Həyatımızın demək olar ki, bütün məqamlarına bu və ya digər formada təsir edən internet və texnologiya sosial tədqiqatlara da ciddi təsir göstərib. Ölkəmizdə də internetdən istifadə dairəsi sürətlə genişlənir. 2015-ci ilin məlumatına görə, ölkəmizdə təxminən 5.852.000 internet istifadəçisil var ki, bu da ölkə əhalisinin 60 faizindən çoxunu təşkil edir.Belə bir mühitdə sosioloji tədqiqatları internet vasitəsiləaparmaq tədqiqatçılar üçün yeni imkanlar yaradır. Brayman qeyd edir ki, internet vasitəsilə tədqiqat aparmaq iki cür ola bilər:
1) internetdən istifadə edərək onlayn məlumat bazalarından informasiya əldə etmək;
2) internetin verdiyi rabitə və əlaqə imkanlarından istifadə edərək respondentlərdən məlumat toplamaq. Müasir dövrdə istənilən mövzu üzrə internetdə yüz minlərlə hətta milyonlarla xəbər və material mövcuddur. Hər gün yenilənən məlumat portalları dünyada baş verən hadisələr haqqında həmin anda məlumat əldə etməyə imkan yaradır. Bu mənada internetdən istifadə edərək onlayn məlumat bazalarından informasiya əldə etmək üçün vacib məqamlardan biri internetdə axtarış üsullarından xəbərdar olmaqdır. Qrey nəzərə çatdırır ki, internetdə axtarış üsullarının tədqiqatçılar üçün əhəmiyyəti çox vacibdir, çünki bu məsələ barədə araşdırmaçının bacarığı onun tədqiqatının keyfiyyətinə birbaşa təsir edir. O, tövsiyə edir ki, istənilən məsələnin araşdırılmasında birdən çox axtarış mühərrikindən ("Yahoo”, "Google”, "Bingi' "Google Scholar”, "Webopedia” və s.) istifadə edilməlidir, çünki müxtəlif mühərriklər fərqli nəticələr verə bilər. Eləcə də tədqiqatçının bir sözdən yox, diqqət mərkəzində olan həmin sözün sinonimlərindən də istifadə edərək axtarış aparması məsləhətdir. Məsələn, əlillərə göstərilən sosial yardımları araşdıran tədqiqatçı aşağıdaki sözlərdən istifadə edərək daha geniş axtarış apara bilər:
Internet vasitəsilə tədqiqat aparanlar istifadə etdikləri məlumatların keyfiyyətinə mütləq diqqət yetirməlidir. Məlum olduğu kimi, internetdə yerləşdirilən məlumatlarda təhrif edilmiş, qeyri-dəqiq yanlış məlumatların həcmi heç də az deyil. Sosioloji araşdırmalarda istifadə edilən ənənəvi keyfiyyət və kəmiyyət xarakterli məlumat toplama üsullarının internet sferasında tətbiqi gündən-günə genişlənməkdədir. Kuper qeyd edir ki, bu günə kimi aparılan onlayn araşdırmaları nəzərə alanda aşağıdaki dörd növ məlumat toplama üsulunun geniş yayıldığını müşahidə edə bilərik(onların hər biri ayrı-ayrılıqda aşağıdakı hissələrdə əhatə ediləcək):
Internet vasitəsilə aparılan tədqiqatlar vaxt etibarilə iki cür olur: sinxron (eyni vaxtda) və asinxron (ayrı-ayrı vaxtlarda).Əgər birincidə tədqiqat iştirakçıları hər biri eyni anda araşdırmada iştirak edirsə, ikincidə belə "canlı” mühit olmur - iştirakçılar tədqiqatda müxtəlif vaxtlarda iştirak edirlər. Sinxron şəkildə aparılan araşdırmada tədqiqatçı ilə respondent arasında interaktiv münasibət yaranır, sual-cavab davamlı şəkildə aparılır. Asinxron şəkildə isə respondentlər onlara göndərilən suallara sonradan cavab verirlər.
Sinxron aparılan araşdırmada tədqiqatçı iştirakçılara dərhal sual və ya cavab verə bilməklə yanaşı, iştirakçılar da bir-biri ilə daha asan ünsiyyət qurmaq imkanına malikdir.
Onlayn sorğu.
Sosial elmlərlə yanaşı bazar araşdırmalarında da sürətlə yayılan onlayn sorğu məlumat toplama üsulu tələbələr və peşəkarlar arasında populyarlıq qazanıb. Onlayn sorğuları iki yerə ayırmaq olar: veb-səhifədə sorğu suallarını yerləşdirmək
elektron məktub formatında sorğu suallarını iştirakçılara birbaşa göndərmək.
VEB-SƏHİFƏDƏ SORĞUNUN TƏŞKİL EDİLMƏSİ
Ayrıca veb-səhifədə sorğu suallarını təşkil etmək üçün müxtəlif onlayn proqramlar mövcuddur ki, onların arasında "Survey Monkey" (www.surveymonkey.com/MySurveys.aspx) və "Smart Survey" (https://app.smartsurvey.co.uk) ən populyar olanlardan bəziləridir.
Son dövrlər ölkəmizdə də istifadəçi sayı gündən-günə artan "Linkedin" portalında da onlayn sorğular keçirmək xidməti təklif edilir. Həmin proqramlar sorğunun hazırlanması üçün hazır struktur təmin etməklə yanaşı, çoxsaylı statistik hesablamalar aparmağa da imkan verir (hərçənd, mürəkkəb əməliyyatlar üçün müəyyən ödənişli paketlər alınmalıdır).
Bu formada təşkil edilən sorgulara giris müxtəlif saytlarda sosial şəbəkələrdə, eləcə də elektron məktub formatında yerləşdirilən keçid vasitəsilə baş tutur. Veb-səhifədə təşkil edilən sorğularıntərtibatı və görünüşü daha cəlbedici olmaqla yanaşı, hazır strukturlar sayt tərəfindən təklif olunur ki, bütün bunlar da anketin hazırlanmasına sərf edilən vaxtın və əməyin azalması deməkdir. Vebsəhifədə təşkil edilən sorğuda süzgəc funksiyasından da istifadə oluna bilər. Daha öncə də qeyd edildiyi kimi, onlayn sorğularda verilən cavablar avtomatik olaraq kompüter tərəfindən kodlaşdırılır ki, bu da tədqiqatçının təhlil prosesində işini yüngülləşdirir.
ANKETİN ELEKTRON POÇT ÜNVANINA GÖNDƏRİLMƏSİ
Anketin elektron poçtla göndərilməsi variantında sorğu vərəqəsinin kontenti birbaşa olaraq məktub vasitəsilə respondentin elektron poçtuna göndərilir.Elektron anket vərəqəsi respondentlərə iki formada göndərilə bilər: suallar ya ayrıca fayl halında hazırlanır, ya da birbaşa məktubun daxilində yazılır. Fayl formatında hazırlanıb göndərilən sorğular daha səliqəli və cəlbedici olur. Bununla yanaşı, burada müxtəlif funksiyalardan da (məsələn, avtomatik süzgəc funksiyası) istifadə edilə bilər. Lakin respondentlər virus təhlükəsi ucbatından həmin faylları yükləməkdən çəkinə bilər. İstənilən halda, sorğunun tədqiqatçıya göndərilməsi olduqca rahatdır ki, bu da onların cavablandırılma ehtimalını nisbətən yüksəldə bilər. Əgər anketin kontenti ayrıca fayl yox, məktubun daxilində yazılacaqsa, anketdəki sualların sayı, məzmunu və strukturu məsələləri daha qabarıq hal alır. Belə ki, kontentin məktubun daxilində yazılması elə da səliqəli və nizamlı görünməməklə yanaşı, respondentdə çaşqınlıq yarada, bununla da onu iştirakdan çəkindirə, yaxud bəzi sualların cavabsız qalmasına gətirib çıxara bilər.
Anketin elektron poçtla göndərilməsi variantında qarşıya respondentlərlə əlaqə qurmağa dair bir neçə məsələ çıxır. Sorğu suallarını iştirakçılara birbaşa göndərən zaman tədqiqatçı əvvəlcə iştirakçıların_ elektron poçt ünvanlarını tapma1ıdır. Məsələn, belə bir siyahı ali təhsil müəssisəsindəki tələbələrin elektron poçt ünvanlarının saxlanıldığı şöbədən əldə edilə bilər. Lakin heç də həmişə məcmudakı elementlərin elektron poçt ünvanlarının tapmaq mümkün olmur ki, bu halda da elektron məktub formatı variantından istifadə edərək onlayn sorğu keçirmək qəliz məsələyə çevrilir.