Fenolla çirklənmə isə Bakı buxtasında 18 dəfə, Sumqayıt sahili sularında 13 dəfə normanı ötür.

Dənizin açıq (yəni sahildən aralı) hissələrində sular çirklənmiş sular sinfi kategoriyasına, şərq sahil suları isə çirkli sular sinfinə aid edilir. Burada neft məhsulları 2-8 dəfə, fenol 5-9 dəfə normanı ötür.

Dəniz dibi qruntlarından götürülən nümunələrin tərkibində də neft məhsulları, fenollar, bəzi rayonlarda isə civə olması müəyyən edilmişdir. Ən çox çirklənmiş sular Bakı buxtasının dib çöküntüləridir. Dib qruntlarının burada dib orqanizmlərinin və bentosun azalmasına, bəzi yerlərdə isə dib faunasının yox olmasına gətirib çıxarır.

Dəniz sularının çirklənməsi Xəzərin ekoloji şəraitində böyük gərginliyə səbəb olmuş, onun bir sıra sahil bölgələrində isə ekoloji böhran yaratmışdır. Dənizin ekoloji şəraitinə Volqa , Kür hövzələrində bir sıra sututarların yaradılması da mənfi təsir göstərmişdir. Bu sututarlar bir tərəfdən dənizə çaylar vasitəsilə çıxarılan asılı məhsulların miqdarının kəskin azalmasına səbəb olmuş, digər tərəfdən, bir sıra olduqca qiymətli balıq növlərini ənənəvi kürü tökmək yerlərindən məhrum etmişdir.

Ekoloji şəraitə dəniz səviyyəsinin tərəddüdləri də təsir göstərir. Dənizin səviyyəsi aşağı düşdüyü zaman suyun şorluğu artır, balıqların sahil zonalarında qidalanma bölgələrinin məhsuldarlığı və sahəsi azalır. Dənizin səviyyəsi qalxdıqca isə suların, xüsusilə böyük çayların delta bölgələrinə yanaşan sahələrdə şorluğu azalır, yem ehtiyatı artır.

Bunlarla yanaşı dəniz sularının yuxarıda göstərilən maddələrlə, xüsusilə neft məhsulları ilə çox çirklənməsi aerasiya prosesini ciddi pozur, dəniz fauna və florasının məhv olmasına gətirib çıxarır.

Dənizin ən çox çirklənmiş sahələri eyni zamanda ekoloji böhran sahələridir. Belə sahələrə Bakı, Sumqayıt, Mahaçqala, Türkmənbaşı şəhərlərinin akvatoriyaları, istismarda olan dəniz neft yataqları rayonları aid edilir.



Ekoloji böhran nəticəsində keçmişdə dünyada ən məhsuldar su hövzələri arasında duran Xəzər dənizi son onilliklərdə öz öncül mövqeyini tamam itirmişdir.
Yüklə 52,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin